Ardını oxu...
DİA.AZ: - "Şikayətim ABB bankdandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" aslı sosial qrupdakı paylaşımında Nərgiz Aşurbəyova giley edib.

Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır: "Deməli, kredit götürürük 6000 manat məbləğində, kredit götürən zaman bizə 300 manatlıq "Tam kart" verildi (həm kredit kartı, həm də debet).
Kartı əldə etdik, 3 ay ərzində kartı mənə aktivləşdirməyə kömək etmirlər! Tətbiqdə xəta verir, bankomat xidmət göstərmədiyini bildirir!
Nəysə bunuda qoyaq kənara. Çağrı mərkəz ilə əlaqə saxlanılan zaman mənə məlumat verilir ki, kredit ödənişinizi emanat və ya milliÖn terminallarında edə bilərsiniz, bunun üçün sadəcə kart nömrənizi daxil etməyiniz yetərlidir və biz bu sözlərə əsasən ödənişi bu dəfə terminal ilə edirik vəsait gedir oturur kredit xəttində)) az imiş kimi gecikməyə düşürük) müraclət edirem çağrı mərkəziyə operatorlar kobud şəkildə və səs tonlarını qaldıraraq məni susdururlar! Deyirəm yaxşı kredit xətti 300deyil, 300də artıq ödədiyim şəxsi vəsaitimdi onuda köçün kredit borcuma görə, yenədə yox teklif elədikləri yalnız filiala yaxınlaşın kartı aktivləşdirin (sən demə kartda aktiv deyil, necə aktivləşdirmək lazımdır oda bəlli deyil) sadəcə avara olub dəqiqə başı filiala yaxınlaşın), deyirlər gəlin aktivləşdirin və sonra öz şəxsi vəsaitimi yalnız 50%nağdlaşdırılma edə bilərəm...) və əlavəəə 1,5% şəxsi vəsaitimi nağdlaşdırmaq üçün komissiya ödəməliyəm)))
Sizin iştahınız pis deyil amma...)
Keyfiyyət üzrə nəzarət - 0
Xİdmət -0
Güvənlik -0"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
DİA.AZ: - "İşçilərinizin demək olar ki 80% ilə məcburi müvəqqəti Əmək Müqaviləsi bağlamısınız(bağlayırsınız). Bilmək istərdim bu məcburi( "könüllü") müvəqqəti Əmək Müqaviləsinə işçiyə qol çəkditdirərkən bu maddənin hansı bəndinə istinad edirsiniz?" DİA.AZ bildirir ki, bu sualla "Azneft" İB rəhbərliyinin qarşısında tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı çıxış edib.
M. Qəhrəmanlı daha sonra hüquqları tapdanan neftçilərə xitab edir: "Neftçilər! İdarənizin İR üzrə məsul şəxsi sizi müvəqqəti Əmək Müqaviləsinə qol çəkməyə məcbur edərkən, cənabdan aşağıda yazdığım hansı bəndləri əsas götürdüyünü xəbər alın. Yəqin ki,barmağını yuxarı tuşlayacaq: ☝️yuxarıdan tələb edirlər
ARƏM Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar
Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:
a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;
b)təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;
c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;
ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;
d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;
e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;
ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;
f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;
g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;
ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Ardını oxu...
Türkiyədə on minlərlə insanın ölümü ilə nəticələnən zəlzələdən sonra Azərbaycanda da inşa olunan yaşayış binalarının təhlükəsizliyi, zəlzələyə davamlılığı ilə bağlı müzakirələr açılıb.

Bir çox ekspertlər hesab edir ki, Bakı şəhərində inşa olunan yeni yaşayış binaları yoxlanılmalıdır.

DİA.AZ bildirir ki, uzun illər bina tikintisi ilə məşğul olan “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Gununsesi.info-ya açıqlamasında bu haqda danışıb.

İş adamı bildirib ki, onun şirkətləri tərəfindən inşa olunan binaların təhlükəsizliyinə zəmanət verir: “Allah bir daha yaşatmasın. Amma Türkiyədəki zəlzələ burada olarsa, insanlara deyərəm ki, evinizdə oturun, çayınızı için. Mən bunu məsuliyyətimlə deyirəm”.

Bakıda inşa olunan binaların ciddi nəzarətdən keçməməsi barədə iddialara gəlincə, İsfəndiyar Axunov bildirib ki, belə bir məsələ yoxdur: “İnşaat prosesinə başlamazdan xeyli əvvəl onun hər bir detalı araşdırılır, rəy verilir. Bu olaydan sonra mən Türkiyədəki binalarla maraqlandım. Mən sizə foto təqdim edirəm. Birinci fotodakı mənim tikdiyim binadır. İkinci isə Türkiyədə inşa olunan binanın təməlidir. Onlar bizimki qədər dərinlikdə betonlama etmirlər. Təmələ beton piltə atırlar, üstünə də bir az beton verilir. Belə olanda təbii ki, bu təhlükəli olacaq”.

Ardını oxu...
Göyçay rayon Ulaşılı Şıxlı kəndinin sakinləri etiraza qalxıb.

"DogruXeber.az" bildirir ki, bu barədə sakinlərin özləri tərəfindən lentə alınan görüntülər facebook sosial şəbəkədə yayımlanıb.

Etiraz edən sakinlərin narazılığı kəndin küçələrinin, xüsusilə də məktəb yolunun bərbad halda olmasındandır.

Onlar bildirirlər ki, "3 il əvvəl Vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev fondundan 1 milyon manat pul ayrıldı və kənddə bütün standartlara cavab verən, gözəl məktəb binası inşa edilib. Lakin, məktəbin yolları palçıqlı, çuxurlu olduğundan gediş-gəliş mümkünsüz hala gəlib. Avtomobillər çətinliklə hərəkət edirlər. Yollardakı çuxurlar avtomobillər üçün tez-tez problemlər yaradır."

Həmçinin, sakinlər dəfələrlə Göyçay rayon İcra Hakimiyyətinə və digər aidiyyatı qurumlara müraciət etsələr də, heç bir münasibət bildirilmədiyini deyirlər.



Görüntülərlə bağlı Göyçay rayon rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
 //"DogruXeber.az"//
Ardını oxu...
“Biz bilmirik ki, şəhərdə harada nə tikilir, necə olur” – AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Abzas Media-ya müsahibəsində deyib.

O əlavə edib ki, Bakıda müxtəlif seysmoloji balların olması şirkətlər üçün əlavə xərc deməkdir. Buna görə də onlar qurumdan rəy almaqda maraqlı deyillər.

Daha ətraflı aşağıdakı videoda:

 

Ardını oxu...
Qardaş ölkə Türkiyədə baş vermiş zəlzələ nəticəsində Azərbaycan hər zaman qardaş ölkənin yanında olduğunu bildirmişdir. Ölkə başçısı İlham Əliyev ilk gündən, Türkiyəyə bütün köməkliklərin göstəriməsi barədə öz xüsusi tapşırıqlarını vermişdir.

Paytaxt Bakının bir neçə yerində humanitar yardımlar toplanır demək olar ki, humanitar yardım edənlərin ardı-arası kəsilmir,hətta ölkəmiz də, elə iş adamları var ki, qardaş ölkəyə yüz minlərlə hətta, millyonlarla maddi və humanitar yardım göstərir.

Amma media olaraq bu şəxslərin kimliyini cəmiyyətə göstərmək istəsəkdə onlar razı sala bilmədik.

Bir neçəsi bildirdi ki, biz bunları reklam üçün yox qardaş ölkənin fəlakəti üçün etmişik.

Fəlakət üzərindən bizə reklam yaraşmaz kimi cavablarda aldıq.

Amma halbu ki, o şəxslər böyük izləyicisi böyük kütləsi olan media və xəbər səhifələrinə 5-10 manat verib "Karqo Şamil" kimi özlərini reklamda etdirə bilərdilər.

Necə deyərlər sağ əlin verdiyini sol əl bilməməlidir axı...

Hörmətli Şamil müəllim, unutmaq lazım deyil ki, olunan bütün humanitar və maddi yardımların hər biri Heydər Əliyev fondu tərəfindən olunur. Ölkəmizin bir nömrəli fondu olan bir vaxtda qardaş ölkədə baş vermiş fəlakət facisəini öz üzərinə götürdüyü bir vaxtda siz 30 min LİRƏ maddi yardım 200 min lirə humanitar yardımınızı bu qədər reklam etməyə nə ehtiyac var?

Hazırladıqınız yardım video çarxlardada bəzi yardımlar sual altındadır. Maraqlıdır ki, Şamil Heydərov 44 günlük vətən müharibəsi zamanı hansısa şəhid ailələrinə yardımını belə görmədik.

Niyə o zaman şəhid ailələrinə maddi və humanitar yardımlarını video çarxlar düzəldib pul paylayıb reklam etmədi? heç karqo Şamilin pandemiyadada hansısa ehtiyaclı ailələrə humanitar yardımını görmədik.

Görünür ki, həmin vaxtı müəllimin arxasında olan boz kardinala və digər Rusiya kadırlarına beli daha çox bağlı imiş. Amma indi görünür ki, Şamil müəllim bir neçə ay öncə, bəzi media resuslarında barəsində yazılan yazılardan çox narahat olub.

Deyəsən bu dəfə onun arxasında duran qüvvələr ona yardım edə bilməyəcəyini hiss edir. Bu cür yardımlarda reklam etməklə çıxış yolu sanır. Amma qurtulacaqıda sual altındadır.

Bu arada millət vəkili Fazil Mustafa unikal.az-a açıqlamasında bildirib ki, "Sosial şəbəkə meymunları yenə də dövriyəyə girdi.

Bay və bayan meymunlar, agah olun ki, Milli Məclisin bütün deputatları maşlarının çox hissəsin Türkiyə yardım göndərib "Üstəlik də ayrı-ayrı yardım toplama məntəqələrdə yaşam üçün vacib malları da hazırlayıb təhvil verən xeyli deputatlar var Bunu reklam etmək üçün hər qutunun yanında şəkilmi çəkdirməlidirlər?

Türkiyəmizin bu acı günündə hər kəs səmimi şəkildə öz imkanı çatanı etsin, yalandan vətənpərvərlik pozası alıb meymunluq etməyə gərək yox! Bu ucuz reklamlarnızı yersiz hərəkətlərinizi acı, kədərli günlərimizdə bəlkə təxirə salasınız?", - deyə o qeyd edib.

AZƏRBAYCANREALLIĞI.COM
 
Ardını oxu...
İstanbula külli miqdarda qızıl aparmaq istəyən "NF Model” şirkətinin direktoru və onun nişanlısına hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, Nürəddin və nişanlısı Yevgeniya ümumi dəyəri 144 min 347 manat təşkil edən 825,01 qram çəkidə olan qızıl-zinət əşyalarını Bakı-İstanbul aviareysi ilə Türkiyəyə aparmaq istəyiblər.

Onlar 2 fevral 2022-ci il tarixdə, saat 20 radələrində TK335 saylı Bakı-İstanbul aviareysi ilə Azərbaycandan Türkiyəyə gedərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ‘Terminal-1” gömrük postunda həmin malları bəyannamədə qeyd etməyiblər. Beləliklə, istintaq qərara gəlib ki, adıçəkilən şəxslər qızıl-zinət əşyalarını qəsdən qaçaqmalçılıq yolu ilə keçiriblər.

1990-cı ildə Bakıda anadan olan təqsirləndirilən şəxs Nürəddin Hüseyn ifadəsində bildirib ki, "NF Model” şirkətinin direktoru və təsisçisidir. Vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətində qeydiyyatdan keçib və adına VÖEN açılıb. Həmin şirkət müxtəlif məhsulların dizayn edilməsi ilə məşğul olub. Həm də fərdi qaydada bəzi idmançılara ödənişsiz dərslər keçib. Ötən il onlar İstanbul şəhərinə gəzmək və fotosessiya etmək məqsədilə Bakı-İstanbul aviareysinə bilet alıblar.

İstanbula getmək istəyərkən hava limanında yoxlama keçirilib və ona məxsus əl çantasından, baqaja verdiyi çemodandan protokolda göstərilən sayda və çəkidə qızıl-zinət əşyaları aşkar olunub. Həmçinin də nişanlısının həm üzərindən, həm də baqajından qızıl-zinət əşyaları aşkar edilib. Onun sözlərinə görə, qızıl-zinət əşyaları nənəsindən miras qalıb. Təqsirləndirilən şəxs deyib ki, həmin qızılları Türkiyədə yaşayan bibisinə vermək üçün aparırmış. Nürəddin Hüseyn həmçinin bildirib ki, nişanlısının üzərində aşkar olunan qızılları da özü hədiyyə edib. Bundan başqa, ailə üzvləri də ona qızıl zinət əşyaları hədiyyə ediblər.

1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş Yevgeniya da nişanlısının ifadəsini təsdiqləyib.

Məhkəmə Nürəddin və nişanlısı Yevgeniyanı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (Qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlara Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və barəsində 1 il 6 ay sınaq müddəti seçilib.
         
Ardını oxu...
Qardaş Türkiyədə 6 fevral tarixində baş verən zəlzələ və bu dəhşətli faciənin yaratdığı kədərli durum təkcə Türk dünyasında yox, bütünlükdə olaraq bəşər insanlarına çox üzücü təsir bağışladı, deyə bilərik. Hər halda dünyanın əksər ölkələrinin bu gün Türkiyəyə yardıma qoşması da bu faktı sübutıayan şərtlərdəndir. Bu əsnada Azərbaycan xalqının qardaş Türkiyəyə digərlərindən xüsusi məhəbbəti ilə seçilməsi də diqqət mərkəzindədir ki, bizlər buna heyrətlənmir, bunu normal qarşılayırıq. Düşünürük ki, hrə bir azərbaycanlı bu gün darda olan Türkiyəmizin yanında olmalıdır.

Amma belə düşünməyənlər də var ki, biz də DİA.AZ olaraq bu qəbildən olan şəxs və şirkətləri araşdırmaqla məşğuluq. Bu araşdırmalarımız zamanı ortaya maraqlı bir fakt çıxıb. Yardım edənlər arasında hələ iki il əvvəl Azərbaycanda rəsmi QUMAR BİZNESİNƏ nəzarəti öz əlinə götürən və bununla da “Azərlotereya” ASC-nin idarəetməsinə nəzarət edən Türkiyənin “Demirören Holding” şirkətinin adına rast gəlmədik.

Qeyd edək ki, yerli Azərbaycan KİV-lərində özünü YARDIMSEVƏR, XEYİRSEVƏR kimi təqdim edən "Demirören Holding"in həm bir Türkiyə şirkəti olması və həm də Azərbaycanda da kifayət qədər ciddi bisnezə malik olması faktları əsas yaradır ki, bizlər də bu QUMAR ÇƏBƏKƏSİ sahibləri üzərində hansısa sözləri deməyə haqq qazanaq.

Müraciətimiz isə belədir: Türkiyədəki fəaliyyətinizi bilmirik, Azərbaycandan oğurladıqlarınızıl heç omasa qardaş türkiyəyə yollayın... Bəlkə bununla bir halallıq da qazanmış olasınız...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Hər halda, maraqlı olardı...
 
 
 

Ardını oxu...
Əvvəllər məlumat verdiyimiz kimi 2022-ci ilin mart ayında Masallı Rayon Mərkəzi Xəstəxanasın baş həkim təyin edilən, elə həmin ilin 26 dekabrında Korrupsiya Qarşı Mübarizə təşkilatı tərəfindən həbs edilən Eşqin Əlievdən sonra vakansiya olan baş həkim yerinə təyinat olub. Belə ki, Mərkəzi Xəstəxananın Reanimaya Şöbəsinin müdiri İlqar Məmmədov 10 fevral 2023-ci ildə həmin vəzifəyə təyin edilib.

İlqar Məmmədov kimdir?

DİA.AZ Cenub.az-a istinadla bildirir ki, o, 1971-ci ildə, noyabr ayının 26-da Masallı rayonunun Böyük Xocavar kəndində anadan olmuşdur. 1989-cu ildə Masallı rayonu 2№-li şəhər orta məktəbini bitirmişdir. 1989-cu ilin dekabr ayından 1991-ci ilin noyabr ayına kimi Ukrayna SSR-nin ərazisində Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 1992-ci ilin noyabr ayına kimi “Azərbaycan Kurortlararası Təmir-Tikinti” idarəsində fəhlə işləmişdir. 1992-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub, 1998-cı ildə həmin universiteti bitirmişdir. 1998-ci ilin avqust ayından 1999-ci ilin iyul ayına kimi anesteziologiya və reanimatologiya ixtisası üzrə internatura keçmişdir. 2007-ci ildən 2012-ci ilə kimi Azərbaycan Tibb Universiteti Elmi Tədqiqat Mərkəzinin dissertantı olmuşdur. 2012-ci ildə “Qaraciyərdə və öd yollarında cərrahi əməliyyatlar zamanı anesteziya metodlarının optimallaşdırılması” mövzusunda dissertasiyanı müdafiə etmişdir. 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2011-ci ildən Masallı Rayon Mərkəzi Xəstəxanasının anesteziologiya və reanimasiya şöbəsinin müdiridir. İşlədiyi illər ərzində Azərbaycan Respublikasının və Türkiyə Respublikasının müxtəlif klinikalarında ixtisasartırma kurslarında olmuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim anestezioloq-reanimatoloq kimi fəal iştirak etmişdir.
Ardını oxu...
Qazaxda başçının adamının həkim bıçaqlamış qardaşı yüksək vəzifəyə hazırlaşır
Qazaxın Diaqnostika Mərkəzinin sabiq müdiri, hazırda orada terapevt olan Şahin Həsənovun daha yüksək vəzifəyə getmək iştahı yaranıb. Qazaxda keçmiş məhkum və qalmaqallı biri kimi tanınan, həmkarını iş başında bıçaqlayan doktor kimi xatırlanan Şahin Həsənov həmin hadisənin unudulduğunu düşünərək Qazax rayon Mərkəzi Xəstəxanasına baş direktor getmək həvəsindədir. Bu haqda Reportyor.info-nu məlumatlandıran yerli qaynaqların iddiasına görə, Şahin Həsənov bu məsələdə iki faktora arxayın olub: birincisi, bacısı Gülayə Həsənovanın Qazaxın icra başçısının müavini olması, başçı Rəcəb Babaşova da təsir imkanları, ikincisi isə səhiyyə nazirinin dəyişməsi və keçmişi haqda məsələlərin yaddan çıxması. Mənbə qeyd edir ki, hələ 10 il əvvəl, yəni 2013-cü il, 8 avqustda Şahin Həsənov cərrahiyyə şöbəsinin müdiri Vasif Pirvəliyevi klinikada bıçaqlayıb. Yəni hadisə iş yerində olub. Əslində, elə bu fakt kifayət etməli idi ki, peşə fəaliyyətinə xitam verilsin. İddialara görə, hadisə şəxsi zəmində baş verib və V.Pirvəliyev həmin vaxt dərhal cərrahiyyə əməliyyatına göndərilib. Diaqnostika Mərkəzinin müdiri Ş.Həsənov isə həbs edilib, amma məhkumluq həyatı uzun çəkməyib. Halbuki Cinayət Məcəlləsinin 121.1 (sağlamlığa ağır zərər yetirmə) maddəsi ilə onu 3 ildən 8 ilədək həbs gözləməli idi. İndisə keçmiş dustaq həkim bu reputasiya və dosye ilə Qazaxın mərkəzi xəstəxansında baş direktor olmaq niyyətindədir. Üstəlik, başçı müavini olan bacısını da səfərbər edib ki, bu təyinatı həyata keçirə bilsin. Hətta iddialara görə, icra başçısı Rəcəb Babaşov bu məsələdə “xeyir-dua” verib, onun “maraqları” təmin olunub.

Sadəcə, şöbə müdirini bıçaqlamış birinə bütün Qazaxın səhiyyəsini etibar etmək nə dərəcədə düzgün qərar olar, maraqlıdır. Hər halda Qazaxda kifayət qədər təcrübəli kadrlar var və onların təyin olunması daha məqsədəuyğundur. Eyni zamanda, şöbə müdirini iş yerində bıçaqlayan Şahin Həsənovun bu cinayəti törətməsi göstərir ki, onun psixoloji vəziyyəti də yerində deyilmiş və özünə hakim kəsilə bilməyib, emosiyalarını cilovlaya bilmir. Belə bir psixoloji əhvala malik həkimin baş direktor təyin edilməsi də riskli qərar ola bilər. Məsələ ilə bağlı yeni detalları dəqiqləşdirməyə çalışırıq.
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti