Ardını oxu...
Xəbər verdiyimiz kimi, bugünlərdə Naftalan şəhəri, İmadəddin Nəsimi adına 1 saylı məktəbin direktoru Vəfa Hüseynovanın summativ qiymətlərin yazılması üçün valideynlərdən pul tələb etdiyi ilə bağlı səs yazısı yayılıb. Səs yazısında Vəfa Hüseynova valideyn və şagirdlərin pulları müəllimlərə toplu şəkildə verməli olduğunu deyir.

Qeyd edək ki, indiyədək direktorların şagirdlərə attestat vermək üçün “şirinlik” tələb etməsi, məktəbdə hazırlıq keçən müəllimlərdən haqq alması, əlavə dərs saatları müqabilində pul istəməsi və s. bağlı xəbərlər, səs yazıları çox yayılıb. Düzdür, direktorların bəziləri rüşvətə görə işdən azad olunub, bir çoxuna ciddi töhmət verilib. Ancaq vəziyyət yenə də dəyişməz olaraq qalır. Gürülən cəza tədbirlərindən nəticə çıxarmayan bəzi direktorlar hələ də iş başındadırlar. ​ ​
​ ​
DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Bakupost.az -a danışan Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, yaxşı direktorun tək amalı məktəbin adını yüksəltmək, onun ən qabaqcıl təhsil müəssisələri sırasında olmasına nail olmaq olmalıdır. Ən başlıcası isə direktor müəllimlərin təhsilalanlara yüksək səviyyədə təhsil verməsinə, savadlı nəslin yetişməsinə çalışmalıdır:
“Danılmaz həqiqətdir ki,​ təhsil müəssisəsinin uğuru, inkişafı yaxşı direktordan asılıdır. Tək amalı məktəbini sözün əsil mənasında ən yaxşı təhsil müəssisəsinə çevirmək olan direktorun çalışdığı təhsi olcağı öncüllər sırasında olar. Özünü təlim-tərbiyə üçün qurban verən direktor məktəbi çiçəkləndirər. Ancaq təhsil ocağını öz şəxsi ambisiyalarına qurban verən, əsas amalı tutduğu mövqedən istifadə edib qazanc əldə etmək olan direktor isə məktəbi uçuruma aparar, təhsili məhv edir”.
Şahlar Əsgərovun dediyinə görə, Elm və Təhsil Nazirliyi məktəblərdəki neqativ halların qarşısını almaq üçün müəssisələrə idarəçilik qabiliyyəti olan, ​bacarıqlı, potensiallı və ən başlıcası, vicdanlı direktorlar təyin etməlidir:
“Direktorları günün tələbinə uyğun seçmək lazımdır. Kiminsə qohumu, tanışı və ya yaxını olduğu üçün yox. Direktor millətə xidmət etməli, rəhbəri olduğu məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsinə çalışmalıdır. Direktorun kabinetində seyf varsa, deməli, şəxsi mənafeyi yüksəkdir. Yaxşı direktorun məktəbində neqativ hal baş verməz”.

