Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib. Görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulanıb. Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edilib. Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub. xxx 17:51 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonun Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiq edən protokolları imzalayıb.
"Report” xəbər verir ki, imzalanma mərasimi Ağ Evin saytında yayımlanıb.
"Bu addım Avropanı və bütün dünyanı daha təhlükəsiz edəcək. Müttəfiqlərimizlə birlikdə görmək istədiyimiz gələcəyi formalaşdıracağıq ", - ABŞ prezidenti bildirib.
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Konya şəhərində görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya şəhərinin valisi Vahdettin Özkan və digər rəsmi şəxslər qarşılayıblar.
Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib.
“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Kremlin saytında yerləşdirilən məlumatda deyilir.
“Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin bütün müddəalarının həyata keçirilməsinin vacibliyi təsdiq edilib”, - məlumatda qeyd olunur.
“Hazırda Moskva və Kiyev arasında dövlət başçıları səviyyəsində görüşün keçirilməsi ehtimalı azdır”.
Bunu Kremlin sözçüsü Peskov deyib.
“Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar üçün çox yaxşı şəraitin yaradılmasında Ərdoğanın böyük rol oynadığını bilirik. Buna baxmayaraq, Ukrayna nümayəndə heyəti sanki “radardan itir”. Hazırda heç bir danışıqlar prosesi getmir”, deyə o bildirib.
Türkiyənin sülh danışıqlarında vasitəçilik təklifləri ilə bağlı suala cavab olaraq Peskov deyib ki, tərəflər “ev tapşırığını yerinə yetirərsə” iki lider görüşə bilər.
Xatırladaq ki, Ukrayna prezidenti Zelenki daha əvvəl, müharibə ilə bağlı görüşmək istədiyi tək şəxsin yalnız Rusiya prezidenti Vladimir Putin olduğunu demişdi.
Avqustun 7-də Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam müraciəti edib. Prezident müraciətində faktiki olaraq Rusiyaya ultimatum verib.
O bildirib ki, Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil və əgər Rusiya qondarma “referendum”un köməyi ilə cənubda müvəqqəti işğal olunmuş rayonları ilhaq etməyə cəhd etsə, o zaman ölkəmizlə danışıq söhbəti bağlanacaq.
“İşğalçıların zəbt etdikləri dövlətimizin cənubundakı ərazilərdə psevdoreferendumlara hazırlaşdıqları barədə xəbərlər getdikcə artır. Çox sadə bir şeyi demək istəyirəm: işğalçılara bu niyyətini hansısa yolla həyata keçirməyə kömək edəcək hər kəs cavab verəcək. Onlar Ukrayna qarşısında cavab verəcəklər”, – deyə Zelenski bildirib.
Prezidentin sözlərinə görə, dövlətin bu məsələdə mövqeyi dəyişməyib. Əgər Rusiya qondarma “referendum” keçirmək qərarına gəlsə, o zaman Ukrayna ilə danışıqlar şansını bağlayır.
“Biz heç bir torpağımızdan imtina etməyəcəyik və əgər işğalçılar bu psevdoreferendumları keçirsələr, o zaman Ukrayna artıq onlarla heç bir danışıq aparmayacaq”, – deyə Zelenski əlavə edib.
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, İsveç və Finlandiya terrorla mübarizə öhdəliklərini yerinə yetirməyənə qədər ölkəsi NATO üzvlüyünü dəstəkləməyəcək.
Bu barədə “Akit TV” telekanalının efirində deyib.
“Onların sözlərinin üstündə durmayınca Türkiyədən (İsveç və Finlandiyaya – red) dəstək məsələsində müsbət qərar gözləmək lazım deyil”, – nazir deyib.
O, həmçinin bildirib ki, rəsmi Ankara hələ də İsveç və Finlandiyadan terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyası ilə bağlı müraciətlərə cavab almayıb.
Türkiyə hakimiyyəti bundan əvvəl bəyan edib ki, NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində İsveç və Finlandiya ilə imzalanmış memorandum yekun deyil və Stokholm və Helsinki terror təşkilatlarına qarşı mübarizə üzrə orada nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsə, ölkə parlamenti onu təsdiq etməyə bilər.
Qeyd edək ki, razılaşmadan sonra İsveçdə PKK terror qruplaşması tərəfdarlarının aksiyası keçirilib. Bu da yerli hakimiyyət orqanlarının terrorçulara dəstək verdiyini bir daha sübut edib.
Qərb ölkələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında iqtisadi əməkdaşlığın dərinləşməsindən getdikcə daha çox təşvişə düşüblər.
“Report” xəbər verir ki, bu barədə Qərb dövlətlərinin 6 rəsmisi “Financial Times”a açıqlamasınd bildirib.
Ölkə rəsmiləri qeyd ediblər ki, Türkiyə və Rusiya liderlərinin Soçidə dörd saatlıq görüşündən sonra cümə günü ticarət və enerji əməkdaşlığını genişləndirmək vədindən narahatdırlar.
Aİ rəsmilərindən biri 27 üzv olan İttifaqın Türkiyə-Rusiya əməkdaşlığını “daha yaxından” izlədiyini və Türkiyənin Rusiya ilə ticarət platformasına çevrilməsindən narahatlığını ifadə edib.
Xatırladaq ki, Ərdoğan və Putin avqustun 5-də görüşüblər. Məlumata görə, Türkiyə Rusiyadan aldığı təbii qazının pulunu qismən rublla ödəməyə razılıq verib.
Daha sonra Ərdoğan Kremlin rəhbəri Vladimir Putini yenidən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə dəvət etdiyini bildirib. Onun sözlərinə görə, hazırda vacib olan planın effektiv şəkildə həyata keçirilməsi və müsbət ab-havanın İstanbulda danışıqlara qayıtmaq istiqamətində konkret addımlara çevrilməsidir.
Danışıqlardan sonra Türkiyə Prezidenti köməkçisi Faxrettin Altun bildirib ki, dünya Rusiyanı görməzlikdən gəlməklə Ukraynadakı müharibəni bitirə bilməz.