“Qarabağ” Çempionlar Liqasının pley-offunda “Dinamo”nu məğlub edib, liqa mərhələsinə yüksəlsə, 18.6 milyon avro qazanacaq.
Tribunainfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası pley-off mərhələsində iştirak etməklə 4.29 milyon avro qazanacaq. “Dinamo”nu mübarizədən kənarlaşdıracağı halda isə liqaya düşəcək və bu mərhələdə UEFA 18.6 milyon avro ödəyəcək.
Cari mövsüm UEFA Çempionlar Liqasında bu mərhələdə hər qələbəyə 2.1 milyon avro, heç-heçəyə isə 0.7 milyon avro verəcək. Liqada 1-8-ci yerlərdə qərarlaşacaq komanda 2 milyon avro, 9-16-cı yerlərin sahibi isə 1 milyon avro əldə edəcək. Çempionlar Liqasının təsnifatında keçilən hər mərhələyə görə isə 175 min avro veriləcək.
Bakıda fəaliyyət göstərən daha bir obyektin açıq şəkildə vergidən yayındığı müəyyən olunub. Dia-az.İnfo bildirir ki, bu barədə bir vətəndaş gileyindən anlaşılır.
Belə ki, aldığı məhsula görə uyğun satış çekinin verilmədiyini müəyyən edən Malik Səbuhi adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" qrupundakı paylaşımında belə yazır:
"Deməli, Elmlər akademiyası metrostansiyası yaxınlığında yerləşən "Peynirçi Baba" deyilən məkandan 8.82 manatlıq məhsul alırsan... Evə gələndə görürsünüz ki, ƏDV çekini 3.73 manat vurublar...
Ora gedən olanda diqqətli olsun..."
Dia-az.İnfo qeyd edir ki, bu həm də vergidən yayınmanın təsbitidir...
Türkiyə Super Liqasının 2-ci turunda "Tümosan Konyaspor" və "Qalatasaray" üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, Medaş Konya Böyükşəhər Stadionunda keçirilən görüşdə sarı-qırmızılılar 1-2 hesabı ilə qalib gəliblər.
Matçın 41-ci dəqiqəsində Kerem Aktürkoğlu və 59-cu dəqiqəsində Barış Alper Yılmazın vurduğu qollar "Qalatasaray"a qələbə qazandırıb. "Tümosan Konyaspor"un yeganə qolunu 45-ci dəqiqədə Oğulcan Ülgün vurub. Ötən mövsüm Türkiyə Kubokunu qazanan "Qalatasaray" bu qələbə ilə xal hesabını 6-ya yüksəldib. "Tümosan Konyaspor"un isə 3 xalı var.
"Penaltilər seriyasından əvvəl qapıçımız Tiaqo Silvanı tənqid etdim".
"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Bakıda Xorvatiyanın "Osiyek" komandasına penaltilər seriyasında qalib gəldikləri (əsas və əlavə vaxt: 2:2) UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmanın çox gərgin keçdiyini bildirib: "Futbolçular çətinliyin öhdəsindən gəldilər. Onlarla fəxr edirəm. Azarkeşləri və futbol ictimaiyyətini təbrik edirəm. Penaltilər seriyasından əvvəl qapıçını tənqid etdim. Aqressivləşməsi üçün bu addımı atdım. "Şerif"lə oyunda penaltilər seriyasından narazı qaldığımı demişdim. 4 penalti qurtarmaq asan məsələ deyil. Bunun öhdəsindən gəldi".
Sadıqov pley-offda üz-üzə gələcəkləri Kiprin "Omoniya" klubu haqqında danışıb:
"Hər bir baş məşqçi avrokuboklarda qrupa düşmək istəyir. Rəqib haqqında elə də çox məlumatım yoxdur. III təsnifat mərhələsində Macarıstanın "Fehervar" kollektivi ilə matçlarına baxmışam. Qrup mərhələsinə yüksəlmək üçün əlimizdən gələni edəcəyik".
Gürcüstan prezidenti Salome Zurabişvili ölkə hökuməti tərəfindən dövlət mükafatlarına layiq görülmüş gürcü olimpiyaçılarını mükafatlandırmaqdan imtina edib.
Gununsesi.info xəbər verir ki, bu barədə VZQLYAD qəzetinin Tbilisidəki müxbiri xəbər verir.
Bildirilir, o, sentyabrda olimpiyaçılar üçün “milli bayram təşkil etmək niyyətindədir” və yalnız bundan sonra onları mükafatlandıracaq.
Bundan əlavə, Zurabişvilinin sözlərinə görə, sentyabrın 8-də Parisdə Paralimpiya Oyunları başa çatana qədər olimpiyaçıların mükafatlandırılması “ayrı-seçkilikdir”.
Zurabişvili: “Bu qəbuledilməzdir”.
Qeyd edək ki, Parisdə keçirilən Oyunlarda Gürcüstan üç qızıl, iki gümüş və bir bürünc medal qazanaraq komanda hesabında 24-cü yeri tutub. Bu, müstəqil Gürcüstan tarixində ən yaxşı göstəricidir.
Cümə axşamı baş nazir İrakli Kobaxidze gürcü olimpiyaçılarını qəbul edəcək. Çempionlar bir milyon lari (370 min dollar), gümüş medalçılar 500 min lari, bürünc medalçılar isə 250 min lari alacaq.
“Beynəlxalq yarışlarda qalib gələn idmançılarımızın əksəriyyəti şəhərlərdən çıxıb. Rayonlarımızda isə idmançılar yetişdirilmir”.
Musavat.com xəbər verir ki, bunu Milli Məclisin 6-cı çağırış deputatı olmuş Aqil Abbas deyib. Yazıçı bildirib ki, bölgələrdə idmana az diqqət göstərilir.
“Rayonların hamısında olimpiya idman kompleksləri var. Bölgələrimizdə 10 milyonluq binalar tikilib. Amma həmin komplekslərdən bir cüdoçu, güləşçi çıxmayıb. Qaliblərin hamısı Bakıdan olanlardır.
Regionlarda olimpiya komplekslərinin qapısı bağlıdır. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi bu məsələyə diqqət yetirməlidirlər. İcra hakimiyyətləri isə bu işlərə nəzarət etməlidir. İstedadlı uşaqları tapıb üzə çıxarmalıdırlar. Dövlət bu qədər vəsait ayırıb. Təəssüf ki, uğur yoxdur.
Regionlardan çıxan idmançılar nəyinki ikinci, heç beşinci dərəcəli də deyillər. İndi guya bölgələrdə futbolu birtəhər inkişaf etdirirlər. Ağcabədidə olimpiya kompleksi tikiblər, yaxşı da futbol komandası var. Lakin kompleksdəki stadion yararsız vəziyyətdədir. Standartlara uyğun deyil. Rayonun öz stadionu da dağılıb. Ağdamda əvvəllər çox güclü güləşçilər və voleybol komandaları olardı. İndi isə onların heç biri yoxdur. Nazirlik bölgələrdəki idman idarələrinə deməlidir ki, 10 ildir niyə idmançı yetişdirmirsiniz. Bir işə yaramırsa, bu idarə nəyə lazımdır. Niyə bu qədər adam orada havayı maaş alır”.
Qeyd edək ki, bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc qazanıb. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Bu yüksək nəticə kimi qiymətləndirilir.