Ardını oxu...
Cəlilabad rayonunda pay torpağı üstündə düşən mübahisə davaya səbəb olub.

Report”un məlumatına görə, hadisə Axtaxana kəndində baş verib.

Belə ki, kənd sakini, V.Sadıqov pay torpağı üstündə yaranan mübahisə zamanı həmkəndlisi E.Məmmədovu döyərək ona xəsarət yetirib.

E. Məmmədovun qardaşı isə yaranan mübahisə zəminində V.Sadıqovun qardaşı oğlu, 2005-ci il təvəllüdlü A.S-nı döyüb.

Hər iki xəsarət alana xəstəxanada tibbi yardım göstərilib.

Məsələ ilə bağlı sorğumuza DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hər iki faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
 
Ardını oxu...
Daşkəsəndə güllələnmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Astaf kəndindəki meşədə qeydə alınıb. Elfaq Abbasov güllə yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, E.Abbasov atası tərəfindən ov tüfəngi ilə güllələnib.

Hadisə vaxtı hər iki şəxsin sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Abşeron rayonunda intihar hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xırdalanda, "Gənclər şəhərciyi"ndə qeydə alınıb. Belə ki, 11-ci sinif şagirdi özünü binadan ataraq intihar edib.

Çoxmərtəbəli binadan düşən 15 yaşlı məktəbli hadisə yerində ölüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, şagirdin psixoloji problemləri olub.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna 2 il 7 ay 15 gün həbs cəzası verilib.

Əkrəm İmamoğlu Yüksək Seçki Qurumunun üzvlərini təhqir etdiyi üçün barəsində müvafiq qərar qəbul edilib.

Əkrəm İmamoğlunun qərardan şikayət etmək hüququ var. Qərar yuxarı instansiya məhkəmələrinin təsdiqindən sonra qüvvəyə minəcək.
 
Ardını oxu...
Vaxtı ilə hakimiyyətdə yüksək postlarda təmsil olunmuş, sonrakı illərdə isə mövqelərini dəyişərək iqtidarın rəqiblərinə çevrilmiş məmurların əksəriyyəti ya yenidən əvvəlki mövqelərinə qayıdıblar, ya da iqtidara "konstruktiv müxalifət” rolunu oynamağa başlayıblar.

Siyahı kifayət qədər geniş və zəngindir: Prezidentin sabiq köməkçisi Eldar Namazov, keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli, keçmiş dövlət katibi Lalə Şövkət, keçmiş Səhiyyə naziri Əli İnsanov və sair. Həmçinin, mərhum Prezident Ayaz Mütəllibovun ölkəyə qayıtmasını, eks-prezidentlər haqqında qanunun ona və ailəsinə şamil olunmasını da xatırlatmaq yerinə düşər.

Bu gün sözügedən şəxslərə hər hansı məhdudiyyət yoxdur, hətta iqtidar və dövlət mediasının tribunaları da onlar üçün açıqdır. Onlar dövlət tədbirlərinə dəvət alır, hökumətin yürütdüyü daxili və xarici siyasəti müdafiə edirlər.

Bu zümrənin içində nədənsə hakimiyyətə qarşı "silahı çoxdan yerə qoyub”, Prezident İlham Əliyevi dəstəkləyən eks-spiker Rəsul Quliyev gözə dəymir. Baxmayaraq ki, o, bəzi həmkarlarından daha əvvəl müxaliflik etmək fikrindən daşınıb, çoxsaylı açıqlamalarında hakimiyyət rəhbərliyinə reveranslar edib.

Bu günlərdə tanınmış kinorejissor Eldəniz Quliyev tərəfindən R.Quliyevin 75 illik yubileyi ilə əlaqədər hazırlanmış sənədli filmdə eks-spikerin, onun haqqında fikir söyləyən ziyalıların, eləcə də R.Quliyevin yaxınlarının dilindən bu cür çağırışlar səslənir. Onun ölkəyə qayıdışına "yaşıl işıq” yandırılmasının vacibliyi xüsusi ilə qeyd olunur.

Rəsul Quliyev özü isə Azərbaycan Prezidenti haqqında "İlham Əliyev Azərbaycan xalqının qəhrəmanıdır” ifadəsini işlətməklə keçmişdəki bütün umu-küsülərinin üstündən xətt çəkdiyini göstərir. Vurğulamaq yerinə düşər ki, onun hakimiyyətə dəstək mövqeyi bir çox kolleqalarından fərqli olaraq açıq, ardıcıl və səmimi təsir bağışlayır.

Bəs, Rəsul Quliyev ölkəyə qayıdarsa, onu nə gözləyir? Təxminən 30 il əvvəlki fəaliyyətini əhatə edən cinayət işi hələ də qüvvədədirmi?

Sabiq parlament sədrinin vəkili olmuş Osman Kazımov "AzPolitika.info”ya bildirib ki, R.Quliyev haqqında ötən əsrin 90-cı illərində açılmış cinayət işinin istintaqı dayandırılıb. Eks-spiker külli miqdarda dövlət əmlakını mənimsəmə və ələ keçirmə maddəsi ilə təqsirli bilinib: "Hazırda onun istintaqdan yayınması ilə əlaqədər cinayət işinin istitntaqı dayandırılıb, barəsində axtarış və həbsetmə qərarı verilib. Əgər ölkəyə qayıdarsa, istintaqın dayandırılması ilə bağlı qərar ləğv olunacaq və cinayət təqibi davam etdiriləcək”.

Beləliklə, R.Quliyevin ölkəyə qayıdışı ancaq siyasi razılıq əsasında baş tuta bilər. Onun iqtidara reveranslarının, xüsusi ilə özü haqda sənədli filmdə səsləndirdiyi mövqeyinin hakimiyyət rəhbərliyində dəyərləndirilib-dəyərləndirilməyəcəyini zaman göstərəcək.

Ehtimal etmək olar ki, eks-spiker də digər keçmiş hakimiyyət kolleqaları kimi bağışlana, 2023-cü ildə onun ölkəyə dönüşünə şərait yaradıla bilər. Amma onun uzun müddət Azərbaycanda qalması da real görünmür. Çünki ötən 26 ildə ABŞ-da məskunlaşmış və yəqin ki, müəyyən mənada Amerika cəmiyyətinə inteqrasiya olunmuş Quliyevlərin yenidən Azərbaycanda həyat qurması inandırıcı görünmür.

Eks-spiker yəqin ki, ölkəsinə qayıtmağa can atır, burada daimi yaşamağa yox. O, sadəcə iqtidarla düşmənçilik səhifəsini bağlayıb ömrünün ahıl çağlarını rahat yaşamağa çalışır..
 
Ardını oxu...
İşləmək üçün getdikləri ölkədə narkotik alveri ilə məğul olduğu deyilən 3 türk edam cəzasına məhkum edilib.
Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə sözügedən vətəndaşları ilə bağlı işə başlayıb.Məlumata görə, Hatayın Samandağ rayonundan işləmək üçün getdikləri Səudiyyə Ərəbistanında narkotik ticarəti ilə bağlı mühakimə olunan və edam cəzasına məhkum edilən 3 türkə görə Türkiyə müdaxilə edib. Prezident Ərdoğanın Səudiyyə rəsmiləri ilə danışdığı və vətəndaşların Türkiyəyə ekstradisiyasında mühüm irəliləyiş əldə edildiyi bildirilib.

Türkiyəli millət vəkili Hüseyn Yayman vətəndaşlarının tezliklə Türkiyəyə gətirilməsi ilə bağlı işlər görüldüyünü qeyd edib.
 
Ardını oxu...
Sinqapurda bank işçisi qadınların ətəklərin altını videoya çəkib. O, yalnız kameranı kişinin ətəyinin altına tuşlayarkən yaxalanıb.

Teref.az bildirir ki, bu barədə "Asia One" xəbər verib.

2018-ci ilin əvvəlində 43 yaşlı bank işçisi Leonard Tan Sun Huey ictimai nəqliyyat stansiyalarında, qatarlarda və Sinqapurun "Marina Bay" bölgəsindəki iş yerində qadınların ətəkləri altında gizli videolar çəkməyə başlayıb. Cəmi 18 ay ərzində o, mobil telefondan istifadə edərək 400-dən çox video çəkib. Qurbanların bir çoxunun şəxsiyyəti hələlik müəyyən edilməyib.

5 sentyabr 2019-cu il tarixində Tan eskalatorda gedərkən başqa bir qurbanı - qadın paltarı geyinmiş 33 yaşlı kişini gördü. "Təqsirləndirilən şəxs ona yaxınlaşaraq eskalatorda arxasında dayanıb. O, telefonla iki video çəkib", - prokurorun müavini Coşua Fanq bildirib.

Hadisə şahidi baş verənlərə diqqət çəkərək polisə xəbər verib. Bundan sonra Tan saxlanılıb və ondan iki mobil telefon götürülüb. Məhkəmə prosesində o, qadınların namusunu alçaltmada iki, təqibdə isə bir fakt üzrə təqsirli bilinib və 8 ay müddətinə azadlıqdan məhrum edilib.(milli.az)

 
Ardını oxu...
Baş Prokurorluqda Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti Orqanlarının İstintaqına Nəzarət İdarəsinin rəisi Ramil Məcidovun işdən çıxarılma səbəbi məlum olub.

TEREF.AZ xəbər verir ki, R.Məcidov vəzifə səlahiyyətlərini normal yerinə yetirə bilmədiyi və bir sıra uyğunsuz hərəkətlərinə görə işdən çıxarılıb. Bildirilir ki, o, səhər saatlarında iş otağına daxil olandan sonra heç kimi qəbul etmirmiş və bir neçə saat kabinetin qapısını qeyri-müəyyən səbəblərdən bağlı saxlayırmış.

Bundan əlavə, onun şəxsi həyatında da prokurorluq orqanının general rütbəli məmuruna uyğun olmayan məqamların olduğu bildirilir. R.Məcidov 4 övladı olan həyat yoldaşından ayrılıb. Buna səbəb də onun ailə münasibətlərinə zidd hərəkətləri olub. Onun Solmaz Xəlilova adlı bir xanımdan nikahdankənar qız övladının olduğu da bildirilir. Son günlər isə R.Məcidovun erməni əsilli Lalə adlı bir qadınla münasibətdə olduğu da bildirilir.

Güman edilir ki, məhz bu səbəblərə görə Baş Prokuror Kamran Əliyev haqlı olaraq R.Məcidovun vəzifədən kənarlaşdırılması barədə qərar verib.

Ramil Məcidov Göyçay rayonunun sabiq icra başçısı Mehdi Səlimzadənin oğlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun isə keçmiş kürəkənidir.

(unikal.org)
 
 
 
Ardını oxu...
Lənkəranın səfalı təbiəti, tarixi abidələri və mədəni mühitindən çox danışmaq olar.

Təbii ki, şəhərin gündüzləri qədər gecələri də cazibədardır. Çünki işıq dirəklərinin və gecə fənərlərinin çoxluq təşkil etməsi şəhərin gecələrinə xüsusi gözəllik qatır.

Lakin bu şəhərin gecələri saat 12-dən sonra öz gözəlliyini itirməyə başlayır. Çünki saat 12-ni keçən kimi şəhər qaranlığa qərq olur və adam nəinki qarşısındakını, heç ayağının altındakını da görə bilmir. Bu da sakinlər üçün ciddi problemlərə yol açır.

Lənkəran şəhər işıqlandırma müəssisəsinin rəisi Seyran Şərifov bu halın maddi çatışmazlıq səbəbindən yaşandığını qeyd edib.

Bildirib ki, növbəti il üçün maliyyə vəsaiti nəzərdə tutulub və təsdiq edilərsə, şəhərdə elektrik enerjisi səhərədək veriləcək.

Daha ətraflı süjetdə:

 

Dünyapress TV

Xəbər lenti