Moskva ilə danışıqlar yalnız rus qoşunları tutduqları Ukrayna ərazilərini tərk etdikdən sonra mümkündür. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Lvovda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqların yekununda bildirib. “Sülh danışıqlarının başlaması üçün əvvəlcə Rusiya tutduqları əraziləri tərk etməlidir”, -deyə o bildirib.