Ardını oxu...
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun açılış matçlarında PSV "Jirona" ilə, "Slovan Bratislava" "Dinamo Zaqreb"lə saat 21:45-də qarşılaşacaqlar.

Oxu.Az xəbər verir ki, daha 7 qarşılaşma isə gecə yarısı keçiriləcək

Turun böyük maraqla gözlənilən matçlarında "Real Madrid" "Milan"la, "Liverpul" isə "Bayer Leverkuzen"lə üz-üzə gələcəklər.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında IV tur oyunlarına sabaha keçiriləcək doqquz görüşlə yekun vurulacaq.

05 noyabr

UEFA Çempionlar Liqası

IV tur

Saat 21:45. PSV - "Jirona"

Saat 21:45. "Slovan Bratislava" - "Dinamo Zaqreb"

Saat 00:00. "Bolonya" - "Monako"

Saat 00:00. "Seltik" - "Leypziq"

Saat 00:00. "Borussiya Dortmund" - "Şturm Qraz"

Saat 00:00. "Lill" - "Yuventus"

Saat 00:00. "Liverpul" - "Bayer Leverkuzen"

Saat 00:00. "Real Madrid" - "Milan"

Saat 00:00. "Sportinq" - "Mançester Siti"
 
Ardını oxu...
İspaniyanın "Barselona" və İtaliyanın "Yuventus" klubunun sabiq yarımmüdafiəçisi Arturo Vidal və onun "Kolo-Kolo" klubundakı komanda yoldaşları cinsi təcavüzdə ittiham olunub.

Oxu.Az xəbər verir ki, bu barədə "ADN" telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, hadisə Vitakuradakı barda baş verib. Qurban narkotik maddənin təsiri altında olub və daha sonra Vidal tərəfindən cinsi təcavüzə məruz qalıb. Yarımmüdafiəçidən başqa bu işdə bir neçə futbolçu da iştirak edib.

Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Futbolçu şəxsiyyətinin yoxlanılması üçün polis bölməsinə aparılıb. Hadisə ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, Çili millisinin sabiq yarımmüdafiəçisi Arturo Vidal karyerası ərzində "Bayer" (Leverkuzen), "Yuventus", "Bavariya", "Barselona", "İnter" (Milan), "Flamenqo" və "Atletiko Paranaense" klublarında çıxış edib.
 
Ardını oxu...
Sumqayıt Dövlət Universiteti daha bir tenderi yekunlaşdırıb. 28.10.2024-cü il tarixdə bu təhsil müəssisəsi "PROQRESS İNŞAAT EN" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb.Bu müqavilə ilə Sumqayıt Dövlət Universiteti Tədris Binasının əsaslı təmiri qarışılığında "PROQRESS İNŞAAT EN" MMC-nə 83.271 manat ödəməli olacaq.
Xatrıladaq ki, Sumqayıt Dövlət Universiteti Tədris Binasının əsaslı təmiri ilə bağlı idiyədək də dəfələrlə tender keçirib. Hətta, bu ilin aprel ayında belə tenderlərdən biri ləğv edilib. İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarət Xidməti tenderin ləğvi ilə bağlı bu təhsil müəssisəsinə məktub göndərib. Səbəb isə tenderdə “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinin pozulması göstərilib...
Sumqayıt Dövlət Universitetindəki oxucularımızın Yenixeber.org-a verdiyi məlumatlara görə eyini lot üzrə - Tədris binalarının əsaslı təmiri üçün – müxtəlif zamanlarda tenderlərin elan edilməsi birmənalı qarşılanmamalıdır.
Bu həm də, satınalan tərəf üçün yeni imkanlar deməkdir...Zaman əldə etmək və bu zamandan maksimum “faydalanmaq". Başqa sözlə, əməkdaşlıq ediləcək şirkəti seçmək və “müvafiq razılaşma” üçün tələsməmək.
Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?) Baxmayaraq ki, görüləcək işlər və alınacaq malların miqdarı göstərilir.
***
O ki, qaldı "PROQRESS İNŞAAT EN" MMC –nə, bu istiqamətdə də, maraqlı məlumatlar əldə etmişik. Media üzərindən kiçik bir araşdırma ilə məlum oldu ki, bu sıradan biri deyil, qalmaqallı şirkətdir. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 1000.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.
MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlunun barəsində kifayət qədər geniş məlumatlar çıxır. Təkzib olunmamaış məlumatlarda Şirinov Eldar Bəhlul oğlunun Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi olduğu göstərilir. MMC-nin Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli rayon Mənzil-Kommunal Təsərrüfatı İdarələrinin ictimaiyyətə açıqlanmadan keçirdikləri çoxsaylı tenderlərin qalibi olması da istisna deyil.
Diqqət çəkən digər fakt isə ondan ibarətdir ki, müxtəlif epizodlarla dövlətin yüksək məbləğdə pulunun etibar edildiyi və inşaat işləri ilə bərabər, həm də dəftərxana ləvazimatlarının satışı ilə məşğul olan belə bir şirkətin nəinki veb-saytı yoxdur, ümumiyyətlə internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün deyil(?)
Sumqayıt Dövlət Universitetinin rəhbərliyi də pulunu belə bir şirkətə etibar edib...
***
Biz Yenixeber.org olaraq toxunduğumuz bu və digər faktlarla bağlı Sumqayıt Dövlət Universitetindən də müəyyən suallarımıza cavab almaq istədik. Bu məqsədlə də, Sumqayıt Dövlət Universitetinin bəhs etdiyimiz tenderə birbaşa məsul şəxsi, Texniki Təchizat Departamentinin müdiri cənab Tahir Məmmədliyə 7 sualdan ibarət online sorğu göndərdik... Nəhayətdə qarşı tərəfdən “cavab” ala bildik. (Əlbəttə, buna cavab demək mümkünsə. Red)
Məlum qayda və prinsiplərə uyğun olaraq, qarşı tərəfin “cavab”ını olduğu kimi dərc edirik: Bütün məlumatlar elektron satınalma qanunu üzrə keçirilibdir. Şirkətin hər hansı sənədlərində səhvlik olsa Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət xidməti yekun protokolunda təsdiqini tapmır. Təchizatçı haqqında məlumatları şirkətin özündən ala bilərsiz Universitet olaraq biz sifarişçiyik. Növbəti proseslərdə bütün məlumatlar portal vasitəsi ilə veriləcəkdir.
Bizim sorğumuz tender komissiyasının tərkibindən tutmuş, son günədək işlərin icrasınadək əhatəli idi. Bu “cavab” isə obrazlı desək, bizim ünvanladığımız sorğunun “heç yanından keçən olmadı”. Qarşı tərəf bizim 7 sualımızdan heç birinə ya cavab vermək istəməyib, ya da cavab verə bilməyib. Səbəbini özləri bilər.
Həm də onu bilmələri yaxşı olar ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb...

Sonda onu da xatırladaq ki, Sumqayıt Dövlət Universitetinin rektoru Əzizov Rüfət Eyvaz oğludur. O, bu vəzifəyə 13 sentyabr 2023-cü ildə təyin edilib.
Yenixeber.org
 
Ardını oxu...
İspaniya çempioantının 12-ci turun "Atletiko Madrid" və "Las Palmas" komandalarının qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Madriddə baş tutan oyunda "Atletiko" 2:0 hesabı ilə qalib gəlib.

"Atletiko Madrid"in hücumçusu Culiano Simeone 37-ci dəqiqədə fərqlənib. 83-cü dəqiqədə Rodriqo De Paulun ötürməsindən "Atletiko"nun hücumçusu Aleksandr Sörlot ikinci topu vurub.

Bu matçdan sonra "Atletiko"nun aktivində 23 xalı var. Dieqo Simeonenin yetirmələri 12 matçdan sonra üçüncü pillədə qərarlaşıb. "Las Palmas" 9 xalla 18-ci yerdədir.
Ardını oxu...
Türkiyə Super Liqasında XI tur davam edir.

Bu gün "Beşiktaş" növbəti dəfə məğlub olub.

