İndoneziya prezidenti Coko Vidodo Rusiya lideri Vladimir Putinin 2022-ci ilin noyabrında Balidə keçiriləcək G20 sammitində iştirak etmək planlarını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, G20-də Rusiya Federasiyasının prezidenti ilə yanaşı, Çin sədri Si Cinpinin də iştirakı gözlənilir.
"Çin prezidenti Si Cinpin gələcək. Prezident Putin də mənə gələcəyini dedi", - Coko Vidodo deyib.