Ardını oxu...
“Bu gün Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr inkişaf edir, Azərbaycanla çox yaxşı münasibətlərimiz var”.

“Report” xəbər verir ki, bunu Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.

Onun sözlərinə görə, bu ilin altı ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 1,6 milyard ABŞ dollarına çatıb: “Önəmli olan odur ki, ötən il ticarət dövriyyəmiz ciddi həcmə - 3,3 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 16 faiz çoxdur, bu altı ayda isə 1,6 milyard dollara çatıb”.

Mişustin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının məhsuldar fəaliyyətini də xatırladıb. O, həmkarına əməkdaşlığa görə təşəkkür edib.
 
 
 
Ardını oxu...
İki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına (NATO) qoşulması ilə bağlı Helsinki, Stokholm və Ankara nümayəndələri arasında məsləhətləşmələr avqustun 26-da Finlandiyada keçiriləcək.

Bu barədə çərşənbə günü Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Görüş bu həftənin cümə günü Finlandiyada keçiriləcək. Görüşdə Finlandiya, İsveç və Türkiyənin Madriddə NATO sammitində razılaşdırdığı anlaşma memorandumunun bəndlərinin icrası nəzərdən keçiriləcək”, - deyə Finlandiya XİN-dən bildirilib.
 
 
 
Ardını oxu...
ABŞ dövlət katibi Entoni Blinken diplomat Filip Rikeri Qafqazda danışıqlar üzrə baş müşavir təyin edib.

Teref.Az Trend-ə istinadən bildirir ki, bu barədə E.Blinkenin yazılı bəyanatında deyilir.

"Mən səfir Filip Rikeri Qafqazda danışıqlar üzrə baş müşavir təyin edirəm. Səfir F.Riker bu vəzifədə ATƏT-in Minsk Qrupunun ABŞ tərəfindən həmsədri və bu kritik dövrdə Cenevrə Beynəlxalq Müzakirələrində ABŞ nümayəndə heyətinin aparıcı danışıqçısı kimi fəaliyyət göstərəcək", - deyə bəyanatda bildirilir.

Qeyd edilib ki, ABŞ Ermənistan və Azərbaycana uzunmüddətli siyasi nizamlama üzrə danışıqlarda kömək etməyə sadiqdir.

"Səfir F.Riker Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu təşviq etmək üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədri kimi ikitərəfli əsasda fəaliyyət göstərəcək. Hazırda səfir F.Rikerin təyin olunması ABŞ-ın Gürcüstanla bağlı Cenevrə Beynəlxalq Müzakirələrinə verdiyi əhəmiyyəti təsdiqləyir", - deyə E.Blinken əlavə edib.
 
Ardını oxu...
 

 
Avqustun 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub.

 

 Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi salamlayan Prezident İlham Əliyev deyib: "Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz çox uğurlu keçəcək və Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır.

Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir daha xoş gəlmisiniz".

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilk növbədə, göstərilən qonaqpərvərliyə görə Azərbaycan liderinə təşəkkür edib: "Qazaxıstanın Prezidenti kimi Sizin ölkənizə ilk dəfə rəsmi səfərə gəlməyimə şadam. Əlbəttə, bugünkü səfər mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Bugünkü danışıqların yekunlarına əsasən bir sıra sənədlər imzalanacaq. Əminəm ki, həmin sənədlər ikitərəfli əməkdaşlığı, Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə çatdıracaq".

 

XalqXeber.Az
Ardını oxu...
“İsrail ilə əlaqələrimizdə atılan addımlar Fələstin məsələsinə dəstəyimizi heç bir şəkildə azaltmayacaq”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Türkiyə Fələstin dövlətini elan edildiyi andan tanıyır və bütün beynəlxalq platformalarda ikidövlətli həll prinsipini müdafiə edir.
 
Ardını oxu...
“Türkiyə Krımın ilhaqını tanımır, ilk gündən bu addımın qeyri-qanuni və hüquqdankənar olduğunu müdafiə edir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krım Platforması sammitinə video müraciətində bəyan edib.

O, platformanı düzgün hesab etdiklərini və onu dəstəklədiklərini bildirib.

“Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir. Ukraynanın suverenliyinin qorunması qlobal təhlükəsizlik və sabitlik üçün çox vacibdir”, - deyə o, əlavə edib.

Dövlət başçısının sözlərinə görə, Krım tatarlarının təhlükəsizliyi də Türkiyənin prioritetləri sırasındadır.

“Keçən il Kiyevdə platformanın birinci zirvə toplantısına qatıldıqdan sonra saxlanılan Krım tatarlarının Birinci Məclisi sədrinin müavininin və onun dostlarının ən qısa zamanda evlərinə qayıdacağına ümid edirəm”, - deyə R.T.Ərdoğan bildirib. (Haber Global)
 
Ardını oxu...
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Ukrayna ilə bağlı növbəti açıqlama verib. Təcrübəli diplomat bu dəfə məsələyə konkret münasibət bildirməyərək, bir qədər üstüörtülü danışıb. O, bildirib ki, Ukraynadakı münaqişə danışıqlarla yekunlaşmalıdır və vəziyyət kökündən dəyişəcək:"Hesab edirəm ki, Rusiya sonda dövlət olaraq qalacaq, Ukrayna da dövlət olaraq qalacaq və vəziyyət kökündən dəyişəcək, çünki Ukrayna NATO tərəfindən silahlandırılıb, NATO ilə sıx bağlı olub və NATO ilə müəyyən münasibətlər davam edəcək”. Sabiq dövlət katibi münaqişənin uzana biləcəyi ilə bağlı xəbərdarlıq edib və deyib ki, gərginliyin getdikcə artmasıyla onun "daha çox Birinci Dünya Müharibəsinə bənzəyən" bir prosesə çevrilmə riski mövcuddur. H. Kissincer hesab edir ki, NATO ölkələri Rusiya ilə münasibətlər qurmalıdır ki, o, Avropanın bir hissəsi olaraq qalsın və "Çinin forpostu” olmasın.

TEREF yazır ki, məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Natiq Mirinin fikrincə, Kissincer açıqlaması Rusiyayönümlü açıqlamadır:"Davosdakı çıxışında o, mütləq mənada sülh masası ətrafında danışıqlara getmək və Rusiyanın şərtlərini qəbul etmək məcburiyyətindən danışmışdı.Ancaq ciddi tənqidlərdən sonra fikirlərinin doğru anlaşılmadığını söyləyərək fərqli müstəvidə açıqlama verdi. Ancaq indiki açıqlamada görürük ki, o fikirlərini gizlətmək istəyir”.

Politoloq qeyd edir ki, Kissincer üçüncü dünya müharibəsinin başlanması ehtimalından danışırsa, deməli dolayısı ilə Rusiya ilə təcili siyasi-diplomatik danışıqlar masası arxasına oturmaq məcburiyyətindən dəm vurur:"Bu isə o deməkdir ki, müəyyən mənada Moskvanın şərtləri qəbul olunmalıdır. İndi Rusiya deyil, məhz Ukrayna əks-hücum fəaliyyəti ərəfəsindədir. Xersonun itirilməsi Putin hakimiyyətinin laxlaması olacaq. Kissincer belə bir vəziyyətdə böyük təhlükələrdən danışmaqla dolayısı ilə Qərbə mesaj verir ki, istədiklərindən vaz keçməklə bağlı Kiyevə təzyiq etsinlər. Kissincer müharibənin nəticəsinin hansı şəkildə olacağını söyləsəydi, daha doğru olardı. Ancaq açıqlamasından göründüyü kimi, bunu dediyi ifadələrin içində gizlətməyə çalışıb. "Ukraynanın dövlət olacaq” ifadəsi o deməkdir ki, Rusiya istədiyi hədəfə çata bilməyəcək. Ukrayna ən azından 23 fevrala qədər olan sərhədini bərpa edəcək. Rusiya məğlub olacaqsa, deməli bu ölkədə siyasi dəyişiklik baş verəcək. Bu da başqa bir mənzərə, başqa bir dövlət, başqa bir idarəetmə anlamına gəlir. Kissincerin vurğulamaq istədiyi bundan ibarətdir”.
 
Ardını oxu...
Rusiya BMT Təhlükəsizlik Şurasının (TŞ) avqustun 23-də keçiriləcək iclasında rusiyalı filosof və ictimai xadim Aleksandr Duqinin qızı Daryanın qətli mövzusunu qaldıracaq.

Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
Daimi nümayəndə bildirib ki, Moskva Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına (ZNPP) qarşı təxribatlarını müzakirə etmək üçün iclas çağırır. O, Rusiya tərəfinin təcili görüş tələb etdiyini vurğulayıb.

“Əlbəttə, bu barədə danışacağıq. Bu, Ukrayna dövlətinin mahiyyətini açıq şəkildə nümayiş etdirir, onların təxribatçıları ilə bu qətl arasında əlaqə göz qabağındadır, bu artıq FSB tərəfindən açıqlanıb ”, – Nebenzia vurğulayıb.
TASS
 
Ardını oxu...
Ərdoğan Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etmək istəyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna dövlət başçıları - Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək niyyətindədir.
“Report” xəbər verir, bu barədə Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra mətbuata bəyanatlarla çıxışında məlumat verib.
Ardını oxu...
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Tehran səfirini geri qaytarır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkə XİN-i məlumat yayıb.

Məlumata görə, diplomat yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq:

"Səfirin geri qaytarılması ilə bağlı qərar İran Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq qəbul edilib".

Qeyd edək ki, Əbu-Dabi ilə Tehran arasında münasibətlərin yaxınlaşması ötən ilin sonunda başlayıb. Ötən il dekabrın 6-da Əmirliyin milli təhlükəsizlik üzrə müşaviri Şeyx Təhnun bin Zayed ən-Nəhyan İran paytaxtına səfər edərək həmkarı Əli Şəmxani, eləcə də Prezident İbrahim Rəisi ilə əməkdaşlığı genişləndirmək üçün danışıqlar aparıb.

Xatırladaq ki, BƏƏ öz səfirini geri çağırmış və 2016-cı ildə Səudiyyə Ərəbistanının bu respublikadakı diplomatik nümayəndəliklərinə edilən hücumlara görə İranla siyasi əlaqələrin səviyyəsini aşağı saldığını bildirmişdi. Bundan əlavə, tərəflər arasında Fars körfəzindəki üç ada ilə bağlı bir sıra tarixi fikir ayrılıqları var.(axar.az)
 
 
 

Dünyapress TV

Xəbər lenti