Ardını oxu...
İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haland komandanı tərk etməyə hazırdır. Norveçlinin karyerasını davam etdirmək üçün prioritet variant İspaniyadır.
Tribunainfo.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı Haland üçün yarışda favorit PSJ hesab olunur, amma futbolçunun özü üçün prioritet seçim İspaniyanın “Real Madrid” və “Barselona” klubları olacaq.
“Transfermarkt”a görə, o, “Real Madrid”in hücumçusu Vinisiusla birlikdə dünyanın ən bahalı futbolçusudur – onların bazar dəyəri 200 milyon avro qiymətləndirilir.
Bu mövsüm norveçli “Mançester Siti”nin heyətində bütün yarışlarda 10 oyuna çıxıb və 11 qol vurub. Halandın klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Oktyabrın 10-da Haland Sloveniya ilə oyunda (3:0) dubla imza ataraq Norveç millisinin bombardiri olub. Erlinq millidə 34 qol vurub. O, 1928-1937-ci illərdə Norveçdə oynamış Yergen Juveni geridə qoyub.
 
Ardını oxu...
UEFA Millətlər Liqasının III tur oyunlarına yekun vurulub.

Oxu.Az xəbər verir ki, son oyun günündə Polşa və Portuqaliya milliləri üz-üzə gəliblər.

Varşavadakı Milli Stadionda baş tutan qarşılaşmada qonaqlar qalib gəliblər - 1:3. Prineylilərin ikinci qolunu Kriştianu Ronaldu vurub.
Ardını oxu...
“Real”ın futbolçusu Killian Mbappe hazırda Fransa millisinin oyunlarında iştirak etmək istəmir.
Bakupost.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. 25 yaşlı hücumçu millisinin ancaq vacib oyunlarına çıxmaq istəyir. Buna səbəb zədə almaq riskini azaltmaqdır. Mbappenin 2025-ci ilin “Qızıl Top” mükafatını almaq istədiyinə görə klub oyunlarına üstünlük verməsi də qeyd olunur. O, millisinin məşqçilər heyətinə əvvəlcədən bildirib ki, oktyabr toplanışına gəlməyəcək.
Qeyd edək ki, Killian Mbappe bu mövsüm “Real”ın heyətində 11 oyuna çıxaraq 7 qol vurub və 1 qolun ötürməsini edib.
 
Ardını oxu...
Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya turnirinin ilk günündə Azərbaycan cüdoçusu 1 qızıl medal qazanıb.

Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Kişilər arasında -60 kq. çəkidə Murad Muradlı bütün rəqiblərini məğlub edərək qızıl mükafat qazanıb.
 
Ardını oxu...
Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatına start verilib.

Azərbaycan Boks Federasiyasından "Cebheinfo.az"a verilən məlumata görə, 35 ölkədən 327 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü qələbə qazanıb.

Ruslan Qədirov (60 kq) 1/16 final çərçivəsində Georgios Georgantsasla (Yunanıstan) üz-üzə gəlib. Hər 3 raundda üstün olan boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə məğlub edib. O, 1/8 finalda Stefan Samoviçlə (Serbiya) döyüşəcək.

Qədirovun uğurunu İlqar Salahov da davam etdirib. 67 kq-da mübarizə aparan milli üzvü xorvatiyalı Qoran Mioçiçə 5:0 (29:28, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Salahov 1/8 finalda Safi Abo Şabanla (İsrail) münasibətinə aydınlıq gətirəcək.

Hər 2 boksçumuz ikinci qarşılaşmasına oktyabrın 13-də rinqə çıxacaq.

Qeyd edək ki, Azərbaycan yığması çempionata 13 boksçu ilə yollanıb.
 
Ardını oxu...
Türkiyə millisinin gənc ulduzu Arda Güler "Real Madrid" klubunda qalmaq istədiyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, 18 yaşlı futbolçu jurnalistlərin suallarını cavablandırarkən artıq qərarını verdiyini deyib:

"Real Madrid nəhəng klubdur və burada oynamaq mənim üçün şərəfdir. Klub rəhbərliyi mənimlə yollarını ayırmaq istəyənə qədər "Real Madrid"də qalmaq niyyətindəyəm".

Qeyd edək ki, Arda Güler 2023-cü ilin yayında "Fənərbağça"dan "Real Madrid"ə 20 milyon avroya transfer olunub. O, İspaniya klubu ilə 6 illik müqavilə imzalayıb.
Ardını oxu...
Mesut Özil Azərbaycana gəlməsinin səbəbini açıqlayıb.

Hurriyyet.Az xəbər verir ki, o, bu barədə mətbuat konfransında danışıb. O, Türkiyədə yaradılacaq Mesut Özil futbol akademiyasının Azərbaycanda da fəaliyyət göstərməsini istəyir.

Videonu təqdim edirik:
 Offsideplus.az
Ardını oxu...
İspaniyalı məşhur tennisçi Rafael Nadal karyerasını tezliklə başa vuracağını açıqlayıb.

38 yaşlı raketka ustası bu barədə şəxsi instaqram hesabında bildirib.

O, son olaraq 19-24 noyabrda İspaniyanın Malaqa şəhərində keçiriləcək Devis Kubokunda iştirak edəcək.

Qeyd edək ki, Rafael Nadal "Böyük Dəbilqə" turnirlərinin 22 qat qalibidir. O, həmçinin Pekin-2008 və Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb.
 
 
 
Ardını oxu...
Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniyanın Kadis şəhərində keçirilən dünya çempionatı ilə vidalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Sahib Məmmədovun başçılıq etdiyi yığma 1/8 finalda Portuqaliya seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin 13:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Azərbaycan millisi mübarizəni dayandırıb.
 

Dünyapress TV

Xəbər lenti