“Hazırda Moskva və Kiyev arasında dövlət başçıları səviyyəsində görüşün keçirilməsi ehtimalı azdır”.
Bunu Kremlin sözçüsü Peskov deyib.
“Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar üçün çox yaxşı şəraitin yaradılmasında Ərdoğanın böyük rol oynadığını bilirik. Buna baxmayaraq, Ukrayna nümayəndə heyəti sanki “radardan itir”. Hazırda heç bir danışıqlar prosesi getmir”, deyə o bildirib.
Türkiyənin sülh danışıqlarında vasitəçilik təklifləri ilə bağlı suala cavab olaraq Peskov deyib ki, tərəflər “ev tapşırığını yerinə yetirərsə” iki lider görüşə bilər.
Xatırladaq ki, Ukrayna prezidenti Zelenki daha əvvəl, müharibə ilə bağlı görüşmək istədiyi tək şəxsin yalnız Rusiya prezidenti Vladimir Putin olduğunu demişdi.