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov isə bildirib ki, bu gün bəzi məktəb direktorları çirkin əməllərlə məşğuldurlar. Onlar məktəbə biznes obyekti, gəlir mənbəyi kimi baxır, və bu da təhsilimizə çox ciddi ziyan vurur:
“Təhsil olan yerdə rüşvət olmamalıdır. Rüşvət olan yerdə normal təhsil mühiti ola bilməz. Əgər, bir məktəb direktoru rüşvət alırsa və bu əməlinə görə işdən azad olunursa, bu, yetərli deyil. Belə halların baş verməməsi üçün sərt cəzalar olmalıdır. İnsanlar görməlidir ki, filankəs bu əməli törətdi və cəzasını aldı. Direktorların rüşvət alması ilə bağlı fakt aşkarlanan zaman onlar daha sərt şəkildə cəzalandırılmalıdır. Biz məktəblərdə təhsilin keyfiyyətindən danışmaq istəyiriksə, orada bir qəpik rüşvətdən söhbət gedə bilməz. Məktəblərdə rüşvətin kökünü kəsməliyik. Məktəbə direktor təyin olunan şəxs bilməlidir ki, o bu müəssisəyə təhsilin səviyyəsini artırmaq, bilikli və savadlı gənc nəslin yetişməsinə nail olmaq üçün təyin olunub. Rüşvət almaq, qazanc əldə etmək üçün yox”.
Millət vəkili hesab edir ki, hər insanı məktəb direktoru təyin etmək olmaz:
“Bir məktəbə direktor təyin etməzdən öncə onun əvvəlki işi, fəaliyyəti dəqiqliklə araşdırılmalı, yoxlanılmalıdır. Təyinat zamanı tapşırıqlar, kiminsə qohumluğu, kiminsə yaxınlığı nəzərə alınmamalıdır. Direktorların işə qəbulu prosesi tam şəffaf və obyektiv həyata keçirilməlidir. Belə olsa, neqativ hallara da rast gəlinməz. Son vaxtlar baş verən neqativ hallar onu göstərir ki, bir çox təhsil müəssisələrinə direktor təyinatı düzgün həyata keçirilmir. Təhsil müəssisəsinə rəhbərlik etməyə layiq olmayan insanlar bu vəzifəyə təyin olunur. Bu gün müəllim adını daşıyan bir məktəb direktorunun müəllimlərdən, şagirdlərdən hər hansı vəsait yığması utancverici haldır. Belə halların qarşısının alınması üçün real və ciddi addımlar atılmır. Əks halda, vəziyyət idarəolunmaz hal alacaq və təhsil müəssisələrində rüşvət ayaq tutub yeriyəcək”.
Ardını oxu...

  2022-ci il sentyabrın 6-da  Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU-nun) rektoru vəzifəsindən azad olundu. 2022-ci ilin tədris ili başlamazdan öncə bu ali təhsil müəssisəsinin rektoru işindən azad olunsa da, o, həmin vaxta qədər çoxsaylı problemlərini aradan qaldıra bilməyən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna direktor təyin olundu. Təbii ki, ilk növbədə belə bir təyinat geniş çevrənin daha çox müzakirə etdiyi məsələlərdən biri oldu. Xatırladaq ki, professor İbrahim Cəfərov hər il tələbələrin iştirakı ilə keçirilən müsabiqələrdə “İlin rektoru” fəxri adının qalibi sayılırdı. Qeyd edək ki, bu şəxs 2013-cü ildən bu ali təhsil ocağında bir çox məsul vəzifələrdə, son olaraq rektor vəzifəsini daşıdı. 

Hazırda ADAU-da rektor vəzifəsinə Prezident İlham Əliyevin sərəncamı ilə kimsə təyin olunmayıb və belə bir səbəbdəndir ki, bu gün rektor kürsüsü uğrunda qızğın mübarizə gedir desək, heç də yanılmarıq. Hələlik bu vəzifəyə sahib olmaq uğrunda aparılan mübarizədə əsas pilləni Əhməd Məlikovun tutduğu söylənilir. Amma, bir nüansı unutmaq olmaz ki, rektor vəzifəsi ilə bağlı təyinatı hansısa vəzifə sahibi deyil, birbaşa Prezident elan edir. 

Ardını oxu...

