Ardını oxu...
Türkiyə I Liqa təmsilçisi "Ankaragücü"nün futbolçusu Renaldo Sefas itkin düşüb.

Oxu.Az NTV-yə istinadən xəbər verir ki, klubun məşqçilər heyəti futbolçu ilə əlaqə saxlaya bilmirlər. Onun harada olması da məlum deyil.

Sefas I tur çərçivəsində "Şanlıurfaspor" oyun üçün stadiona gəlməyib.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Renat Dadaşov da eyni komandada çıxış edir.
Ardını oxu...
“Vasko da Qama”nın yarımmüdafiəçisi Ze Qabriel karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Braziliya KİV-i məlumat yayıb.

Bildirilib ki, 25 yaşlı futbolçu Premyer Liqamızda çıxış edən bir klubun maraq dairəsindədir.

Dayaq yarımmüdafiəçisinin son vaxtlar komandada uğursuz çıxışla yadda qalması səbəbindən rəhbərlik onunla yolları ayırmağın əleyhinə deyil.

Ze Qabrielin danışıq apardığı Azərbaycan klubunun adı açıqlanmayıb.

“Vasko da Qama”ya 2022-ci ildə “İnternasional”dan keçən Ze Qabrielin klubu ilə müqavilə müddəti 2025-ci ilin sonuna qədərdir.
 
Ardını oxu...
Amerikalı yüngül atletlər Olimpiadada 4×400 metr estafetdə final yarışlarında qalib gəliblər.

Referans.az xəbər verir ki, kişilərin finalında amerikalılar Botsvana və Böyük Britaniyadan üstün olub.

Komandasının qələbəsi 16 yaşlı Kvinsi Uilsonun payı da olub. Bu, Uilsonu olimpiya medalı qazanan ən gənc Amerika idmançısı edib.(Publika.az)
 
Ardını oxu...
Azərbaycan idmançıları Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

48 idmançıdan 7-si medal qazanıb.

Azərbaycan idmançıları əldə edilən mükafatlardan sonuncusunu bu gün aktivinə yazdırıb.

Sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçedlidze ilə üz-üzə gəlib və 10:0 hesablı qələbəyə sevinib. Bununla da idmançımız üçüncü bürünc medalı Azərbaycana qazandırıb.

Ümumilikdə 7 medal qazanan idmançıların siyahısı:

Cüdo: Hidayət Heydərov (73 kq) – qızıl, Zelim Kotsoyev (100 kq) – qızıl

Boks: Alfonso Dominges (92 kq) – gümüş

Taekvondo: Qaşım Maqomedov (58 kq) – gümüş

Yunan-Roma güləşi: Həsrət Cəfərov (67 kq) – bürünc

Sərbəst güləş: Giorgi Meşvildişvili (125 kq) – bürünc

Maqomedxan Maqomedov (97 kq) – bürünc

Medal qazana bilməyənlər:

Badminton

Edi Reski Dviçayo (kişilər, fərdi), Keişa Fatimə Zəhra (qadınlar, fərdi)

Bədii gimnastika

Zöhrə Ağamirova

Qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)

Batut gimnastikası

Selcan Maqsudova

Sərbəst güləş

Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq)

Yunan-Roma güləşi

Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq)

Qadın güləşi

Mariya Stadnik (50 kq)

Atletika

Anna Skidan, çəkicatma

Boks

Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq)
Məhəmməd Abdullayev (+92 kq)

Atıcılıq

Ruslan Lunyov (10 m, pnevmatik tapança)

Basketbol

Qadın yığması, 3×3 növü

Avarçəkmə

Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)

Triatlon

Rostislav Pevtsov

Qılıncoynatma

Anna Başta, (sablya)

Kamandan oxatma

Yaylagül Ramazanova

Üzgüçülük

Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə

Cüdo

Balabəy Ağayev (kişilər, 60 kq), Yaşar Nəcəfov (kişilər, 66 kq), Zelim Tçkayev (kişilər, 81 kq), Elcan Hacıyev (kişilər, 90 kq), Uşanqi Kokauri (kişilər, +100 kq), Leyla Əliyeva (qadınlar, 48 kq), Gültac Məmmədəliyeva (qadınlar, 52 kq)
 
Ardını oxu...
Fransada Sena çayında üzgüçülük üzrə olimpiya yarışlarına qatılan dörd almaniyalı idmançıdan üçünün səhhətində problemlər yaranıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “DPA” agentliyinə Almaniya Olimpiya İdman Konfederasiyasından məlumat verilib.

Qeyd olunub ki, Almaniyanın iki üzgüçüsü dünən ürəkbulanma, qusma və ishal şikayətləri ilə ambulator müalicə alıblar: “Bu səhər onlar daha yaxşıdır. Bənzər simptomları olan daha bir üzgüçü indi kişilərdən ibarət komandanın həkimləri tərəfindən müalicə olunur”.

Bundan əvvəl, isveçrəli triatlonçular Adrien Briffod və Simon Uestermann, belçikalı atlet Kler Mişel Sena çayında çimdikdən sonra səhhətlərində problemlər yarandığını bəyan etmişdilər.
 
 

 



Ardını oxu...
Paris Olimpiadasının Təşkilat Komitəsi oyunların təşkilində uğur qazansa da, hər şey mükəmməl olmayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyasında Oyunlara hazırlıq üzrə koordinasiya komissiyasının rəhbəri Pyer-Olivye Bekers-Vyejan bildirib.

“Əlbəttə, biz etiraf edirik ki, açığı, hər şey mükəmməl deyildi. Hətta tam hazırlıq və sınaq yarışları keçirilsə də, Oyunlar başlayan kimi bəzi planlar istər-istəməz düzəlişlər tələb edirdi. Bu düzəlişlər, məsələn, nəqliyyat məsələlərində və ya istirahət zonasında baş verdi, bəzi tətbiqlər, əlbəttə ki, hamınızın bildiyiniz kimi, planlaşdırıldığı kimi işləmədi”, – deyə o qeyd edib.
 
 


 
Ardını oxu...
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib.

TEREF təbrik paylaşımını təqdim edir:

“Əhsən! Sizinlə fəxr edirəm!

Əziz gimnastlar, sizin zəhmətiniz, mətanətiniz və ən yaxşı olmaq istəyiniz sayəsində əldə olunan tərəqqi göz qabağındadır! Məharətinizə, qələbə əzminizə və ən mürəkkəb elementləri zərifliklə yerinə yetirdiyinizə görə sağ olun! Sizə yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram! Sizi sevirəm!”.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışlarının qalibi müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, finalda İspaniya millisi Fransa ilə qarşılaşıb.

Görüşün əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda İspaniya yığmasının üzvü Serxio Kamelyonun dublu (100, 120+1) həlledici olub – 5:3. İspaniya komandasından Fermin Lopez də (18, 25) dubla imza atıb. Digər qolu 28-ci dəqiqədə Aleks Baena rəqib qapısından keçirib.

Fransa yığmasından isə Enzo Millot (11), Maqnes Akliuçe (79) və Jan-Filip Mateta (90+3) fərqlənib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
 
Ardını oxu...
"Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam".

Bunu "Report"un Parisə ezam olunmuş əməkdaşına açıqlamasında Fransa paytaxtında keçirilən Yay Olimpiya Oyunlarının gümüş medalını qazanan yunan-Roma güləşçisi Pərviz Nəsibov deyib.

Əslən azərbaycanlı olan Ukrayna təmsilçisi yarışla bağlı təəssüratlarını bölüşüb:

"Qızıl medal qazanmaq istəyirdim. Lakin qismətdə gümüş medal var imiş. Daha çox çalışmaq lazımdır. Düşünürəm ki, tələskənlik qızıl medal qazanmağıma mane oldu. Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam. Heç vaxt ölkəmizin adına xələl gətirəcək nəsə etmərəm. Yarımfinal görüşündə qarşılaşdığım Həsrət Cəfərovla meydanda rəqib ola bilərəm. Güləş xalçasından kənarda dostuq".

Qeyd edək ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Pərviz Nəsibov finalda iranlı Səid Esmaili Leyvesə məğlub olaraq gümüş medalla kifayətlənib.
 

Dünyapress TV

Xəbər lenti