Tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov Kiyevə, Stepan Banderanın Ukraynadakı davamçılarına nifrət etməsinin səbəbini açıqlayıb.
Axar.az xəbər verir ki, Solovyov bunu “Rossiya 1” telekanalındakı çıxışında deyib.
“Bəziləri deyir ki, mənim bütün Ukrayna xalqından zəhləm gedir, amma bu, belə deyil. Mən rəsmi Kiyevə və Stepan Banderanın Ukraynadakı davamçılarına nifrət edirəm. Çünki Bandera və onun ordusu Böyük Vətən müharibəsi zamanı mənim ailə üzüvlərinin bir qismini qətlə yetiriblər. Onlar diri-diri torpağa basdırılıb. Bilirsiz hansı səbəbə görə? Yəhudi olduqları üçün... Mənim Şoltsu Hitler kimi səsləndirdiyim videonu bütün dünya müzakirə edir. Məndən soruşurlar “Niyə belə etmişəm?” Cavab verirəm: Çünki banderləri Ukraynada dəstəkləyən Şoltsu yalnız Hitler kimi səsləndirmək lazımdır”, - deyə o qeyd edib.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ŞPŞ-nin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Novruzov saxlanılıb. Şöbə əməkdaşları tərəfindən həmin şəxsə məxsus “Porsche Cayenne” markalı avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən 1 ədəd avtomat, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb. G.Novruzov izahatında silah və sursatı bir müddət əvvəl şəhər ərazisindən tapdığını və qanunsuz olaraq saxladığını bildirib. Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq - təkrar törədildikdə) və 177.2.3 (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə axtarışda olan şəhər sakini Nizami Qasımov da şəhər ərazisində saxlanılıb. Saxlanılan zaman isə həmin şəxsdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. Hər iki faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.
“Ev tikmək istəyirəm. Bunun üçün hara müraciət etməliyəm, kimdən icazə almalıyam?”
Bu cür problemlə qarışlaşan vətəndaşların sayı yetərincədir. Sakinlərin öz hüquqlarını və qanunu bilməməsi tikinti ilə bağlı icra hakimiyyətinin qeyri-qanuni tələblərinin normaya çevrilməsinə səbəb olur.
Bəs şəhərsalma və tikinti məcəlləsinə görə, bu proses necə həyata keçirilir? Bütün norma və qaydalara uyğun, sənədi olan torpaq sahəsində ev tikmək üçün icazə lazımdırmı?
Türkiyənin Adana şəhərində patrul xidməti göstərən polis qrupları küçədə naməlum şəxsdən şübhələnib.
Şübhəli şəxsə “dayan” xəbərdarlığı edilib. O, xəbərdarlığa əməl etməyib və qaçmağa başlayıb. Polis onu təqib etməyə başlayıb.
Şübhəli küçədə üç mərtəbəli binanın damına çıxaraq qapını kilidləyib. Bu vaxt o, belindəki tapançanı çıxarıb və damda oturan 14 yaşlı uşağı girov götürüb.
Bölgəyə çoxlu sayda xüsusi əməliyyat polisləri göndərilib.
Polisin 2 saatlıq səylərindən sonra şübhəli silahını yerə ataraq təslim olub.
Əsir alınmış uşaq xilas edilib. Şübhəli şəxs ifadəsi alınması üçün polis bölməsinə aparılıb.
Bu gün Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.
Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən xəbərə görə, bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib. Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.
Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev Bakı restoranlarındakı bahalıqdan şikayətlənib.
Gununsesi.info-nun xəbərinə görə, tanınmış diplomat bu barədə özünün sosial şəbəkə hesabında yazıb.
Onun qeydlərini təqdim edirik:
Yüksək materiyanı bir tərəfə qoyaq. Marks deyirdi ki, insanlar yüksək materiya ilə məşğul olmazdan əvvəl yeməli, içməli və geyməlidirlər. Varşavanın mərkəzində üç seçimdən birini edib 10 manata belə müxtəlif çeşidli səhər yeməyi yemək mümkündür. Üstəlik kofe, yaxud çay da verirlər. Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək mümkündür. Düzdür, yanında iki mikroskopik ölçülü qurabiyə də verirlər. Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir…”
Türkiyədə gözəllik salonlarında bəzi prosedurların edilməsinə qadağa qoyulub. Bakupost.az Türkiyə mətbuatına istinadən bildirir ki, bununla bağlı olaraq Məssisənin Açılması və İş Lisenziyaları haqqında Əsasnaməyə dəyişiklik edilib. Dəyişikliyə əsasən, lazer və ya IPL (Güclü İmpulslu İşıq) həyata keçirilən sızanaqların müalicəsi, dərinin cavanlaşması, varikozların aradan qaldırılması, piqmentli lezyonların yox edilməsi kimi tibbi prosedurlar artıq gözəllik salonlarında həyata keçirilməyəcək. Ancaq qalıcı makiyajı belə yerlərdə etdirmək olacaq. Bu barədə qərar "Rəsmi Qəzet"də dərc olunduqdan sonra qüvvəyə minib.
Rusiyanın Moskva vilayətinin Puşkino şəhərində miqrantlar arasında dava və silahlı atışma olub. Ətrafda yaşayan sakinlər insidenti telefonlarına çəkərək ictimailəşdiriblər.
Qeyd olunur ki, atışma nəticəsində güllə yarası alaraq yaralanan şəxsdən başqa, digərləri qaçaraq hadisə yerindən uzaqlaşıblar.
Polis və Rusiya Milli Qvardiyasının hərbçiləri hadisə yerinə gəliblər.
Hazırda qaçaraq hadisə yerindən uzaqlaşmış şəxslərin axtarışı aparılır.