Ardını oxu...
Azərbaycan əhalisinin sayı 2 milyondan çox azala bilər.

TEREF Ölkə.Az-a istinadla xəbər verir ki, bu sözləri hüquqşünas Sahib Məmmədov bildirib. O deyib ki, bu proqnoz-məlumatları Azərbaycanın rəsmi statistikası əsasında hazırlanıb:

"Mənə inandırıcı görünmür, amma tendensiya azalmağa doğrudur. Bu baş versə, proses yalnız say azalaması ilə deyil, cins və yaş tərkibinin əhamiyyətli dəyişməsi ilə müşahidə olunacaq".

Qeyd edək ki, "database.earth" platformasında yer alan məlumatda deyilir ki, Azərbaycan əhalisinin gələcəkdə 10 462 904 nəfərdən 8 265 201 nəfərə qədər azalacağı gözlənilir. 2024-cü ildən 2100-cü ilə qədər əhalinin sayının 161,64% azalması baş verə bilər.
Ardını oxu...
 
Ardını oxu...
Baş Prokurorluq sosial yardımın hansı halda dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirib.
Tribunainfo.az həmin qaydaları təqdim edir:
“Qanunla müəyyən olunmuş müvafiq qurumların informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (Azərbaycan Respublikasının Prezidentinin təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əmək haqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.
Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.
Aztəminatlı ailənin üzvü özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır.
Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qaytarmalıdır.
Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır”.
 
Ardını oxu...
“Nazirlər Kabineti 27 mart 2024-cü il tarixli 183 nömrəli qərarı ilə “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Həmin tələblər cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Səbəb də ondan ibarətdir ki, geniş əhali kütlələrinin maraqlarına toxunan belə qərarların qəbulundan öncə insanlar, maraqlı tərəflər xəbərdar edilməlidir. Belə sənədlərin müzakirəsində ictimaiyyətin iştirakı təmin olunmalır, ekspertlərin fikirləri alınmalıdır. Amma nədənsə, geniş əhalinin maraqlarına aid olan qərarlar qəfil və gizli şəkildə qəbul olunur”.

Bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Bakupost.az -a açıqlamasında deyib.
O bildirib ki, bu layihə hazırlananda insanlar məlumatlı olsaydı, hazırkı norma ilə müddəti keçmiş sayılan avtomobillərin idxalını dayandırardılar. Lakin hazırda bir neçə problem ortaya çıxıb:
"Problemlər nədən ibarətdir? Taxksi xidməti göstərənlər iyunun 1-dən 15 ildən artıq istismar müddəti olan avtomobillərdən istifadə edə bilməyəcəklər. İkinci məsələ 8 il məsələsidir. İyunun 1-dən sonra 8 ildən artıq istismar müddəti olan avtomobillərin taksi xidməti göstərməsinə icazə verilməyəcək. Onlara müvafiq sənəd təqdim olunmayacaq. Rənglə bağlı məsələ var. Digər bir məsələ salonun tərtibatı və “Avro 5” standartı ilə bağlıdır. Bizdə yanacaq “Avro 5” satandartına keçmədiyi halda taksi xidməti üçün sözügedən standart tələb kimi qoyulub. Həmçinin tələblərdə qeyd olunub ki, avtomobilin salonunda kamera olmalıdır. Ən azı onun 30 gün yaddaşı olmaqla. Burada fərdi məlumatların məxfiliyi məsələsi ortaya çıxır. Tutaq ki, bir şəxs aqreqator şirkəti ilə müqavilə bağlayıb fəaliyyət göstərir və il ərzində bütün o müştərilərin səsini, telefon danışıqların yazır və sonra Tik Tok-a qoyur. Bununla bağlı məsuliyyət var, amma o məsuliyyət vurduğu ziyana adekvat olmayacaq axı".
Ekspert bildirib ki, qərarın layihəsini hazırlayanlar ümumi sözlərlə danışırlar:
"Bakıda 70 minə yaxın taksi var. Regionlarda da mövcuddur. Bunların taleyi necə olacaq? Yalnız Bakıda 40 mindən artıq taksi xidməti göstərən şəxs sıradan çıxa bilər. Deyilənlərə görə, istismarda olan taksilərin 80 faizdən çoxunun müddəti 15 ili keçib. Regionlarda da həmçinin. Bunlar taksi xidməti göstərə bilməyəcəklər. Yeni avtomobil almağa da imkanları yoxdur. Bu halda onların işsiz qalması və dövlətin sosial yükünün artması baş verə bilər. Taksi xidməti ilə bağlı islahat zəruridir. Dünyanın bir çox ölkələri var ki, burada taksi xaosu bizdən dəfələrlə pisdir. Yaxud Cənub Şərqi Asiya ölkələrində küçələrdə "tuk-tuk" deyilən nəqliyyat vasitələri həddən artıq çoxdur. Əlbəttə, onlar da istəyir ki, şəhərləri, nəqliyyat sistemləri daha da səliqəli olsun. Amma onları yığışdıra bilmirlər. Çünki bilirlər ki, bu, sosial gərginliyə, işsizliyə gətirib çıxaracaq. Əhalinin rifahına təsir edəcək. Ona görə də biz islahatları həyata keçirərkən bir idarənin nöqteyi-nəzərindən yox, ümumi sosial-iqtisadi şəraitdən çıxış etməliyik. Yəni Azərbaycan bu gün taksi bazarını tərk edəcək insanların məşğulluğunu təmin etməyə hazırdırmı? Əhali ucuz nəqliyyat növü kimi taksidən istifadə edir. Burada 3 qrupun maraqları var. İstifadəçilər, xidmət göstərənlər və taksi xidməti göstərən şirkətlər. Bu 3 qrupun maraqlarını uzlaşdırmaq lazım idi. Amma uzlaşdırılmadı və nəticədə belə bir diskussiyalar ortaya çıxıb. Burada yüz minlərlə insanın taleyindən söhbət gedir. Taksi sürücüləri, onların ailə üzvləri, taksi istifadəçiləri və sahibkarlar. Bunlarla bağlı vəziyyət necə tənzimlənəcək, aydın deyil. Dövlətin bununla bağlı siyasətinə aydınlıq gətirilməlidir”.
 
Ardını oxu...
Valideyn Nuranə İsmayılova övladı ilə bağlı müraciət etdiyi artıq dördüncü bağçadan imtina cavabı aldığını deyir. Onun sözlərinə görə, bağçalar bəhanə kimi qruplarda uşaq sayının çoxluğunu, psixoloq rəyini göstərsələr də, səbəb başqadır.

“Qafqazinfo”ya danışan ana bildirib ki, 3 yaş 4 aylıq oğlu Atilla İsmayılov serebral iflicdən əziyyət çəkir. Nuranə İsmayılova isə onu yerləşdirmək üçün bağça tapa bilmir.

Hazırda məsələni ictimailəşdirən vətəndaş İsmayılova olsa da, əslində problem bir çox ailələri əhatə edir. Ölkədə fiziki məhdudiyyətinə görə bağçalara, məktəblərə gedə bilməyən, hətta pandusların yoxluğu səbəbi ilə küçədə hərəkət edə bilməyən minlərlə şəxs var. Atilla sadəcə onlardan biridir...

Müsahibimiz deyir ki, oğlunda 1 yaşına qədər hər şeyin normal olduğunu düşünüblər: “Halbuki oturmur, iməkləmirdi. 1 yaşında nevroloqu yox, evə gələn fizioterapevt təsadüfən USM nəticəsini gördükdən sonra bizə bu barədə məlumat verdi. Sonra bilmişik ki, övladımız serebral iflicdir. Adətən bu tip uşaqlarda görmə, eşitmə, danışıq, epilepsiya, əqli gerilik kimi problemlər olur. Amma oğlumda sadəcə spastikliyə bağlı yerimə problemi var. Zəka və danışıq baxımından həmyaşıdlarından fərqlənmir. Ən son “Kiçik Mələklər” və “İndigo” uşaq bağçalarına müraciət etdik, imtina etdilər. Səbəb olaraq təhlükəsizliyini təmin edə bilməyəcəklərini, qrupda uşaq sayını və psixoloq rəyini göstərdilər. Psixoloqun rəyini istədim, vermədilər. Amma cəmi 3 sual soruşublar uşaqdan, o da cavab verib”.
Ardını oxu...
Ana qeyd edir ki, nevroloq Atillanın 1 yaşından etibarən bağçaya getməsini məsləhət görüb: “Amma mən heç olmasa, “walker”lə yeriyənə qədər gözləyib sonra müraciət etdim. Çünki heç bir bağçanın yaxın durmayacağını bilirdim. Son 7-8 aydır müraciət edirəm, amma nəticə əldə edə bilmirəm. Əslində inklüziv təhsillə bağlı ayrıca dövlət proqramı da var: 2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı. Deyəsən, icrası kağız üzərindədir. Ölkədə 65 000-nə yaxın sağlamlıq imkanları məhdud uşaq var, bunlardan cəmi 12 000-nə yaxını təhsilə cəlb olunub. Bu 65 000 uşağın arasında nə qədər zəkalı, potensiallı uşaq var”.

“Atilla ona düşən müavinətdən yararlana bilirmi?” sualını isə Nuranə İsmayılova belə cavablayıb: “Proses uzundur, xəstəxanada yatmaq, həkimlərin rəyi və sairə. Adi bir poliklinika müalicəsi 3-4 saatımızı alır. Bizə fiziki olaraq çətin gəlir. Nevroloq müalicəsi üçün hər il Ankaraya gedirik. Əlbəttə, dövlət tərəfindən yardım olunmasını istəyərdik. Uşağın ildə iki dəfə botoks əməliyyatları, reabilitasiya və sairə artıq bizi maddi cəhətdən sıxmağa başlayır. Lakin məhz proseslərin uzun olması narahatlıq yaradır. Amma qısa müddət ərzində müraciət edərək əlillik almaq istəyirik”.

İddialarla bağlı “Kiçik Mələklər” bağçası ilə əlaqə saxladıq. Bağçadan bildirildi ki, son günlərdə bu adda vətəndaş müraciəti qeydə alınmayıb: “Amma onu bildirək ki, bağçamızda serebral iflic olan uşaqlar üçün xüsusi şərait yoxdur. Bunun üçün bizim inkişaf mərkəzimiz var, uşaqlar burada sosiallaşa bilirlər. Valideyn övladı ilə birlikdə bağçamıza gələrək əyani şəkildə tanış ola bilər. Əgər o uşağa yaxşı xidmət edə biləcəyiksə, götürəcəyik”.
Ardını oxu...
“İndigo” bağçasından isə valideyn üçün heç bir halda şərait yarada bilmədiklərini bildirdilər: “Çünki bizim qruplarda uşaq sayı 20 nəfərdir. Qruplara uşaqların gediş-gəlişi üçün pilləkən məhdudiyyətləri var. Sanitar qovşaqlar xüsusi uşaqlar üçün hazırlanmayıb, həm də həyətyanı sahədə hərəkət maneələri var. Buna görə də, təəssüf ki, biz hazırda serebral iflic olan uşağı qəbul edə bilmirik. Fiziki məhdudiyyətli uşaqların rahat və təhlükəsiz hərəkəti üçün standartlara cavab verən pandusun və bunun kimi digər imkanların olması vacibdir. Bu şərtlər olmadan fiziki məhdudiyyətli uşaqların müəssisəyə qəbul olunması, həmin uşaqlara yaxşılıq etmək deyil, əksinə, həmin uşağa daha da çətinlik və travma yaratmaqdır”.

Atilla İsmayılova dövlət tərəfindən hər hansı yardımın mümkün olub-olmamasını dəqiqləşdirmək üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov müraciətimizə cavab olaraq bildirdi ki, azyaşlıya əlilliyin təyin edilməsi və buna görə ona aylıq sosial ödənişlərin təyinatı üçün əvvəlcə “Forma-88” (göndəriş) verilməlidir.

Uşaqla bağlı elektron sistemə göndəriş daxil edilməsi ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) də müraciət etdik. Qurumdan bildirildi ki, Atilla İsmayılovun ixtisaslaşdırılmış dövlət tibb müəssisəsindən diaqnozu təsdiq edən tibbi rəyi olmadığı üçün ona “Forma-88” rəsmiləşdirilməsi mümkün deyil: “Vətəndaşa Uşaq Nevrologiya Xəstəxanasında müayinə və müalicə üçün göndəriş təklif olunsa da, imtina edilib. Qeyd edirik ki, sözügedən formanın rəsmilləşdirilməsi üçün diaqnoz mütləq surətdə dövlət tibb müəssisəsi tərəfindən təsdiqlənməlidir. Məlumat üçün bildirək ki, vətəndaşın valideynləri ilə bu barədə izahedici söhbətlər aparılıb və onlara ətraflı məlumat verilib”.
 
