Ardını oxu...
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində tam təmirli mənzilləri vətəndaşlara təqdim edib.
Bu mənzillərin satışa çıxarılması mənzil bazarına necə təsir edəcək?
Məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımlı bildirib ki, satışa çıxarılan mənzillər daşınmaz əmlak bazarında qiymətlərə təsir etməyəcək.
"Bu günə qədər satışa çıxarılan kirayə mənzillərin sayı 4434 olub. Bu rəqəm çox azdır. Çünki tələbat satışa çıxarılan mənzillərdən dəfələrlə çoxdur. Tələb təklifi çox üstələyir. Bu layihənin daha da təkmilləşdirilməsi və mənzillərin sayının artırılmasına ehtiyac var."
Ekspert mənzil bazarında hazırki vəziyyətiylə bağlı da danışıb.
"Mənzil bazarında hazırda durğunluqdur. Bunun da əsas səbəbi mənzillərin qiymətinin çox bahalaşmasıdır. Hazırda paytaxtın mərkəzə yaxın yerlərində 35-40 kvadratlıq bir otaqlı mənzillərin qiyməti 100 min manata və daha baha satılır. İnsanlar ehtiyacı olsa da bu miqdarda pulu kiçik kvadratlı evlərə vermək istəmir. Durğunluqdan dolayı yayda mənzillərin qiymətinin 10%-ə qədər ucuzlaşacağı gözlənilir. Lakin payıza doğru qiymətlər dəyişə bilər", - deyə o qeyd edib.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 328 tam təmirli mənzili vətəndaşlara təqdim edib.
Mənzillərin aylıq ödənişləri 376 manatdan başlayır.
Mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 23 may 2024-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov "Sherg.az"a bildirib ki, ehtimal edilir ki, bu yay mənzillərin qiymətində artımın dayanması müşahidə ediləcək:

“Əvvəlki illərdə bazar aktiv oldu]u və ipoteka müraciətləridə artım müşahidə edildiyinə görə qiymətlər qalxırdı. İndi isə ipoteka müraciətləri azalıb. Çünki banklar resurslarını istifadə edib bitiriblər. Banklar ipotekalar üçün növbəti resurslarını isə avqust ayında ayıracaq. Ehtimal edilir ki, qiymətlərin artımı dayanacaq. Ancaq qiymətlərin tam aşağı düşəcəyini demək hələki mümkün deyil. Yeni Yasamal, Xətai metrosu və başqa ərazilər var ki, ora tələbat çox olduğuna görə qiymət artımı dayanmayacaq. Çünki tikinti şirkətlərində rəqabət az olduğuna görə onlar qiymətləri aşağı salmırlar. Digər tərəfdən qiymət enməsi ucuz kateqoriyalı evlərə aid deyil. Yəni ucuz evlərə yenə tələbat eyni səviyyədə olacaq. Ola bilər ki, nisbətən bahalı seqmentlərə şamil olunsun.”
 

Ardını oxu...
Şəki rayonun Cumakənd  kəndində yaşayan şəhid anası Əhmədova Məkkə Sirac qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də dia-az.info-ya daxil olan müraciətdə deyilir:
"Cənab Prezident, Siz həmişə çıxışlarınızda  Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün aidiyyatı dövlət qurumlarına lazımi göstərişlər verirsiniz. Və nəticədə indiyədək çoxsaylı şəhid ailələrinin mənzil –məişət şəraiti yaxşılaşdırılmışdır.

   Oğlum, gizir Əhmədov Rizvan Niyazı oğlu 1996-cı ildən Azərbaycan Ordusu sıralarında xidmət etmişdir. 44 günlük müharibədən sonra “Qisas əməliyyatı” zamanı  sentyabrın 19-da 218 n-li H|h-nin əsgəri kimi Şuşakənd- Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidliyindən sonra oğlum Rizvana Sizin sərəncamınızla “ Vətən uğrunda” – 3-cü dərəcəli medulla təltif edilmişdir.

Rəhmətlik oğlum yenicə ailə qurmuşdu. ( hələ nikahlarını kəsdirməyə macal tapmamışdır) Hal hazırda yaşadığöımız kənddəki uçuq-sökük evimizdə birtəhər yaşayırdıq. Şəhid oğlumun atası Əhnmədov Niyazı oğlum anadan olandan 15 gün sonra bizi atıb getmişdir. Başqa birisi ilə evlənib. Hazırda haradasa əyyaşlıqla məşğul olur. Amma şəhid oğluma düşən 11000 manat “qan pulu” nun yarısını ata adlanan Niyazını tapıb ona verdilər.  İndi mən digər hərbçi oğlum Knyazın ümidinə qalmışam. O da hərbçidir. Aldığı maaşdan bir hissəsini mənə göndərir ki, yaşaya bilim. Mən bilmirəm hazırda sağ qalan ikinci hərbçi oğlumun başına sabah nə gələcək.

   Amma çox təəssüf edirəm ki, bu günə qədər bir şəhid ailəsi kimi bizimlə qonşulardan başqa kimsə maraqlanmır. Uçuq-sökük evimizi təmir etmək istəyirik Amma imkanımız yoxdur. Mən bir şəhid anası kimi iş tapa bilmirəm. Bir elə pay torpağımız da yoxdur ki, adi dirrik məhsulları əkib dolanım.  

Bütün kənd sakinləri şahiddirlər ki, uzun müddət ailə başçısı olmayan ailədə iki oğlumu min bir zülmlə böyüdüb hər ikisini Vətənin müdafiəsinə göndərmişəm.
     Cənab Prezident Sizdən çox xahiş edirəm mənim sərbəst olaraq dolanmaq üçün bir münasib işlə təmin olunmağıma və heç vaxt təmir olunmayan evimizin təmir edilib normal yaşamaq vəziyyətinə salınması üçün aidiyyatı dövlət qurumlarına göstəriş verəsiniz".
 
Ardını oxu...
Artıq neçə müddətdir ki, köhnə, ekoloji cəhətdən zərərli sayılan avtomobillərə sahib olanlar səksəkədədirlər. Kimisi avtomobillərinin məcburi şəkildə əlindən alınacağını düşünür, kimisi icbari utilizasiyadan danışır. "Kasıbın maşını olmayacaq" deyənlər də az deyil.

Ötən həftə isə mətbuatda köhnə nəqliyyat vasitələrinin dövriyyələrinin məhdudlaşdırılması üçün təkliflərin hazırlanacağı ilə bağlı xəbərlər yayılıb. Belə ki, təkliflər Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması məqsədi daşıyacaq. Layihə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.

Maraqlıdır, təkliflər necə hazırlanacaq? Köhnə avtomobil sahiblərinə güzəştlər nəzərdə tutulacaqmı? Yoxsa, həqiqətən kasıbın avtomobili olmayacaq?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Vətəndaşın marağı nəzərə alınmalıdır"

Yol-nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev bildirib ki, hazırda könüllü şəkildə köhnə nəqliyyat vasitələrinin utilizasiya prosesinə start verilib:

"Yəni, kim istəsə, işlək, yararsız, yaxud qəzalı vəziyyətdə olan nəqliyyat vasitəsini təhvil verə biləcək və ödənişini alacaq. Qiymətlər isə standartdır. Hazırda ölkəyə gətirilən yeni və texniki baxışdan keçən nəqliyyat vasitələrindən əlavə rüsumlar alınır və fond formalaşır. Bir müddət sonra isə utilizasiya prosesi başlayacaq".

Mütəxəssis qeyd edib ki, atılan hər addımda vətəndaşın marağı təmin edilməli, proses vətəndaşın xeyrinə olmalıdır:

"Bu gün, xüsusilə bölgələrdə, kəndlərdə yaşayan vətəndaşlar 70-80-ci illərin istehsalı olan nəqliyyat vasitələrindən istifadə edirlər. Hansı ki, bu avtomobillər kənd təsərrüfatı işlərində istifadə olunur, vətəndaşın işinə yarayır. Köhnə olsa da, kəndlinin əlindən tutur. Fikrimcə, ilkin mərhələdə bu avtomobillərin utilizasiyası başlayacaq. Düzdür, bu avtomobillər ekoloji cəhətdən zərərli olduğu üçün dövriyyədən tamamilə çıxarılmalıdır, amma bunun üçün vətəndaşa sərfəli təklif verilməlidir. Ən azından, hazırda istifadə etdiyi nəqliyyat vasitələrinin səviyyəsinə nisbətən uyğun nəqliyyat vasitəsi verib, əlindəkini almaq olar. Yaxud yeni bir nəqliyyat vasitəsi ala bilmək üçün ona müəyyən qədər vəsait verilməlidir. Utilizasiya üçün nəzərdə tutulan 2 500 manat vətəndaşa sərf etmir. Çünki o, həmin qiymətə avtomobil ala bilməz. Ona görə də bu problemin həlli ilə bağlı proqram qəbul edilməlidir, təkliflərdə nəzərə alınmalıdır".

