![]() |
![]() ![]() ![]() |
|
Səudiyyə Ərəbistanında Kral Kuboku uğrunda 1/8 final mərhələsinin görüşləri baş tutub.
Oxu.Az xəbər verir ki, portuqaliyalı ulduz Kriştianu Ronaldunun kapitanı olduğu "Ən-Nəsr" gözlənilmədən öz meydanında "Ət-Taavun"a uduzaraq turnirdən kənarda qalıb.
Qonaqların 71-ci dəqiqədə vurduqları top matçın taleyini həll edib. Flavio komandasını 1/4 final mərhələsinə çıxaran qola imza atıb.
Ronalduya gəlincə, o 90+6-cı dəqiqədə penaltidən yararlana bilməyərək, komandasının son real şansını əldən verib.
“France Football” nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi “Qızıl top” mükafatının sahibi bəlli olub.
“Report” xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdəki Şatle teatrında keçirilib.
"Real Madrid" komandası mərasimi boykot etdiyi üçün tədbirdə iştirak etməyib.
Beləliklə İngiltərənin "Mançester Siti" komandasının ispaniyalı yarımmüdafiəçisi Rodri ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Qeyd edək ki, “Qızıl top”un son qalibi 2023-cü ildə Argentina millisinin və ABŞ-ın “İnter Mayami” komandasının üzvü Lionel Messi olub.
Bundan başqa İspaniyanın “Real Madrid” komandasının italiyalı baş məşqçisi Karlo Ançelotti ilin ən yaxşı baş məşqçisi seçilib, Argentina millisinin qolkiperi Emiliano Martines “Lev Yaşin” mükafatına layiq görülüb.