“ABŞ və İngiltərə Kremlin qurduğu tələyə düşərək Azərbaycana təzyiq edir” – İLGİNC DETALLAR
BMT-də Laçın dəhlizi ilə bağlı müzakirələr aparılıb və Qərb dövlətləri yenə də məsələyə birtərəfli yanaşaraq ikili standartlardan çıxış ediblər. Belə ki, Ermənistanın “əkiz bacı”sı olan Fransa Azərbaycanın Laçın dəhlizini bağlamasını pisləyib və ölkəmizi humanitar fəlakət yaratmamağa çağırıb. Təəssüf ki, ABŞ və Böyük Britaniya da təxminən eyni mövqe sərgiləyib. BƏƏ və Albaniya tərəfləri sülh yolu ilə razılığa gəlməyə çağırsa da, Rusiya və Çin Laçın dəhlizi ilə hərəkətin mümkün qədər tez bərpa olunmasının vacibliyini bəyan edib. Görünən odur ki, dünyaya demokratiya dərsi keçməyə çalışan Qərbin özünə sözün əsl mənasında “dərs vermək” lazımdır.

Mövzunu Konkret.Az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan ekoloqlarının Laçın yolundakı aksiyası konkret tələblə keçirilir: “Rusiya sülhməramlılarından öz missiyalarına uyğun fəaliyyət göstərmələri tələb edilir. Belə ki, Azərbaycan dövlət qurumlarının nümayəndələrinin Ağdərə ərazisində yerləşən qızıl və mis mədənlərində monitorinq aparmasına şərait yaradılması tələb kimi səsləndirilir. Rusiya sülhməramlıları onlara verilən təlimatlar əsasında Laçın yolunu bağlamaqla Azərbaycanın bu addımı atdığına dair görüntü yaratmağa çalışır. Yəni Kreml Ermənistanla birlikdə Azərbaycana qarşı beynəlxalq təzyiqi təşkil etməyə səy göstərir. BMT isə hazırda Təhlükəsizlik Şurasında sədrliyini həyata keçirən Hindistanın vasitəsi ilə toplantı çağırıb və burada Laçın yolundakı məsələ müzakirə olunub. Əslində, faktiki olaraq Azərbaycanın mövqeyinə zidd fikirlər səsləndirilib. ABŞ, Böyük Britaniya və digər dövlətlər məsələyə birtərəfli yanaşıblar. Rusiya təbii ki, bölgədəki maraqlarına görə, Ermənistan-Azərbaycan arasında sülhün yaranmasını istəmir. Ona görə də, Kremlin yanaşması təəccüb doğurmamalıdır. Təəssüf ki, Cənubi Qafqazda və Ukraynada Rusiya ilə geopolitik mübarizə aparan ABŞ və İngiltərə Kremlin qurduğu tələyə düşərək onun mövqeyini dəstəkləyir və rəsmi Bakıya təzyiq edir. Xarici dövlətlərin BMT-dəki çıxışları və Azərbaycan əleyhinə səsləndirilən bəyanatlar ikili standartların göstəricisidir. Ancaq burada Azərbaycan diplomatiyasının nöqsanlarını da qeyd etmək lazımdır. Çünki bizim diplomatik korpus bir çox ölkələrdə sistemli və məhsuldar işləyə bilməyib. Biz bunu Baltikyanı dövlətlər olan Estoniya və Litvanın bəyanatlarında da görürük. Hərçənd bu ölkələrdə çox güclü erməni diasporu mövcud deyil”.



Oqtay Qasımov: “Türkiyə çox çətin problemlə üzləşib” » Reyting.az

Politoloq əlavə edib ki, Azərbaycan tərəfi daha ciddi işləməli, xüsusən də təbliğat, diplomatiya və informasiya sahəsində fəaliyyət intensiv xarakter almalıdır: “Ən azı Azərbaycana qarşı olan dövlətlər neytrallaşdırılmalı, bitərəf mövqe sərgiləyənlər isə tərəfimizə çəkilməlidir. BMT-də əleyhimizə bu cür çağırışların olmasına baxmayaraq hesab edirəm ki, Laçın yolunda aksiya davam etməlidir. Azərbaycanın tələbləri yerinə yetirilməlidir, əks halda sözügedən ərazidə sərhəd-keçid məntəqəsi qoyulmalıdır. Beynəlxalq müşahidəçiləri də bu prosesi izləməyə dəvət etmək olar. Yəni Avropa Birliyinin monitorinq missiyası Ermənistanda fəaliyyət göstərib. Azərbaycan da sərhəd-keçid məntəqəsini qurduqdan sonra orada müşahidəçi missiyası kimi BMT nümayəndələrinin iştirakını təmin edə bilər. Orada yalnız humanitar yüklərin buraxılması mümkündür. 10 noyabr razılaşmasında da Laçın dəhlizinin sırf humanitar məqsədlər üçün nəzərdə tutulduğu qeyd olunub. Buradan hansısa silah-sursat, mina və texnika daşınması qadağandır. Amma Ermənistan bundan isifadə edərək təxribatlar törədib və terrorçuları Qarabağa daşıyıb. Ümumiyyətlə, Azərbaycan gücləndikcə və yaratdığı reallıqlar özünü daha açıq şəkildə göstərdikcə, ölkəmizə qarşı hücumlar artacaq. Bunu təbii qarşılamaq lazımdır. Sadəcə olaraq təzyiqləri neytrallaşdırmaq üçün daha aktiv fəaliyyət göstərməyimizə ehtiyac var”. \\KONKRET.az
 
 
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti