“Al Jazeera” Ukraynadakı azərbaycanlıların fədakarlıqlarından yazdı - FOTO
Məşhur “Al Jazeera” nəşri Ukraynada yaşayan azərbaycanlı ailədən, onların müharibə dövründə üzləşdikləri problemlərdən, fədakarlıqlarından yazıb.

Teref.az xəbər verir ki, reportajda Ukraynada döyüşlərin davam etdiyi, Mariupolda sağ qalanların Kiyevdə həyatı bərpa etdiyi bildirilir.

Qeyd edilir ki, əslən azərbaycanlı Ülvi Zülfili Mariupolun Rusiya hərbçilərinin mühasirəsində olarkən çətinliklə sağ qala bilib.

Ukraynanın cənubundakı Mariupol şəhərində Ülvi Zülfilinin şahidi olduğu partlayış onun günlərlə nitqində problemlər yaradıb, gənc danışarkən kəkələyib.

Martın ortalarında yüzlərlə mülki şəxs, o cümlədən uşaqlar Mariupol Dram Teatrının zirzəmisinə toplaşaraq, gündə yüzlərlə insanın həyatına son qoyan Rusiya hərbçilərinin şiddətli atəşindən gizləndilər.

Teatrın yanında iki metrlik hərflərlə “uşaqlar” yazısı olan lövhələrin olmasına baxmayaraq, bina martın 16-da Rusiya qırıcısı tərəfindən bombalanıb.

Ukrayna rəsmiləri və mediasının məlumatına görə, bombardmanlar nəticəsində 600-ə qədər insan həlak olub.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-01_1672814002_5.jpg

“Həmin tutqun, soyuq səhərdə Zülfili velosipedi ilə Mariupolun mərkəzinə tərəf getdi ki, dostunun yeni doğulan oğluna süd qarışığı olan yemək tapsın, çünki stresdən əziyyət çəkən anası körpəyə ana südü verə bilmir.

O, qanadlı raketin mərmər sütunlu ağ teatra dəydiyini görüb. Tüstü və toz qonşu supermarketdən iki dəfə yüksəyə qalxıb. O, dəhşətə gəldi və heç bir səs eşidə bilmədi”, - nəşr qeyd edib.

"Ən qəribə an odur ki, hadisəni görürsünüz, amma onu eşitmirsiniz, "Yaşayıb-yaşamadığını deyə bilməzsən", - 26 yaşlı gənc “Al Jazeera”yə müsahibəsində deyib.

“Bir anda səs partlayıcı dalğa ilə sizə çatır. O, demək olar, sənin paltarını cıracaq. Başa düşürsən ki, sağsan və qaçmalısan”, - Ülvi Zülfili əlavə edib.

Reportajda qeyd edilir ki, Ülvi Zülfili Azərbaycandan Ukraynaya dörd yaşında ikən gəlib və hələ də erkən uşaqlıq illərini - at sürdüyü və vətənini Cənubi Qafqazda dünyanın ən qədim neft hasil edən ölkələrindən birinə çevirən neft buruqlarını gördüyü anları xatırlayır.

Eyni zamanda 1990-cı illərin əvvəllərində Ermənistanla Azərbaycan arasında silahlı münaqişəyə toxunulur. 1994-cü ildə iki ölkə arasında atəşkəsin imzalanmasına baxmayaraq, demək olar, hər il döyüşlərin olduğu xatırlanır.

Qeyd edilir ki, 90-cı illərdə Ukraynaya köçən Elşad Zülfili bir neçə il əvvəl Mariupolda ərzaq mağazası açıb. O, 2005-ci ildə dükanında ürək tutmasından dünyasını dəyişib və ailəni Ülvi dolandırmağa başlayıb.

Zülfili ailəsinin yaşadığı məhəllə müharibə dövründə Mariupol şəhərinin mərkəzindəki yaşayış binalarından daha az zərər çəkmişdi, lakin onun ailəsi hələ də buzlu zirzəmidə yatmağa üstünlük verirdi və günə hər səhər od yandırmaqla, su qaynatmaqla və samovarda çay dəmləməklə başlayırdı.

Zülfili cərrahi əməliyyatdan sonra çətinliklə yeriyən yaşlı qonşusuna kömək edib:

“Müharibə bütün qonşuları birləşdirdi, onlar bir-birinə su, qida, odunla kömək etdilər.

Zülfili dəniz kənarındakı bulaqlara gedir, qonşuları plastik butulkalarını, kanistrlərini doldurmaq üçün onun maşınının yük yerinə qoyur”.

Onlar müharibə ilə əlaqədar çətinliklə Kiyevin şimal kənarındakı yaşayış məntəqələrindən birində mənzilə köçüblər.

“Anam əsəbidir, çünki iş tapa bilmir, kömək edə bilmir”, - Zülfili deyib.

Qeyd edilir ki, Zülfillinin sevgilisi Almaniyaya gedib, o, vətən həsrəti, darıxdırıcılıq və maddi yardım etmək arzusundan sıxılan 56 yaşlı anası İradə ilə birlikdə yaşayır. (“Report”)
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti