Ardını oxu...
Fransa prezidenti Emmanuel Makronun ABŞ-a 5 günlük rəsmi səfəri başlayıb.
Makronun səfəri dekabrın 3-də bitəcək. Ağır səfər olacaq, çünki Parislə Vaşinqton arasında müxtəlif mövzularla bağlı fikir ayrılıqları var. Parisin Avropanın Amerikadan asılılığını azaltması tələbini illərdir gündəmdə saxlaması da Vaşinqtonun xoşuna gəlmir.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu yazır.Daha sonra politoloq fikirlərini şərh edərəkjm yazır:
Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti görüşü dekabrın 7-də Brüsseldə planlaşdırılmışdı. Paşinyan “görüşdə Makron da iştirak etsin” tələbini gündəmə gətirməklə Brüsselin vasitəçiliyinə zərbə vurdu.
Çünki İlham Əliyev Brüsseldəki görüşdə Makronun iştirakının əleyhinədir. Fransalı jurnalistlərdən biri gərək Makronun özündən soruşa ki, ağır Vaşinqton səfərindən dərhal sonra Paşinyanın tələbiylə Brüsselə getməyə hazırdırmı?
Teref.az
 
Ardını oxu...
Fransa parlamenti palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi mövqeyini əks etdirmir.

Bunu jurnalistlərə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

“Parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib”, - diplomat bəyan edib.

Onun sözlərinə görə, Fransa hökumətinin mövqeyi hamıya məlumdur. O, xarici işlər naziri Ketrin Kolonnanın “Fransa sülhə nail olmaq fürsətindən istifadə etmək üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyə davam edəcək” ifadələrini xatırladıb.

Mənbə: TASS
 
Ardını oxu...
"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb: deputatın biri partiya sədrlərini, biri qanunu tənqid etdi

Milli Məclisin bu gün keçirilən iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verib.

Komitə sədri deyib ki, partiyalar haqqında yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var idi: “Ötən qanun layihəsinin qəbul edilməsindən uzun zaman keçir. Qanunun yenilənməsinə ehtiyac hiss olunurdu. Bunun üçün də qanun hazırlandı. Yeni qanun layihəsi beynəlxalq təcrübələrə əsaslanır. Dünyanın 20 qabaqcıl ölkəsinin təcrübəsi öyrənilib, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Avropa Şurası Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınıb. Qanun lahiyəsində son variantda 66 dəyişiklik edilib”.

Birinci vitse-spiker: “Yalnız bir nəfər qanun layihəsinin əleyhinə səs verib”

“Bizim komitənin “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı fikirləri müsbətdir. Yalnız bir nəfər qanun layihəsinin əleyhinə səs verib. Bu gün qanun layihəsini konseptual baxımdan müzakirə edirik. Normativ hüquq aktlar haqqında konstitusiya qanunundan sonra “Siyasi partiyalar haqqında” qanuna baxılması zərurəti yaranmışdı”. Bu sözləri isə Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Vitse-spiker qanunun qəbulunda ikinci zərurət kimi bu illər ərzində bir sıra Avropa və postsovet ölkələrində “Siyasi partiyalar haqqında” qanunların dəyişməsini, müasirləşdirilməsini göstərib.

“Qanun hazırlanarkən Avropa Şurası Venesiya Komissiyasının həmin ölkələrə verdiyi tövsiyələr öyrənilib: “Qanunu qəbul etməkdə bir məqsəd də qabaqcıl təcrübələri bizim də qanunvericiliyə gətirməkdir. Aydındır ki, birləşmək hüququna və azadlığına təminat verilməlidir. Qanun bu təminatı verir. Xüsusilə, vurğulayım ki, 3.2 maddəsi Avropa İnsan Haqları Konvensiyasının tələbini ehtiva edir”, - deyə Ə.Hüseynli söyləyib.

Birinci vitse-spiker qeyd edib ki, qanun layihəsi ictimai müzakirədən keçib: “Bu müzakirələrdə komitə üzvü olmayan deputatlar da iştirak ediblər. Əminəm ki, qanun qəbul ediləcək”.