ADAU-da rektorluğa namizədlərdən biri,  Əhməd Qulu oğlu Məlikovun kimliyini araşdıraq və bu şəxs barədə əldə olunan məlumatları geniş ictimaiyyətin diqqətinə çatdıraq.  Qeyd edək ki, ADAU-da prorektor kürsüsünə sonuncu, yəni Tədris İşləri üzrə prorektor vəzifəsinə təyinat alan Əhməd Məlikovdur. Əldə etdiyimiz məlumata görə, bu vəzifəyə təyin olunan Əhməd Məlikov Azərbaycan Texnologiya Universitetində çalışıb və hazırda o, texnika elmləri doktoru, dosentdir. Bu şəxs , yəni Əhməd Məlikov, Azərbaycan Texnologiya Universitetində müvəqqəti əmrlə rektor, daha dəqiq desək, 11 il rektor əvəzi vəzifəni daşıyan Telman Məlikovun qardaşıdır. Əhməd Məlikovun belə bir  vəzifəyə təyin olunmasında əsas təşəbbüskarın, İqtisadiyyat naziri Mikayıl Cabbarovun 1-ci müavini, hətta qohumu olduğu bildirilən Elnur Aydın oğlu Əliyevin böyük rol oynadığı iddia olunur. ADAU-da sonuncu prorektor təyinatı alan Əhməd Məlikov olsada rektorluğa birinci iddialı şəxs sayılır. Qeyd edək ki, İbrahim Cəfərovdan sonra İnam Kərimovun verdiyi tapşırıq əsasında bu Universitetdə prorektorlar dəyişdirilsə də,  hələlik təsərrüfat işləri üzrə rektor müavini vəzifəsi boş qalmaqdadır. Unutmaq olmaz ki, Əhməd Məlikov yeni təyinatı alan prorektorlar arasında sonuncu olsa da, o, bugünkü reytinqi ilə öndədir.  Çünki, bundan öncə qeyd etdiyimiz kimi, bu şəxsin yaxın qohumu olan Elnur Əliyev, Əhməd Məlikovun qardaşı Telman Məlikovun kürəkənidir. Bundan əlavə Mikayıl Cabbarovun birinci müavini və qohumu olan Elnur Əliyev həm də,  2000-2003-cü illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan, daha sonra isə işində qol qoyduğu nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılan Eyvaz Babayevin də bacısı oğludur. 

Ardını oxu...

Qayıdaq növbəti namizədlərə.İbrahim Cəfərovdan sonra kənd təssərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə vəzifəyə təyin olunanlar ümumi işlər üzrə prorektor və bu gün rektor vəzifəsini icra edən Zəfər Qurbanovdur.Bəs Zəfər Qurbanov kimdir? Bakı Ali Neft Məktəbindən ADAU-ya transfer olunan Zəfər Qurbanov texnika elmləri namizədi, dosentdir. Əldə olunan məlumatlardan o da bəlli olur ki, bu şəxs kənd təsərrüfatı naziri İnam Kərimovun komandasının üzvlərindəndir.  Daha bir məlumatda isə bu şəxsin nazirin müavini  olan Sarvan Cəfərovun yaxın quhumu olduğu bildirilir. ADAU-ya İbrahim Cəfərovun zamanında təyinat alan Azad İbrahimovun,  elmi işlər üzrə prorektor vəzifəsinə təyinat alması da sensasiya doğuran məsələlərdəndir. Əldə etdiyimiz məlumatlara görə bir neçə il bundan öncə ADAU-dan BMTBETİ-yə direktor təyinatı alan Azad İbrahimov, adı çəkilən bu təhsil ocağında heç cür baş çıxara bilmir. Hər zaman əsəbi olması və idarəçiliyində bir çox olaylarla məhşur olan , hətta sabiq nazir Heydər Əsədovun zamanında nazir müavini  vəzifəsini daşıyan Seyfəddin Talıbovun köməkliyi sayəsində,  adı çəkilən bu təhsil müəssisəsinə direktor təyin olunan İbrahimov, hər kəsin yaddaşında elmi-tədqiqat institunun elmi işçilərinə, öz şəxsi sahələrinə pomidor şitili vurdurmaqla yadda qalması olmuşdur.  Bundan əlavə, mərhum akademik Məmmədtağı Cəfərovun rektor işlədiyi zamanlarda  Azad İbrahimovun təsərrüfat işləri üzrə prorektor olması  səbəbindən, ADAU –nun hazırda təcrübə sahələri demək olar ki, yox olmuşdur. Əvvəllər universitetdə  yarıtmaz fəaliyyəti ilə seçilən və Təsərrüfat İşləri üzrə prorektor olan Azad İbrahimovun, bu gün rektor təqdimatı olmadan elmi işlər üzrə prorektor təyinatının arxasında isə,  2018-2022-ci illər ərzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri və nazirlikdə — Aparat rəhbərinin müavini, İnsan resurslarının İdarə edilməsi və Elm, təhsil və İnsan resursları şöbələrinin müdiri vəzifələrində çalışmış, hal-hazırda isə Göygöl rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Elvin Paşayev olmuşdur. Onu da qeyd etmək yerinə düşər ki, Azad İbrahimov universitet həyatındakı naliyyətlərinə, məhz İbrahim Cəfərovun zamanında rektorla köhnə dostluğu sayəsində nail olur. Bu şəxs alimlikdən daha çox işbazlıq fəliyyəti ilə məhşurdur  və ADAU-da gəzən söz- söhbətlərə görə, hətta özünün dediyinə görə, onun Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri ,1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru Zeynal Nağdəliyevlə də münasibətləri normaldır. Digər iki namizəddən əvvəl isə, Azad İbrahimovun rektor olmaq arzusu Zəfər Qurbanovun təyinatına qədər gündəm idi. Hal-hazırda ADAU-da rektor kürsüsüsünə sahib olmaq uğrunda  mübarizə aparanlardan ən çox kimin reytinqli olması sir olaraq  məlum olmasa da, namizədlər məlumdurlar. 

Ardını oxu...

Mehriban ƏZİZQIZI

Ardını oxu...
Məlum olduğu kimi, sosial şəbəkədə İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllimin təhsil ocağında ayaqyolu olmamasına görə etirazını əks etdirən görüntülər yayılıb. Müəllimin bu addımından sonra töhmət aldığı yazılır.
İndi qanunvericilik aktlarına baxaq, görək müəllim etiraz edə və buna görə töhmət ala bilərmi.
Bəli, müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
Məhz buna görə də, ibtidai sinifdə dərs deyən müəllimin şagirdlərin yaş həddi və fiziki ehtiyacını nəzərə alaraq şagirdlərə ayaqyolu tikilməsini tələb etməsi anlaşılandır.
Amma Təhsil haqqında qanuna və Müəllimlərin Etik Davranış qaydalarına görə, müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.
Məhz bu hala yol verməsi onun inzibati tənbeh tədbirlərinə cəlb etməyə əsas verir.
Lakin, həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq hər bir şagirdin hüququdur. Dövlət şagirdlərin sağlam, rahat təhsil mühitini qurmağa borcludur, bu öhdəliyi müvafiq qurum yerinə yetirməyib.
Öncə məhz normal təhsil mühitini qura bilməyən təhsil idarəetmə orqanlarının rəhbərləri və əməkdaşlarını inzibati tənbehə cəlb etmək, ondan sonra özü üçün yox, xalqın övladı üçün etiraz edən müəllim barədə düşünmək olar.
Mənə maraqlıdır, Elm və Təhsil nazirliyinin əməkdaşları öz övladlarının o vəziyyətdə məktəbdə təhsil almasına razı olar?
Kamran Əsədov
Teref.az
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi Xidmətinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi üçün inzibati bina sahəsinin icarəyə götürülmsiylə bağlı tenderin qalibi Fəridə Hüseynalı qızı Orucova (VÖEN – 1400576242) olub. Dövlət Əmək Müfəttişliyi Xidməti Fəridə Hüseynalı qızı Orucovaya məxsus 980 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürür. Əmək Müfəttişliyi Xidməti icarə haqqı olaraq Fəridə Hüseynalı qızı Orucovaya 163 min 548 manat 96 qəpik (ayda 13 min 629 manat) ödəyəcək.

Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir-çoxu ofis sahələrini icarəyə götürürlər:

– Ötən ayın son günlərində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirib. Müsabiqənin qalibi Bayramov Amil Qinyaz oğlu (VÖEN – 1003009142) olub. DSMF Bayramov Amil Qinyaz oğluna məxsus 3000 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürür. DSMF icarə haqqı olaraq Bayramov Amil Qinyaz oğluna 445 min 500 manat (ayda 49 min 500 manat) ödəyəcək.

– Ötən ayın əvvəlində DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Hüseynova Almaz Hacı qızı (VÖEN – 1307950442) olub. DSMF Hüseynova Almaz Hacı qızına məxsus 2200 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürüb və 240 min 702 manat ödəyəcək.

– Oktyabr ayında Nazirliyin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Emil Vidadi oğlu Orucov (VÖEN – 1604117012) olub. Nazirlik Emil Vidadi oğlu Orucova məxsus 2000 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürüb və 318 min 622 manat 7 qəpik ödəyəcək.

– Bu ilin iyul ayında Nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi “Macaz Construction” MMC (VÖEN – 1302101451) olub. Nazirlik 2300 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürüb və 743 min 853 manat 12 qəpik ödəyəcək. Qeyd edək ki, “Macaz Construction” MMC-nin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sabiq rəhbəri Akim Bədəlovun ailə üzvlərinə məxsus olduğu bildirilir.

– Bu ilin may ayında Nazirliyin tabeliyində olan Dost İş Mərkəzi üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) olub. Nazirlik Əşrəf Səxavət oğlu Səfərova məxsus 2750 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürüb və 213 min 432 manat ödəyəcək.

– Bunlardan başqa bu ilin yanvar ayında Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyi üçün ofis sahəsinin və anbarın icarəsi üçün “Çinar Park” MMC (VÖEN – 1500764231) ilə 566 min 592 manatlıq müqavilə imzalanıb.

– Əvvəlki illərdə Nazirliyin tabeliyində olan DSMF Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün 3000 kv. metr ofis sahəsini icarəyə götürüb və Həsənova Qaze Həsən qızına (VÖEN – 1600110362) 12 ay üçün 556 min 200 manat ödəyib.

– Dövlət Məşğulluq Agentliyi 8 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı üçün 235 kv. metr ofis sahəsini icarəyə götürüb və Şirinov Faiq Nizami oğluna (VÖEN – 1306883522) 36 ay üçün 90 min manat ödəyib.

– DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün 1900 kv. metr ofis sahəsini icarəyə götürüb və Kərimov İlqar İsmayıl oğluna (VÖEN – 1505343002) 12 ay üçün 167 min 808 manat ödəyib.

– DSMF Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı üçün 1000 kv. metr ofis sahəsini icarəyə götürüb və “Çinar Park” MMC (VÖEN – 1500764231) 12 ay üçün 148 min 680 manat ödəyib.

– DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün 3000 kv. metr ofis sahəsini icarəyə götürüb və Bakı Avrasiya Universitetinə (VÖEN – 1500008331) 12 ay üçün 630 min manat ödəyib.
 
 
 
Ardını oxu...
"Növbəti narazıçılıq yox, artıq şikayətdir..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Asim Əliyev adlı şikayətçi giley edir.
Ardını oxu...
Vətəndaşın şikayətini nöqtəsinə-vergülünə toxunmadan... olduğu kimi təqdim edirik: "Sikayetimde Beynəlxalq Bankdandir.Kecen il kart sifaris etdim 10m pul cixildi ne kart sifaris olundu ne kart geldi pulda getdi.Kredit goturmusdum nagd novbeden kenar odenisler etmisdim Qalan borca gore faiz borcu artiq hesablanib hardasa 23m.Belece 33m menimsenildi Abb terefinden.Neden ziddine gedirem desez.Kartin borcunu odemisdim 10q eskikliye gore meni banka cagirib odetdiler pulu.Onlarin 10q puldu bizim pul pul deyil?Banklar belece tek menimle yuzlerle menim kimi insanlarin pulunu menimseyir".

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
DogruXeber.az: - Mikayılov Zaur Rauf oğlu - Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.
"Bravo" supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib.

Halbuki, başqaları ölkə xaricində aldığı diplomu Azərbaycanda tanıtdırana qədər aylarla sürünüb, dəridən-qabıqdan çıxır, axırda da ya reseption işləyir, ya ekspeditel, ən yaxşı halda hansısa marketdə, yaxud restoranda administrator. Bunun üçün isə heç diploma gərək yoxdur.
Odur ki, ölkədən kənarda təhsil aldığı 4 ili də, orta təhsil aldığı 11 ili də (hələ hazırlıq kursları, repetitor yanına getməsini demirik) - bir sözlə ömrünün ən az 15 ili heçə getmiş olur.

Amma, şansa baxın ki, Türkiyədə təhsil almış, karyerasına marketdən başlamış Zaur Mikayılov mühüm bir dövlət qurumunun rəhbəri vəzifəsinə qədər yüksələ bilib.

Doğrudur, Boğaziçi Universiteti güya diplomu Azərbaycanda tanınan ali məktəblər sırasında yer alsa da, tanıdana qədər də ömrümüzün bir neçə ayını (bəzən də ilini) və pulumuzu xərcləməli oluruq.

Əlqərəz...

Əslində, doğrudur, əvvəllər də su təsərrüfatı sahəsində çoxsaylı şikayətlər var idi. Zatən çoxsaylı şikayətlərin və digər qanun pozuntularının, korrupsiya hallarının olduğuna görə rəhbər dəyişdi.

Sözümüzü ora gətirmək istəyirik ki, ölkə xaricində auditoriya görmüş, böyük marketlərdə rəhbərlik təcrübəsi keçmiş Zaur Mikayılov Melorasiya və Su Təsərrüfatı ASC-nə sədr təyin edildikdən sonra nəinki əvvəlki neqativ hallar aradan qaldırılmadı, əksinə, daha da artdı.

Çoxsaylı vətəndaş şikayətləri cavabsız qaldı, su üstündə bacı-qardaş, nəsil-nəcabət arasında düşmənçilik halları hər gün daha da artdı.

Amma, elə bil, bu qədər şikayətlərin, tənqidlərin Zaur Mikayılova aidiyyatı yoxdur. El demişkən, "tükü də tərpənmir".

Dəfələrlə "DogruXeber.az" informasiya portalında Şamaxı rayon Çıraqçı kəndi, Şəmkir rayon "Düz qışlaq" kəndi, "Yeni yol" qəsəbəsi və digər bölgələrdəki su problemləri barəsində məlumatlar dərc edilib.

Hətta, son məlumatımızda Şəmkir rayon "Düz qışlaq " kəndində sakinlərin çoxsaylı şikayətlərindən və məlumatlar "DogruXeber.az"da yayımlandıqdan sonra nəhayət artezyan quyusunun təmizlənib, təmir edilib, istifadəyə verilməsi işinə başlanıldı.
Ancaq, ilk növbədə işə kənd sakinlərindən pul yığmaqdan başladılar. Daha vətəndaş özü təmir edəcəkdisə, bu qədər şikayətlərə nə ehtiyac var idi?!

Təbii ki, kənd sakinləri buna etiraz etdilər və iş eləcə də qaldı.

Şəmkirdə "tökülmüşləri öyrənən" bu məmurların əlləri biixtiyar rüşvətə qaçır - VİDEO

Yeri gəlmişkən, Samux rayonunun Qarayeri qəsəbə sakini Əjdər Məmmədov da bir neçə gündür içməli su artezyan quyusunun işləmədiyi barəsində hər gün təkrar redaksiyamıza müraciət edir.
Bildirir ki, "Bir neçə gündür Melorasiya və Su Təsərrüfatı ASC-nin Samux rayonundakı nümayəndəliyinə dəfələrlə müraciət etmişik, gəlib təmir etmirlər ".

