Ardını oxu...
“Renn”in (Fransa) və Türkiyə millisinin üzvü Bertuğ Yıldırım karyerasını İspaniyada davam etdirəcək.
22 yaşlı hücumçu cari mövsümün sonunadək icarə əsasında “Xetafe”də (İspaniya) oynayacaq.
Məlumatı klubun mətbuat xidməti yayıb.
Qeyd edək ki, Bartuğ “Renn”ə ötən ilin yayında “Hatayspor”dan keçib. O, Liqa 1 klubunda 28 matça çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Ardını oxu...
Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.

Siyahıda qitənin 400 klubu yer alıb.

Azərbaycanın dörd komandası ən yaxşılar arasındadır. "Qarabağ” 279 xalla 59-cu pillədə qərarlaşıb.

"Neftçi” 19 xalla 250-ci, "Sabah” 15 xalla 275-cidir. 11 xala malik "Zirə” 299-cudur.

Qeyd edək ki, cədvələ "Real” başçılıq edir – 2362 xal.
Ardını oxu...
Dünən Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib

Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" doğma meydanda "Turan Tovuz"la qarşılaşıb.

"Azersun Arena"da keçirilən matçda qonaqlar qələbə qazanıb - 0:1.

Matçda yeganə qolu 18-ci dəqiqədə Otto Con Ağdam təmsilçisinin qapısından keçirib.

Penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu komandasına 3 xal qazandırıb.
 
Ardını oxu...

Beynəlxalq Olimpiya Komitəsi Paris Olimpiadasında iştirak etmiş Azərbaycan idmançısı Yaylagül Ramazanova ilə bağlı paylaşım edib.

"DogruXeber.az" xəbər verir ki, paylaşımda qeyd edilib:

“Çempion ürəyi, ananın gücü. Yaylagül Ramazanova “Paris-2024”də limitləri yenidən müəyyənləşdirdi”.

Qeyd edək ki, ana olmağa hazırlaşan idmançımızın Olipmpiadanın kamandan oxatma yarışlarında iştirakı bütün dünya mediasının diqqətini cəlb edib. Xarici media nümayəndələri onun bu addımını böyük cəsarət və əsl idmançı əzmkarlığı kimi qiymətləndiriblər. Bir çox beynəlxalq media qurumları Yaylagüldən müsahibə götürmək və onunla reportaj hazırlamaq üçün müraciət ediblər.

Ardını oxu...

 

 
Ardını oxu...
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Dinamo"nun (Zaqreb, Xorvatiya) azarkeşləri üçün Tofiq Bəhramov adına Respublika stadionunda 28-ci sektor ayrılıb.

Rəqib komandanın tərəfdarları üçün bir biletin qiyməti 12 avro (22 manat) təşkil edəcək.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda keçiriləcək. \\Qaynarinfo.Az
 
 
 
Ardını oxu...
Ali Dia hekayəsi futbol dünyasında ən böyük və ən məzəli fırıldaqlardan biri kimi yaddaşlarda qalıb. Təsəvvür edin: 1996-cı il, İngiltərə Premyer Liqası, tribunalar azarkeşlərlə dolu, futbol menecerləri isə ulduz futbolçuları göydən yerə endirməyə çalışır. Elə həmin dövrdə, Ali Dia adlı biri bütün bu sistemin üstündən keçərək, futbol tarixində bənzəri olmayan bir fırıldaqçılıqla hər kəsi aldadır.

Hekayə belə başlayır: Ali Dia adlı gənc tez bir zamanda varlanmağın və məşhur olmağın yollarını axtarır. Qərara gəlir ki, özünü futbolçu kimi təqdim etsin, hansısa kluba transfer olub, müqavilə imzalasın. Beləliklə, bir hiylə düşünür. Amma təbii ki, təkcə hiylə yetərli olmazdı, bunun üçün bir də köməkçi lazım idi. Dostu bu işdə ona yardım edir və özünü məşhur balon dor qalibi Corc Veah kimi təqdim edir. Veahın adından danışan bu dost, İngiltərə Premyer Liqa təmsilçilərindən “Sauthempton”un meneceri Qrem Sunnesə zəng vurur. Telefonda, “Corc Veah" öz əmisioğlunun – yəni Ali Dianın PSJ-də möhtəşəm çıxışlar etdiyini və Seneqal milli komandasının ulduz oyunçusu olduğunu deyir. Belədə Sunnesə jest etdiyini deyən saxta Veah, “qohumunu” Premyer Liqaya göndərmək istədiyini bildirir.
Ardını oxu...
Dövrünün məşhur mütəxəssislərindən olan Sunnes, bu fürsəti qaçırmaq istəməyərək, Ali Dianı komandaya dəvət edir. Komandanın toplanışında iştirak edən seneqallının məşqdəki hərəkətləri qəribə görünür və sınaq müddəti kimi onunla 1 aylıq müqavilə imzalanır.Hətta bir neçə məşqdən sonra Ali Dia Premyer Liqanın bir oyununda şans qazanır. “Sauthempton” üçün oynadığı ilk və son oyun... Dia, “Lids Yunayted”ə qarşı oynanılan oyunda 32-ci dəqiqədə komanda yoldaşı Metyu Le Tizierin zədələnməsi səbəbilə oyuna daxil olur.

Sanki futbolun qaydalarını unudubmuş kimi oynayan Ali Dia ona gələn hər topu demək olar ki, itirir. Bu zaman oyunçular və azarkeşlər nə baş verdiyini anlamaqda çətinlik çəkir.
"Futbolçu"nun meydanda etdiyi gülməli hərəkətlərdən sonra baş məşqçi Sunnes, sonradan oyuna girməsinə baxmayaraq artıq dözə bilmir və onu meydandan çıxarmağa məcbur olur. Ali Dia, Premyer Liqa tarixinin ən qısa müddətli – 53 dəqiqəlik karyerasını başa vurur və dərhal “Sauthempton”dan göndərilir.
Ardını oxu...
“Sauthempton” meneceri Qrem Sunnes sonradan aldadıldığını başa düşür və bu futbol dünyasında əfsanəyə çevrilir, Ali Dia isə bir gecədə futbol tarixinin ən gülməli və ağıllı qəhrəmanına çevrilir.

Qrem Sunnes, Ali Dia haqqında danışarkən, onun meydançadakı çıxışını belə təsvir etmişdi:

"O, sanki buzun üstündə qaçırdı. Meydanda nə edəcəyini bilmirdi. Qətiyyən Premyer Liqada futbol oynamamalı idi. Mənə bir yalan danışıldı və bu yalana inandım. Onunla bağlı heç bir məlumatım yox idi, amma məşqlərdə onu gördükdə düşündüm ki, bəlkə də bir şans vermək olar. Amma yanıldığımı çox tez başa düşdüm..."
Beləliklə, 1996-cı ildə, İngiltərə Premyer Liqasının sıx rəqabətli dünyasında, bir nəfər qısa müddətlik də olsa, parıltılı ulduzların arasına girməyi bacardı. Amma bu, nə böyük bacarıqla, nə sürətlə, nə də möhtəşəm zərbələr ilə oldu. Sadəcə ağıllı bir fırıldaqla baş verdi. Ali Dianın 53 dəqiqəlik Premyer Liqa karyerası, futbol tarixinin ən böyük və ən maraqlı fırıldaqçılıqlarından biri olaraq yadda qaldı. Bu hekayə, futbol dünyasında hələ də gülüş və heyranlıqla xatırlanır, bəlkə də hamımıza bir dərs verir: Bəzən yalanlar da meydanda öz yerini tapa bilər, amma heç vaxt uzun müddət davam gətirməz.
apasport.az
 
Ardını oxu...
“Give me Sport” futbol tarixinin ən yaxşı mərkəz hücumçularının reytinqini dərc edib.
Qaynarinfo xəbər verir ki, siyahının birinci pilləsində braziliyalı Pele qərarlaşıb.
İkinci yeri macar Ferens Puşkaş, üçüncü sıranı alman Herd Müller tutub.
İlk “beşlik”də həmçinin braziliyalı Romario və portuqaliyalı Eysebio yer alıb. Reytinqin hazırlanmasında fərdi göstəricilər nəzərə alınıb: qollar, kuboklar, “Qızıl top”lar.
Qeyd edək ki, Pele 2022-ci il dekabrın 29-da uzun sürən xəstəlik nəticəsində vəfat edib.
Onu da qeyd edək ki, ilk “20-lik”də nə Lionel Messi, nə Kriştianu Ronaldu, nə də Argentina futbolunun əfsanəsi Dieqo Maradona yer alıb.
Ardını oxu...
Türkiyənin voleybol üzrə milli komandasının məşhur oyunçusu ​Ebrar Karakurt atasının toyundakı rəqsi ilə gündəm olub.

Referans.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

24 yaşlı voleybolçu nikah masasına əyləşən atası İsmail Karakurtla roman rəqsi oynayıb.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
"Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçını (3:0) “Maksimir” stadionundan canlı izləyib.

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, o, oyundan sonra görüş barədə fikirlərini açıqlayıb:

“Komandamın hər bir futbolçusu, heyətin hər bir üzvü mənim üçün qəhrəmandır. Onlarla qürur duyuram. Oyunun əvvəlində hesaba alınmayan qol da vurduq. Bundan sonra hamımız həyəcanlandıq. Dəfələrlə qol imkanları da yaratdıq. Heyf ki, şans bizim tərəfimizdə olmadı. Bir Azərbaycan klubunun Avropanın futbol ölkəsi sayılan Xorvatiyada yerli liqanın çempionuna qarşı sərgilədiyi oyun, rəqibdən çəkinməməsi, qorxmadan həmişə hücuma keçməsi kimi dəyərlər bizi çox qürurlandırdı. Mən komandamın yanında idim. “Qarabağ” klubunun bir parçası olmaq hissini sözlərlə ifadə etmək mümkün deyil. Bunu anlamaq üçün “Qarabağ”lı olmaq və “Qarabağ”la yaşamaq lazımdır”.

T.Gözəl heyətin gücləndirilməsi məsələsinə də toxunub:

“Mən hər zaman komandamın yanındayam. Komandamızın güclənməsi üçün hər bir işi görürük və görəcəyik. Texniki heyətin tələbinə uyğun olaraq lazım olan transferləri gerçəkləşdirməyə hazıram”.

O, avqustun 28-də keçiriləcək cavab görüşünü izləyə bilməyəcəyinə təəssüfləndiyini qeyd edib:

“Ona heyfsilənirəm ki, Bakıdakı oyunda komandamın yanında olmayacağam. Mənim də öz öhdəliklərim var və COP29-la bağlı görüşlər çərçivəsində ölkə xaricində olmaq məcburiyyətindəyəm. Amma biz bir komandayıq və inanırıq ki, Azərbaycanda da yenə gözəl oyun nümayiş etdirəcəyik. Nəticədən asılı olmayaraq, Azərbaycan xalqını qürurlandıracağıq”.
 
Ardını oxu...
"Qarabağ"la bağlı matçdan əvvəl dediklərim bu görüşdə öz təsdiqini tapdı".

"Report" xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" klubunun (Zaqreb) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis 3:0 hesabı ilə qazanılan qələbəni şərh edib:

"Futbolçularımı təbrik edirəm. Qarşılaşmanı yüksək səviyyədə keçirdik. Lakin rəqibimiz heç də zəif deyildi. "Qarabağ"la bağlı matçdan əvvəl dediklərim bu görüşdə öz təsdiqini tapdı. Biz hesabda 1:0 öndə olarkən rəqib üstünlüyü ələ almışdı. Rəqib komanda imkan tapanda çox yaxşı oyun sərgiləyir. 60-cı dəqiqəyə qədər müdafiədə boşluqlar verirdik. Lakin sonradan ərazi üstünlüyü yenidən bizə keçdi. Hətta qarşılaşmanın son anlarında bir neçə dəfə qol imkanını boşa verdik".

Qeyd edək ki, "Qarabağ" və "Dinamo" komandaları arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
 

Dünyapress TV

Xəbər lenti