“Qanunla bağlı bütün müddəalar beynəlxalq standartlara cavab verir”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov da bildirib ki, "Siyasi partiyalar haqqında" qanun layihəsinin yenidən tərtib olunması vacib idi: “İlk qanun layihəsi 1993-cü ildə qəbul olunub. 30 ildən artıq zamanda bu qanuna təkcə 70 dəyişiklik edilib, amma müzakirələr zamanı 66 dəyişiklik olunub. Bu isə təbii ki, göstərilən diqqətin nəticəsidir”.

“Eyni zamanda, “Siyasi partiyalar haqqında” qanunun bütün müddəaları Milli Məclisin saytında qeyd olunur. Müddəalardan da görünür ki, qanunla bağlı bütün müddəalar beynəlxalq standartlara cavab verir”, - Z.Əsgərov əlavə edib.

Deputat: “Elə partiya sədri var ki, həyat yoldaşı onun hansı partiyanın sədri olduğunu bilmir”

Müzakirələr zamanı Demokratik Maarifçilik Partiyasının rəhbəri, deputat Elşən Musayev partiyalar haqqında maraqlı fikirlər səsləndirib.

Millət vəkili bəzi partiyaların fəaliyyətinə irad bildirərək qeyd edib ki, cibində beş partiyanın vəsiqəsini daşıyan adamlar tanıyır: “Elə partiya sədri var ki, təşkilatının möhürünü hara qoyduğunu bilmir. Adamlar tanıyıram ki, cibində 5 partiyanın vəsiqəsini daşıyır. Elə partiya sədri var ki, həyat yoldaşı onun hansı partiyanın sədri olduğunu bilmir. Bunlar gülməlidir, amma reallıqdır”.

“Hər kəs partiya yaradır. Baxırsan partiya qurub, amma öz tanışları, dostları onu ciddiyə almır. Belə qeyri-ciddiyyət olmaz. Partiyalar var ki, adındakı hərflərin sayı üzvlərinin sayından çoxdur. On agörə də reyestr məsələsinin olması vacibdir. Adama deyərlər, partiya ciddi məsələdir, bunun üçün tərəfdarların olmalıdır. Partiya ciddiliyini anlamırsansa, üzv toplaya bilmirsənsə, bir az adam yığ futbol komandası yarat”, - deyə deputat irad səsləndirib.

“Xalqın adından çıxış etməyim?”

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa müzakirə zamanı qeyd edib ki, "Siyasi partiyalar haqqında" qanun layihəsi yeganə qanundur ki, hazırlıq müddətində bu qədər dəyişikliklər edilib: “Ümumiyyətlə, heç bir qanun mükəmməl deyil. Zamanın tələbinə uyğun olaraq, müəyyən dəyişikliklər edilir, bundan sonra da olacaq. Qanunda müəyyən məhdudiyyətlər var ki, onları qeyd etmək lazımdır. Məsələn, qeyd olunur ki, xalqın adından danışmaq olmaz. Bu müddəa düzgün deyil. Necə yəni, xalqın adından danışmaq olmaz? Bu gün mən deyirəm ki, Fransa Senatının Azərbaycan haqqında çıxışlarını lənətləyirəm. Bu, xalqın adından danışılan məsələdir. İndi bunu deməyim? Xalqın adından çıxış etməyim? Bu müddəada uyğunsuzluqlar var. Hesab edirəm ki, bu kimi məsələlər nəzərə alınmalıdır”.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Müəllif: Anar Bayramoğlu
 
 
 
Ardını oxu...
Slovakiya uzun müddətdir ki, əsas silahları dezinformasiya, qaz təchizatı, xüsusi xidmətlər və müxtəlif təxribat fəaliyyətləri olan hibrid müharibənin hədəfidir.

Bunu Slovakiya Prezidenti Zuzana Çaputova respublikadakı vəziyyətlə bağlı çıxışı zamanı deyib.

“Bu hibrid müharibənin məqsədi dövlət institutlarını zəiflətmək, demokratiyaya inamı sarsıtmaq, Slovakiyanı siyasi Qərbdən qoparıb Rusiyanın təsir dairəsinə qaytarmaqdır. Bir çoxları hələ də dezinformasiya və sui-qəsdlərin sadəcə müasirliyin, sosial şəbəkələr və internet fenomeninin məhsulu olduğuna inanırlar. Təəssüf ki, belə deyil - onların əhəmiyyətli bir qismi məqsədyönlü təbliğatın bir hissəsidir”, - Çaputova bildirib.

Slovakiya prezidenti Ukrayna müharibəsinə də toxunub.

“Təhlükəsizlik baxımından biz Slovakiyanın müasir tarixinin ən riskli dövrünü yaşayırıq. Qonşu Ukraynada Rusiya rejimi müharibəyə başlayıb, Avropa təhlükəsizliyinin bütün prinsiplərinə meydan oxuyur və Avropada sülh üçün ən böyük təhlükəyə çevrilib”, - Zuzana Çaputova vurğulayıb.

O, bu vəziyyətdə məmurların, parlamentdəki xalq deputatlarının, ictimaiyyətin əksəriyyətinin haqlı mövqe tutmasını yüksək qiymətləndirib. Dövlət başçısı qeyd edib ki, ölkəsinin Şimali Atlantika Alyansına üzvlüyünün faydaları heç vaxt indiki qədər aydın olmayıb.

Mənbə: eurointegration.com.ua
Ardını oxu...
Cənubi Qafqazda regionunda Ermənistanın sülh danışıqlarından boyun qaçırmasından fərqli olaraq Azərbaycan Ermənistanla olan münasibətləri normallaşdırmağa çalışır və bu istiqamətdə fəal şəkildə diplomatik addımlar atır. Azərbaycana dost və qardaş olan ölkələr, bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Bu baxımdan misal olaraq, müharibə zamanı işğal altında olan torpaqların azad olunmasında Azərbaycana böyük köməyi və mənəvi dəstəyi olmuş Türkiyəni, eləcə də Pakistanı göstərmək olar.
Qeyd etmək lazmdır ki, bu gün Gürcüstan da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin vacibliyini vurğulayır. Bu baxımdan Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun prezidenti Yekaterina Metreveli “Report” informasiya agentliyinə verdiyi açıqlaması zamanı fikrini bu şəkildə ifadə edib: “Azərbaycan Gürcüstanın etibarlı tərəfdaşıdır. Orta Dəhliz çərçivəsində sıx əməkdaşlıq həm Azərbaycan, həm də Gürcüstan üçün faydalıdır”. Y.Metrevelinin belə bir qənaəti Gürcüstanla Azərbaycanın arasında fəal əməkdaşlığın olmasını bir daha təsdiq edir. Bundan əlavə, Y.Metreveli, Azərbaycanla Ermənistanın münasibətlərinin tez bir vaxtda normallaşmasına ümidvar olduğunu bildirib: “Sülh və təhlükəsiz regiona alternativ yoxdur. Biz hər birimiz bunda maraqlıyıq. Ümid edirəm ki, tezliklə danışıqlar həm Azərbaycan, həm də Ermənistan üçün məqbul olan sülh müqaviləsinin imzalanması ilə uğurla başa çatacaq” [1].
Qeyd etmək lazımdır ki, türk dövlətlərinin əməkdaşlığı Orta Dəhliz layihəsinə öz töhfəsini verəcəkdir. Ali Baş Komandan, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır [2]. Bu gün şərq-qərb dəhlizinin istifadəyə verilməsi yeni nəqliyyat imkanlarına, beynəlxalq yükdaşımaların genişlənməsinə şərait yarada bilər. Ermənistanın təxribat xarakterli fəaliyyəti, qeyri-sabit mövqeyi və geosiyasi nizamının olmaması sülh prosesini və qarşılıqlı əməkdaşlığı ləngidən başlıca amildir. Reallıq ondan ibarətdir ki, Ermənistan Cənubi Qafqazda heç bir üstünlüyə malik deyildir. Dalandan çıxa bilməyən Ermənistandan hər hansı nəqliyyat yolunun keçməməsi, Ermənistanın daxilində hələ də köhnəlik qalığı hesab olunan nəqliyyat şəbəkələrinin olmasını təsdiq edir. Ermənistanın yenidən Qarabağla əlaqədar danışıqlar aparmaq cəhdi də heç bir nəticə verməyəcək. Ali Baş Komandan, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir [2]. Qeyd edək ki, Ermənistanın köhnə taktikası artıq ona fayda vermir, belə bir halda isə onun üçün tək çıxış yolu sülh müqaviləsini imzalamaqdır.
Qeyd edək ki, noyabrın 23-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti öz işini yekunlaşdırıb. Ermənistanın Baş naziri Nikol Paşinyan həmin iclasda “Ermənistana yardım göstərmək haqqında” sənədləri imzalamağa hazır olmadığını qeyd edib. N.Paşinyan, İrəvanın sözügedən təşkilatdan “Ermənistan ərazilərinin işğalına siyasi qiymət verilməsini” gözlədiyini, lakin bunun səslənmədiyini bildirib [3]. N.Paşinyan çıxışı zamanı Azərbaycanı təcavüzkar kimi qələmə verməyə cəhd edərək, Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib. N.Paşinyan həmçinin, “Azərbaycanın Ermənistana qarşı təcavüzü”nə dair heç bir qərarın qəbul olunmasına nail ola bilmədiyini etiraf edib. Görünən reallıq ondan ibarətdir ki, N.Paşinyanın Azərbaycana qarşı təxribat xarakterli fəaliyyətlərinə, əsassız ittihamlarına baxmayaraq, bu gün onun Azərbaycana qarşı həyata keçirməyə çalışdığı məkrli niyyəti rəsmi sənədlərdə öz əksini tapmır, rəsmiləşdirilmir. Ermənistanın havadarları istisna olmaqla beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə davam edir.
Onu da qeyd edək ki, Frankofoniya təşkilatına üzv olan Ermənistanın Azərbaycana qarşı planlaşdırılmış təxribatına havadarlıq edən məhz Fransadır. Məlum məsələdir ki, sözügedən təşkilatdan sui-istifadə edən erməni təxribatçıları öz mənafeləri naminə Azərbaycanın əleyhinə fəaliyyət göstərərək anti-Azərbaycan tezislərini dövriyyəyə buraxırlar. Lakin bu cür tezislər dezinformasiya xarakterli olduğuna görə heç bir yerdə öz təsdiqini tapmır, qəbul olunmur. Azərbaycanın bu gün beynəlxalq təşkilatlardakı nüfuzu, eləcə də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin beynəlxalq müstəvidə yeritdiyi müdrik siyasət təqdirə layiq hesab olunur və yüksək səviyyədə qiymətləndirilir. Bu baxımdan, Azərbaycanın xarici siyasət konsepsiyasında, qonşu ölkələrlə münasibətlərində dostluq və əməkdaşlıq prinisiplərinə üstünlük verməsi Azərbaycana belnəlxalq arenada böyük hörmət qazandırmışdır.

İstifadə olunmuş mənbələr:
1. Метревели: Сотрудничество в рамках Среднего коридора выгодно и Азербайджану, и Грузии /25.11.2022/ https://report.az/ru/vneshnyaya-politika/metreveli-sotrudnichestvo-v-ramkah-srednego-koridora-vygodno-i-azerbajdzhanu-i-gruzii/
2. Bakıda “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib /25.11.2022/ https://azertag.az/xeber/Bakida_Orta_Dehliz_boyunca_geosiyaset_tehlukesizlik_ve_iqtisadiyyat_movzusunda_beynelxalq_konfrans_kechirilib__Prezident_Ilham_Aliyev_konfransda_istirak_edib__YENILANIB_6_VIDEO-2385289
3. Paşinyan KTMT-nin "Ermənistana yardımla bağlı" sənədini imzalamayıb /23.11.2022/ https://www.bbc.com/azeri/region-63730511
Kamal Salayev
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi
Teref.az
 
Ardını oxu...
"2023-cü il seçkilərində tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NEF Stadionunda keçirilən “İstanbulun vədi: Birlik, İradə, Zəfər Proqramı”nda çıxışında deyib.

“Maliyyədən terrora qədər bütün vasitələrdən istifadə edərək xalqımızı boğmağa çalışan qlobal baronlara, imperialist quldur dəstələrinə təşəkkür etməyəcəyik. Evdən, küçədən, seçki qutusundan və məhəllədən möhkəm yapışsaq, 2023-cü il seçkilərində tariximizin ən böyük zəfərini qazanmağımıza heç kim mane ola bilməz”, - Ərdoğan bildirib.

Prezident vurğulayıb ki, Türkiyənin sərhədləri xaricində öz təhlükəsizliyi üçün təyin etdiyi ərazilərdə hər cür sərəncam hüququ var:

"Bu hüquqdan istifadə etməyimizə heç kim mane ola bilməz".
 
Ardını oxu...
Hazırda oxunan: Stoltenberq: "Putinin qalib gəlməsinə imkan versək, hamımız daha yüksək bədəllər ödəyəcəyik”
NATO-nun Baş katibi Yens Stoltenberq gələn həftə Rumıniyada keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısı öncəsi mətbuata açıqlaması zamanı Putini ittiham edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Baş katib Rusiya-Ukrayna müharibəsi ilə bağlı vacib məqamlara toxunub.

“Hamımız Rusiyanın Ukraynaya qarşı müharibəsinin bədəlini ödəyirik. Amma biz bu bədəli pulla ödədiyimiz halda, ukraynalılar öz qanları ilə ödəyirlər. Əgər biz Putinin qalib gəlməsinə imkan versək, qarşıdakı illərdə hamımız daha yüksək bədəllər ödəyəcəyik”, - deyə Stoltenberq bildirib.
 
Ardını oxu...
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak məqsədilə Qazaxıstanın Aktau şəhərinə səfərə gedib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

27 iyun 2022-ci il tarixində Bakı şəhərində keçirilmiş birinci görüşün davamı kimi bu platformanın məqsədi qeyd olunan ölkələr arasında nəqliyyat, tranzit, kommunikasiya, ticarət və bir sıra digər istiqamətlərdə əlaqələndirilmiş əməkdaşlığın inkişafına töhfə verməkdir. Aktau görüşündə Gürcüstan nümayəndə heyətinin də iştirakı nəzərdə tutulub.
 
 
Ardını oxu...
Serbiya hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə ehtiram nümayiş etdirib.

Belə ki, ölkənin Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar dövlət başçısının təyyarəsini müşayət etmək üçün havaya qaldırılıb.
Xatırladaq ki, hava limanında Prezidenti İlham Əliyevi serbiyalı həmkarı Aleksandr Vuçiç şəxsən qarşılayıb.
Ardını oxu...
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, KTMT-nin gələcəyi Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın uğurundan asılıdır.

“Report” BelTA-ya istinadla xəbər verir ki, bu barədə Belarusun dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində danışıb.
Ətraflı

Belarus lideri bildirib ki, son vaxtlar mətbuatda KTMT-nin həyat və aqibətinin Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın nəticəsindən asılı olduğu tezisləri inkişaf edir: "Rusiya qalib gəlsə, KTMT yaşayacaq. Allah eləməsin, qalib gəlməsə, KTMT mövcud olmayacaq”.

O qeyd edib ki, bu məsələdə Təşkilat vahid fikrə gəlib: “Əgər Rusiya çökərsə, o zaman bizim yerimiz onun qalıqları altında olacaq”.
 

Dünyapress TV

Xəbər lenti