Ardını oxu...
Hər ay tələbələrə verilən təqaüddən müəyyən məbləğ tutulur.

Tələbələr deyirlər ki, bu məbləğin niyə tutulduğunu və hara xərcləndiyini bilmirlər. Bəzi tələbələr isə iddia edirlər ki, onların təqaüdündən kəsilən pul Tələbə Həmkarlar İttifaqının balansına köçürülür.

Həqiqətən də, Tələbə Həmkarlar İttifaqı tələbələrin könüllü icazələri olmadan onların təqaüdündən müəyyən məbləğ tuta bilərmi?
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Cəmilə Qurbanova açıqlamasında qeyd edib ki, tələbələr tərəfindən razılıq ərizəsi olmadan onların vəsaitindən hər hansısa bir məbləğ tutulmur.
Təhsil eksperti Kamran Əsədov da məsələ ilə bağlı fikirlərini bölüşüb:

“Tələbələrə verilən təqaüdlər vergi və digər ödənişlərdən azad olduğu üçün təhsil ocaqlarının mühasibatlığı da bu vəsaitdən hər hansısa bir məbləğ tuta bilməz”.

Ətraflı Xəzər TV-nin süjetində:

 
Ardını oxu...
Gələn ildən ölkədə minum əmək haqqı artırılacaq. Dövlət başçısı da VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bununla bağlı göstəriş verildiyini bildirib.

Bəs artım nə qədər olacaq?Sosioloq Üzeyir Şəfiyev deyir ki, bazarda qiymət dəyişiklikləri və inflyasiya göstəriciləri minimum əməkhaqqının artırılması məsələsini reallaşdırır. O, qeyd edib ki, hazırda minimum əməkhaqqı 345 manat olsa da, bir çox müəssisələrdə bazara uyğun olaraq minimum 500 manat maaş verilir. Sosioloq gələn il artım zamanı da minimum əməkhaqının elə məhz 500 manat civarında olmasını daha məqsədəuyğun sayır.

Üzeyir Şəfiyev qeyd edib ki, ötən il inflyasiya səviyyəsi 8,8, orta aylıq əməkhaqqındakı artım 11,3 faiz olub. Bununla yanaşı, bu il də həm qiymət artımları, həm də nominal orta aylıq əməkhaqqının dəyişməsi qeydə alınıb.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanaraq noyabrın 1-dək təqdim ediləcək.

 
Ardını oxu...
“Valideynlərin əlavə resurslar almağa məcbur edilməsi faktları valideyn iclaslarında məktəb rəhbərliyi ilə müzakirə edilməlidir”.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən dövlət ümumi təhsil müəssisələrinin təhsilalanları dərsliklərlə dövlət vəsaiti hesabına təmin olunur:

“Dərsliklərdə kifayət qədər mövzu, çalışma və tapşırıqlar var ki, onlarla mövcud təhsil proqramının mənimsənilməsini həyata keçirmək olar. Məktəblərdə istifadə edilməsi zəruri hesab edilən heç bir siyahı yoxdur. ETN-nin tövsiyə etdiyi əlavə resurslar rəqəmsal formada www.trims.edu.az və www.video.edu.az portallarında yerləşdirilib və istifadə üçün hamıya açıqdır”.

Qeyd edək ki, sosial şəbəkə platformalarında valideynlər bir sıra Bakı məktəblərində şagirdlərə əlavə dərs vəsaitlərinin aldırılmasına etirazlarını bildiriblər.
 
Ardını oxu...
Paytaxtın Səbail rayonunda yerləşən, hər kəsin "Molokan" parkı kimi tanıdığı "Xaqani" bağında insanların istirahət etməsi üçün nəzərdə tutulan yer adı hələ ki məlum olmayan restoran tərəfindən zəbt olunub.

Yaranan vəziyyət sakinlərin narazılığına səbəb olub:

"Hansısa kənar şəxs vətəndaşların istirahəti üçün nəzərdə tutulan yeri məşğul edirsə, həmçinin əhalidən əyləşmək üçün ödəniş tələb edirsə, bu qanunsuzluqdur. Parkın rəhbərliyi buna qarışmalıdır, hüquq-mühafizə orqanlarının əməkdaşları zəruri tədbirlər görməlidirlər".

Məsələ ilə bağlı sosioloq Mail Yaqub bildirib ki, ümumi məkanlar biznes istifadəsi üçün ayrıla bilməz:

"Bu biabırçılığa son qoyulmalıdır. Parkda insanların istirahəti üçün məkan ayrılıbsa, həmin ərazi qorunmalıdır, sakinlərin istifadəsinə verilməlidir. Kimsə gəlib şəxsi biznesi üçün istifadə edə bilməz".

 
 
 
Ardını oxu...
2024-cü ilin ilk doqquz ayında 36 min 400 nəfərə əlillik təyin olunub.

İndex.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, onlardan 18,3 mininə ilkin, 18,1 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.
 
Ardını oxu...
Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazilərində çıxarışı olmayan yüzminlərlə fərdi yaşayış evi mövcuddur. Ekspertlərin sözlərinə əsasən, bu evlərə sənəd verilməməsinin əsas səbəblərindən biri onların yaşayış məntəqələri deyil, kənd təsərrüfatı və ya digər təyinatlı torpaq sahələrində tikilməsidir.

Ölkə başçısının 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” təsdiq olunub. Maraqlıdır, bu qayda sənədsiz ev probleminin həll olunmasına imkan verə bilər?

“Qafqazinfo”nun məlumatına görə, Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda torpağın bir kateqoriyadan digərinə keçirilməsinin əsaslarından biri də yeni yaşayış məhəllələrinin salınması və ya mövcud yaşayış məntəqələrinin inkişaf etdirilməsi məqsədilə əlavə torpaq sahələrinin ayrılması idi.

Lakin yeni Qaydaların 2.1-ci bəndində torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin daha geniş əsasları müəyyən olunub. Onlardan biri də yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi zərurətidir.

Eyni zamanda, yaşayış məntəqəsinin inzibati sərhədlərinə daxil olmayan kateqoriyası dəyişdirilməli torpaq sahəsində tikinti niyyəti həyata keçirildiyi halda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verilməsinin mümkünlüyü barədə rəy verməlidir. Rəyin tikintiyə icazənin ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara uyğunluğuna dair olması nəzərdə tutulub.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, müəyyən torpaqların təyinatlarının dəyişdirilərək yaşayış məntəqələri təyinatlı torpaqlara çevrilməsindən sonra onların üzərində tikilən evlərə də çıxarışların verilməsi mümkün olacaq. Ekspert “Qafqazinfo”ya bildirib ki, indiyədək bu istiqamətdə müəyyən addımlar atılsa da, uzun illərdir bu prosesin həyata keçirilə bilinməməsinə əsas səbəb bu qaydaların olmaması idi.

Bununla belə, ekspert belə qənaətdədir ki, bir çox ərazilərdə tikilmiş yaşayış massivləri var ki, onlar qadağan olunmuş ərazilərdə salındığına görə həmin əmlaklara çıxarışların verilməsi mümkün deyil.
Bəs torpaqların təyinatı necə dəyişdiriləcək?

Yeni qaydalara görə, torpağın mülkiyyətçisi torpaqların bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı həmin torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması və digər məlumatlar aydın göstərilməklə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməlidir. Müraciətə, həmçinin qanunvericilikdə müəyyən olunan digər sənədlər əlavə olunmalıdır.

Əmlak Məsələləri Dövlət Xidməti müraciətə dair sənədlərin və məlumatların tamlığını, habelə torpaq sahəsinin keçirilməsi təklif edilən kateqoriya üzrə istifadəsinin mümkünlüyünü və digər məlumatların düzgünlüyünü yoxlayacaq. Müraciətdə və ona əlavə olunan sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə, qurum 3 iş günündən gec olmayaraq Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Kənd Təsərrüfatı, İqtisadiyyat nazirliklərinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, habelə mənafeyinə toxunulan aidiyyəti dövlət orqanlarının rəylərinin alınması üçün müraciət edəcək. Aidiyyəti dövlət orqanları 10 iş günü müddətində rəylərini bildirməlidirlər. Göstərilən müddətdə rəylər təqdim edilmədikdə, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi aidiyyəti dövlət orqanı ilə razılaşdırılmış hesab olunur.

Daha sonra Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 15 iş günü müddətində torpaq sahəsinin yerquruluşu qaydasında iki nüsxədən ibarət kağız üzərində və elektron daşıyıcıda yerquruluşu xəritəsi hazırlanacaq. Xəritə müvafiq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı və təsdiq edilməlidir. Yerquluşu xəritəsi müraciət və ona əlavə edilən sənədlərlə birlikdə İqtisadiyyat Nazirliyinə təqdim olunacaq.

İqtisadiyyat Nazirliyi isə yerquruluşu xəritəsinin bir nüsxəsini, müraciəti və ona əlavə olunan digər sənədləri 10 iş günü müddətində Nazirlər Kabinetinə təqdim edəcək. Nazirlər Kabineti tərəfindən qərar qəbul edildiyi halda, onun surəti Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olduqdan sonra dövlət torpaq kadastrında 2 iş günü müddətində dəyişikliklər ediləcək və bu barədə müraciət edən subyektə 3 iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat veriləcək.

Qanunvericilikdə müəyyən edilmiş qaydada və müddətdə müraciət edən subyektin ərizəsi əsasında bu dəyişikliklər daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınacaq.Torpaq sahəsinin bir kateqoriyadan digərinə keçirilməsi prosesi dövlət torpaq kadastrında və daşınmaz əmlakın dövlət reyestrində bu barədə zəruri dəyişikliklər edildikdən sonra başa çatmış olacaq.
Ardını oxu...
Azərbaycanda uşaq pulu məsələsi uzun illərdir ki, müzakirə olunan mövzulardan biridir. Getdikcə doğumların azalması, dünyaya gələn uşaqların sosial təminatında yaşanan problemlər bu məsələnin də gündəmdə saxlayır. Bəs hazırkı vəziyyət necədir və bu mövzuda hansı real addımlar atıla bilər?

Sitat.info- ya danışan iqtisadçı ekspert Xalid Kərimli uşaq pulunun verilməməsinin tərəfdarı olduğunu bildirib.

TEREF videomaterialı təqdim edir:

 
Ardını oxu...
Bu gün Bakıda mənzilə olan təlabat artır. Kirayə mənzillər gündən-günə bahalaşır. Vətəndaşlar kirayədə yaşamaqdansa, ipoteka yolu ilə ev almağa üstünlük verir. Amma şərtlər ağırdır. Hər kəsin mənzilə olan təlabatının ödənilməsi və ipoteka şərtlərinin yüngülləşdirilməsi istiqamətində banklar tərəfindən hansı addım atıla bilər?
İqtisadçı ekspert Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Bakıda hər kəsin evinin olması mütləq deyil.
"Dünyanın heç bir yerində belə bir şey mümkün deyil. İnsanların daha çox hissəsinin mənzilinin, özünə məxsus olan yaşayış yerinin olması yalnız sosialist ölkələrində mümkündür. Kapitalist ölkələrində belə bir şey qeyri-mümkündür. 1991-ci ildə biz yalnız müstəqillik yolunu deyil, həm də kapitalizm yolunu seçdik. Dedik ki, biz sosializmi istəmirik. Kapitalizmdə də kimin pulu çoxdursa, onun da evi var. Hətta bizdə minlərlə insan var ki, yüzlərlə mülkləri mövcuddur. Amma SSRİ zamanında insanın yalnız bir evi ola bilərdi. O da konkret orada yaşayanlara aid olan uyğun sahələrdə. Uzağı bir bağ evi də ola bilərdi. SSRİ-də mənzili dövlət pulla satmırdı. Fəhlələr növbəyə dururdu, ona uyğun da ev sahibi olurdular. Düzdür, orada da korrupsiya olurdu, amma əksəriyyət qanunu yolla alırdı. Mənim valideynlərim də mənzili həmin vaxt alıb", deyə Əkrəm Həsənov bildirib.
Əkrəm Həsənov indi belə mexanizmin olmadığını xatırladıb:
"Dünyada da ipoteka yolu ilə o adamlar ev ala bilir ki, onun sabit gəliri var, özü də mümkün qədər çox. İpoteka fondu baxır ki, kimin pulu çoxdursa, ona kredit verir. Bəziləri deyir ki, gəlin ipoteka şərtlərini yumşaldaq. Bundan o yana nə qədər yumşaldılmalıdır? 4%-lə sosial, 8%-lə isə adi ipoteka verilir, yəni Mərkəzi Bankın uçot dərəcəsində də ucuz. Mərkəzi Bank bankalara krediti daha böyük faizlə verir".
Əkrəm Həsənov hesab edir ki, Azərbaycanda ipoteka kreditləri faizsiz verilsəydi belə, yenə də əksəriyyət əhali həmin kreditdən faydalana bilməyəcəkdi:
"Krediti qaytarmalısan. Bizim əhalinin aylıq gəliri o qədər aşağıdır aylıq təlabatına güclə çatır. İnsanlar istəyir öz evində yaşasın. Amma bu mümkün deyil. Bu tendensiya get-gedə Azərbaycanda daha da güclənəcək. Camaatın evlərini gəlib sökürlər, yeni binalar tikirlər. Mənzilləri kim alır? Bir neçə mənzilləri olanlar. Onlar mənzili alıb kirayə verir. Bu minvalla Azərbaycanda bir müddətdən sonra öz mənzili olanların sayı daha da az olacaq. Əgər biz bunu istəmiriksə, gərək kapitalizmdən imtina edək. Qayıdaq sosializm sisteminə".
 
Ardını oxu...
Noyabrın 1-də gələn il minimum əməkhaqqının nə qədər artacağının müəyyənləşməsi gözlənilir. Ölkədə məvaciblərin minimal həddinin çox aşağı olması sirr deyil. Region ölkələrindən nəzərəçarpan dərəcədə geri qalırıq. İş orasındadır ki, ölkədə işləyən kəsimin heç də hamısı 345 manat qazana bilmir. Yəni minimum əməkhaqqı ifadəsi də xeyli şübhəli dayanır. Buna baxmayaraq, məbləğin ciddi artımı ilə bağlı gözləntilər var.
Bizimyol.info xəbər verir ki, ölkədə saatlıq maaş sistemi də tətbiq oluna bilər. Bununla bağlı müzakirələr diqqət çəkir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəticə ilə bağlı tezliklə ictimaiyyətə geniş məlumat veriləcəyini bildirir.

Azı 600 min şəxsin məvacibinin artacağı iddia olunur. Amma əsas məsələ məbləğin nə qədər artacağıdır. Çünki əhalinin sosial vəziyyəti son illər xüsusilə ağırlaşıb. Düzdür, maaşlar artırılıb, amma qiymətlərin yüksəlmə sürəti daha böyük olub. Yəni əhalinin nominal gəlirlərinin artması çox şeyi dəyişməyib. Əksinə, real gəlirlər azalıb.

Gələn il dövlət büdcəsində sosial xərclərin 14 faiz artacağı gözlənilir. Nazirlər Kabinetindən 2025-ci ildə dövlət büdcəsində sosial müdafiə və sosial təminat üçün xərclərin 4 milyard 998 milyon manat olacağı bildirilib. Yəni 607 min manat artımdan danışılır. Xüsusi qeyd olunur ki, 2025-ci ildə əməkhaqqı və sosial ödənişlərin artımı 2 milyondan çox vətəndaşa şamil ediləcək.

Əvvəlki illərin təcrübəsi böyük gözləntilərdən qaçmağı tövsiyə edir. Minimum əməkhaqqı çox artmayacaq. Ekspertlər də gözləntiləri yüksək tutmamağı məsləhət görür. Böyük ehtimalla, artım 15-20 faizdən çox olmayacaq. Bu barədə danışan məsul şəxslər inamlı təsir bağışlamır. Hiss olunur ki, gözləntiləri qarşılayacaq artım ehtimalı yoxdur.

Üstəlik, iqtisadiyyat özünün çox da yaxşı günlərini yaşamır. Neft gəlirlərinin azalması məlum idi. Təbii qaz gəlirləri də azalıb. Son günlər neftin qiyməti büdcədə nəzərdə tutulduğundan daha aşağı həddə var-gəl edirdi. Oktyabrın ilk dekadasının sonuna doğru 80 dollar həddinin keçilməsi müşahidə edilir. Amma yenə də nikbinliyə əsas yoxdur. Ölkə iqtisadiyyatı bu payız, yəqin ki, gələn ilin əvvəlində də özünə tam gəlməyəcək. Minimum əməkhaqqı da bu situasiyada çox artırıla bilməz.
 
Ardını oxu...
Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin külli miqdarda vergi borcu yaranıb.

Qaynarinfo-nun məlumatına görə, Abşeron Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 268367.28 manat vergi borcu var.

Qeyd edək ki, 2020-ci ildən Abşeron Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi olan Qəhrəman Rüstəmovdur. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı isə Abdin Fərzəliyevdir.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti