Ardını oxu...
Argentinalı hücumçu Lionel Messi Fransanın PSJ klubunda çıxış etdiyi zaman qonşuları ilə problemlərlə üzləşdiyini deyib.

Gununsesi.info xəbər verir ki, o bu haqda ESPN-ə danışıb.

“Parisdə qonşular axşam saat doqquz-onda qapını döyürdülər. Deyirdilər ki, mənim uşaqlarım futbol oynamasın. Qonşular bizi narahat edirdi. Bu, meydandakı çıxışlara təsir etdi”, – deyə Messi bildirib.

Qeyd edək ki, Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. O, ikiqat Fransa çempionu olub. Futbolçu karyerasını ABŞ-nin “İnter Mayami” klubunda davam etdirir.
 
 
 
Ardını oxu...
Səudiyyə Ərəbistanı “Əl-Nəsr”inin və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu dünya rekordu qırıb.

Fanat.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) saytında məlumat paylaşılıb.

Xəbərə görə, ötən gün İrlandiya millisi ilə baş tutan qarşılaşma portuqaliyalı ulduzun 1226-cı oyunu olub. Forvard bu göstəriciyə görə Braziliya millisinin sabiq qapıçısı Rojerio Senini üstələyib.

Ronaldu Portuqaliya, İngiltərə, İspaniya, İtaliya və Səudiyyə Ərəbistanı çempionatlarında 698, bu ölkələrin kubok turnirlərində və Superkubok uğrunda matçlarında daha 101 oyun keçirib. Kriştianu həmçinin beynəlxalq klub turnirlərində 220 oyun keçirib. O, milli komandada 207 oyuna çıxıb.
 
 
 
Ardını oxu...
Türkiyə millisinin aparıcı üzvü İrfan Can Kahveci AVRO-2024-dən kənarda qala bilər.

"Report" "Sport Digitale'yə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu zədələnib və heyətdən çıxarılma ehtimalı var.

Bundan başqa, "Fənərbağça"nın yarımmüdafiəçisi riskə atılmamaq üçün komandanın son məşqində iştirak etməyib.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası İrfan Can Kahvecinin son durumu ilə bağlı yaxın müddətdə məlumat verəcək.
 
Ardını oxu...
“Krasnodar”ın futbolçusu Kadi Borjes “Qarabağ”dan təklif alıb.

Tribunainfo.az xəbər verir ki, bu haqda futbolçunun meneceri Xelsio Alisk bildirib.

“Qarabağ” həqiqətən də Kadiyə görə “Krasnodar”a təklif göndərib. Amma bundan artıq nəsə deyə bilmərəm. “Krasnodar”ın qərarını gözləyirik” – deyə o qeyd edib.

Kadi 2023-cü ilin yanvarında “Krasnodar”a “Qarabağ”dan keçib. O, 2023/24 mövsümü Rusiya klubunun tərkibində bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub, 3 qolun isə ötürməsini edib.
 
Ardını oxu...
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi "CIES Football Observatory" 2024-cü il Avropa çempionatında qələbəyə dörd əsas iddiaçının adını açıqlayıb.

Favoritləri müəyyən etmək üçün milli komandaların tərkibinə əsasən bir sıra mürəkkəb düsturlar, indekslər və hesablamalardan istifadə edilib.

Beləliklə, CIES-in məlumatına görə, AVRO-2024-ün favoritləri Fransa, İngiltərə, Almaniya və İspaniya komandalarıdır.

Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada baş tutacaq. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Qruplarda birinci və ikinci yerləri tutan komandalar, həmçinin dörd ən yaxşı üçüncü yeri tutan komandalar 1/8 finala yüksələcəklər. Turnirin pley-off oyunları olimpiya sistemi üzrə uduzan komandaların turnirdən kənarlaşdırılması prinsipi ilə keçiriləcək.

Mənbə: championat.com
 
Ardını oxu...
Futbolçularımız xarakter nümayiş etdirdi.

Report xəbər verir ki, bunu Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov Qazaxıstan ilə keçirilən yoldaşlıq görüşündən sonra baş tutan mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis qarşılaşmanın çətin keçdiyini söyləyib: “Futbolçularımı təbrik edirəm. Mövsümün sonu olduğundan, həm psixoloji, həm də fiziki yorğunluq var. Buna baxmayaraq, oyunçularımız xarakter nümayiş etdirərək, geridönüş etməyi bacardılar. Təəssüf ki, ilk standart vəziyyətdən qol buraxdıq. Ardınca rəqib əks-hücumdan daha bir dəfə fərqləndi. Ancaq komandamız toparlanaraq qələbə qazandı. Albaniya ilə görüşü də yaxşı keçirmişdik. Ən azı heç-heçəyə layiq idik. Həmin matçdan sonra da görürdük ki, azarkeşlər və ictimaiyyət komandaya inanır. Bu amil futbolçulara müsbət təsir göstərmişdi”.

Qeyd edək ki, Azərbaycan – Qazaxıstan görüşü yığmamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Ardını oxu...
Azərbaycan millisinin kapitanı Emin Mahmudov Qurban Qurbanovun 20 illik rekordunu yeniləyib.

Qol.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi buna Qazaxıstanla yoldaşlıq matçında nail olub. O, 50-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Nəticədə Emin millidə vurduğu qolların sayını 14-ə çatdırıb. Bununla da o, Qurban Qurbanovun 20 illik rekordunu təkrarlayıb.

Qeyd edək ki, Q.Qurbanov 1992-2005-ci illərdə Azərbaycan millisinin formasını geyinib. Emin isə 2016-cı ildən yığmamızın üzvüdür.
 
Ardını oxu...
Azərbaycan Premyer Liqasında may ayının ən yaxşı qolu müəyyənləşib.

Tribunainfo.az xəbər verir ki, “Neftçi”nin futbolçusu Qara Qarayevin qolu ən yaxşı seçilib. O, səsvermədə “Sabah”dan Ayaz Quliyev və Anatoli Nuriyev, “Neftçi”dən Brayan Moreno, “Qəbələ”dən isə Əyyub Allaşı qabaqlayıb.

Ona mükafatları qurumun prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib. Ayın ən yaxşı qoluna görə ona PFL tərəfindən 1000 manat mükafat verilib.

 
 
 
Ardını oxu...
Türkiyə millisinin futbolçusu Arda Güler ​​"Real Madrid"də nadir hallarda meydana çıxsa da, özünü müsbət mənada doğruldub.

Transfermarkt onun bazar dəyərini 100 faiz artıraraq 30 milyon avroya çatdırıb. Futbolçunun qiyməti cəmi iki ay ərzində iki dəfə artıb.

Madrid klubunun 20 milyon avroya aldığı Ardanın yenidən qiymətləndirilməsi onun oyun göstəricilərinə əsaslanır. Futbolçu bu qısa müddətdə 432 dəqiqə meydanda olub və beş qol vurub.

O, hər qol üçün üç milyon avro əlavə dəyər qazanıb. Ardanın dəyəri meydanda qaldığı hər dəqiqə demək olar ki, 44 min avro artıb. Onun çərçivəyə gedən bütün zərbələri qol olub - altı zərbədə altı qol.

Mənbə: Haber Global
 
Ardını oxu...
"Qarabağ" klubu Fabiyan Buntiçin transferini rəsmən açıqlayıb.

Referans.az xəbər verir ki, xorvat qapıçı nəinki qolu tutur, həm də topu qapıya göndərə bilir.

27 yaşlı qolkiper karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda qol vurub. Buntiçin "Köln" qapısından keçirdiyi qolu təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti