Gürcüstan Orta Dəhliz məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir
Cənubi Qafqazda regionunda Ermənistanın sülh danışıqlarından boyun qaçırmasından fərqli olaraq Azərbaycan Ermənistanla olan münasibətləri normallaşdırmağa çalışır və bu istiqamətdə fəal şəkildə diplomatik addımlar atır. Azərbaycana dost və qardaş olan ölkələr, bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Bu baxımdan misal olaraq, müharibə zamanı işğal altında olan torpaqların azad olunmasında Azərbaycana böyük köməyi və mənəvi dəstəyi olmuş Türkiyəni, eləcə də Pakistanı göstərmək olar.
Qeyd etmək lazmdır ki, bu gün Gürcüstan da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin vacibliyini vurğulayır. Bu baxımdan Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun prezidenti Yekaterina Metreveli “Report” informasiya agentliyinə verdiyi açıqlaması zamanı fikrini bu şəkildə ifadə edib: “Azərbaycan Gürcüstanın etibarlı tərəfdaşıdır. Orta Dəhliz çərçivəsində sıx əməkdaşlıq həm Azərbaycan, həm də Gürcüstan üçün faydalıdır”. Y.Metrevelinin belə bir qənaəti Gürcüstanla Azərbaycanın arasında fəal əməkdaşlığın olmasını bir daha təsdiq edir. Bundan əlavə, Y.Metreveli, Azərbaycanla Ermənistanın münasibətlərinin tez bir vaxtda normallaşmasına ümidvar olduğunu bildirib: “Sülh və təhlükəsiz regiona alternativ yoxdur. Biz hər birimiz bunda maraqlıyıq. Ümid edirəm ki, tezliklə danışıqlar həm Azərbaycan, həm də Ermənistan üçün məqbul olan sülh müqaviləsinin imzalanması ilə uğurla başa çatacaq” [1].
Qeyd etmək lazımdır ki, türk dövlətlərinin əməkdaşlığı Orta Dəhliz layihəsinə öz töhfəsini verəcəkdir. Ali Baş Komandan, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır [2]. Bu gün şərq-qərb dəhlizinin istifadəyə verilməsi yeni nəqliyyat imkanlarına, beynəlxalq yükdaşımaların genişlənməsinə şərait yarada bilər. Ermənistanın təxribat xarakterli fəaliyyəti, qeyri-sabit mövqeyi və geosiyasi nizamının olmaması sülh prosesini və qarşılıqlı əməkdaşlığı ləngidən başlıca amildir. Reallıq ondan ibarətdir ki, Ermənistan Cənubi Qafqazda heç bir üstünlüyə malik deyildir. Dalandan çıxa bilməyən Ermənistandan hər hansı nəqliyyat yolunun keçməməsi, Ermənistanın daxilində hələ də köhnəlik qalığı hesab olunan nəqliyyat şəbəkələrinin olmasını təsdiq edir. Ermənistanın yenidən Qarabağla əlaqədar danışıqlar aparmaq cəhdi də heç bir nəticə verməyəcək. Ali Baş Komandan, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir [2]. Qeyd edək ki, Ermənistanın köhnə taktikası artıq ona fayda vermir, belə bir halda isə onun üçün tək çıxış yolu sülh müqaviləsini imzalamaqdır.
Qeyd edək ki, noyabrın 23-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti öz işini yekunlaşdırıb. Ermənistanın Baş naziri Nikol Paşinyan həmin iclasda “Ermənistana yardım göstərmək haqqında” sənədləri imzalamağa hazır olmadığını qeyd edib. N.Paşinyan, İrəvanın sözügedən təşkilatdan “Ermənistan ərazilərinin işğalına siyasi qiymət verilməsini” gözlədiyini, lakin bunun səslənmədiyini bildirib [3]. N.Paşinyan çıxışı zamanı Azərbaycanı təcavüzkar kimi qələmə verməyə cəhd edərək, Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib. N.Paşinyan həmçinin, “Azərbaycanın Ermənistana qarşı təcavüzü”nə dair heç bir qərarın qəbul olunmasına nail ola bilmədiyini etiraf edib. Görünən reallıq ondan ibarətdir ki, N.Paşinyanın Azərbaycana qarşı təxribat xarakterli fəaliyyətlərinə, əsassız ittihamlarına baxmayaraq, bu gün onun Azərbaycana qarşı həyata keçirməyə çalışdığı məkrli niyyəti rəsmi sənədlərdə öz əksini tapmır, rəsmiləşdirilmir. Ermənistanın havadarları istisna olmaqla beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə davam edir.
Onu da qeyd edək ki, Frankofoniya təşkilatına üzv olan Ermənistanın Azərbaycana qarşı planlaşdırılmış təxribatına havadarlıq edən məhz Fransadır. Məlum məsələdir ki, sözügedən təşkilatdan sui-istifadə edən erməni təxribatçıları öz mənafeləri naminə Azərbaycanın əleyhinə fəaliyyət göstərərək anti-Azərbaycan tezislərini dövriyyəyə buraxırlar. Lakin bu cür tezislər dezinformasiya xarakterli olduğuna görə heç bir yerdə öz təsdiqini tapmır, qəbul olunmur. Azərbaycanın bu gün beynəlxalq təşkilatlardakı nüfuzu, eləcə də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin beynəlxalq müstəvidə yeritdiyi müdrik siyasət təqdirə layiq hesab olunur və yüksək səviyyədə qiymətləndirilir. Bu baxımdan, Azərbaycanın xarici siyasət konsepsiyasında, qonşu ölkələrlə münasibətlərində dostluq və əməkdaşlıq prinisiplərinə üstünlük verməsi Azərbaycana belnəlxalq arenada böyük hörmət qazandırmışdır.

İstifadə olunmuş mənbələr:
1. Метревели: Сотрудничество в рамках Среднего коридора выгодно и Азербайджану, и Грузии /25.11.2022/ https://report.az/ru/vneshnyaya-politika/metreveli-sotrudnichestvo-v-ramkah-srednego-koridora-vygodno-i-azerbajdzhanu-i-gruzii/
2. Bakıda “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib /25.11.2022/ https://azertag.az/xeber/Bakida_Orta_Dehliz_boyunca_geosiyaset_tehlukesizlik_ve_iqtisadiyyat_movzusunda_beynelxalq_konfrans_kechirilib__Prezident_Ilham_Aliyev_konfransda_istirak_edib__YENILANIB_6_VIDEO-2385289
3. Paşinyan KTMT-nin "Ermənistana yardımla bağlı" sənədini imzalamayıb /23.11.2022/ https://www.bbc.com/azeri/region-63730511
Kamal Salayev
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi
Teref.az
 

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Azərbaycanla Çin arasında mühüm sənədlər imzalandı
23 Aprel 2025 İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi oldu
23 Aprel 2025 Şahbaz Şərif Türkiyədə - Ərdoğanla görüşdü
23 Aprel 2025 Kaya Kallas Azərbaycana səfər edəcək
23 Aprel 2025 Bakının “düşməni” bu dəfə İsraili qəzəbləndirdi – Milyonlarla müsəlmana görə…
22 Aprel 2025 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
21 Aprel 2025 ABŞ-dan sonra ikinci müttəfiq: İsraili Bakı ilə nə birləşdirir? - “Regnum”
21 Aprel 2025 Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi
21 Aprel 2025 Londonda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyəti də iştirak edəcək
20 Aprel 2025 Qafqazın kralı: Azərbaycan regional gücə çevrilir - İsrail mediasında sensasion yazı
20 Aprel 2025 Trampdan sərt sözlər: “Biz Rusiyaya və Ukraynaya deyəcəyik...”
19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso

Dünyapress TV

Xəbər lenti