Ardını oxu...
Kremlin rəhbəri Vladimir Putin iştirak edəcəyi təqdirdə, Ukrayna prezidenti Volodimir Zelenski Balidə keçiriləcək G20 sammitinə qatılacaq.

Publika.az "Bloomberg"ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir .

"Prezident Bayden açıq şəkildə bəyan etdiyi kimi, o, Ukraynaya qarşı öz müharibəsini apardığı üçün prezident Putinin G20-də iştirak etməsinə inanmır", - Vaşinqton bildirib.

Lakin Putin G20 sammitinə gələrsə, ABŞ hesab edir ki, Zelenski də orada iştirak etməlidir.

Milli Təhlükəsizlik Şurası Zelenskinin sammitdə iştirakına təkan verir və Ukrayna prezidentinin şəxsən deyil, virtual olaraq qatıla biləcəyi ehtimalını açıq qoyur.

ABŞ rəsmiləri liderlər sammiti öncəsi görüşlərdə iştirak etsə də, Bayden G20 sammiti üçün Baliyə gedib-getməyəcəyini hələ açıqlamayıb.
 
 
 
Ardını oxu...
BMT-nin baş katibi Antoniu Quterreş avqustun 19-da Moldovaya planlaşdırılmamış səfər edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Quterreş Moldova Prezidenti Maya Sandu ilə görüşəcək.

BMT baş katibinin nümayəndəsi Fərxan Haq bildirib ki, Quterreşin Kişinyova səfəri əvvəlcədən planlaşdırılmayıb. Baş katib Ukrayna səfərindən sonra Moldovaya səfər etmək qərarına gəlib.

Kişinyovdan sonra BMT-nin baş katibi İstanbula səfər edəcək.
Ardını oxu...
Rumıniya Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşını persona non-qrata elan edərək ölkədən qovub.

Bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qərar qəbul edilməsinə səbəb kimi 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına əməl edilməməsi göstərilir.

Bundan əvvəl Rumıniya 10 rus diplomatını ölkədən çıxarıb.

Rusiyalı diplomatın konvensiyanın hansı maddəsini pozduğu və digər detallar açıqlanmır.
 
Ardını oxu...
İndoneziya prezidenti Coko Vidodo Rusiya lideri Vladimir Putinin 2022-ci ilin noyabrında Balidə keçiriləcək G20 sammitində iştirak etmək planlarını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, G20-də Rusiya Federasiyasının prezidenti ilə yanaşı, Çin sədri Si Cinpinin də iştirakı gözlənilir.

"Çin prezidenti Si Cinpin gələcək. Prezident Putin də mənə gələcəyini dedi", - Coko Vidodo deyib.
 
Ardını oxu...
Moskva ilə danışıqlar yalnız rus qoşunları tutduqları Ukrayna ərazilərini tərk etdikdən sonra mümkündür.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Lvovda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqların yekununda bildirib.
“Sülh danışıqlarının başlaması üçün əvvəlcə Rusiya tutduqları əraziləri tərk etməlidir”, -deyə o bildirib.
 
Ardını oxu...
Prezident Ərdoğan Ukraynanın Lvov şəhərində Ukrayna prezidenti Zelenski və BMT-nin baş katibi Quterreşlə görüşüb. Taxıl dəhlizinin və müharibənin diplomatik yollarla başa çatdırılmasının müzakirə edildiyi sammit 40 dəqiqəyə yaxın davam edib. Görüşdən sonra Zelenski “Ərdoğanın səfəri onun bizə dəstəyinin güclü göstəricisidir” deyib.

İlk olaraq təyyarə ilə Polşaya enən prezident Ərdoğanı Rzeşov Beynəlxalq Hava Limanında Polşa vilayətinin qubernatoru Radoslav Viatr və Türkiyənin Varşava səfiri Cengiz Kamil Fırat qarşılayıb.

Prezident Ərdoğan daha sonra quru yolu ilə Lvova gedib. Ərdoğan burada Potoçki sarayında Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Prezident Rəcəb Tayyib Ərdoğan Potoçki sarayında Ukrayna Prezidenti Vladimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə görüşüb. Xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və Prezidentin sözçüsü İbrahim Kalınla bağlı qapılar arxasında keçirilən görüş təxminən 40 dəqiqə davam edib.

Görüşdən sonra Zelenski “Ərdoğanın səfəri onun bizə dəstəyinin güclü göstəricisidir” deyib.

Prezident Ərdoğanı Ukraynaya səfəri çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlu, energetika və təbii sərvətlər naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi, ticarət naziri Mehmet Muşa səfər edib. Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Ünsiyyət rəhbəri Fahrettin Altun, Prezidentin sözçüsü İbrahim Kalın, Cumhurbaşkanlığı Müdafiə Sənayesi sədri İsmayıl Dəmir, AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik və Baykar baş direktoru Haluk Bayraktar müşayiət edib.

Fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə ölkəyə səfər edən prezident Ərdoğan ukraynalı həmkarı Zelenski ilə həm taxıl dəhlizi, həm də müharibənin diplomatik yolla başa çatması məsələsini müzakirə edib.

Eyni zamanda prezident Ərdoğanın Ukraynaya səfəri zamanı Türkiyə ilə Ukrayna arasında müharibə nəticəsində dağılmış infrastrukturun bərpası üçün müqavilə də imzalanıb.

***
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş başa çatıb.

Lvov şəhərindəki Pototski sarayındakı görüş 40 dəqiqə davam edib.

Mətbuata qapalı keçirilən üçtərəfli sammitdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da iştirak edib.

Mənbə: Anadolu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə Ukraynaya gedib. Prezidentlər az əvvəl Lvovda görüşüblər.

"AzPolitika.info" Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Zelenski ilə görüşən Ərdoğan daha sonra BMT-nin baş katibi Quterreşin də qatılacağı üçtərəfli sammitdə iştirak edəcək.

Kritik sammitdə BMT və Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən taxıl sazişinin davamı olaraq atəşkəsin təmin edilməsi, Zelenski ilə Putinin bir araya gətirilməsi mühüm mövzular arasında olacaq.

Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, Prezident Ərdoğanın ukraynalı həmkarı ilə görüşləri zamanı strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün aspektləri qiymətləndiriləcək.

Ərdoğanı vitse-prezident Fuat Oktay və digər rəsmi şəxslər, xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit yola salıb. Səfər zamanı onu ticarət naziri Mehmet Muşu Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Prezidentin Kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, Prezidentin sözçüsü İbrahim Kalın, Prezidentin Müdafiə Sənayesi sədri İsmail Dəmir, AK Partiya sədrinin müavini və partiya sözçüsü Ömər Çelik və Baykar baş direktoru Haluk Bayraktar müşayiət edirlər.

İkitərəfli görüşdən sonra BMT-nin baş katibi Antonio Quterrisin iştirakı ilə keçiriləcək üçtərəfli görüşdə taxıl sazişi, Ukrayna-Rusiya müharibəsinə diplomatik yollarla son qoymaq üçün atılacaq addımlar və Zaporojye Atom Elektrik stansiyasındakı vəziyyət müzakirə olunacaq. Zavod Rusiyanın nəzarəti altındadır.
***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparmaq üçün Ukraynanın Lvov şəhərindədir.

Polşanın Jeşuv Beynəlxalq Hava Limanında Ərdoğan Polşa vilayətinin qubernatoru Radoslav Viatra və Türkiyənin Varşavadakı səfiri Cengiz-Kamil Fıratla görüşüb, daha sonra quru yolu ilə Lvova gedib.

Ərdoğanı Ukrayna səfərində xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahid Kırışçı, ticarət naziri Mehmet Muş, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, nəqliyyat naziri Fəxrəddin Altun, müdafiə sənayesi rəhbəri İsmayıl Dəmir və “Baykar”ın CEO-su Haluk Bayraktar müşayiət edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir. “Report” “Habertürk”ə istinadən xəbər verir ki, o, Lvov şəhərinə çatıb.

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən verilən məlumata görə, Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan və digər rəsmi şəxslər müşayiət edirlər.
 
Ardını oxu...
Rusiyanın Ukraynada hərbi əməliyyatının davam etməsi fonunda Qərb dövlətləri BMT-də Rusiyaya zərər verməyə cəhd edə bilər.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Qeyd olunub ki, Rusiya tərəfi BMT Təhlükəsizlik Şurasının üzvü olduğu və veto hüququna malik olduğundan Qərbin təşkilatda Moskvaya hücum etmək imkanları o qədər də çox deyil.

“Seçim Rusiya nümayəndələrinin səlahiyyətlərini geri götürmək ola bilər, lakin bunun üçün Baş Assambleya üzvlərinin əksəriyyətinin dəstəyi lazımdır”- deyə, məlumatda vurğulanıb.

Bildirilib ki, rəsmi Kiyev Moskvanın BMT-dən çıxarılmasını fəal şəkildə tələb edib, lakin belə bir ssenarinin həyata keçirilməsi Rusiyanın təşkilatın Təhlükəsizlik Şurasına üzvlüyünə görə faktiki olaraq mümkün deyil. Rusiya nümayəndələrindən etimadnamələrin geri alınmasına gəlincə, agentliyin analitiklərinin fikrincə, bu işə yaraya bilər.
 
 
 
Ardını oxu...
BMT-nin Baş katibi Antoniu Quterreş Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə cümə axşamı Ukraynaya səfər edəcək.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

Sözçü bildirib ki, baş katib Ukraynanın Lvov şəhərində Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan, Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

“Baş katib görüşlərdən sonra Odessanı ziyarət edəcək. Antoniu Quttereş həftə sonu Nyu-Yorka qayıtmazdan əvvəl İstanbula gedəcək və Qara dəniz taxıl təşəbbüsünün bir hissəsi kimi istifadə edilən üç limandan birini ziyarət edəcək. Baş katib İstanbulda Ukrayna, Türkiyə və BMT arasında imzalanan taxıl ixracı haqqında sazişin icası üçün ortaq koordinasiya mərkəzini də, ziyarət edəcək”.
 
Ardını oxu...
İranın B planı – Avropanın gözlədiyi cavab gecə veriləcək
İran bu gün gecə yarısına qədər Avropa İttifaqının yekun təklifinə cavab verəcək.

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

"Cavabımız bu gecə saat 12-də Avropa İttifaqında veriləcək. Üç məsələ var, həll olunarsa, yaxın günlərdə razılığa gələ bilərik", - nazir bildirib.

XİN başçısı, həmçinin "danışıqlar uğursuz olarsa, Vaşinqton kimi bizim də öz B planımız var", - deyə sözlərinə əlavə edib.

Qeyd edək ki, Avropa İttifaqı 2015-ci ilin nüvə sazişi ilə əlaqədar “yekun” təklif irəli sürüb və bir neçə həftə ərzində İrandan cavab gözləyir.

Xatırladaq ki, İranın nüvə proqramını məhdudlaşdıran saziş 2015-ci ildə imzalanıb. ABŞ-ın sabiq prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra müqavilədən çıxdığını elan edib. Bayden prezident seçildikdən sonra nüvə sazişinin bərpa ediləcəyini bildirib. Vyanada bir sıra danışıqlar aparılsa da, mart ayından etibarən müzakirələr dayandırılıb. Buna səbəb Tehranın Vaşinqtondan İslam İnqilabı Keşikçiləri Korpusunu ABŞ-ın terrorçu təşkilatlar siyahısından çıxarmaqda israr etməsi olub.

Sazişin tərəfləri Almaniya, İngiltərə, Çin, Fransa və Rusiyadır.
 
Ardını oxu...
Cəlilabadı talan edirlər. Bu rayondan Əziz Əzizovu vəzifəsindən çıxartdılar. Namiq Zeynalovu həbs etdilər. İndidə rayona Rafiq Cəlilovu İcra başçısı təyin ediblər. Rayonu xaraba qoyub talan edirlər.

TEREF "Azərbaycan Reallığı"na istinadla xəbər verir ki, bu sözləri YouTube sosial şəbəkə kanallarında Birinci Vətən Müharibəsinin Qarabağ qazisi deyib. O üzünü ölkə başçısına tutaraq ondan kömək istəyib. Rafiq Cəlilov rayona gələndən rayonda satmadığı torpağ qalmayıb. Qazi və veteranların adından iş adamlarından pullar yığıb, heç kəsə kömək etməyib, hamısını özü yeyib. Müavini Elnarə Həsənovada qara kassasıdır. Rayonu talan edib, görün torpağları hansı hala salıblar?

Kərəm Həsənov Malik Həsənov Rafiq Cəlilov gözləriniz doymur? Bəsdirin! Cəllabadlılardan nə istəyirsiz? Cənab Prezident Sizin iradənizlə 44 günə Qarabağ torpağları işğaldan azad olundu amma bu Cəlilabada təyin etdiyiniz məmurlar rayonu talan edir. Satmadığları yer qalmadı. Dəfələrlə sizə telegramlar vurub məktublar yazsamda ünvana çatmağa imkan vermirlər. Xahiş edirəm kömək edin. Deyə sonda vətəndaş bildirib.

Daha ətraflı aşağıdakı videoda:

 

Dünyapress TV

Xəbər lenti