Ardını oxu...
""Azəriqaz" İB tərəfindən Lənkəran RQİİ də kütləvi yoxlama kecirilib". Bu brədə DİA.AZ-a daxil olan məlumatda deyilir. Məlumatda daha sonra bildirilir ki, həyata keçirilən TƏFTİŞİN nəticəsinə əsasən işdən çıxarılma ehtimalı da var: "Yəni kadr islahatları qaçılmazdır".

Daha sonra DİA.AZ-a daxil olan informasiyada bildirilir: "Əsasən kran, boru, və FQT (fərdi qaz tənzimləyiciliri) quraşdırilmiş kimi aktlaşdırılsa da, yerində baxış keçirilərkən qeyd olunanlar yerində aşkar olunmamışdır.

Paralel olaraq Astara, Lənkəran, Cəlilabad, Yardımlı və Lerikdə də yoxlamalar təşkil olunub. Hal-hazırda ciddi yoxlamalar aparılır, "Azəriqaz" İB-nin Texniki Nəzarət şöbəsi tərəfindən 27.01.2023-cü il tarixində Lənkəran RQİİ də Xidmətlərdən:

- Qəza dispetçer xidmətinin rəisiləri,

- habelə, Sayğacların qəbulu və istismarı xidmətinin rəisləri

cağrılaraq iclas təşkil olunub.

İclasda yerində olmayan mal-materialların məsul şəxslərin hesabına təkrar vurulması və dəyərinin onlar tərəfindən ödənilməsi müzakirə olunub. Hal-hazırda 6200 manata yaxın mal-materailın Biləsuvar xidməti tərəfindən mənimsənildiyi aşkar olunub".

Mənbə dia.az-a açıqlamasında bildirir ki, digər xidmətlərdə də paraler yoxlamalar aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək...

Məsələ ilə bağlı teref.az olaraq bütün maraqlı tərəflərin mövqelərini dinləməyə hazırıq...
 
Ardını oxu...
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları ilə birlikdə vətənə dönənlərdən biri də səfirliyə silahlı hücum nəticəsində yaralanan Vasif Tağıyevdir.

Qəhrəmanlıq edərək terrorçunu zərərsizləşdirən və bu zaman yaralanan təhlükəsizlik xidmətinin əməkdaşının valideynləri övladları ilə fəxr etdiklərini və onun sağ-salamat vətənə döndüyü üçün çox şad olduqlarını bildiriblər.

Vasifin atası Natiq Tağıyev yoldaşlarını xilas etdiyi üçün oğlu ilə fəxr etdiyini qeyd edib. O, terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun ailəsinə isə başsağlığı verib.

 
Ardını oxu...
Təhsil Tələbə Kredit Fondu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com bildirir ki, tender müsabiqəsinin qalibi “Proyekt” MMC (VÖEN- 1401949901) olub.

Təhsil Tələbə Kredit Fondu “Proyekt” MMC-dən ofis sahəsini icarəyə götürəcək. İcarəyə götürüləcək ofis üçün 90 min manat ödəniləcək.

Məlumat üçün bildirək ki, tender müsabiqəsiylə bağlı məlumatlar dövlət satınalmalar portalına yerləşdirilməyib.
Qeyd edək ki, “Proyekt” MMC 04.04.2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin oğlu, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun kürəkəni Cümə Əhmədzadə və Umarov Nadir Osman oğlu tərəfindın təsis olunub. Hazırda MMC-nin direktoru Nadir Umarovdur.

İcarəyə götürülən ofisin hansı ünvanda yerləşdiyi açıqlanmasa da, Təhsil Tələbə Kredit Fondu Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 16E ünvanında yerləşir. Bu ünvan isə “Time Business Centre” adlı plazanın ünvanıdır. “Time Business Centre”nin sahibinin kim olduğu bilinməsə də, bu biznes mərkəzinin rəsmi veb saytı “timetower.az” domen adının sahibi Cəlal Muxtarlı Kamal oğludur. Cəlal Muxtarlı eyni zamanda Cümə Əhmədzadənin 2011-ci ildə təsis etdiyi başqa bir şirkətin – “Advisors CO” MMC-nin (VÖEN – 2001846821) də əməkdaşıdır.
Cəlal Muxtarlının da Əhməd Əhmədzadə ilə eyni rayondan – Qax rayonundan olduğu bildirilir. Cəlal Muxtarlının atası Kamal Muxtarlının 1992-93-cü illərdə Qax rayon İcra Hakimiyyətinin başçısı olduğu deyilir. Kamal Muxtarlı 1995-98-ci illərdə AXCP-nin, 1998-2000-ci illərdə isə Müsavat Partiyasının üzvü olub. 2000-ci ildə bəyanat yayaraq Müsavat Partiyasından istefa verib.

Onu da qeyd edək ki, hazırda Qax rayon İcra Hakimiyyətinin başçısı Əhməd Əhmədzadənin xalası oğlu Musa Şəkiliyevdir.

Xatırladaq ki, Əhməd Əhmədzadənin yaxın ətrafı yüksək vəzifələrdə olmaqla bərabər geniş biznes şəbəkəsinə də sahibdirlər. Təhsil Tələbə Kredit Fonduna 90 min manata ofis icarəyə verən “Proyekt” MMC-nin təsisçisi olmuş Cümə Əhmədzadə həm Azərbaycanda, həm də xarici ölkələrdə çoxsaylı şirkətlər təsis edib.
Ardını oxu...
“Dövlət Sosial Müdafiə Fondu” (DSMF) Publik Hüquqi Şəxsi tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi Həsənova Qaze Həsən qızı (VÖEN- 1600110362) olub.

Yeniavaz.com bildirir ki, Həsənova Qaze Həsən qızı DSMF tərəfindən eyni tarixlərdə keçirilən 2 tender müsabiqəsinin qalibi olub. Bu tenderlərdən biri haqqında dünən – 26.01.2023-cü il tarixində məlumat vermişdik .

Həsənova Qaze Həsən qızı DSMF-nin Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün də ofis sahəsi icarəyə verəcək. İcarəyə götürüləcək ofisin ümumi sahəsi 3000 kv. metr olacaq və bunun üçün Qaze Həsənovaya 9 aylıq icarə haqqı olaraq 417 min 150 manat ödəniləcək. Rəqəmlərdən də göründüyü kimi, DSMF icarəyə götürdüyü ofis sahəsinə hər ay 46 min 350 manat ödəyəcək.

Ötən il də DSMF eyni əmlakı Qaze Həsənovadan bir il müddətinə icarəyə götürmüşdü.

Qeyd edək ki, Qaze Həsənova Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovu bacısıdır.

Bundan başqa DSMF fərdi sahibkar Nurəddin Sovet oğlu Abbasov ilə də icarə müqaviləsi imzalayacaq. Nurəddin Abbasov ümumi sahəsi 500 kv. metr olan anbar sahəsini 9 ay müddətinə DSMF-yə icarəyə verəcək və qarşılığında 24 min 750 manat alacaq.
Ardını oxu...
DogruXeber.az - AMEA-ın işçilərinin maaşlarına uzun illərdir ki, artırılmır. AMEA-ın Rəyasət Heyətinin maaşları ilbəil artsa da, ailmlərin əmək haqları ilə bağlı artım yoxdur. İllərdir elm adamları maaş artımı ilə bağlı qərar gözləyirlər.

Bəs, ailmlərin maaşlarının artmamamasına səbəb nədir?

Dosent Zaur Əliyev Qaynarinfo-ya açıqlmasında bildirib ki, Azərbaycan elminin inkişafı yalnız alimlərin, tədqiqatçıların, elmi işçilərin peşəkar fəaliyyəti ilə bağlı ola bilməz, təbii ki, onların rifah halının yüksəldilməsi, maaşlarının artırılması çox vacib məsələlərdəndir:

"Elmi adı, titulu, elmi dərəcəsi olan insanlar arasında ciddi müzakirə edilən və narazılıqlar yaradan məqamlar var. Ən aktual məsələlərdən biri əməkhaqqı ilə bağlıdır. Elmlər Akademiyası sistemində akademik ən azı 2 min, müxbir üzv 1.500 manat, professor 100, fəlsəfə doktoru isə 60 manat maaş əlavəsi alır. Yəni akademikliyə 2 min manat, professorluğa 100 manat, fəlsəfə doktorluğuna isə 60 manat verilir. Bu gün də Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manat oldu. Bu isə cəmi 15 faiz deməkdir. Bəziləri üçün bu sevindirici xəbərdir. Şəxsən mən bir alim olaraq 15 faizə sevinmirəm, öz dəyərimi bilib etiraz edirəm. İzah edim. 15 faiz mənim əmək haqqıma, elmi dərəcəsi və elmi adı olan hər kəsə 45-50 manat təsir edəcək. Yaxşı bu mənim elmi tədqiqatlar aparmağıma təsir edəcəkmi? Alimlər üçün tədqiqat aparmaq indi çox çətindir, söhbət əsl alimlərdən gedir. Mən tədqiqat aparıram və nəticəsini elmi jurnallarda dərc etməliyəm. İndi sanballı elmi jurnallarda məqalə çap etmək üçün ən azı 80-100 manat pul ödəməlisən. Bizdə sanballı jurnallar çox azdır, xüsusən ictimai və humanitar sahədə. Onlar da pul almasalar, çap edilə bilmirlər, çünki maliyyə ayırlmır. Ən azı ildə 6 məqalə çap etməliyəm, üstəgəl də xaricdə sanbalı jurnallarda məqalə dərc etməyi tələb edirlər. Orda da ödəniş ən azı 150 dollardan 1000 dollara qədər tələb edilir. Humanitar və ictimai elmlər üzrə nəşr edilən xarici jurnallarda bizim ölkə alimləri pulsuz dərc edə bilmirlər. Çünki mövzularımız dünya standartlarından uzaqdır. Xarici jurnallarda da sanballı məqaləni pulsuz çap edirlər, bizdə isə sanballı məqalələr çox azdır, ona görə də pul tələb edirlər.

Konfranslarda tezis və yazılarımız dərc edilməlidir. Bu da gedib iştirak etməsən, ən azı 50 manat edir. Bəzi nüfuzlu konfranslarda dərc edilmək 100 dollardan yuxarıdır. İkincisi, mən xaricdə arxivlərdən sənəd almalıyam, sənədin bir vərəqinin surəti 1 avrodan 10 avroya qədər dəyişir. Yaxşı kitablar almalıyam, yeni dərc edilən kitabların təkcə elektron variantı 26 dollardan üzü yuxarı gedir. Almalıyam ki, dünya alimlərinin əsərləri ilə tanış olub, onlardan yeni nəsə öyrənmək olsun. Almasan, oxumasan da, sən özünə savadlı alim deyə bilmərsən. Arxiv sənədləri istifadə etməsən, sənin tədqiqatın heç nədir. Sadəcə söz yığnağı olur. Fakt mühüm əhəmiyyət kəsb edir müasir elmdə. Dünya elmi faktlar yazdığına görə səni qəbul edir. Sonra mən bir alim olaraq kitab yazmalıyam, yazıram 100 kitab ən azı 500 manata çap edilir. Banka borca girib ayda o krediti ödəməliyəm ki, kitab dərc edilsin. Edilir, alan da az olur, əlində 100 kitabdan 60-ı qalır, üstündə yük kimi durur. Kitaba görə də qonorar verilmir ki, motivasiya olsun. Alim elmlə məşğul olmalıdır, elmi iş yazmalıdır, gedib ağır dərs yükü altına girməli deyil”.

Zaur Əliyev hesab edir ki, bu səbəbdən də dünya elmindən geri qalırıq:

"Dünya alimlərinin içərisində bizimkilərin sayı çox azdır. Dünya elm mərkəzləri bizim alimləri humanitar və ictimai elmlərdə qəbul etmirlər. Çünki araşdırmalarımızı aparmaq üçün qeyd etdiyim xərclər olmalıdır, o da yoxdursa, niyə qəbul etsinlər? Məsələn, elmi dərəcə alan fəlsəfə doktoru 60 manat əlavə alır, əziyyətlə müdafiə edib elmlər doktoru olanlara 100 manat verilir. Belə baxanda, cəmi 40 manat artıq alır. Yəni elmlər doktorluğuna və fəlsəfə doktorluğuna görə çox cüzi maaş əlavəsi verilir, amma akademiklər həm 2 min manat əlavə alırlar, həm də onların vəzifə maaşları və digər böyük gəlirləri olur. Onların çoxu müxbir üzvü və akademik olandan sonra, demək olar ki, elmlə məşğul olmurlar. Elmin piarının ən əsas yolu alimləri yaxşı yaşatmaqdan ibarətdir. Bu, elm üçün ən böyük piardır. Əgər alim yüksək maaş alarsa, o zaman elmə axın baş verəcək. Onda alim öz işinə daha bağlı olacaq”.

Zaur Əliyev əlavə edib ki, elmin piarına ən böyük zərbə vuran amil alimin nüfuzunun aşağı salınmasıdır:

"AMEA-nın Rəyasət Heyətinin maaşları yenə də qalxıb. Sual olunur, niyə Rəyasət Heyətinin maaşları artır, amma sıravi AMEA əməkdaşlarının yox? Bunun səbəbini hökümətdən, ya da elə Maliyyə Nazirliyindən bir nəfər qalxıb məntiqli şəkildə izah edə bilərmi? Axı baş verən qiymət artımı hamının büdcəsində çatışmazlıq yaratdığı kimi, alimlərin də ailə büdcəsində ciddi çatışmamazlıqlar yaradıb. Bəlkə hökumətdə elə hesab edirlər ki, alimlər hansısa "icad”ları ilə qiymət artımının fəsadlarından yayına biliblər? Bu gün alim deyil, süpürgəçi səviyyəsində yaşamağımıza səssiz qalanlar elmə və elm adamlarına belə münasibəti həm gənc alimlərə, həm də elmimizin gələcəyinə qarşı ədalətsizlik deyilmi?”

İqtisadçı ekspert Rəşad Həsənova görə, alimlərin maaşlarının artmaması elmə olan hörmətsizliyin göstəricisidir:

"Əslində, tədqiqat və araşdırmalar sahəsinə ayrılan vəsaitlərin ümumdaxili məhsulun həcminə görə ən aşağı göstəricilərdən biri Azərbaycandır. Dünya bankının qiymətləndirmələrinə görə, Türkiyə 1%-in üstündədir, Gürcüstan 0,4-05% ətrafında, Azərbaycanda isə 0,2%-ə çatmır. Bu baxımdan Azərbaycanda vəziyyət yaxşı deyil. Xüsusi ilə dövlət tərəfindən maliyyələşmədə problem var, eyni zamanda biznesdə rəqabətliyin zəif olması səbəbindən, özəl sektorda bu istiqamətə yönələn vəsaitlərin həcmi qənaətbəxs deyil”.

Rəşad Həsənov deyir ki, alimlərin maaşının artmaması düzgün deyil:

"Məsələ ondadır ki, elmə dəyər verilməlidir. Müstəqillik dövründə, xüsusi ilə də ölkədən beyin axınının əsas səbəblərindən biri dəyərvermənin aşağı olmasıdır. Bu da ciddi problemdir. Beyin kapitalı olmayan ölkədə uzunmüddətli inkişafdan danışmaq olmaz. Bunun nəticəsində də biz 2050-ci ildə baxacağıq ki, inkişaf səviyyəsinə görə digər Qafqaz və region ölkələri ilə müqayisədə 20-30 il geri qalırıq”.//siam.az
Ardını oxu...
DİA.AZ: - "İnam Kərimov kənd təsərrüfatı naziri olsa da, aqrar sahədən tam xəbərsizdir. İnam Kərimov illərlə aqrar sferada formalaşan kadr korpusunu tamamilə məhv etdi. Özünün bütün qohumlarını hər yerdə ixtisası uyğun gəlsə də-gəlməsə də, vəzifələrə təyin edib". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.
Məqalədə dahas rona bildirilir: "Özünün saxta maliyyə məsələlərini və bir çox yeyinti layihələrinin üzərini ört-basdır etmək məqsədilə tez-tələsik öz yaxın qohumu olan Zəfər Qurbanova da Azərbaycan Dövlət Aqrar Üniversitetinin rektoru vəzifəsini həvalə etdi. Zəfər Qurbanov texnika elmləri namizədidir, neft sənayesi üzrə mütəxəssisdir. Zəfər Qurbanov aqrar sektora, onun istehsalat həyatına tanış sima deyil, aqrar sahədən heç bir məlmatı olmayan yad bir adamdır.
ADAU-ya rektor əvəzi təyin olunduğu gündən nəzərə çarpacaq bir fəaliyyəti olmamışdır. Buna baxmayaraq əvvəlki rektor İbrahim Cəfərovun idarəçiliyi və fəaliyyəti əvəzsiz olmuşdur. Zəfər Qurbanov keçirdiyi bütün iclaslarda tədrisdən yox, ancaq büdcədən danışır. Bütün iclaslarda deyir, çalışın imtahanlarda hər qrupda 15 nəfərdən 10-u kəsilsin, bunlar kredit pulu ödəsin, universitetin büdcəsinə pul yığılsın.
Bir sözlə, Zəfər Qurbanov saxta sözlər və saxta vədlərlə vaxt keçirir, bəzi ixtisaslara qəbul planını ləğv etdirib. Belə şəkildə isə ADAU-un inkişafı haqqında ölkə rəhbərinin qarşıya qoyduğu məsələləri həll etmək mümkün deyil. Yüksək ixtisaslı, aqrar sahəni dərindən bilən professor-müəllim heyətinə malik bir universiteti idarə etmək qeyri ixtisas sahibi üçün böyük çətinliklər törədir.
İndi də kənd təsərrüfatı naziri İnam Kərimov aşağıda Sizə göndərdiyimiz 4 dənə şəkili Zəfər Qurbanovun vatçapına göndərib və tələb edir ki, ADAU-nun bütün müəllimləri bunu vatsap statusunda paylaşsın, daha sonra bunu paylaşan şəxslər gəlib müvafiq fakültələrin dekanlıqlarında vatçapını göstərməklə qeydiyyatdan keçsin. Bu şəkildəkilər isə yeni bir şey deyil, 50 il bundan əvvəl məlumdur və tətbiq olunur. Bunlara çatmır ki, vatçap statusunda paylaşılan şəkillər yalnız bir sutka qalır və bunu həmin telefonun yaddaşında olan şəxslər görə bilər. Bu şəxslər isə heç tədrislə, aqrar sahə ilə bağlı olmayan adamlar da ola bilər. Bunları vatçap statusunda paylaşmayanlar isə yaltaq kafedra müdirləri və dekanlar tərəfindən təhdid olunur.
Universitetə tədris işləri üzrə prorektor təyin olunsa da rektor əvəzi Zəfər Qurbanov onun fəaliyyətini tam məhdudlaşdırıb. Tədris məsələləri təsərrüfat işləri üzrə prorektor Azad İbrahimova həvalə olunub. Professor Ziyad Abbasov 83 ildə elmə 83 qram xeyir verməyib. Amma Göyçəli olduğu üçün 83 yaşında imtahanlarda apelyasiya komissiyasının sədri təyin olunub, gəlib komissiyada çaydan içib mürgüləyir.
Cənab Prezident, Sizdən çox xahiş edirik ki, İnam Kərimovun sözlərinə fikir vermədən ADAU-nun öz kollektivindən, ixtisasını bilən, aqrar sahəyə bələd olan bir rektor təyin edəsiniz. Əks halda ADAU uçurumun bir addımlığındadır".

DİA.AZ olaraq müəllimlərə paylaşım üçün məsləhət görülən fotoları təqdim edirik:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu....
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rüşvət alan gömrük işçilərinin qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Belə ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin əməkdaşı Şahin İskəndərovun ölkəyə gətirilmiş avtomobillərə görə ödəniləcək rüsum və digər xərclərin azaldılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Habelə, qeyd edilən dövlət qurumunun Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovun postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Cavid Məmmədovun dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiya Federasiyasına qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb.

Şahin İskəndərov və Cavid Məmmədova Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Ardını oxu...
Yola saldığımız 2022-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 52 milyard 686,5 milyon dollar olub.
TEREF.AZ-ın məlumatına görə, Yeniavaz.com Dövlət Gömrük Komitəsi tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən il ərzində Komitə tərəfindən toplanan gömrük vergi və rüsumlarının məbləği 5 milyard 653,1 milyon manat (3 milyard 325,3 milyon dollar) olub. Nəticədə toplanan gömrük vergi və rüsumlarının məbləği xarici ticarət dövriyyəsinin 6,3%-nə bərabər olub.
Məlumat üçün qeyd edək ki, ötən ilin iyul ayında Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişiklik olub. Hazırda sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov ötən ilin iyul ayının sonundan etibarən Komitəyə rəhbərlik etməyə başlayıb. İlin ilk 7 ayında isə Komitəyə rəhbərlik Səfər Mehdiyev tərəfindən həyata keçirilib.
Aylar üzrə toplanan gömrük vergi və rüsumlarının məbləğinə baxdığımız zaman belə görünür ki, ilin ilk 7 ayında, yəni Səfər Mehdiyevin Komitəyə rəhbərlik etdiyi dövrdə daha az vəsait toplanıb.
Belə ki, ötən ilin ilk 7 ayında ümumilkidə 30 milyard 58,9 milyon dollar ticarət dövriyyəsi olub və bu məbləğin 5,9%-i səviyyəsində - 1 milyard 776,6 milyon dollar (3 milyard 20,3 milyon manat) gömrük vergi və rüsumları yığılıb.
Ötən ilin son 5 ayında isə ümumilkidə 22 milyard 627,6 milyon dollar ticarət dövriyyəsi olub və bu məbləğin 6,8%-i səviyyəsində - 1 milyard 548,7 milyon dollar (2 milyard 632,8 milyon manat) gömrük vergi və rüsumları toplanıb.
Ən yüksək gömrük vergi və rüsumları ötən ilin dekabr ayında toplanıb. 2022-ci ilin dekabr ayında ticarət dövriyyəsinin ümumi həcmi 3 milyard 413,9 milyon dollar olub və toplanan gömrük vergi və rüsumları bu məbləğin 9,7%-i həddində (332,4 milyon dollar) olub.
Ən az gömrük vergi və rüsumları isə oktyabr ayında yığılıb. Oktyabr ayında ticarət dövriyyəsinin ümumi həcmi 6 milyard 455,3 milyon dollar olub və toplanan gömrük vergi və rüsumları bu məbləğin 3,8%-i həddində (246,6 milyon dollar) olub.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Beynəlxalq araşdırmaçı jurnalistlər Gürcüstanda Vasif Talıbov və onun ailəsinə bağlı 270 milyon dollarlıq biznes və mülkləri üzə çıxarıb.

“Qafqazinfo” “Azadlıq” Radiosuna istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsinin (OCCRP) yayımladığı araşdırmada bildirilir.

Araşdırmada türkiyəli iş adamı Emin Uçarın Gürcüstandakı hotel, restoran, yaşayış komleksləri və digər biznes fəaliyyətindən bəhs olunur. Müəlliflərinin ortaya çıxardıqları sənədlərə əsasən, iş adamı E. Uçar Naxçıvana 30 ilə yaxın rəhbərlik etmiş Vasif Talıbov və onun ailəsini təmsil edib.

Araşdırma müəlliflərindən olan Aydan Yusifin sözlərinə görə, bu sərvətin Azərbaycandan Talıbovlara məxsus şirkətlər vasitəsilə yatırılmasına ciddi şübhələr var: “Əldə olan məlumatlar ondan ibarətdir ki, “Gəmiqaya” şirkəti Azərbaycanda bir sıra sahələrdə genişmiqyaslı biznes fəaliyyəti ilə məşğuldur. Holdinq yeni yarananda Azərbaycanda bir sıra dövlət sərmayələrindən yararlanıb. Sonra isə MR-da onlarla dövlət satınalmalarına qatılıb və qalib olub. Orada müxtəlif tikinti işlərini həyata keçirib. 2012-ci ildə Vasif Talıbov Gürcüstana gəlib. Ondan sonra oğlu Gürcüstanda mülklər almağa başlayır. Həmin ildə E. Uçar Gürcüstanda öncə “Gəmiqaya” şirkətini təsis edib. Sonra isə onun adını dəyişib “Maqro” qoyaraq fəaliyyətini davam etdirib”.

E. Uçarın vəkilləri onun Gürcüstandakı sərvətini istiqrazlardan qazandığını, kiminsə biznesi üçün saxta təmsilçilik etmədiyini, qanuni davrandığını bildirsələr də, V. Talıbovun oğlu Seymur Talıbovun vəkili OCCPR-a bildirib ki, R. Talıbov və E. Uçar Naxçıvanda “Gəmiqaya” adını daşıyan müxtəlif şirkətlərin həmtəsisçiləridir.

Araşdırmaçı jurnalistlər həmçinin Rza Talıbovun onun adına mülk almaq üçün E. Uçara verdiyi etibarnamənin surətini də əldə ediblər.

Mənbə qeyd edib ki, ötən il Talıbovların Birləşmiş Ərəb Əmirliklərindəki biznes imperiyası haqqında araşdırması olub. Onlar çirkli pulların yuyulmasında da ittiham olunublar. Həmçinin Talıbovların işgəncə yolu ilə sahibkarların biznesini ələ keçirilməsi ilə bağlı da materiallar hazırlanıb.
 
Ardını oxu...
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirilən əməliyyat zamanı saxlanılanlar var.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ötən gündən başlayan əməliyyat tədbirləri bu gün də davam edir.

İlkin ehtimallara görə, əməliyyat zamanı xüsusilə maliyyə işçiləri arasında yeddi nəfər saxlanılıb, beş nəfərin isə izahatı alınıb.
--------------
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.

Hazırda əməliyyat tədbirləri davam edir.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiq ediblər.

Qeyd olunub ki, əməliyyat barədə əlavə məlumat veriləcək.
 
 
 

Dünyapress TV

Xəbər lenti