Komanda "Kasımpaşa" ilə bacarmayıb.

Hesabında 20 xal olan "qara qartallar" 4-cü pillədə qərarlaşıblar.

Türkiyə Super Liqası
11-ci tur
2 noyabr
"Sivasspor" – "Rizəspor" - 2:1
"Kayserispor – "Adana Dəmirspor" - 0:0
"Beşiktaş" – "Kasımpaşa" - 1:3
 
Ardını oxu...
“Qalatasaray”ın qapıçısı Muslera mövsümün sonunda karyerasını başa vuracaq
Türkiyənin “Qalatasaray” klubunun qapıçısı Fernando Muslera mövsümün sonunda karyerasını başa vuracaq.

İndex.az xəbər verir ki, bu barədə yerli “Milliyet” nəşri məlumat yayıb.

38 yaşlıq qolkiper məsələ ilə bağlı İstanbul təmsilçisinin rəhbərliyinə və baş məşqçi Okan Buruka məlumat verib.

Qeyd edək ki, uruqvaylı oyunçu 2011-ci ildən “sarı-qırmızılar”ın formasını geyinir. O, bu müddət ərzində yeddi dəfə Superliqanın qalibi olub. Təcrübəli qapıçı qapıçı dörd dəfə ölkə kubokunu, altı dəfə isə Superkuboku qazanıb.
 
Ardını oxu...
İspaniyanın "Real" (Madrid) klubunun qapıçısı Tibo Kurtua zədəsini sağaldıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunun "Borussiya" (Dortmund, Almaniya) ilə matçında zədələnən qolkiper komandası ilə birgə məşqlərə qatılıb.

O, İspaniya La Liqasının XII turunda "Valensiya" ilə görüşdə meydana çıxa bilər.

Qeyd edək ki, noyabrın 3-də keçirilməli olan "Valensiya" - "Real" qarşılaşması təbii fəlakət səbəbindən təxirə salınıb.
 
Ardını oxu...
  7

Joze Mourinyo "Fənərbaxça"nın məşqində zədələnib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçusu İsmail Yükseklə toqquşub.

Nəticədə Mourinyo həkimlər və futbolçuların köməyi ilə meydanı tərk edib. Sağ dizindən zədə alan Mourinyonun vəziyyətinin ciddi olmadığı bildirilib.

Baş məşqçi sosial şəbəkə hesabında zədələndiyi anın videosunu paylaşaraq bunları yazıb:

"Gənc məşqçilər üçün dərs: Heç vaxt oyunçularla eyni rəngdə geyinməyin. Onlar topu sizə ata və ya arxadan təpiklə vura bilərlər".

Hadisənin görüntülərini təqdim edirik.

 
 
 
Ardını oxu...
Almaniya Kuboku uğrunda turnirin ikinci raundunda (1/16 final) "Bavariya" səfərdə "Maynz" ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, matç qonaqların mütləq üstünlüyü ilə keçib.

Vinsent Kompaninin yetirmələri meydan sahiblərinin qapısından 4 cavabsız top keçiriblər - 4:0.

Musiala het-triklə yadda qalıb.

Bu qələbə sayəsində "Bavariya" çətinlik çəkmədən turnirin növbəti - 1/8 mərhələsinə adlayıb.
Ardını oxu...
Azərbaycanın qadın boksçusu Aynur Mikayılova tarixi ilkə imza atıb.

57 kq çəkidə mübarizə aparan yığma üzvü Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində bunu reallaşdırıb.

Mikayılova 1/4 finalda Reka Varqa Saraya (Macarıstan) ilk raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib. Bu, Azərbaycan boks tarixində ilkdir. İndiyədək ölkəmizin heç bir qız boksçusu dünya birinciliyində bu mərhələyədək irəliləməyib. Onun qazanacağı istənilən əyarlı medal isə boks tariximizə qızlardan ibarət yığmanın ilk mükafatı kimi düşəcək.

Qeyd edək ki, mundialda yarımfinal görüşləri sabah təşkil olunacaq.
 

Dünyapress TV

Xəbər lenti