Əjdər Məmmədovun bu gün redaksiyamıza verdiyi məlumata görə isə məsələ üzrə məsul şəxslər artezyan quyusunun təmiri üçün indi də qəsəbə sakinlərindən minimum 10 manatdan, 40 manata qədər pul yığırlar.
Eynilə, Şəmkir rayon "Düz qışlaq" kəndində olduğu kimi.

Yeri gəlmişkən, Şəmkir Suvarma Sistemləri İdarəsinin işçisi olduğunu deyən Şəmkir rayon "Yeni yol" qəsəbəsinin sakini Polad Vəliyev "Kanal14" youtube kanalımızda yayımlanan "Kamalın zamanı" proqramında canlı yayımda olarkən, dövlət büdcəsindən pul ayrılmasına baxmayaraq, hər artezyan quyusunun vurulması üçün sakinlərdən 3-5 min manat arası pul yığıb vermələrinin tələb olunduğunu bildirmişdi.

"Nə Zaur Mikayılov, nə müavini Zakir müəllim, Rafiq Aslanov müraciətlərimizi veclərinə almırlar" - NARAZILIQ // VİDEO

Özü də Melorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyəti bununla da bitmir. Artıq, uzun müddətdir ki, işinin əsasını az qala Tender məsələləri ilə uğraşmaq təşkil edir.

Daha maraqlı məqam budur ki, sözügedən qurumun keçirdiyi tender müsabiqələrinin ikisinin (Zərdab Suvarma Sistemləri İdarəsi və Ağcabədi Suvarma Sistemləri İdarəsi) qalibi bir şirkət - «Xəzər İnşaat KO» MMC olub.

Yeyinti və nöqsanlarını yayımlamasın deyə, jurnalistə rüşvət təklif edən idarə müdirinin fəaliyyətinin qısa özəti - VİDEO+FOTO

"Bu idarədə atanın saxtakarlığını örtmək üçün vəzifələri oğullarına verilir" - VƏZİFƏ VARİSLİYİ ?! // VİDEO

O «Xəzər İnşaat KO» MMC ki, apardığımız kiçik araşdırmalar nəticəsində heç bir hüquqi ünvanı və hüquqi bazası olmadığını aşkar etdik. Bununla bağlı aidiyyatı üzrə bir neçə qurumlara müraciət etdiyimizdə isə, şirkətin adını eşidən kimi, sualımız qarşısında həmişəlik susdular.

Yeri gəlmişkən, "DogruXeber.az" redaksiyasına daxil olmuş digər məlumata əsasən, Zərdab rayon Suvarma Sistemləri İdarəsindəki korrupsiya və yeyinti halları ilə bağlı Melorasiya və Su Təsərrüfatı ASC-yə rəsmi müraciətimiz də hələ ki, cavabsız qalır.

Deyir, "dəyirman öz işində, çak-çak baş ağrıdır...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Bakı Dövlət Universitetinin (BDU) keçirdiyi tender müsabiqəsinin qalibi “Strong Group” MMC (VÖEN – 1301875731) olub.

Yeniavaz.com xəbər verir ki, tenderin qalibi olan şirkət BDU-ya 154 ədəd kondisioner satacaq və qarşılığında 224 min 39 manat 52 qəpik alacaq. Rəqəmlərdən də göründüyü kimi bir ədəd kondisionerin orta qiyməti 1 455 manat olacaq.
Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan “Strong Group” MMC-nin qanuni təmsilçisi Musayeva Afaq İdrak qızıdır. MMC 29.91.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, açıq mənbələrdə barəsində heç bir məlumat olmayan “Strong Group” MMC müxtəlif dövlət qurumlarının fərqli istiqamətlərdən keçirdiyi çoxsaylı tenderlərdə qalib olub.

Məsələn, ötən il “Strong Group” MMC Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hökumət Evi inzibati binasında istifadəsində olan otaqların cari təmirini həyata keçirib və 104 min 465 manat 47 qəpik alıb. Bu ilin iyun ayında isə “Azərsu” ASC-yə 153 min 921 manat 9 qəpik dəyərində yaşıllaşdırma sahələri üçün dərman, gübrə, mal-material və avadanlıqlar satıb. Bu avadanlıqların arasında yaba, balta, çəkiç, mişar, bel və s. yer alıb.
Göründüyü kimi nəinki veb-saytı, hətta sosial şəbəkə hesabı belə olmayan bir şirkət yüz minlərlə dəyəri olan tender müsabiqələrinin qalibi olur.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması lazımdır.
 
Ardını oxu...
Ölkədə qırmızı ətin qiyməti bahalaşandan sonra satış məntəqələrində mal əti adı altında at və eşşək, eləcə də xəstə heyvan əti satanların sayı artıb. Bununla bağlı dəfələrlə tədbir görülsə də, yenə də bəzi işbazlar insanlığa sığmayan əməllərindən geri qalmırlar.

Mövzu ilə bağlı “TV Müsavat”-ın əməkdaşları restoranlara yollanıb. Eyni zamanda keyfiyyətli əti digər ətlərdən fərqləndirməyin yolları barədə qəssabla da söhbətləşiblər. Bəs paytaxt sakinləri bu barədə nə düşünür?

Tribunainfo.az bütün bu suallara cavab verən reportajı təqdim edir:

 
Ardını oxu...
Teref.az olaraq bir qədər əvvəl daha doğrusu 28-12-2022-ci ildə redaksiyamız bu barədə tənqidi məqalə ilə çıxış etmişdi. "Milli Onkologiya Mərkəzində MRT aparatları işləmir - Kəmaləddin Qafarov isə siyasətdən danışır... FOTO" başlığı altın gedən məqaləmizdə bu mərkəzdə aparatların işləmədiyini qeyd etmişdik.
Lakin görünən odur ki, arxalarındakı dayıları güclü olan bu sahənin işbazları heç nəyi veclərinə almırlar. Təki para bol olsun.
Beləliklə oxuculara Gununsesi.info-nun məlumatını daxil edirik:
Ötən ilin noyabrından bu günə qədər Azərbaycanın əsas onkoloji mərkəzlərindən biri olan Milli Onkologiya Mərkəzində Kompüter Tomoqrafiya (KT) Aparatı işləmir.
Qeyd edək ki, bununla bağlı hələ bir neçə ay əvvəl Gununsesi.info olaraq xəbər yaymışdıq.
Vətəndaşlardan birinin şikayəti əsasında yazılmış xəbərdə bildirilirdi ki, mərkəzin digər korpuslarında bu aparatla pullu xidmət göstərilir.

Bu gün isə Gununsesi.info-nun əməkdaşı adıçəkilən mərkəzdə olub.
Məlum olub ki, noyabrdan bu günə qədər KT aparatı çalışmır.

Məsələ ilə bağlı baş həkim Azad Kərimli saytımıza açıqlama verib.

Baş həkim bildirib ki, KT Aparatının çalışmamasına səbəb onun fasiləsiz işləməsi olub:

“Belə ki, qaydalara əsasən aparat bir gündə 9 xəstəni müayinə etməyə icazə verir. Ancaq bizdə bu rəqəm 25 nəfərə qədər yüksəlir. Fasiləsiz çalışdığına görə də aparat xarab olub. Bunun məsuliyyətini mən daşımıram. Dövlət aparat verərsə, işimiz yüngülləşər. Hazırda digər bir aparatımız var o da növbəlilik əsasında xəstələri müayinə edir”.
 

Dünyapress TV

Xəbər lenti