Ardını oxu...
“Azərbaycan Ermənistan ərazisinə təcavüz edib” iddiasının Paşinyandan sonra bəzi azərbaycanlıların da tirajlaması məsələnin mahiyyətinin nədən ibarət olduğunu aktuallaşdırır.
İrəli sürülən “arqument”lərdən biri belədir ki, hər iki ölkənin hazırki ərazisi və sərhədləri BMT-yə daxil olanda tanınıb. Son döyüşlərin getdiyi ərazilər də Ermənistana məxsusdur. Bəs, əslində necədir?
Birincisi, Azərbaycan və Ermənistan 1992-ci ildə BMT-yə daxil olanda Qarabağda müharibə gedirdi və iki ölkə arasındakı sərhəd müəyyən edilməmişdi: Paşinyan iddia edir ki, MDB-yə üzv olanda tərəflər qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıyıb, halbuki, Azərbaycan 1991-ci ildə MDB-yə daxil olmağa razılaşsa da, parlament bunu 1993-cü ildə ratifikasiya edib;
İkincisi, iki ölkə arasında sərhədin delimitasiya edilməməsi həmin ərazilərin kimə məxsus olduğunu da şübhələndirir: Fransanın istəyi ilə BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda üzv ölkələrin yekdil mövqeyi sərhədin delimitasiya olunması haqda oldu; “Azərbaycanı Ermənistana hücum etməkdə” ittiham edən Qərb də reallığı qəbul edir;
Üçüncüsü, Naxçıvanın Kərki, o cümlədən, Qazaxın 7 kəndi erməni işğalı altında qalmağa davam edir: Paşinyanın özü belə bu kəndlərin hüquqi statusunun mübahisəli olduğunu bəyan edib, o zaman, hansı sərhəddən, yaxud Ermənistan ərazisindən bəhs edilə bilər?!
Dördüncüsü, SSRİ dövründə otlaq və əkin sahəsi adı altında Ermənistana verilən ərazilərimizin taleyi hələ də sual altındadır: bu, sərhədin hansı ilin xəritəsinə uyğun müəyyən edilməsi prosesində müəyyənləşəck;
Beşincisi, 30 illik işğal dövründə Ermənistan dövlət sərhədini irəli çəkmişdi: müharibədən sonra bir neçə istiqamətdə bu sərhəd bərpa olunub, lakin proses başa çatmayıb;
Faktiki olaraq, Azərbaycan-Ermənistan sərhədi şərtidir və delimitasiya-demarkasiya olmadığı müddətdə bu ərazilərin kimə məxsus olduğu da sual altındadır.
Bu gün bir-birinə qarşı ərazi iddiası olmayan, lakin sərhədlə bağlı problemlər yaşayan onlarla ölkəni nümunə göstərmək olar.
- Azərbaycan və Gürcüstan arasında münaqişə yoxdur, ərazi bütövlüyü qarşılıqlı olaraq tanınır, lakin Keşikçi dağı məbədi ilə bağlı məsələ hələ də açıq qalıb: iki ölkə sərhədin bu istiqamətində delimitasiyanı həyata keçirdikdən sonra parlamentlər ratifikasiya etməli, daha sonra BMT-yə təqdim edilməlidir;
- Ermənistan və Gürcüstan arasında da sərhədin müəyyən hissələrinin delimitasiyası problemi qalır;
- Hazırda toqquşmalaırn yaşandığı Qırğızıstan və Tacikistanın da əsas problemi sərhədin müəyyən edilməməsidir: bu ölkələr də Azərbaycan və Ermənistan kimi SSRİ dağılanda BMT-yə üzv olublar, hər iki ölkə MDB-yə birgə daxil olublar;
Azərbaycan Ermənistana hücum etəyib, döyüşlər kimə məxsus olduğu hələ rəsmi şəkildə müəyyən edilməyən ərazilərdə baş verib. Və çox təəssüf ki, bu məsələni izah etmək məcburiyyətini yaradan azərbaycanlılar var.
Asif Nərimanlı
Ardını oxu...
Sentyabrın 18-də bir qrup erməni Azərbaycanın Parisdəki səfirliyinə hücum edib.

Bu barədə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev məlumat verib.

O, əllərində Ermənistan bayraqları olan bir qrup adamın səfirliyin binasına basqın etməsini əks etdirən videogörüntüləri də yayıb.

Ermənilər Azərbaycanın Beyrutdakı səfirliyinə də basqın etməyə cəhd edib. Yayılan videoda Livan polisinin çətinliklə onların qarşısını aldığı görünür. Sentyabrın 18-də isə ermənilərin Azərbaycanın Gürcüstandakı səfirliyinə yaxınlaşması yerli polis tərəfiindən alınıb.

Daha bir etiraza sentyabrın 15-də Vaşinqtondakı səfirlik önündə cəhd edilib. Keçmiş diplomat Arif Şahmarlı deyir ki, London hadisələrindən sonra Azərbaycan səfirliklərin təhlükəsizlik məsələsinə baxmalı idi.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözcüsü Toplum TV-yə açıqlamasında məsələdəni cddi narahat olduğunu bildirib.

Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.

Fransadakı Azərbaycan səfirliyinə qarşı erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası artıq Fransa səfirinə təqdim edilib.

 
Ardını oxu...
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teref.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 18:00 radələrində Xəlitli kənd sakini, Elton Qasımovun idarə etdiyi 23-BN-169 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı minik avtomobili Göyçay-Ucar yolunda idarəetmədən çıxaraq hasara çırpılıb. Hadisə nəticəsində sürücü və mağazaya getmək üçün yolda avtomobili saxladaraq oturan sərnişini, Xəlitli kənd sakini, 2009-cu il təvəllüdlü məktəbli Murad İbrahimov aldıqları ağır xəsarətlər səbəbindən ölüblər.
Faktla bağlı araşdırma aparılır.
 

Ardını oxu...
Hazırda Bakı Hərbi Məhkəməsində mühakimə olunan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev özünün son sözündə məhkəmədə sensasion açıqlama verib.

Gununsesi.info-nun xəbərinə görə, prosesdə Prezidentin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin keçmiş direktoru İbrahim Zeynalovun ailəsindən alınan 8 milyon dolların necə alınması zamanı general bildirib ki, həmin vəsait deputat Ziyad Səmədzadəyə çatıb.

Mövlam Şıxəliyevin bu fikirlərini onun tabeliyində çalışmış polkovnik Yasin Məmmədov da təkrar edib.

Qeyd edək ki, 8 ay MTN-in təcridxanasında saxlanandan sonra buraxılan Zeynalov müflis olub, xeyli vaxtdır ki, vaqonda yaşayır.

O, MTN işində zərərçəkmişlərdən biridir. Məhkəmədə də bildirib ki, 2014-cü ildə sifarişlə həbs olunmuşdu. Ailəsindən 10 milyon istəyib, 8 milyon alandan sonra onu buraxıblar. Qohum-əqrəbası nələri varsa, satıb, onu buraxdırıblar.

“Sifarişlə atamı tutdular, başımıza oyun açdılar”
Oğlu İlqar Zeynalov məhkəmədə deyib ki, 8 milyonu düzəldib, televizor qutusunda MTN binasının yaxınlığında atasının işini aparan müstəntiq Yasin Məmmədova verib: “Ziyad Səmədzadənin atamla işbirliyi vardı. Onun vasitəsilə bankdan 3.5 milyon kredit götürülmüşdü. Bu pula görə atamla arası dəydi. Sifarişlə atamı tutdular, başımıza oyun açdılar. Qardaşım, bacım, anam rəhmətə getdi. Atamla bu gün rayonda vaqonda yaşayırıq…”.

Keçmiş müstəntiq Məmmədov da, onun rəisi olmuş Şıxəliyev də indi deyir ki, Zeynalovlar ailəsindən alınan pul deputata verilib.

Hətta general Şıxəliyev çıxışında narazılıq edib ki, bu məsələ ilə əlaqədar onları ittiham edən prokurorluq niyə o pulun kimə çatdığını araşdırmayıb: “Səmədzadəni niyə dindirməyib?“Bu məsələnin MTN-ə aidiyyəti yox idi. O pulların da şəxsən Ziyad Səmədzadəyə çatdırılması haqda məlumatım vardı…”

Keçmiş MTN vəzifəliləri son sözlərində bildirib ki, onları müxtəlif adamları qanunsuz həbs edib, pullarını, əmlaklarını əllərindən almaqda ittiham edirlər: “Halbuki, MTN-in İstintaq Baş İdarəsində cinayət işlərinin başlanması, kiminsə haqqında həbs qərarı üçün məhkəməyə təqdimat verilməsi, şəxsin həbsdən buraxılması kimi məsələlər birbaşa Baş prokuror və birinci müavininin nəzarətində olub. Hətta belə bir qanunsuzluq olubsa belə, buna görə prokurorluq rəhbərliyi məsuliyyət daşıyır. Rəis olduğum idarədə istintaq olunan cinayət işlərinə birbaşa Zakir Qaralov, Rüstəm Usubov nəzarət edirdi. Qanunsuzluq olubsa belə, onlar istintaqa nəzarət edən vəzifəli şəxs kimi görüb, aradan qaldırmalıydılar. Niyə eləməyiblər? Onlar istintaqda da, məhkəmədə də dindirilmədi, bu məsələlərə aydınlıq gətirilmədi”.

Çıxışının sonunda general ona bəraət verilməsini tələb edib.

Gununsesi.info
 

Ardını oxu...
 
 

 
"İstər ətrafımdakı insanlar, istərsə də seçicilərim çox gözəl bilirlər ki, vətəndaşı dinləmək, onlara həssaslıq nümayiş etdirmək və problemlərinin həllinə çalışmaq mənim fəaliyyətimdə prioritetdir. Bu mənim iş prinsipimdir!" Bu Milli Məclisin deputatı Jalə Əhmədovanın DİA.AZ-a göndərdiyi müraciətdə yer alıb.

 
Xanım millət vəkili daha sonra yazır: "Lakin bəzən elə şikayətlərlə üzləşirəm ki, həllində çarəsiz qalıram.

Ədalət mühakiməsinin hakimindən ədalət gözləyən vətəndaşların çarəsizliyi kimi...

Hər birimiz bilirik ki, Azərbaycanda məhkəmə hakimiyyəti müstəqildir və o, hakimiyyətin başqa qollarından asılılığı olmadan həyata keçirilir. Yəni, məhkəmənin işinə müdaxilə etmək yolverilməzdir. Amma bu o demək deyil ki, bəzi məhkəmə sədrləri vəzifələrindən sui-istifadə etməli, məhkəmə prosesləri zamanı vətəndaşa aşağılayıcı münasibət sərgiləməli, yüksək tonla danışmalı və ya işi araşdırmadan birtərəfli mövqedən çıxış edərək qərar qəbul etməlidir!

Məhkəmələrin müstəqil olması onlara bu hüququ verirmi ki, vətəndaşa bu cür davranış nümayiş etdirsin, ən əsası da qeyri-obyektiv qərarlar qəbul etsin və vətəndaşın konstitusion hüquqlarını pozsun?!

Qəbul zamanı seçicilərimin Salyan rayon Məhkəməsinin sədri Muradağa Qasımovla bağlı səsləndirdikləri şikayətlər də məhz bu istiqamətdədir – Muradağa müəllim məhkəmə-hüquq sistemini özününküləşdirib!

Deyəsən M.Qasımov ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirildiyini və məhkəmənin qəbul etdiyi qərarların dövlətin adından çıxarıldığını unudub. Bəs, görəsən vətəndaşa “get, hara istəyisən şikayət et”, deyən Muradağa müəllim, bununla dövlətimizin nüfuzuna xələl gətirdiyini bilirmi? Yoxsa şəxsi mənafeyini daha üstün hesab edir?!

Salyan rayon Məhkəməsinin sədri Muradağa Qasımov unutmasın ki, hər bir məmur xalqın xidmətçisidir!

Mənim isə millətin vəkili olaraq iş prinsipim dəyişməz olaraq qalacaqdır".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 

XalqXeber.Az
Ardını oxu...
Avstraliyada başına pul qoyulduğu üçün Türkiyəyə qaçan məşhur cinayətkar burada ölüb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, söhbət Avstraliyanın ən məşhur cinayətkar qruplaşmalarından “Alameddine”nin rəhbərlərindən biri olan Murat Qalasidən gedir.
Avstraliya və İngiltərə mətbuatında yer alan xəbərlərə görə, Qalasi ölkədə polis tərəfindən ən çox axtarılan adlardan biri olub. İş o yerə çatıb ki, Avstraliya polisi Qalasinin başına mükafat qoyub.
33 yaşlı Qalasinin İstanbulda idman zalında dünyasını dəyişdiyi açıqlanıb. Qalasının məşq zamanı infarkt keçirdiyi bildirilib.
Dəstə başçısının 2021-ci ilin dekabrında Sidneydəki sui-qəsddən sağ çıxdığı da bildirilib.
Qalasinin ölümünü dəstə üzvlərindən Əli Yunis sosial media hesabından elan edib.
Onun təxminən 2 həftə əvvəl başına mükafat qoyulandan dərhal sonra ölkədən qaçdığı bildirilib. Britaniyanın Teleqraf qəzeti Qalasinin Livandan Türkiyəyə
Ardını oxu...
 
 
 
Şəhid ailələri, qazilərə, xəstə adamlara yardım adı ilə müxtəlif şəxslərin pul toplama kampaniyasına son qoyilmalıdır. Mən bir neçə adam tanıyıram ki, bu adla qısa müddət fəaliyyət göstərəndən sonra dəhşətli dərəcədə varlanıblar.
Bu yöndə olan ən böyük biabırçılıq son döyüşlərdə şəhid olan, SOS uşaq evində böyüyən Səbuhinin yas mərasimində yaşanıb.
Teref.az yazır ki, bunu AZİNFORUM.AZ saytının baş redaktoru Məhəmmədəli Qəribli deyir. Daha sonra Məhəmmədəli bəy deyir:
Bir qrup bloger mövzunun həssaslığını yaxşı dərk etdikləri üçün, Səbuhinin yas mərasimində dəftər qoyub pul yığıblar. Yasa gələnlər yığılan pulun Səbuhinin qardaşına çatacağını zənn etdikləri üçün gücləri çatanı yazdırıblar. Nəticədə pulu yığan blogerlər Səbuhinin qardaşına bir qəpik də verməyiblər.
Addımlarının səbəbini belə izah ediblər ki, bu pulu yas yiyəsi üçün yox, kimsəsiz uşaqlara yardım məqsədilə yığıblar. Adama deyərlər, ay əclaf, canın çıxsın get belə kampaniyanı öz səhifəndə keçir da. Camaatın yası sənin dələduzluğun üçün münbit məkandırmı?
Bir daha deyirəm, xeyriyyəçi adı ilə bu işlə məşğul olanların çoxunun məqsədi öz mənffətini güdməkdir. Belə fəaliyyətlə məşğul olmaq həm fərdi şəxslərə, həm də televiziyalara qadağan edilməlidir.
Məhəmmədəli Qəribli
Teref.az
 
 
 
Ardını oxu...
Klassik avtomobillərin böyük kolleksiyası “RM Sotheby's” hərrac evində satışa çıxarılacaq.

Tədbir sentyabrın 22-24-də baş tutacaq.

İş adamına məxsus kolleksiyaya 120 unikal avtomobil daxildir.

Kolleksiyanın 20 milyon dollara satılacağı gözlənilir.

Satışa çıxarılan eksponatlar arasında “Maserati 3500 GT Spyder” (1960), “Porsche 356 A 1600 Speedster” (1956), 60 yaşlı “Mercedes-Benz 300 SL Roadster”, “Ferrari 330 GTC” (1967) və “GTSno Roadster” (1974) var.

Mənbə: motor.ru
 

 

 

Bu gün, 08:17           
Ardını oxu...
Türkiyədə zəlzələ baş verib.

AFAD-ın verdiyi məlumata görə, yeraltı təkanların episentri Ərzurumun Çat rayonu olub.

Zəlzələnin 4,9 bal gücündə olduğu bildirilib.

Təbiət hadisəsi ətraf əyalətlərdə də hiss olunub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.
 
 
 
Ardını oxu...
Ermənilər Livanın paytaxtı Beyrutda Azərbaycanın bu ölkədəki səfirliyinin binasına hücum etmək istəyiblər.

Redaktor.az xəbər verir ki, , bu ölkədə yaşayan 1 000 nəfərədək erməni təxribat törətməyə çalışıb. Lakin polis əməkdaşları bunun qarşısını alıb və toqquşma baş verib.

Qeyd edək ki, əvvəlcədən planlaşdırılmış təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş tutub. Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışan ermənilər Beyrut polisinə hücumlar edirlər.

Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə edir.

 

Dünyapress TV

Xəbər lenti