"Müvafiq icra mexanizmi hazırlanacaq"

O bildirib ki, proqramda nəqliyyat vasitəsinin işləkliyi, yaxud tam yararsızlığı nəzərə alınıb, ona uyğun vəsait ödənilməlidir:

"Köhnə avtomobillər sıradan çıxdıqda, müəyyən güzəştli qiymətlər əsasında ölkədə istehsal edilən avtomobillərin satışı təşkil oluna və vətəndaşa təklif edilə bilər. Bu, köhnə avtomobil sahiblərinin nəqliyyat vasitələrindən imtina etməsini stimullaşdıracaq. Bütün tərəflərin maraqlarını təmin edəcək bir strategiya hazırlanmalıdır. Düşünürəm ki, köhnə avtomobillərin dövriyyədən çıxarılması prosesinə yanaşmanın formalaşdırılması üçün müvafiq icra mexanizmi hazırlanacaq. İnsanların nəqliyyat vasitəsini əlindən alıb iflic etmək düzgün yanaşma olmaz".

"Ölkədəki avtomobillərin 70 faizi köhnədir"

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə qeyd edib ki, istehsalçı tərəfindən verilən zəmanət müddəti bitən avtomobillər köhnə avtomobil sayılır:

"Onların ölkə daxilinə idxalı artıq məhdudlaşdırılıb. Ötən ilin mart ayında Nazirlər Kabinetinin qərarı ilə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkəmizə idxalı qadağandır. Ölkə daxilində isə köhnə avtomobillərin istismarının dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı hazırda ümumiyyətlə məlumat yoxdur və düşünmürəm ki, bu, qısa müddətdə həyata keçirilsin. Çünki ölkədəki avtomobillərin 70 faizi köhnədir. Məhdudlaşdırılma isə hazırda ölkəyə daxil olan avtomobillərlə aiddir. Hazırda proses əsasən taksi kimi fəaliyyət göstərən minik avtomobilləri ilə bağlıdır. Çünki taksidə istismar olunacaq nəqliyyat vasitələrinin yaşı səkkiz ildən çox olmamalıdır və onlar yeni mövsümdə artıq "Avro 5" ekoloji standartına cavab verməlidirlər".

"Avro 5"-ə keçid reallaşa bilər

Mütəxəssis qeyd edib ki, artıq qonşu Gürcüstanda "Avro 5" standartına cavab verməyən avtomobil idxal olunmur və orada satılmır:

"Ölkəmizdə hazırda ekoloji standart olaraq "Avro 4" qəbul olunub. Ola bilər ki, gələn ildən "Avro 5"-ə keçid olsun".

"Gözümüzün önünə köhnə sovet avtomobilləri gəlir"

Məhdudlaşdırılma ilə bağlı təkliflər məsələsinə gəldikdə isə, nəqliyyat eksperti vurğulayıb ki, bu prosesdən danışanda gözümüzün önünə ilk növbədə köhnə sovet avtomobilləri gəlir:

"Məhdudiyyətlər bugünkü müasir təhlükəsizlik standartlarına cavab verməyən avtomobillərə şamil oluna bilər. Məsələn, bilirik ki, köhnə sovet avtomobillərində təhlükəsizlik baxımından ABS sistemi mövcud deyil. Bu, nəqliyyat vasitəsi üçün çox vacib məsələdir, çünki ABS tormozlanma zamanı dəstəkçi rolunu oynayan sistemdir. Bundan əlavə, bu nəqliyyat vasitələri bugünkü müasir ekoloji standartlara cavab vermir".

Məlumat üçün bildirək ki, bu layihə iyunun 1-dək Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanmalıdır.
 
Ardını oxu...
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və rəsmi laraq “Müharibə veteranı” statusu almış şəxslərlə bağlı ən son statistika məlum olub. Dövlət Statistika Komitəsindən əldə edilən məlumata görə, hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180.476 nəfər rəsmi olaraq “Müharibə veteranı” statusu daşıyır.

Bura həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçıları daxildir.

Müharibə veteranlarına ayda 80 manat təqaüd verilir./Modern.az
 
Ardını oxu...
Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da, may-iyun ayında əlavə dəyişikliklərin edilməsi də mümkündür. Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü, deputat Vahid Əhmədov deyib.

Millət vəkili hesab edir ki, Dövlət Neft Fondundan büdcəyə əlavə vəsaitlər daxil edildikdə bu amillər nəzərə alınır:

“Burada həmçinin ölkədə qeydə alınmış inflyasiyanın da faizi əsas götürülür. Bu ilin dörd ayı ərzində inflyasiyanın faizi kifayət qədər aşağı olub. Statistik rəqəmlərdə bu, bir faiz həcmində göstərilir”.

Komitə üzvünə görə, minimum əməkhaqqının artırılmasına ehtiyac var:

“Çünki ötən il də 8,8 faiz səviyyəsində infilyasiya qeydə alınıb. Ona görə də, minimum əməkhaqqının nə qədər və necə artırılması məsələsi amili mövcuddur. O cümlədən, pensiyaların və müavinətlərin də artırılması ilə bağlı məsələyə baxıla bilər”.

Vahid Əhmədov bildirib ki, dövlət büdcəsinə daxil olan əlavə vəsaitin bölüşdürülməsi ilə bağlı məsələyə baxıldıqda minimum əməkhaqqının artırılması da gündəmdə ola bilər:

“2025-ci ilin dövlət büdcəsində minimum əməkhaqqı ilə bağlı konkret addımın atılması gözlənilir. Minimum əməkhaqqı, yaşayış minimumu dövlət büdcəsi zərfi qəbul edilərkən təsdiq edilir. Eyni zamanda minimum əməkhaqqı ilə bağlı müəyyən proqramlar var. Aidiyyatı qurumlar bu proqramın üzərində işləyir”.
 
Ardını oxu...
28 may Respublika Günü münasibətilə Azərbaycanda 3 gün ardıcıl iş olmayacağı gözlənilir.

Mayın 28-i həftənin 2-ci gününə təsadüf edir. Adətən, belə situasiyalarda iş günləri ilə istirahət günlərinin yeri dəyişdirilir.

Əmək Məcəlləsinə əsasən, həftəarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı və ya əvvəlki iş gününə keçirilir.

Bu isə o deməkdir ki, 25 may şənbə günü ilə 27 may birinci günün yeri dəyişdirilə bilər.

Beləliklə, gələn həftə Azərbaycanda 3 gün – 26, 27 və 28 may tarixlərində qeyri-iş günü ola bilər.

Yenisabah.az məsələni dəqiqləşdirmək üçün Nazirlər Kabineti ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, bununla bağlı hökumətin müvafiq qərarı olacağı təqdirdə, ictimaiyyətə məlumat veriləcək.
 
Ardını oxu...
“İstər kişilər, istərsə də qadınlar məsuliyyəti üzərlərinə almadan evlənirlər. Heç biri öz məsuliyyətini bilmir. Yəni mən bir qadın, yaxud kişi olaraq hansı işləri öz üzərimə götürməliyəm ki, mənim ailəm daha düzgün olsun, bu barədə düşünmürlər”.

Bunu Bakupost.Az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova deyib.

O qeyd edib ki, kişilər məsuliyyətdən qaçır, qadınlar da artıq bu məsuliyyətsizliyə dözmür:

"Deyə bilərsiniz ki, əvvəl belə deyildi. Qadınlar daha dözümlü idi. Düzdür, əvvəllər sosial şəbəkələr, qarşımızda bu qədər misallar yox idi. Amma indiki dövrdə insanlar artıq dözümsüz və məsuliyyətsizdir. Xəyanət də buna görə baş alıb gedir. Mənə görə bu gün boşanmaların səbəbi ailələrin möhkəm təməl üzərində qurulmamasıdır”.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Müasir Azərbaycan ailəsi” mövzusunda hazırladığı analitik hesabatda Azərbaycanda respondentlərin yarıdan çoxu boşanma qərarının verilməsini legitim edən əsas amilin ailədə narkomaniya və alkoqolizm problemi olduğunu düşünür.
 
 
 
Ardını oxu...
“Nikah yaşı ilə bağlı artıq Komitə tərəfindən təklif irəli sürülüb. Biz bu təklifi elə-belə verməmişik”.

Bunu Beynəlxalq Ailə Günü ərəfəsində keçirilən ənənəvi “Ailə Festivalı”nda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərin nikah yaşı ilə bağlı qanunvericilikdə hər hansı dəyişikliklərin gözlənilib-gözlənilmədiyinə dair sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu təklif müxtəlif araşdırma, tədqiqat və sorğuların nəticəsində formalaşıb:

“Bu gün real vəziyyəti nəzərə alaraq təklif vermişdik ki, nikah yaşında heç bir istisna olmasın və nikah yaşı vahid olaraq 18 yaş qəbul edilsin. Hər hansı istisna olmadan bu yaş həddi həm oğlan, həm də qızlara şamil edilsin. Çünki hər hansı istisna buna bənzər hadisələrin daha geniş yayılmasına vüsət yaradır. Buna görə də, biz nikah yaşının bir yaş aşağı 17 yaş olmasının aradan qaldırılmasını təklif etmişik. Cəmiyyət artıq bunu müzakirə edir. Düşünürəm ki, bu, müəyyən zaman çərçivəsində artıq qanun layihəsində də öz əksini tapacaq, Ailə Məcəlləsinə bununla bağlı dəyişiklik ediləcək”.

B.Muradova onu da əlavə edib ki, 17 yaşdan da aşağı yaş qrupunda olan qızlar ailə qurmaq məqsədilə kimlərə qoşulub gedirsə, bu, xoşagələn hal deyil:

“Bu istiqamətdə valideynlərin yanaşması, onların maarifləndirilməsi ilə yanaşı gənclərin özlərinin də proqressiv düşüncəli olması vacibdir. Sadaladığımız yaş, yəni 16 yaş gənclərin təhsil alma, oxuma, öyrənmə, savad, bilik alma və gələcək üçün özünü cəmiyyətə hazırlama yaşıdır. Bu yaş nikah üçün çox erkəndir. Belə qurulan ailələr sonralar həm sosial, həm də psixoloji gərginlik yaradır. Biz bunun gənclərdə həm psixoloji, həm də fiziki zədə kimi müşahidə etmişik. Xüsusilə də ailələrdə bu məsələyə yanaşma qanun çərçivəsində olmalıdır. Uşaqların 18 yaşına qədər təhsilə yönləndirilməsinə diqqət yetirilməlidir. 18 yaşdan sonra isə oxumaq və ya ailə qurmaq istəyi gəncin öz qərarıdır”.
 
Ardını oxu...
Aşağıdakı hallarda da İşçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində: iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir.
Şahid, zərərçəkmiş şəxs,ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına çağırıldıqda.
İctimai təşkilatların və əmək kollektivlərinin, habelə qanuni və ya etibarnamə əsasında işçilərin nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmək üçün cəlb edildikdə.
Kollektiv mübahisələrin həlli üçün yaradılan əmək arbitrajının tərkibinə daxil edildikdə.
Dövlət hakimiyyəti orqanlarının və ya ictimai təşkilatların keçirdiyi forum vəmüşavirələrdə, iclaslarda və digər tədbirlərdə iştirak etmək üçün işəgötürən tərəfindən cəlb olunduqda.
Kollektiv danışıqların aparılmasına, kollektiv müqavilələrin, sazişlərin hazırlanması və ya bağlanmasında iştirak etməyə, kollektiv əmək mübahisələrin həlli üçün barışdırıcı, vasitəçi, arbitr və digər nümayəndə qismində cəlb edildikdə.
Fərdi əmək mübahisələrinin həlli zamanı məhkəmə araşdırmalarının aparılmasında iştirak etdikdə.

Müəllif: Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - dia-az.info
Ardını oxu...
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması” tenderinin nəticələrini elan edib.

Dia-az.info xəbər verir ki, tenderin qalibi “Admedia.Az” MMC olub.

Qalib şirkətlə 1 229 944 manat məbləğində müqavilə imzalanıb.
 

Dünyapress TV

Xəbər lenti