Ardını oxu...
Mədəniyyət naziri Anar Kərimovun vəzifədən azad edilməsi səs-küysüz ötüşmədi. Belə ki, Anar Kərimovun nazir kürsüsündə 2 il belə otura bilməməsi müzakirələr yol açdı.

DİA.AZ Yenisabah.az-a istinadla bildirir ki, keçmiş nazirin fəaliyyəti ilə bağlı narazılıq son vaxtlar daha da güclənmişdi. Mədəniyyət nazirinin ölkənin tanınmış mədəniyyət adamlarını tanımaması, korifey sənətkarlardan danışarkən ciddi səhvlərə yol verməsi, tabeliyində olan şəxslərin, hətta müavininin korrupsiyaya bulaşmasına göz yumması onun karyerasının uzun olmayacağını düşünməyə əsas verirdi. Amma Kərimovun vəzifədən bu qədər tez getməsi isə gözlənilməz oldu.

Qeyd edək ki, Anar Kərimovun işdən çıxarılması ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Ötən gün “Qafqazinfo” maraqlı iddia ilə çıxış edib. Saytın yazdığına görə, nazir həddini aşdığı üçün istefaya göndərilib. Bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbirlərin birinə qatılan Anar Kərimovun xanımı ilə sarayda, adətən, dövlət başçısının oturması üçün nəzərdə tutulan və protokol hesab edilən sırada əyləşdiyi bildirilir. Deyilənə görə, həmin yerin Prezident sırası olduğu haqda xəbərdarlıq edilsə də, o, məhəl qoymayaraq, kreslonun üstündəki örtüyü açdırıb və israrla orada oturub.

“Yeni Sabah” xatırladır ki, həmin tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov da iştirak edib. O da nazir həmkarı kimi, xanımı ilə birlikdə Prezident sırası olduğu deyilən yerdə əyləşib. Yəni Anar Kərimovun etdiyi səhvi İnam Kərimov da təkrarlayıb.

Anar Kərimov səhvinin bədəlini nazir kreslosu ilə vidalaşmaqla ödədi. Bəs İnam Kərimovzun cəzası nə olacaq?

Yəqin ki, bunu da yaxın günlərdə biləcəyik...
Ardını oxu...
Əmlakları qumarda uduzdu, məhkəmənin qarşısında yatan qardaşı donub öldü
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Mövsüm Mövsümovun məhkəməsi başa çatıb.

Mövsüm Mövsümov tanışı Nabil Zeynalovu məktəb tikintisinə görə elan edilmiş tenderin qalibi edəcəyinə söz verib. Buna görə ondan 240 min manat alıb. Qısa müddətdən sonra Nabil Zeynalov aldadıldığını anlayıb və hüquq-mühafizə orqanlarına şikayət edib.

Bu cinayət işi məhkəmədə araşdırılarkən Nabil Zeynalov ifadəsində göstərib ki, Mövsüm Mövsümov onun tələbə yoldaşı olub, uzun zamandan sonra təsadüfən qarşılaşıblar. Daha doğrusu, keçmiş tələbə yoldaşının ona zəng vuraraq anasının vəfat etdiyini bildirməsi Nabil Zeynalovu kədərləndirib. Həmin vaxtdan da keçmiş tələbələrin dostluq münasibətləri təzələnib: “Təxminən 2 ay sonra yanımda bir söhbət açdı. Dedi ki, Təhsil Nazirliyi ilə əlaqəsi olan bir şirkətə işə düzəlib. Şirkətin rəhbərliyi ilə görüşməlidir. Mən onu öz maşınımla Xətai metrostansiyası yaxınlığındakı “Ağa Plaza”ya apardım, guya şirkət rəhbəri orada onu gözləyirmiş”.

Tez-tez görüşdüklərini deyən zərərçəkmiş Mövsüm Mövsümovun ona şirkətin Təhsil Nazirliyinin tabeliyindəki məktəblərin təchizat məsələləriylə məşğul olduğunu söyləyib:

“Hətta bir neçə dəfə telefonda görüntülü zəng vurub, mənə anbardan parta və stulların daşınmasını da göstərib. Əvvəl təklif etdi ki, pul qoy, təchizat işləriylə məşğul olaq. Dedim, mənim belə işlərdən başım çıxmır. Tikinti sahəsi olsa, pul buraxmaq olar, qazanclı yerdir”.

Nabil Zeynalov məhkəməyə deyib ki, başına nə gəlibsə, bundan sonra gəlib. Onun sözlərinə görə, dostu görüşlərin birində ona Təhsil Nazirliyində tender məsələlərinə baxan yaxın adamı olduğundan, 2020-ci ilin oktyabrında Şəkidə smetası 6 milyon 200 min manat olan məktəb tikintisi ilə bağlı tender elanından danışıb. Mövsüm Mövsümov həmin tenderi qazanmaq üçün əvvəlcədən 400 min manat rüşvət vermək lazım gəldiyini, Nabil Zeynalovsa razılaşdığını bildirib:

“Dedim, bu başdan 240 min manat, tenderi udandan sonra qalan pulu verməklə bu işə girişə bilərəm. Noyabrın 30-da Mövsüm zəng vurub pulu istədi. Sabahı gün oğluma zəng vurub əvvəlcədən paketlədiyim 100 min dolları və 70 min manatı gətirməsini tapşırdım. Oğlum və Mövsümlə “Qəbələ” restoranında görüşüb nahar elədik. Birlikdə Ağ şəhərə getdik, çünki Mövsüm demişdi ki, pulu bu işlərdə bizə kömək edəcək Paşa adlı dostuna verməliyik. Bizi bir binanın altındakı qaraja apardı, dedi ki, Paşa bu binada yaşayır. Elə qarajda oğluma tapşırdım, pulu bizim maşından götürüb, Mövsümün maşınına qoydu. Guya biz gedəndən sonra evə qalxıb pulları Paşaya verəcəkdi, bir həftə ərzində də bütün sənədləşmələr olacaqdı”.

Onun sözlərinə görə, bir neçə gün sonra Mövsümov zənglərə ya cavab verməyib, ya da vacib görüşdə olduğunu bildirərək telefonu qapadırmış. Daha sonra isə yerli-dibli zənglərə cavab verməyib. O zaman dostunun evinə gedib və binanın komendantından öyrənib ki, Mövsümov Kiyevdədir:

“Sonra başa düşmüşəm ki, Mövsüm çoxdan gedibmiş, telefonu da rominqdəymiş. Nə qədər zəng vurdumsa, daha mənə cavab vermədi, araşdırdım ki, heç belə bir iş də yox imiş, məni aldadıb”.

Mövsüm Mövsümov da məhkəmədə ifadə verib. O, deyib ki, Nabil Zeynalovdan aldığı pulları onlayn kazinoda uduzub: “Mobil telefonum vasitəsiylə kazino oyunlarına girişmişdim. O pulun 10 min manatını elə Nabildən götürdüyüm gün uduzmuşam. Sonra daha çox hissəsini uduzdum, əlimdə cəmi 43 min manat qalmışdı. Nabildən canımı qurtarmaq üçün Ukraynaya getdim, düşündüm ki, əlimdə qalan pulla iş qurub, yavaş-yavaş Nabilin pulunu qaytararam. O da alınmadı. Nabil məndən şikayət etmişdi deyə, həbs olundum, Bakıya göndərildim”.

Mövsüm Mövsümov məhkəmənin hökmüylə 8 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq təxminən bir neçə ay idi ki, jurnalistlər məhkəmə qapılarının bu tayında – binanın qarşısındakı parkda onun qardaşı Sənanın acı hekayətiylə üz-üzə qalmışdı. Sənan Mövsümov məhkəmə başlayan gündən parkdakı skamyada yatırdı. O, aylarla məhkəmə binasının içərisinə keçmək istəsə də, nəzarətçilər imkan vermirdi.

Sənan Mövsümov Toplum TV-yə açıqlamasında qardaşına nifrətindən danışmışdı: “Atam çox imkanlı idi. Başqa bir qadınla evlənib, Rusiyaya köçmüşdü. Bütün varını, əmlakını bizə buraxmışdı. Əmlaklarımız milyon manatla ölçülürdü. Qardaşım bütün əmlaklarımızı, pulumuzu həm real, həm də onlayn qumar oyunlarında uduzmuşdu. Qapımızı o qədər adam döyürdü ki... Biz tamamilə evsiz-eşiksiz, pulsuz qaldıq. İki il əvvəl anamın ürəyi dözmədi, onu itirdim. Həmin vaxtdan qarşıma məqsəd qoydum ki, qardaşıma əlim harda çatsa, ondan qisas alacam”.

Anasının ölümündən sonra küçələrdə gecələyən Sənan Mövsümov onda spirtli içkilərə aludəçilik yarandığını, düşdüyü durumla barışa bilmədiyini bildirmişdi: “Binəqədinin Mühafizə Xidmətinin rəisi olmuşam, ondan əvvəlsə bir neçə bankda baş mühafizəçi işləmişəm, idmançı olmuşam”.

Sənan Mövsümova hər kəs hörmətlə davranırdı. Hər gün məhkəmə binasından çıxan nəzarətçilər onunla salamlaşır, hal-əhval tutur, yemək, qalmağa yer təklif etsələr də, o, imtina edirdi. Yaxınlıqdakı yeməkxananın sahibi ona hər gün pulsuz yemək yeməsi üçün talon da vermişdi. Sənan Mövsümov yeməyi alıb, küçədəki başqa ac insanlar arasında dağıdırdı. Həmin ərazidə işləyən bir satıcı isə deyirdi: “Adam çox hörmətlidir, abırlıdır, təmizkardır. Bakı İstintaq Təcridxanasının rəisi ona dolanışıq üçün pul göndərib. Polislər hörmətlə yanaşır. Çoxu ilə əvvəllər iş yoldaşı olub. Yanına arada vəzifəli adamlar gəlir, xahiş edirlər ki, aparıb hansısa evə yerləşdirsinlər. O isə qardaşının məhkəməsi bitməyincə burdan heç yerə getməyəcəyini deyir. Ümidlənib ki, nə vaxtsa qardaşıyla buralarda üzləşəcək, ondan qisas alacaq”.

Aylardı məhkəmə qarşısından uzaqlaşmayan Sənan Mövsümovu sonuncu dəfə yerində görmədim. Maraqlananda məhkəməyə gələn jurnalistlərdən öyrəndim ki, bir neçə gün əvvəl elə oradaca soyuqdan canını tapşırıb. Təcili yardım maşını gəlib, cəsədi ərazidən götürülüb.

Toplum TV
 
 
 
Ardını oxu...
Məlum olduğu kimi, bir çox xəbər portalları Vasif Talıbovun Naxçıvanda olmasına baxmayaraq, Ali Məclisin son iclasına qatılmadığını, səsvermə zamanı orada olmadığını, hətta səhhətinin pisləşdiyini yazıb.

“AzPolitika.info” isə özünün Naxçıvandakı mənbələrinə istinadla xəbər verir ki, ötən gün vəzifəsindən “səhhətinə görə” istefa verən Vasif Talıbov, ərizəsi səsverməyə çıxarılan zaman Naxçıvan Ali Məclisinin binasında olub.

Qeyd olunur ki, Talıbov həmin gün səhər saatlarından Ali Məclis binasındakı iş kabinetində oturub. Özü səsvermədə iştirak etməyən sabiq Ali Məclis sədri təxminən axşam saat 19-a kimi kabinetindən çıxmayıb. Yalnız hava qaralandan sonra artıq keçmiş iş yerindən və kreslosundan ayrılan Talıbov Ali Məclis binasını arxa qapıdan tərk edib və orada onu gözləyən oğlu Seymurun avtomobilinə minərək, uzaqlaşıb.

Təbii ki, Talıbovun Ali Məclis binasını arxa qapıdan tərk etməsi və hətta bunun üçün havanın qaralmasını gözləməsi təsadüfi deyil. Görünür, mənəvi-psixoloji durumu və siyasi mədəniyyət səviyyəsi özünün verdiyi istefa ərizəsi müzakirə edilən iclasda iştirak etməsinə imkan verməyən Talıbov, həm də insanların arasına çıxmağa cəsarət və “üz” tapa bilməyib...

Yeri gəlmişkən, hazırda xüsusilə də Naxçıvanda Vasif Talıbovun bundan sonra harada yaşayacağına dair müzakirələrə tez-tez rast gəlinir. Sual olunur ki, Talıbov indiyə qədər Naxçıvan əhalisinə etdiklərinin müqabilində, camaatın ona hansı münasibəti göstərəcəyinə dair nə düşünür?

Bu “baqajla” Naxçıvanda yaşamağı gözə ala bilirmi? Bundan sonra naxçıvanlıların qarşısına artıq “cənab sədr” ədalarından məhrum edilmiş sıravi vətəndaş qismində çıxa biləcəkmi? Hər halda, Ali Məclis binasını qaranlıq vaxtı, arxa qapıdan tərk etməsi onun Naxçıvanda yaşamaq həvəsində və imkanında olmadığının göstəricisi sayıla bilər...

P. S. Yeri gəlmişkən, dünən Naxçıvanda restoranlarda bir dənə də olsun boş masa tapılmayıb. Naxçıvanda Talıbovların erasının bitiməsi coşqu ilə qeyd olunub...
 
 

Ardını oxu...
Bakıda Adəm Zindani kimi tanınan heykəltaraş Adəm İsmayılov Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə həbs olunub.

Teref.az yazır ki, “Qafqazinfo”nun məlumatına görə, 1978-ci il təvəllüdlü heykəltaraş sevdiyi qadını şantaj etdiyi üçün hakim qarşısına çıxarılıb.

O, Cinayət Məcəlləsinin 151 (Seksual xarakterli hərəkətlərə məcbur etmə), 156.1 (Şəxsi həyatın toxunulmazlığını pozma) və 176-1.1-ci ( Qadını nikaha daxil olmağa məcbur etmə) maddələri ilə ittiham olunub.

Məhkəmədə Adəm İsmayılov ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilib.

Məlum olub ki, o, zərərçəkmiş Nigar Qasımova (ad-soyad şərtidir) ilə 2017-ci ildə tanış olub.

Cinayət hadisəsinə gəlincə, Adəm 2021-ci ilin dekabrında özünə məxsus emalatxanada Nigara qarşı seksual hərəkətlər edib və bunu gizli olaraq telefonu ilə lentə alıb. O, növbəti dəfə Nigarı münasibətə dəvət etsə də, qadın bundan imtina edib.

Adəm buna cavab olaraq, lentə aldığı görüntüləri Nigara göndərərək onu hədələyib. O, bir müddət sonra ona ya Qasımla (ad şərtidir), ya da onun özüylə evlənməyi təklif edib. Nigar bu təklifdən də imtina edib.

Qadının imtinasına baxmayaraq, Adəm İsmayılov özünə məxsus instaqram hesabında qızın adi şəkillərini paylaşaraq onun fahişə kimi təqdim edib. Davamında isə Nigara girib həmin paylaşıma baxmasını deyib.

Adəmin həmin paylaşımları etməkdə məqsədi izləyiciləri vasitəsilə Nigarın ailə üzvlərinə məlumat verməkdən ibarət olub. Nigar onun etdiyi paylaşımları gördükdən sonra mesaj yazaraq həmin paylaşımları silməsini xahiş edib və Qasımla görüşə razılıq verdiyini bildirib. Sonrakı günlərdə Nigar onun mesajlarını cavabsız qoyub.

Adəm isə qisas almaq məqsədilə Nigarın intim fotolarını A4 kağızında çıxartdırıb onun müalicə üçün getdiyini dediyi tibb müəssisəsinin giriş qapısına yapışdırıb. Bu azmış kimi, qələmlə qadının adını və onun fahişə olduğunu, sözügedən tibb müəssisəsinə müalicə gəldiyini girişə yapışdırdığı kağıza qeyd edib.

Adəm İsmayılov daha sonra tibb müəssisəsinin qarşısında olması ilə bağlı mobil telefonla şəkil çəkərək Nigara göndərib və onun çılpaq foto şəkillərini tibb müəssisəsinin giriş qapısının yaxınlığındakı divara yapışdırdığını deyib.

Nigar hədələrin bitməyəcəyini başa düşərək polisə şikayət edib. 2022-ci ilin fevralında isə Adəm İsmayılov İçərişəhərdə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb.

Qeyd edək ki, A.Zindani ağac oduncaqları üzərində oyma işləri edərək müxtəlif fiqurlar hazırlayıb onları İçərişəhər ərazisində satırdı. Bu səbəbdən heykəltaraş bir neçə media orqanına müsahibələr də verib.
 
Ardını oxu...
Məlum olduğu kimi, bu gün AZAL 2023-cü ilin yay cədvəli çərçivəsində 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışa çıxarılacağını elan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Məlumatda martın 26-dan oktyabrın 29-dək həyata keçiriləcək uçuşların hava yollarının aşağıbüdcəli “Buta Airways” aviaşirkəti tərəfindən minimal “Büdcə” tarifi ilə həyata keçiriləcəyi və 10 000 biletin onlayn satışının planlaşdırıldığı bildirilib.
Bu gün saat 16:00-da biletlər satışa çıxarılmalı olsa da, qeyd edilən saatdan etibarə saytın onlayn satış bölməsi işləməyib. Bu barədə vətəndaşlar sosial şəbəkədə yazıblar. Qeyd olunub ki, biletlərin satışa çıxarılacağı vaxtdan bir saatdan çox keçsə də, saytdan bilet almaq qeyri-mümkündür.
Qeyd edək ki, sözügedən təklif Ankara, İzmir, İstanbul (Sabiha Gökçen Hava Limanı), Tbilisi, Aktau, Həştərxan, Mineralnıye Vodı, Kazan və Ufa şəhəri üzrə keçərlidir. Biletə əl yükü və baqaj daxil deyil.
Ardını oxu...
 
Ardını oxu...
BMT-də Laçın dəhlizi ilə bağlı müzakirələr aparılıb və Qərb dövlətləri yenə də məsələyə birtərəfli yanaşaraq ikili standartlardan çıxış ediblər. Belə ki, Ermənistanın “əkiz bacı”sı olan Fransa Azərbaycanın Laçın dəhlizini bağlamasını pisləyib və ölkəmizi humanitar fəlakət yaratmamağa çağırıb. Təəssüf ki, ABŞ və Böyük Britaniya da təxminən eyni mövqe sərgiləyib. BƏƏ və Albaniya tərəfləri sülh yolu ilə razılığa gəlməyə çağırsa da, Rusiya və Çin Laçın dəhlizi ilə hərəkətin mümkün qədər tez bərpa olunmasının vacibliyini bəyan edib. Görünən odur ki, dünyaya demokratiya dərsi keçməyə çalışan Qərbin özünə sözün əsl mənasında “dərs vermək” lazımdır.

Mövzunu Konkret.Az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan ekoloqlarının Laçın yolundakı aksiyası konkret tələblə keçirilir: “Rusiya sülhməramlılarından öz missiyalarına uyğun fəaliyyət göstərmələri tələb edilir. Belə ki, Azərbaycan dövlət qurumlarının nümayəndələrinin Ağdərə ərazisində yerləşən qızıl və mis mədənlərində monitorinq aparmasına şərait yaradılması tələb kimi səsləndirilir. Rusiya sülhməramlıları onlara verilən təlimatlar əsasında Laçın yolunu bağlamaqla Azərbaycanın bu addımı atdığına dair görüntü yaratmağa çalışır. Yəni Kreml Ermənistanla birlikdə Azərbaycana qarşı beynəlxalq təzyiqi təşkil etməyə səy göstərir. BMT isə hazırda Təhlükəsizlik Şurasında sədrliyini həyata keçirən Hindistanın vasitəsi ilə toplantı çağırıb və burada Laçın yolundakı məsələ müzakirə olunub. Əslində, faktiki olaraq Azərbaycanın mövqeyinə zidd fikirlər səsləndirilib. ABŞ, Böyük Britaniya və digər dövlətlər məsələyə birtərəfli yanaşıblar. Rusiya təbii ki, bölgədəki maraqlarına görə, Ermənistan-Azərbaycan arasında sülhün yaranmasını istəmir. Ona görə də, Kremlin yanaşması təəccüb doğurmamalıdır. Təəssüf ki, Cənubi Qafqazda və Ukraynada Rusiya ilə geopolitik mübarizə aparan ABŞ və İngiltərə Kremlin qurduğu tələyə düşərək onun mövqeyini dəstəkləyir və rəsmi Bakıya təzyiq edir. Xarici dövlətlərin BMT-dəki çıxışları və Azərbaycan əleyhinə səsləndirilən bəyanatlar ikili standartların göstəricisidir. Ancaq burada Azərbaycan diplomatiyasının nöqsanlarını da qeyd etmək lazımdır. Çünki bizim diplomatik korpus bir çox ölkələrdə sistemli və məhsuldar işləyə bilməyib. Biz bunu Baltikyanı dövlətlər olan Estoniya və Litvanın bəyanatlarında da görürük. Hərçənd bu ölkələrdə çox güclü erməni diasporu mövcud deyil”.



Oqtay Qasımov: “Türkiyə çox çətin problemlə üzləşib” » Reyting.az

Politoloq əlavə edib ki, Azərbaycan tərəfi daha ciddi işləməli, xüsusən də təbliğat, diplomatiya və informasiya sahəsində fəaliyyət intensiv xarakter almalıdır: “Ən azı Azərbaycana qarşı olan dövlətlər neytrallaşdırılmalı, bitərəf mövqe sərgiləyənlər isə tərəfimizə çəkilməlidir. BMT-də əleyhimizə bu cür çağırışların olmasına baxmayaraq hesab edirəm ki, Laçın yolunda aksiya davam etməlidir. Azərbaycanın tələbləri yerinə yetirilməlidir, əks halda sözügedən ərazidə sərhəd-keçid məntəqəsi qoyulmalıdır. Beynəlxalq müşahidəçiləri də bu prosesi izləməyə dəvət etmək olar. Yəni Avropa Birliyinin monitorinq missiyası Ermənistanda fəaliyyət göstərib. Azərbaycan da sərhəd-keçid məntəqəsini qurduqdan sonra orada müşahidəçi missiyası kimi BMT nümayəndələrinin iştirakını təmin edə bilər. Orada yalnız humanitar yüklərin buraxılması mümkündür. 10 noyabr razılaşmasında da Laçın dəhlizinin sırf humanitar məqsədlər üçün nəzərdə tutulduğu qeyd olunub. Buradan hansısa silah-sursat, mina və texnika daşınması qadağandır. Amma Ermənistan bundan isifadə edərək təxribatlar törədib və terrorçuları Qarabağa daşıyıb. Ümumiyyətlə, Azərbaycan gücləndikcə və yaratdığı reallıqlar özünü daha açıq şəkildə göstərdikcə, ölkəmizə qarşı hücumlar artacaq. Bunu təbii qarşılamaq lazımdır. Sadəcə olaraq təzyiqləri neytrallaşdırmaq üçün daha aktiv fəaliyyət göstərməyimizə ehtiyac var”. \\KONKRET.az
 
 
 
Ardını oxu...
“Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası” təsdiqlənib.

Məlumata görə sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Ardını oxu...
Polis orqanlarının inzibati binasına smartfon telefonlar daxil olmaqla, heç bir foto-video çəkiliş cihazlarının keçirilməsinə icazə verilmir.

Hurriyyet.Az-ın məlumatına görə, bu barədə DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

"Bu qadağa, polis orqanında çalışan əməkdaşlarla yanaşı, müraciət üçün gələn, dəvət edilən, gətirilən, yaxud digər şəxslərin təhlükəsizliyindən irəli gəlir. Nəzərə alınmalıdır ki, fasiləsiz xidmət göstərən polis cinayət və ya digər hüquqpozmalar törədən şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görür".
 
Ardını oxu...
“Yük maşınlarının kralı” və ya “yükdaşımalar kralı” kimi tanınan milyarder, iş adamı Lindsey Foksun nəvəsi Harri Foks uzun müddətdir bərabər olduğu Kristen Fouler ilə evlənib.

TEREF.Az xəbər verir ki, cütlüyün 50 milyon dollarlıq villada keçirdiyi toy məclisinə məşhur iş adamları, idman və mədəniyyət sahəsindən tanınmış similar qatılıb. Məclis səhərə kimi davam edib.

Kristeni dəbdəbəli gəlinlikdə görən və həyəcanını gizlətməyən Harri göz yaşlarına hakim ola bilməyib. Onu sağdışları sakitləşdirməyə yardımçı olublar.

Fotoları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
lent.az
 

Dünyapress TV

Xəbər lenti