Ardını oxu...
Nüfuzlu "Goal" nəşri 21-ci əsrin ən yaxşı PSJ futbolçularının reytinqi dərc olunub.

Fanat.az xəbər verir ki, birinci yerdə bu yay azad agent kimi Paris nəhəngindən "Real Madrid"ə keçən hücumçu Kilian Mbappe qərarlaşıb.

İkinci sırada daha bir keçmiş ulduz forvard Zlatan İbrahimoviçdir. İlk "üçlüy"ü braziliyalı Neymar tamamlayır.

İlk "onluq"da həmçinin, Edinson Kavani, Tyaqo Silva, Markinyos, Pauleta, Marko Verratti, Anxel di Mariya və Blez Matyuidi yer alıb. PSJ-də iki mövsüm keçirən Lionel Messi bu reytinqdə cəmi 23-cü yeri tutub.
 
Ardını oxu...
Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda ilk qoluna imza atıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü "Qroyter"ə qarşı oyunda hesabı açıb. Mahir qol sevincini baş məşqçi Miroslav Klozeni qucaqlayaraq qeyd edib.

Qolun videosunu təqdim edirik:
 
 
Ardını oxu...
Türkiyə Superliqasının 9-cu turu çərçivəsində “Antalyaspor” “Qalatasaray”ı qəbul edib.

“Report” xəbər verir ki, Antalya stadionunda baş tutmuş matçı baş hakim Ali Sansalan idarə edib.

Matçda hesab erkən açılıb: artıq 10-cu dəqiqədə argentinalı hücumçu Mauro İkardi Mertensin dəqiq ötürməsini qola çevirib. İkinci hissədə də “sarı-qırmızılar” üstünlüklərini davam etdirib. Belə ki, 52-ci dəqiqədə Yunus Akgünün ötürməsindən sonra 31 yaşlı İkardi dubla imza atıb. Əlavə edilmiş ikinci dəqiqədə isə nigeriyalı Viktor Osimhen matçda son nöqtəni qoyub – 0:3.

Beləliklə, “Qalatasaray” doqquz oyundan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir. “Cimbom”un ən yaxın təqibçisi ehtiyatında bir oyun olan “Samsunspor”dur – 18 xal.

“Antalyaspor” isə eyni sayda oyuna cəmi səkkiz xal toplaya bilib.
 
Ardını oxu...
Türkiyə Superliqasının 9-cu turu çərçivəsində “Antalyaspor” “Qalatasaray”ı qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, matç qonaqların 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün 10-cu dəqiqəsində Mauro İkardi erkən qolla yadda qalıb.

52-ci dəqiqədə İkardi dublunu rəsmiləşdirib.

90+2-ci dəqiqədə nigeriyalı Viktor Oşimen meydan sahiblərinin boşluğunu yaxşı dəyərləndirərək möhtəşəm qola imza atıb.

Onun qayçıvari qolunu təqdim edirik:

 
Ardını oxu...
Futbol tarixinin ən bahalı gənc oyunçusu müəyyənləşib.

“Qafqazinfo” “Transfermarkt” portalına istinadən xəbər verir ki, bu, “Barselona”nın futbolçusu Lamin Yamaldır.

17 yaşlı yarımmüdafiəçinin hazırkı qiyməti 150 milyon avrodur.

Bunadək rekord “Real”ın üzvü Kilian Mbappeyə aid idi. O, PSJ-də oynayarkən 18 yaşında 90 milyon avro dəyərində qiymətləndirilmişdi. Yamal isə bu rekordu 17 yaşında qırıb.
Ardını oxu...
Futbol üzrə Misli Premyer Liqasında ikinci dövrəyə start verilib.

Redaktor.az xəbər verir ki, X turun açılış oyununda "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gəlib. Tovuz şəhər stadionunda reallaşan qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində qolları Emmanuel Addai, Aleksey İsayev, Leandro Andrade, Toral Bayramov və Aleksey Kaşuk vurublar.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran "Qarabağ" turnir cədvəlinə başçılıq edir. "Kəpəz" isə 3 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri 19-20 oktyabrda baş tutacaq.
 
Ardını oxu...
DÇ-2026-nın seçmə mərhələsinin 10-cu turunda evdə Boliviya millisini 6:0 hesabı ilə məğlub edən Argentina seçməsinin superulduzu Lionel Messi darmadağını şərh edib.

Fanat.Az xəbər verir ki, bu qarşılaşmada 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 37 yaşlı kapitanın dediklərini "Marca" belə çatdırıb:

"İnsanların mənim adımı qışqırmasından zövq alıram. Biz burada olmağı və Argentinada oynamağı sevirik. Oyunlardan zövq almaq ruhlandırır. Xoşbəxtəm. Yaşıma baxmayaraq, azarkeşlər özümü yaxşı hiss etdiyimi, hələ komandaya kömək edə bildiyimi görəndə uşaq kimi sevinirəm... Biz bundan həzz almağa davam edəcəyik".
 
Ardını oxu...
Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappenin vəkili Mari-Aliks Kanu-Bernar İsveçin paytaxtı Stokholmda qadına seksual təcavüzdə ittiham edilən müştərisinin günahsız olduğuna eyham vurub.

Fanat.az xəbər verir ki, "RMC Sport" vəkilin sözlərini belə çatdırıb:

"O, sakitdir. Kilian nə etdiyini və etmədiyini dəqiq bilir. Mbappe hər şeyi dəqiq bilir və prosesi kənardan izləyir. Təkrar edirəm, biz heç bilmirik ki, Kiliandan şikayət edən olub, ya yox. Edilibsə, açıqlamaqdan utanmayın".

Xatırladaq ki, mətbuatdakı məlumatlardan sonra İsveç polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Ardını oxu...
Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan Azərbaycan millisinin U-17 komandası ikinci yoldaşlıq görüşünü keçirib.

Demokrat.az xəbər verir ki, Ajman şəhərində Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Komandamızın heyətində qolları 44-cü dəqiqədə Əli Qazibəyov və 86-cı dəqiqədə Əli İbrahim vurublar. Penaltilər seriyasında daha dəqiq oynayan millimiz (4:2) matçda qələbə qazanıb.

Qeyd edək ki, bu komandalar arasında oktyabrın 14-də keçirilən ilk yoldaşlıq oyunu 0:0 hesablı heç-heçə ilə başa çatıb.
 
Ardını oxu...
"Panatinaikos"da çıxış edən Corc Baldok evinin hovuzunda ölü tapılmışdı .Balldokun ölümündən sonra Yunan komandası maraqlı bir addım atıb.

"Daily Mail" xəbər verir ki, "Panatinaikos" evində ölü tapılan Corc Baldokun əmək haqqını müqaviləsi bitənə qədər ailəsinə verməyə davam edəcək.

Bundan başqa, Yunanıstan yığması da futbolçunun xatirəsinə yoldaşlıq oyunu təşkil edəcək.

Corc Baldok yay transfer dövründə Yunanıstan təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
 

Dünyapress TV

Xəbər lenti