Ardını oxu...
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib. Onun sözlərinə görə, bu istiqamətdə cəmiyyətdə müəyyən çağırışlar səslənir:

"Amma hələlik bu məsələ hökumətin gündəliyində yoxdur. Bir iqtisadçı olaraq, uşaq pulunun əlehinəyəm. Uşaqpulu kütləvi şəkildə bütün ailələrə verilir. Onların arasında varlı, orta səviyyədə olan və kasıb uşaq da var".

Xalid Kərimli hesab edir ki, əsas məqam ehtiyacı olan ailələrə ünvanlı sosial yardımın daha yaxşı çatdırılması məsələsidir:

"Uşaq puluna gəlincə, Azərbaycanda əhalinin təbii artımı var. Əhalinin strukturunda gənclərin payı çoxdur. Uşaq pulunu o dövlətlər verir ki, orada təbii artım yoxdur. Azalma var, əhalinin yaş strukturu pisləşir. Əhalinin minimum əmək haqqının artırılması məsələsinə baxıla bilər. Bu il minimum əmək haqqı artırılmadı. İkincisi, sosial ödənişlərin genişləndirilməsi məsələsi müzakirə predmetidir. Məsələn, ailələr var ki, maşını, adında torpağı var, amma sosial ödəniş ala bilmir. Bunlar müzakirə olunmalıdır. Uşaqla yanaşı böyük də yeməlidir. Böyük pul tapmır, gedir oğurluq edir, əl açıb dilənçilik edir".

Bahar Rüstəmli
 
 
 
Ardını oxu...
Kopenhagen bələdiyyəsi aprelin 1-dən öz əməkdaşları üçün dördgünlük iş həftəsi rejimi tətbiq edir.

Modern.az xəbər verir ki, ilin sonunadək davam edəcək eksperimentdə bələdiyyənin 6 administrasiyasının 14 işçi vəzifəsi üzrə əməkdaşları iştirak edirlər. Eksperiment başa çatdıqdan sonra qısaldılmış iş həftəsi rejimi rəsmi qaydada təsdiq olunacaq.

“Pandemiyadan sonrakı bu vəziyyət Danimarka bələdiyyələri arasında bundan sonra da saxlanılacaq”, - deyə Roskille Universitetinin əmək qanunvericiliyi sahəsi üzrə tədqiqatçısı Yanne Qlerup bildirib.

Sözügedən təşəbbüsə daxil edilən müəssisələrdən biri də Kopenhagenin mərkəzində yerləşən və psixi cəhətdən zəif gənclər üçün nəzərdə tutulan Radiseveydir.

“Keçirilən iclasların birində bütün əməkdaşlarımız bunun çox yaxşı fikir olduğunu və iş həyatı ilə şəxsi həyat arasında daha yaxşı balans yaratmağa xidmət etdiyini bildiriblər”, - deyə bölmə rəhbəri Yonas Ammitsbyöll vurğulayıb.

O, bir neçə gün davam edəcək istirahət günlərində əməkdaşların daha yaxşı istirahət edə biləcəklərinə və qarşıdakı iş həftəsi üçün daha gümrah olacaqlarına inandığını deyib.

Yanne Qlerupun sözlərinə görə, bu qəbildən yeniliklər Danimarkanın biznes həyatında artıq çoxdan tətbiq olunur, indi isə ölkənin dövlət qurumları da bu nümunədən istifadə etmək niyyətindədirlər. Ötən il Kopenhagen bələdiyyəsində dördgünlük iş həftəsi rejiminin tətbiq olunması fikri irəli sürüləndə, bu ideyanı bütün partiyalar dəstəkləyib. Məqsəd əməkdaşlar arasında stresin azaldılması ilə yanaşı, bələdiyyəni həm də işəgötürən kimi daha cəlbedici quruma çevirməkdən ibarətdir.

“Bazar ertəsindən cümə gününədək gündə səkkiz saat işləmək və həftədə cəmi iki gün istirahət etmək ənənəsi artıq keçmişdə qalmalıdır”, - deyə Yonas Ammitsbyöll əlavə edib.
 
 
 
Ardını oxu...
"Aidiyyatı qurumlar bu dəfə də müraciətimə baxmasalar, mətbuat konfransı keçirəcəm."

"DogruXeber.az" xəbər verir ki, bu sözləri Cəbrayıl rayonunun Daşkəsən kənd sakini, şəhid Elçin Kərimovun atası Ataş Kərimov deyib.

Xatırladaq ki, şəhid Elçin Kərimovun 7 nəfərdən ibarət olan ailəsinin köhnə yataqxananın bircə otağında sığındıqları, həmçinin Bakıxanov qəsəbəsindəki şəhidlər xiyabanında uyuyan şəhidin məzar daşında böyük çatların yarandığı, uçub-dağılma təhlükəsi ilə üz-üzə olduğu barəsində dəfələrlə məlumatlar və görüntülər yayımlamışdıq.

Lakin, təəssüflər olsun ki, bundan sonra da hətta, nə Cəbrayıl rayonunun icra hakimiyyətinin başçısı Kamal Həsənovun, nə millət vəkili Ceyhun Məmmədovun, nə hazırda yaşadıqları Sabunçu rayonunun icra hakimiyyətinin başçısı Adil Vəliyevin, nə də Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin rəhbərinin "tükü tərpənmədi".

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - deyə şəhid ailəsi giley edir.

31 ildir bu ailə, eləcə də Ataş kişini bildirdiyinə görə, onlardan başqa da Cəbrayıl rayonundan olan bir neçə şəhid ailələri bu cür şəraitsiz, köhnə yataqxanada sözün əsl mənasında əziyyət çəkirlər.

Ardını oxu...
 

Ardını oxu...
Bu günlərdə Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.

Burada bir sıra tələblər öz əksini tapıb və onlardan biri də odur ki, “taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalıdır”. Yaxud, “Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişindaşımalarında istifadə oluna bilməz”.

Bundan başqa “Taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır”. Eləcə də “Taksi minik avtomobilləri ən azı “Avro-5” ekoloji standartına uyğun olmalıdır”.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, Bakıda 60 min taksi var, çoxdur, 20 min bəs edir, sayı azaltmaq fikrindəyik.

Ekspertlər isə bu ixtisarlar nəticəsində 40 min sürücünün işsiz qalacağını bildirib.

Xatırldaq ki, bir neçə il öncə Bakıya “London” taksiləri adı ilə yeni taksilər gətirilsə də, vətəndaşların bir çoxu bu taksilərdə ödəniş baha olduğu üçün istehlak etmir. Bu gün vətəndaşlar əsasən şirkələrə məxsus daha müvafiq qiymətə olan taksilərdən istifadə edirlər.

Doğrudur, bu taksilərin də fəaliyyətində müxtəlif nöqsanlar öz əksini tapır. Ancaq yeni tətbiq ediləcək tələblər taksilərin daha baha qiymətə başa gələcəyini göstərir. Bu gün ictimai nəqliyyatın fəaliyyəti isə “göz önündədir”.

Belə olduğu təqdirdə vətəndaşlar baha taksi xidmətlərindən necə yararlanacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info”-ya bildirdi ki, hökumətin atdığı addımları izah etməklə bağlı problemləri var və nazir müavini 60 min taksinin çox olduğunu, 20 min olmalı olduğunu deyib:

“Bu belə olmamalıdır. Yəni bir araşdırma işi aparıldıqdan sonra gəlinən nəticəyə uyğun addım atılmalıdır. Sübut etməlidirlər ki, niyə 20 min taksi olmalıdır. Bəlkə 20 min yox, 25-35 min lazımdır? Bununla bağlı hökumətin açıqladığı rəqəm və yanaşma məntiqli deyil.

Ən azından insanlarda sual yaradır ki, nəyə görə kəskin, tənzimləyici addımlara ehtiyac yaranıb. Taksi xidməti son illər Azərbaycanda ən çox rəqabətli mühitdə fəaliyyət göstərən xidmət idi. Yeganə sahə idi ki, bəlkə də qiymətləri artmamış, əksinə azalmışdı.

Taksi xidməti devalvasiyadan öncəki qiymətlərdən belə, ucuz idi. Bu tənzimləyici aktların gətirilməsi taksi xidmətini bahalaşdırmaqla yanaşı insanları da işsiz qoyacaq. İnsanlar heç də öz keflərindən gəlib Bakıda taksi xidməti ilə məşğul olmurdular. İş, başqa fəaliyyət növü yox idisə, onlar da məcburən bu fəaliyyət növü ilə məşğul olurdular.

İndi bu qanunları qəbul etmək daha asandır. Ancaq onun nəticələrini öncədən hesablamaq daha məntiqlidir. Hökumətlər belə davranmalıdır. Yəni bir proqramı olmalıdır ki, “mən bu addımı atdım, 30-40 min insan işsiz qaldı, onları necə işlə təmin edəcəm, hansı sahələrdə iş təklif edəcəm?”. Bu yoxdursa, sadəcə insanların işsiz qalmasına və taksi xidmətinin ölkədə kəskin bahalaşmasına səbəb olacaq. Bundan başqa da “boz” taksi ximəti yaranacaq. Yəni heç bir aktlarla tənzimlənməyən taksi xidmətləri yaranacaq.

Hökumət elə addımlar atır ki, məcburən “boz bazar”, “qara bazar” yaranacaq. Yəni insanlar qohumları, tanışları, votsap qrupları, internet vasitəsilə üzərindən taksi nişanı olmayan dostunun, tanışın, qonşunun xidmətindən istifadə edəcək. Heç hökumətin xəbəri də olmayacaq.

İndiki internet dövründə belə aktlarla bu məsələni həll etmirlər. Bundan başqa ictimai nəqliyyat normal işləsə, taksilərə bu qədər ehtiyac olmaz. İlk növbədə ictimai nəqliyyat, avtobus və metronun intervalları düzəlməlidir. İnsanlar rahat şəkildə gedib-gəlməlidirlər. Bunları düzəltmədən, bu barədə qərar vermədən birdən-birə belə kəskin qərarlar qəbul etmək iki nəticə doğuracaq - işsizlik və qiymət artımı”.


Ardını oxu...
"Vəzifəli şəxslərin ailə üzvləri ixtisaslarına uyğun gəldi, gəlmədi, iş sahibidirlər". Dia-az.info bildirir ki, bunu öz eirazında tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli ifadə edib.

Jurnalistt daha sonra əlavə edib: "Məsələn, nazirlərdən birinin xanımı Azərbaycan Dillər Universitetinin məzunudur, amma Əmanətlərin Sığortalanması Fondunda baş mütəxəssisdir.

Bu bir misaldır, çoxlu sayda oxşar faktlar var. İxtisaslı kadrlar qalır kənarda, dəxli olmayan adamlar keçir önə..."
 

 

Ardını oxu...
Daş dünyanın ən ibtidai silahlarından sayılır. İnsanlığın ən qədim çağlarında müharibələr daşla aparılırdı. Hətta sapand orta əsrlərə qədər istifadə olunan silah kimi tarixi düşüb. “Kitabi-Dədə Qorqud”un anlatdığına görə, Qaraca Çobanın ən yaxşı silahı sapand idi. İlk topların mərmiləri belə, daş olub. Babalarımız top lülələrinin içərisinə barıt və ağır daş qoyub fitili yandırmaqla düşməni daş-qalaq edirdilər.
Texnologiya inkişaf etdikcə, daş bir silah növü kimi dövriyyədən çıxdı. İndi yalnız Məkkədə müsəlman zəvvarlar şeytanı daşlamaq üçün bu silahdan istifadə edirlər. Amma deyəsən müasir Naxçıvanda da təqaüdçülər yenidən insanlığın ən qədim silahına üz tutmağa başlayacaqlar.
Sədərək təqaüdçilərinin Ovqat.com-a verdiyi məlumatdan belə anlaşılır.
Şikayətçilərin dediklərinə görə, artıq iki aydır nə pensiyalarını, nə də onunla bərabər verilən Prezident təqaüdünü ala bilirlər.
Bildirilir ki, Naxçıvanda fevral və mart ayında pensiya üzünə həsrət qalan yalnız sədərəklilər də deyil. Onlarla yanaşı, Kəngərli və Şərur rayonunun təqaüdçüləri də pul üzünə həsrət qalıblar.
“Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gündə min bir bəhanə gətirib bizim təqaüdləri vermək istəmir. Gah deyir ki, internet sistemində problem var, gah da başqa məsələləri bəhanə edir. Əslində isə belə deyil. Naxçıvanın 7 rayonunun 4-də pensiya və Prezident təqaüdləri verilib. Yalnız Sədərək, Şərur və Kəngərli rayonları qalıb”.
Şikayətçilərin sözlərinə görə, rayonlardan birinin pensiyaçılarına da eyni qaydada təqaüd vermirmişlər: “Eşitmişik ki, onlar gedib Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini daşa tutublar. Səhərisi gün pensiyaları verilib. Naxçıvan rəhbərliyi rəsmən bizi də eyni yolla haqqımızı almağa vadar edir”, - Sədərək pensiyaçıları belə deyib.
 
 
 

Dünyapress TV

Xəbər lenti