"Araz-Naxçıvan" son beş səfər matçında qapısını toxunulmaz saxladığı üçün "Fiorentina" ilə rekordu əlində saxlayır.
Oxu.Az xəbər verir ki, oktyabrın 5-də "Sabah"la görüşdə (1:1) qol buraxan Elmar Baxşıyevin komandası 65 gündür qapısını meydan sahiblərinin üzünə "tilsimləyib". Bu müddətdə "Araz-Naxçıvan" rəqib meydanlarında xal da itirməyib.
"Şamaxı", "Neftçi" və "Zirə"ni bir, "Kəpəz"lə "Səbail"i iki qolla üstələyən Baxşıyevin yetirmələri dekabrın 22-də "Qarabağ"ın qonağı olacaqlar. Yüksək liqa klublarından yalnız "Fiorentina"nın davam edən oxşar seriyası var.
Florensiya təmsilçisi A seriyasındakı son 5 səfər oyununda qapısını toxunulmaz saxlaya bilib. Sentyabrın 15-də "Atalanta"ya 3:2 hesabı ilə uduzan "bənövşəyilər" həmin matçdan sonra qonaqlara qol sevinci yaşatmayıb.
Naxçıvan klubundan fərqli olaraq, İtaliya təmsilçisi xal itkisi görüb. "Empoli" ilə heç-heçə edən komanda ardınca "Leççe"ni 6, "Cenoa" və "Torino"nu bir, "Komo"nu iki qolla məğlubiyyətə uğradıb.
Qeyd edək ki, "Fiorentina" növbəti səfər matçında "Bolonya"nın qonağı olacaq.