Ardını oxu...
Müraciət etmək hüququ Konstitusiyanın 57-ci maddəsi ilə təminat verilən
əsas insan və vətəndaş hüquq və azadlıqlarındandır. Dövlətin ən yüksək
hüquq qüvvəsinə malik olan Ana Qanununun sözügedən maddəsinin I
hissəsində hər bir müraciətə qanunla müəyyən olunmuş qaydada və
müddətlərdə yazılı cavab verilməli olması yazılıb. “Vətəndaşların
müraciətləri haqqında” 30.09.2015-ci il tarixli qanunun 3.0.11-ci bəndində
yazılı müraciətin kağız üzərində və ya elektron formada tərtib
olunmuş müraciət olduğu; 3.0.12-ci bəndində elektron müraciətin
müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron
ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən
müraciət olduğu doğrulanıb. Qanunun 7.6 maddəsinə görə, elektron
müraciətə müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə
ELEKTRON QAYDADA və ya müraciət edənin XAHİŞİ İLƏ poçt vasitəsilə
yazılı cavab verməklə baxılır.
Konstitusiyanın, qanunun tələblərini vurğulamaqda amacımız dövlət
orqanlarının, onların vəzifəli şəxslərinin qanunvericiliyə, konstitusion
hüquqa sayğısızlığını diqqətə çatdırmaqdır. Hansısa dövlət qurumunun
Konstitusiyadan, qanundan bilgisizliyi mümkündürmü? Təbii ki, ritorik
sualdır. Di gəl, hətta hüququn, qanunun qorunmasına təhkim edilən
qurumların müraciətlərə baxmaqda qanunsuzluqları ciddi rahatsızlıq
doğurur. Bəyəm prokurorluğun, məhkəmənin texniki heyətinin, ədliyyə
orqanlarının qanundan soraqları yoxdur? Vətəndaş elektron qaydada
müraciət etdiyi halda, niyə poçtla cavab verilir? Hələ bu cavabın
mahiyyətcə qanunsuzluğunu bir yana qoyaq.
Ədliyyə Nazirliyinin qanunvericilik baş idarəsinin rəisi Elçin Nəsibovun
poçtla 04.09.2024-cü ildə göndərdiyi 28.08.2024-cü ildə imzalanan
elektron sənədin surətindən nəsə anlamaq mümkün deyil. Bəlkə ədliyyə
naziri, bağlantılı qurumlar, oxuyanlardan kimsə anlaya bildi, görəsən baş
idarə rəisi Mülki Prosessual Məcəllənin 151-153-cü maddələrini köçürməklə
nə demək istəyir? Bu cavab vətəndaşın hansı müraciətinədir? Deyəsən,
hansısa məhkəmə özbaşınalığı ilə bağlıdır. Axı (mərkəzi) icra hakimiyyəti
orqanı olan Ədliyyə Nazirliyinin məhkəmə hakimiyyətinin funksiyasına aid
olan məsələyə baxması Konstitusiyaya ziddir. Aha, bəlkə də “it ilində”ki
sorğuya “əjdaha ilində” verilən gecikmiş cavabdır, nə bilək, nə anlayaq?
Anladıq ki, ƏN-in elektron poçtuna müraciətlərə qadağa qoyulub, axı
həmin hökumət poçtundan müraciətlərə ki qadağa yoxdur! Niyə
qanunvericiliyin tələbinə uyğun vətəndaşın elektron poçtuna cavab
verilmir?
Görəsən, baş idarə rəisi özü bu cavabından nəsə anlaya bilir? Sualln
cavabını elektron qaydada gözləyirik.
Məğrur Bədəlsoy
Ardını oxu...
 
 
 
Ardını oxu...
Göyçay rayonu Cəyirli kənd sakini Abışov Elçin Valeh oğlu tərəfindən

ŞİKAYƏT

Bizim ailə 7 nəfərdən ibarət külfətdir. Qoca anam, həyat yoldaşım və 4 azyaşlı uşağım bir evdə yaşayırıq. Ailəmiz yoxsulluq həddində yaşadığına görə bizim ailəyə 2023-cü ilin may ayı tarixində ünvanlı sosial yardım təyin edilmişdir.
Ancaq 2024-cü ilin fevral ayı tarixində sosial yardım təyinatından qanunsuz imtina edilib dayandırılıb.Səbəb ki, "Ailə üzvü Abışov Elçin Valeh oğlunun adına avtomobil olması".

Ancaq qeyd edim ki, bu qanunsuz imtinadır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vermişdir.Çünki Qazel markalı 23 BF 579 nömrəli avtomobil mənim qardaşımın olub mən etibarnamə ilə idarə etmişəm. 2022-ci ilin iyun ayı tarixində mənim etibarnaməm ləğv edilib. Qeyd edim ki, bizim ailə 9 ay sosial yardım almışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtinası tam qanunsuz və əsassızdır.Bu qanunsuzluğa görə bizim ailə aclıq yoxsulluq içində yaşamağa məhkum olunub.Hələ bu azmış kimi Dövlət Sosial Müdafiə Fondu evimizə məktub göndərib 9 ay aldığımız sosial yardımı geri qaytarmağımızı tələb edir. Bu isə sanki 7 nəfərlik ailəni öldürmək deməkdir.

Şikayətim yerində mənim evimə yaşayış tərzimə baxmaqla obyektiv araşdırlıb qanunu tədbir görülməlidir.
Əgər mənim adımda avtomobilin olmasına dair saxta sənədi tərtib ediblərsə bu vəzifə cinayəti hesab olunur.

Hörmətli Prezident, hörmətli Mehriban xanım Sizdən xahişim edirəm ki, göstərilənləri araşdırıb bizim ailənin yoxsulluq içində yaşamasını nəzərə alıb Ünvanlı Sosial Yardım bərpa edilmısinə köməklik göstərəsiniz.
Ardını oxu...
Ardını oxu...

 
 
 
Ardını oxu...
Ölkəmizdə əksər hallarda mənzil kirayə götürənlə kirayə verən arasında rəsmi müqavilə imzalanmır.

Çox halda ev sahibləri kirəyə götürənlə qeyri-rəsmi, şifahi razılaşma əldə edir və mənzili ona verirlər.

Bəs bu nə kimi problemlərə səbəb ola bilər?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, evini kirayə verənlərlə kirayə götürənlər bəzi xərclərdən qaçdığı üçün rəsmi müqavilə bağlamaqdan imtina edirlər:

“İlk növbədə onu bilmək lazımdır ki, Azərbaycan respublikası ərazisində aparılan maddi fəaliyyətlər notarial qaydada tərəflər arasında rəsmiləşdirilməlidir. Kirayə münasibətləri də kirayə müqaviləsi ilə tərəflər arasında rəsmiləşdirilir. Kirayə verən şəxs mütləq şəkildə öz adına VÖEN açdırmalıdır və kirayə götürən şəxslə müqavilə bağlayan zaman VÖENini və bank rekvizitlərini həmin müqavilədə qeyd etdirməlidir.

Bu gün ölkəmizdə kirayə müqavilələri çox az sayda bağlanır. Bunun da ən böyük səbəbi notarial xərclər, bəzi sənədlərin təsdiqi, kirayə məbləğindən tutulan 14 faizlik vergidir. Müqavilə bağlandıqda vergi ödəmək zərurəti yarandığı üçün tərəflərin heç biri buna təşəbbüs göstərmir. Adətən tərəflər arasında müqavilə münasibətləri zamanı ödəmə mənbəyindən tutulan vergi pulu köçürən tərəfin üzərinə qoyulur. Bəzi hallarda kirayə götürən şəxslər bu məbləğin yüksəkliyindən dolayı həmin müqavilənin rəsmiləşdirilməsində maraqlı olmurlar. Amma vətəndaşlar bilməlidir ki, kirayə müqavilələrinin rəsmi şəkildə bağlanması, o cümlədən, kirayə sahəsinin və orada olan əmlakların rəsmi şəkildə təhvil-təslim olunması onları bir çox riskdən qoruyur”.

Hüquqşünasın sözlərinə görə, rəsmi müqavilə bağlamadan evini kirayə verənlər qanunla məsuliyyət daşıyırlar və bu aşkarlanarsa, onlar cərimələnə bilərlər:

“Bundan əlavə qeyd edim ki, müqaviləsiz kirayə münasibətlərində olan şəxs, əsasən də kirayə verənlər mütləq şəkildə qanunvericiliyə uyğun məsuliyyət daşıya bilirlər. Onlar həm inzibati məsuliyyət daşıyırlar, həm də qeyri-rəsmi formada mənzillərini kirayə verdikləri aşkarlandığı təqdirdə cərimə sanksiyasına da məruz qala bilərlər. Bütün bunların olmaması və risksiz münasibətlər üçün tərəflər arasında kirayə müqaviləsi bağlanmasını tövsiyə edirəm. Mütləq şəkildə bu proses rəsmiləşməli və vergi öhdəlikləri müəyyən edilməlidir”.
 

Ardını oxu...
Gədəbəy rayonunun Aytala sakinləri kənddə olan bir sıra sosial probemlərdən şikayətçidirlər.

“Qafqazinfo”ya müraciət edən bir qrup vətəndaş bildirib ki, Aytalada qaz yoxdur.

Onların sözlərinə görə, kəndə gedən yol da bərbad vəziyyətdədir: “İllərdir biz bu problemlərə həll tapmağa çalışırıq. Müraciətlər edirik, amma baxılmır. Bütün qonşu kəndlər qazla təmin olunub. Lakin bizim kənddə qaz yoxdur. Hələ də odun istifadə edirik. 2022-ci ildə “Azəriqaz” rəhbərliyinin rayonda təşkil olunmuş “Açıq mikrafon” layihəsində kənd sakinləri olaraq toplaşıb qəbulda olduq. Problemdən bəhs etdik və yerli regional idarə rəhbərliyinə bununla bağlı tapşırıq verildi. Lakin indiyə qədər heç bir iş görülməyib.

Kəndin yoluna gəldikdə isə onu deyə bilərik ki, keçən əsrin 50-60-ci illərində düzəlmiş torpaq yoludur. Bununla bağlı Rayon İcra Hakimiyyətinə ötən il müraciət etdik. Bizə cavab gəldi ki, yol 2021-ci ildə Düzyurd Bələdiyyəsi tərəfindən təmir edilib. Elə həmin il mövsümi yağışlar başlayan kimi yol demək olar, bərbad vəziyyətə düşdü. Bununla bağlı biz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Bu qurumdan da bildirdilər ki, həmin yol onların mülkiyyətində deyil”.

Ardını oxu...
Ardını oxu...

Məsələ ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət etdik. Sorğumuza cavab olaraq bildirildi ki, Aytala kəndində qeyd olunan sosial problemlərlə bağlı araşdırma aparılıb: “Məlumat üçün bildiririk ki, yaşayış məntəqələrinin qazlaşdırılması “Azəriqaz” İB tərəfindən mərhələli şəkildə, avtomobil yollarının yenidən qurulması isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Kəndin qazlaşdırılması və Düzyurd-Talakənd-Dəyəqarabulaq avtomobil yolunun yenidən tikilməsi ilə bağlı aidiyyəti üzrə məsələ qaldırılıb. Əlavə olaraq qeyd edək ki, 7 km kəndarası yol yerli bələdiyyənin təşəbbüsü və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təmir edilib”.

Sözügedən yolların təmir olunması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də (AAYDA) üz tutduq. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirdi ki, bu yollar AAYDA-nin balansında deyil.

Şikayətlə bağlı “Azəriqaz” İB-nə də sorğu verdik. Qurumdan qeyd edildi ki, cari ilin planında Aytala kəndinin qazlaşması yoxdur: “Bəlli olduğu kimi, “Azəriqaz” İB qazlaşma prosesini öz maddi vəsaiti hesabına həyata keçirir. Bu baxımdan maddi vəsaitə uyğun olaraq işlər mərhələli şəkildə icra olunur. Gədəbəy rayonunun Aytala kəndinin qazlaşması məsələsi də gündəmdədir. Amma növbəti mərhələlər üçün nəzərdə tutulub. Bu ilin planında həmin kəndin qazlaşması yoxdur”.
Ardını oxu...
Son vaxtlar məktəbli formalarının keyfiyyəti ilə bağlı problem yenidən gündəmə gəlib. Milli Məclisin deputatı Fazil Mustafa da müzakirələrə qatılaraq, məktəbli formalarının materialının sintetik olması və bunun uşaqların sağlamlığını ciddi risk altında qoyması barədə fikirlər səsləndirib.

Dermotoloqlar da bu fikri təsdiqləyərək, sintetik materialdan olan geyimlərin dəri xərçənginə səbəb ola biləcəyini vurğulayıblar.

Müzakirələrdə səsləndirilən məqamlara aydınlıq gətirən Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov "Yeni Sabah”a açıqlama verib: vakansiya

"Bakı Tikiş Evində istehsal olunan məktəbli formaları Nazirlər Kabinetinin qərarına əsasən hazırlanır. Bütün polo köynəklər 95 faiz pambıq, 5 faiz lexrondan, şalvar və ətəklər isə 60 faiz yun, 40 faiz polyesterdən istehsal olunur. Nazirlər Kabinetinin verdiyi qərarda belə nəzərdə tutulub. Satış mərkəzlərimizdən alınan hər bir formaya biz zəmanət veririk. Əminik ki, məktəbli formalarımız keyfiyyətlidir, uyğunluq sertifikatı var. Bu səbəbdən onların insan səhhəti üçün təhlükə yaratması mümkün deyil”.

E.Əzimov satışda olan saxta formaların təhlükəli olduğunu bildirib:

"Danılmazdır ki, Azərbaycandakı mağazalarda saxta məktəbli formaları da satılır. Həmin formalar kilo ilə alınıb gətirilir və heç bir zəmanəti, sertifikatı yoxdur. Təbii ki, həmin geyimlər uşaqlar üçün təhlükə riski yaradır. Satışda olan saxta formalar uşaqlarınn dərisində səpki və qızartıya səbəb ola bilər. Bu da olduqca zərərli və qorxuludur.

Bu məsələyə aidiyyatı orqanlar riayət etməlidir. Ölkəyə mənşəyi məlum olmayan, keyfiyyətsiz məktəbli formalarının gətirilməsinin qarşısını almaq lazımdır. Niyə Çindən, yaxud digər ölkələrdən Azərbaycana saxta formalar gətirilməlidir? Buna niyə icazə verilir? Bu işlə məşğul olan qurumlar buna icazə verməməlidir. Azərbaycanda bir neçə fabrik var ki, onlar da məktəbli formaları istehsal edir. Bu formalar keyfiyyətlidir”.
 
Ardını oxu...
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: növbə üsulu ilə işləyən işçilərin iş vaxtının rejimi aşağıdakı qaydada tənzim olunur və hər bir işəgötürənin bu qaydalara əməl etmək vəzifə borcudur:
Əmək Məcəlləsinə əsasən, qeydiyyat (uçot) dövründə, növbəli iş vaxtının müddəti Əmək Məcəlləsi ilə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə müəssisədə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz
İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası, yəni, növbə üsulu ilə işləyən müəssisələrdə bu Qaydalar əsasən 3 əsas sənədlə müəyyən edilir:
1. Kollektiv müqavilələr ilə.
2. Əmək müqavilələri ilə.
3. Müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya normativ xarakterli sənədlərlə.
Bütün bu qaydalar hər bir halda işçilər və ya əmək kollektivini təmsil edən həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırılır.Bu qaydalar işəgötürən tərəfindən birtərəfli qaydada dəyişdirilə bilməz.
İş növbəsi (günü) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilələr verilməlidir.
Növbə ərzində işçilərə fasilələrin verilməsi vaxtı, davamiyyəti müəssisə daxili intizam qaydaları, növbə cədvəlləri,əmək müqaviləsi, kollektiv müqavilər ilə müəyyən edilir.
Növbə ərzində işçilərə iş və əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır.
İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır.
Növbəli iş vaxtı rejimində işçilərin - istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir.
Növbə ərzində: işçilərə verilən istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir və ödənilmir.
İstirahət və nahar fasilələrindən işçi öz istək və mülahizəsi əsasında istifadə edə bilər.
Nöbbə ərzində normadan artıq işləyən işçilərin əmək haqqları ikiqat məbləğdə ödənilir.
Növbə ərzində: şənbə və bazar günü istisna olmaqla, istirahət, bayram və digər qeyri iş günlərinində işçilərin əmək haqqı ikiqat məbləğdə ödənilir.
Azər Quliyev,
TEREF
 
Ardını oxu...
Rəsmi məlumata görə 2023-cü ildə Azərbaycanda adambaşına 116,3 kq çörək yemişik. Bu rəqəm əhalinin 10 mln. olduğu var sayıma ilə hesablanıb, halbuki, ölkədə ən yaxşı haqlda 8,5 mln. insan yaşayır. Bundan başqa, 116,3 kq rəqəminə yol kənarında kiçik təndirlərdə istehsal edilən və satılan, balaca çörək sexləri, ev şəraitində əhalinin özü üçün bişirdiyi çörək həcmi daxil deyil.
Yuvarlaq hesablasaq, bu rəqəm 130 kq-ya qədər arta bilər, real yaşayan əhali sayına bölsək, adambaşına günə, təqribən, 350 qram çörək düşür ki, bu yoxsulluq göstəricisi sayılır. Çünki, çörək ucuz və kalorilidir, insanlarımız çatışmayan kalorilərini ucuz çörək hesabına konpensasiya edirlər. Hə, o da var ki, bizim mətbəx mədəniyyətində çörək ənənəvi olaraq çox istehlak olunur, bəli, bu da var, amma inkişaf etmiş ölkələrə baxanda bizdə normadan 3-4 dəfə çox çörək istehlakı var.
Məsələn, Almaniyada adamdaşına ildə 83 kq çörək istehlak olunur, amma ət istehlakı (quş əti də daxil) 85 kq-dır. Bizdə isə ət istehlakı il ərzində adambaşına cəmi 41 kq düşür. Yəni, ətdən, balıqdan, toyuqdan, başqa bahalı və kalorili yeməklərdən az istefadə etdiyimizə görə, bədənin kalori ehtiyacını günə 350 qram çörəklə ödəməyə məcburuq.
Dəyərli dostlar, yoxsulluq, kasıblıq, aşağı maaş və təqaüd, ədalətsiz məhkəmə, yüksək vergi – bütün bu problemlərin həlli yolu həm də Parlamentdən, sizin təmsilçilərinizin Milli Məclisdə çoxalmasından keçir. Sentyabrın 1-də cəmi 15 dəqiqə vaxtınızı ayırın, bülleteninizə sahib çıxın, riyazi, elmi yanaşmalar, hesablamalar var – istənilən dairədə, təqribən, 45 min seçici olur, seçkilərə 70-75% vətəndaş gəlsə, gələnlərin də yarısı bir namizədə səs versə, heç bir inzibati resurs, heç bir hökumət, JEK və s. seçkiləri saxtalaşdıra bilməz! Sadəcə mümkün deyil!
İnanmırsınızsa da, ümidiniz yoxdursa da, cəmi 15-20 dəqiqənizi ayırın, səs verin, axı itirəcəyiniz bir şey yoxdur, amma qazanacağınız çox şey ola bilər!
Natig Jafarli
TEREF
 
Ardını oxu...
Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da sıx məskunlaşma olan şəhərlədə mövcud nəqliyyat sıxlığının qarşısının alınması üçün iş saatlarında dəyişikliklərin edilməsi ilə bağlı müxtəlif yanaşmalar var. Amma ölkəmizdə iş saatlarının dəyişdirilməsi ilə bütövlükdə qarşıya çıxan problemləri həll etmək mümkün deyil. Bu, daha çox regionlarda iş yerlərinin olmaması ilə bağlıdır. Məhz buna görə, insanlar regionlardan Bakıya axın edir. Bu da nəticədə şəhərdə nəqliyyat sıxlığına və digər amillərə gətirib çıxarır.
TEREF xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin VI çağırış deputatı olmuş, iqtisadçı-alim Əli Məsimli deyib.

O qeyd edib ki, tıxacı aradan qaldırmağın beynəlxalq praktikada əksini tapmış qaydaları var: “İlk növbədə iş saatlarının dəyişdirilməsi qrafiki tətbiq edilir. Mərkəzi icra hakimiyyətlərinin paytaxdan kənarda yerləşməsi, ali məktəblərin regionlara köçürülməsi kimi ümumi konsepsiyalar da mövcuddur. Yollardakı nəqliyyat sıxlığı vaxtında həll olunmadığına görə, bunu bir amilin köməyi ilə həll etmək mümkün olmayacaq”. vakansiyalar

İqtisadçı-alim hesab edir ki, bu problemin həlli üçün bir neçə amil mövcuddur: “İş saatlarının sürüşdürülməsi, tıxacın aradan qaldırılması ilə bağlı beynəlxalq praktikanın tətbiqi, həmçinin regionlarda layiqli iş yerlərinin açılması kimi mühüm addımlar atılmalıdır. Hazırda Bakıda orta aylıq əməkhaqqı 1270 manat civarındadır. Orta aylıq əməkhaqqı isə ölkəmizdə 1000 manat təşkil edir. Misal üçün Şəki-Zaqatala zonasında orta aylıq əməkhaqqı 500 manatın üzərindədir. Beləliklə, bu regionda yaşayan bir ailə başçısı 400-450 manat maaş aldıqda o, dolana bilməyəcək. Bununla da həmin adam şəhərə, yəni Bakıya daha yüksək əməkhaqqına iş axtarmağa gələcək. İlkin variantda onun 1270 manatlıq iş tapa bilməsi çətin olacaq. 800-1000 manatlıq maaş ətrafında bir iş tapacaq. Bəxti gətirib 1270 manatlıq iş tapmış olsa belə 4 nəfərlik ailənin Bakıda minimum tələbatını qarşılamaq yenə çətinliklər yaradacaq”.

Əli Məsimli bildirib ki, Azərbaycanda yaşayış minimumu 270 manatdır: “İşləyənlər üçün isə bu rəqəm 280 manatdan yüksəkdir. Uşaqlar üçün isə 240 manatdan azdır. Beləliklə, 4 nəfərlik bir ailənin Bakıda yaşaması üçün aylıq 1000 manatdan artıq pul lazımdır. Sentyabrda dərslər başladıqdan sonra Bakıda yüksələn kirayə haqqları fonunda bu rəqəm daha da yüksələcək. 400-500 manatlıq orta aylıq kirayə haqqı ilə 4 nəfərlik ailənin minimum dolanışığı üçün 1500 manata qədər vəsait lazım olacaq. Ailə başçısı 1000 manatlıq məvaciblə belə ayı 500 manat kəsirlə keçirərək çətinliklə üzləşəcək. Hətta o, 1270 manatlıq işdə çalışsa belə gəliri minimum tələbatı ödəmək üçün yetərli deyil”.

Millət vəkilinə görə, regionlarda Bakıda olan 1270 manatlıq əməkhaqqının yarısından bir qədər yüksək, təxminan 700-800 manatlıq iş yerləri açılsa heç kəs ev-eşiyini qoyub şəhərə gəlməz: “Rayonlarda layiqli iş yerləri açılmalıdır. Bununla bölgədə yaşayan insanlar alacağı əməkhaqqı hesabına ailələrinin dolanışığını təmin etməlidir”.
 
Ardını oxu...
2023/24-cü təhsil ilində ümumi təhsil müəssisələrində 1 milyon 704,2 min uşaq təhsil alıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ümumi təhsil müəssisələrində təhsil alan uşaqların 64,2%-i və ya 1 milyon 95,1 min nəfəri şəhər məktəblərində oxuyublar.

Müqayisə üçün bildirək ki, Azərbaycan müstəqillik əldə edən zaman – 1990/91-ci təhsil ilində ümumi təhsil müəssisələrində 1 milyon 349,5 min uşaq təhsil alıb və onların 49,3%-i və ya 665,5 nəfəri şəhər məktəblərində təhsil alıblar.

Qeyd olunan dövrdə şəhər məktəblərində oxuyan ibtidai sinif (1-4-cü siniflər) şagirdlərinin sayında da kəskin artım olub. Belə ki, 1990/91-ci təhsil ilində intidai siniflərdə 517,8 min uşaq təhsil alıb və onların 48,9%-i (253,3 min) şəhər məktəblərində oxuyublar. Lakin, 2023/24-cü təhsil ilində intidai siniflərdə 601,2 min uşaq oxuyub ki, onların da 64,5%-i (387,9 min) şəhər məktəblərində təhsil alıblar.

Məlumat üçün onu da qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra şəhərlərdə təhsil alan şagirdlərin sayı artdığı halda, rəsmi statistikada şəhər əhalisinin sayında ciddi dəyişiklik qeydə alınmayıb. 1991-ci ildə Azərbaycan əhalisinin ümumi sayı 7 milyon 218,5 min nəfər olub və bunun da 53,5%-i (3 milyon 858,3 min) şəhərlərdə yaşayıb. Rəsmi statistikaya görə, 2024-cü ildə Azərbaycan əhalisinin ümumi sayı 10 milyon 180,8 min nəfər olub və bunun 54,5%-i (5 milyon 547,8 min) şəhərlərdə yaşayıb.

Açıqlanan məlumatlardan da göründüyü kimi, şəhər əhalisinin sayında ciddi dəyişiklik olmayıb. Şəhər əhalsinin sayı ümumi əhalinin sayı ilə müqayisədə son 33 ildə cəmi 1 faiz bəndi artıb. Halbuki, son 33 ildə şəhər məktəblərində oxuyan şagirdlərin sayı ümumi şagirdlərin sayı ilə müqayisədə 15,6 faiz bəndi artıb.

Onu da qeyd edək ki, son 33 ildə əhalinin sayı ilə məktəblilərin sayındakı artım arasında da böyük fərq var. 1991-2024-cü illərdə əhalinin ümumi sayı ilə şəhər əhalisinin sayındakı artım təxminən eyni səviyyədə olsa da, məktəblilərin ümumi sayı ilə şəhər məktəblərində oxuyanların sayındakı artım arasında kəskin fərqlər var. Rəsmi statistikaya istinadən hazırladığımız cədvəldən bunu açıq şəkildə görmək mümkündür:
Ardını oxu...
 
 
 
Ardını oxu...
Uzun illərdir Bakıda və rayonlarda 100 minlərlə çıxarışı olmayan evin sənədləşdirilməsi məsələsindən danışılır. Bununla bağlı 2 il öncə Prezident xüsusi sərəncam imzalayıb, komissiya yaradılıb.

Lakin bu günədək məmurlar ciddi bir iş ortaya qoymayıblar. Niyə sənədsiz evləri sənədləşdirmək icra hakimiyyətlərinin, müvafiq qurumların marağında deyil? Məsələ niyə yubanır?

“Bakı və Abşeronda olduğu kimi, bölgələrdə də yaşayış evlərinin çıxarışı ilə bağlı ciddi problemlər var.

Xüsusilə, əksər kənd evlərində çıxarış, demək olar, yoxdur. Bu evlər ya sənədsizdir, ya da yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən verilən sənədlər əsasında tikilib”.

Bunu əmlak eksperti Elnur Fərzəliyev “Xəzər Xəbər”ə bildirib. O deyib ki, kənd evlərinin bir çoxu hələ də çıxarışla təmin edilməyib: “Evlərin çıxarışının olmaması onların alqı-satqıda istifadə edilməsini məhdudlaşdırır. Bununla yanaşı, turizm potensialı olan ərazilərdə inkişafı xeyli zəiflədir. Bundan başqa, çıxarışsız kənd evlərinə maraq azalır”.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, əlində hüquqi sənədi olan vətəndaşların evlərinin çıxarışla təmin edilməsində heç bir problem yoxdur. Ümumiyyətlə, sənədi olmayan və mühafizə olunan zonalarda tikilən evlərə gəldikdə isə bu məsələyə köklü yanaşma nəzərdə tutulur. Problemin həlli üçün ayrıca normativ hüquqi sənədin qəbul edilməsi gözlənilir.

Bəs yaradılmış komissiya nə zaman çıxarış məsələsini həll edəcək? Müvafiq məsələ ilə bağlı portal yaradılacağı bildirilmişdi. Bu portal nə zaman hazır olacaq?

Qeyd edək ki, 2023-cü ilin yanvar ayının axırında Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə Ədliyyə Nazirliyi tərəfindən birgə layihənin hazırlanmasıyla bağlı ictimaiyyətə açıqlama verildi. Gələcəkdə bir portal üzərindən bütün ölkədə olan daşınmaz əmlakların qeydiyyata alınması, sənədləşməsi, eyni zamanda sənədsiz evlərin də ilkin qeydiyyatı və amnistiya olunması məsələsi aparılacaq. Lakin prosesin çox qəliz olduğuna görə bitmədiyi deyildi. Burada müvafiq qanunların və normativlərin də prosesə uyğun olmasının vacibliyi vurğulanırdı. Hazırda bu istiqamətdə iki qurum tərəfindən işlər görülür. 2024-cü il ərzində bu portalı ictimaiyyətə təqdim olunacağı bildirilirdi. Amnistiya qanunla icazə verilməmiş yerlərdə, yəni xüsusi mühafizə olunan və normativə uyğun olmayan ərazilərdə tikilən evlərə şamil edilməyəcək.

Onu də nəzərə çatdıraq ki, bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən qanunsuz evlərin sayının 700 mindən artıq olduğunu bildirmişdi. Onların çoxunun avtomobil, dəmiryol, su, qaz, işıq xətlərinin mühafizə zolaqlarında inşa olunduğu deyilirdi. Bundan əlavə, bir sıra evlər bələdiyyələr tərəfindən dövlət mülkiyyətindəki torpaq sahələrinin qanunsuz satdığı ərazilərdə inşa olunub. Başqa bir qrup evlər sovet dövründən Bakıətrafı kəndlərdə vətəndaşlara ayrılan, lakin müvafiq sənədləşmə aparılmayan ərazilərdə tikilib. Ümumilikdə, ekspertlərin qənaətinə görə, hazırda təkcə Bakı şəhəri və Abşeronda təxminən 600 minə yaxın, regionlarda isə 200 min mənzilin sənədləşdirilməsinə ehtiyac var. Bu hesablamalar əsasən kommunal xidmətlərdə qeydiyyatda olan abunəçi sayı əsasında müəyyənləşdirilir. Belə ki, məsələn, ölkədə elektrik enerjisi ilə təmin olunan əhali abonentlərinin sayının 3 milyona yaxın olduğu bildirilir. Bu, respublikada qanuni sənədlər əsasında tikilməsinə baxmayaraq, mülkiyyət sənədi verilməyən mənzilləri, habelə qanunsuz tikililəri əhatə edir. Qanuni qeydiyyatı olan evlərin sayını bu göstəricidən çıxmaqla, rəsmiləşməsi hələ də aparılmayan ev sayını müəyyən etmək olur.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Sənədsiz evlər yüz minlərlədir. Bizdə olan məlumata görə təqribən 600 mindən çox sənədsiz ev var, bu böyük bir rəqəmdir. Bu evlərin içərisində icazə olmadan tikilən, yaxud da müəyyən normativ qaydalara uyğun tikilməyən evlər var. Elə evlər də var ki, həm meşə zolağında, həm üzərindən yüksək gərginlikli elektrik xətti keçən ərazilərdə, eləcə də kommunikasiya xətlərinin keçdiyi yerlərdə tikilib. Onların sənədləşdirilməsi hüquqi baxımdan mümkün deyil. Amma hüquqi baxımdan mümkün olan, heç bir normativ qaydalara zidd olmayan, sənədləşməsində problem olmayan evlər mütləq sənədləşdiriləcək. Bu barədə 2016-cı ildə müvafiq sərəncam imzalanıb. O dövrdən 8 ilə yaxındır bu proseslə bağlı işlər görülür. Düzdür, müəyyən ləngimə var. Amma bu ləngimə prosesin böyüklüyü ilə, Azərbaycanda təqribən əhalinin orta hesabla 20-25 faizini, bəlkə də 30 faizini əhatə etdiyinə görə gecikir. Bu bütünlükdə ölkəni əhatə edən məsələdir. Bir-iki günə həll olunan məsələ deyil. Prosesin başlamasını gözləyən milyonlarla insan var. Burada söhbət vətəndaşların hüquq və haqlarının bərpasından, onlara məxsus olan evlərin sənədləşməsindən getmir. Burada başqa məsələ də var. Hər bir dövlətdə olan daşınmaz əmlak reyestrinin tam şəkildə bərpasından, təşkilindən gedir. Yəni dövlətin qeydiyyatında olan bütün obyektlər sənədləşməlidir. Bir baza olmalıdır, o bazaya uyğun olaraq ev kimə məxsusdur, sahəsi nə qədərdir və sairə. Bu prosesin aparılması əslində böyük bir layihədir. Hər bir qurulan yeni dövlətin qarşısında duran bir nömrəli məsələdir. İndiyə qədər niyə olmayıb. Bu gecikmələrin səbəbi Qarabağ problemi var idi, dövlətin diqqəti bu istiqamətə yönəlmişdi. 30 ildən artıq işğal altında olan torpaqlarımız azad olundu, ərazilərin yenidən qurulması prosesi gedir. Artıq Azərbaycan dövləti indiyə qədər həll olmamış problemləri həll etmək, eyni zamanda ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi istiqamətində addımlar atmaq barədə ciddi şəkildə düşünür. İndiyə qədər yubanan proyektlər artıq start alıb. Fikrimcə, yaxın müddətdə bu problem də həll olunacaq. Qeyd edilən kimi, portal yaradılıb, portalın son tamamlama işləri də yekunlaşıb. Yəqin ki 2024-cü ilin sonlarına qədər istifadəyə veriləcək. Bu proses yekunlaşandan sonra hər bir vətəndaşın öz kabineti olacaq. Həmin kabinetdə ona məxsus daşınmaz əmlak növləri qeyd olunacaq. Vətəndaş çox asan şəkildə hər hansı bürokratik maneə olmadan, digər müdaxilə tələb edilmədən öz əmlakı ilə bağlı qərarlar verəcək. Bu doğurdan da yenilikdir. ASAN xidmətin açılması ilə 2012-ci ildə Azərbaycanda necə böyük inqilab baş veribsə, indi 2024-cü ildə daşınmaz əmlak sektorunda da bu cür inqilab olacaq. Əvvəllər ASAN xidmət yaradılana qədər sənədləşmələrdə vətəndaşların bir çox problemlərinin həllində müəyyən bürokratik əngəllər var idi. Bir sənəd əldə etmək üçün bir neçə yerə müraciət etmək tələb olunurdu. Bunun üçün müvafiq müddəti gözləmək tələb olunurdu. ASAN xidmət burada rüşvət və korrupsiyanın qarşısını aldı. İndi ikinci proses məhz daşınmaz əmlak sektorunda tətbiq ediləcək. Artıq vətəndaşlar öz əmlakları ilə bağlı müvafiq qərarlar vermək imkanı əldə edəcək. Bu yalnız portal üzərindən aparılacaq, elektron hökumət sistemində böyük addımdır, islahatdır. Əvvəllər problem var idi, kimsə fərdi yaşayış evi tikirdi, onun mansardını texniki pasporta, çıxarışa salmaqdan imtina edirdilər. Artıq bu problem də aradan qaldırılacaq. Obyektlərin bütün ölçüləri reallığa əsasən portalda qeyd olunacaq”.

Ekspert portalın müstəsna üstünlüklərindən də söz açıb: “Təbii ki, bu üstünlüklər vətəndaşlara imkan verəcək ki, 21-ci əsrin qaydalarına uyğun şəkildə öz əmlakları ilə bağlı düzgün qərar versinlər. Mühafizə zonalarında, meşə təsərrüfatına yaxın yerlərdə, yüksək gərginlikli elektrik xətlərinin altında, kommunikasiya xətlərinin üzərində, normativ qaydalara uyğun olmayan evlər sənədləşmə hüququndan istifadə edə bilməyəcəklər. Bəs bu halda nə olacaq? Biz bununla bağlı hökumətə təkliflər vermişik, həmin vətəndaşlara kompensasiyalar ödənilsin ki, onlar öz yaşayış yerini tərk edib, alternativ yaşayış məkanını əldə edə bilsinlər. Düşünürəm ki, vətəndaşlar nəzərə alınacaq, o vətəndaşlar da bu hüquqlardan istifadə etməlidirlər”.
 
 
 

Dünyapress TV

Xəbər lenti