İran İnqilabı Keşikçiləri Korpusunun zabiti öz evinin astanasında güllələndi: Tehranda daha bir müəmmalı ölüm...
İran İnqilabı Keşikçiləri Korpusunun zabiti öz evinin astanasında güllələndi: Tehranda daha bir müəmmalı ölüm...
"İİKK və "Bəsic" etirazların yatırılmasında istifadə edilən əsas qüvvələrdir..."

"Son zamanlar İranın raketlər və nüvə silahı ilə əlaqəli olan müdafiə obyektlərinə cəlb edilən alimlərə qarşı qətllər seriyası törədilib..."

İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) zabiti Qasım Fətüllahi çərşənbə axşamı, yanvarın 3-də Tehrandakı evinin astanasında güllələnib.

Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.

İran KİV-ləri diqqəti ola yönəldib ki, bu qətl İİKK komandanı Qasım Süleymaninin qətlinin ildönümündə baş verib.

Fətullahi Tehranda İmam Sacad məscidinin yaxınlığında yerləşən "Bəsic" bazasının (İİKK-na tabe olan mülki milis) komandiri olub.

İİKK ilə bağlı olan "Tasnim" xəbərlər agentliyinin məlumatına görə, ona 4 güllə atılıb. Onun yanında olan daha bir nəfər yaralanıb.

Polis və xüsusi xidmət orqanları bu qətlin araşdırmasına başlayıb. İsrailin bunda əli olması barədə birbaşa ittihamlar hələ səsləndirilməyib.

Bir tərəfdən, belə fikrə gəlməyə qətlin 2020-ci ildə Bağdad hava limanında qətlə yetirilən Qasım Süleymaninin xatirəsinin anım gününə qəribə təsadüf etməsidir. İran liderləri bunda açıq şəkildə ABŞ-ı ittiham edib.

Digər tərəfdən, bu, 100 gündən artıq İranda davam edən kütləvi etirazlar fonunda baş verib.

İİKK və "Bəsic" etirazların yatırılmasında istifadə edilən əsas qüvvələrdir, bu təşkilatların bir çox yaraqlıları öldürülüb və ya yaralanıb.

Xatırladaq ki, ötən ilin noyabr ayında İİKK bəyan edib ki, İsrail Suriyada İİKK aerokosmik qüvvələrinin yüksək rütbəli zabiti Davud Cəfərini aradan götürüb.

O, Dəməşq ətrafında partlayıcı qurğunun işə salınması nəticəsində qətlə yetirilib. İlkin məlumata görə, onun avtomobilinə bomba qoyulub.

İİKK həlak olanın ailəsinə başsağlığı verib və "müvafiq olaraq" tədbir görüləcəyini vəd edib.

Davud Cəfərinin adı 2016-cı ildə Fars körfəzində amerikalı dənizçiləri olan gəminin ələ keçirilçəsi əməliyyatına başçılıq etdiyi zamanda bəlli olub.

O, Suriyada yerli İranpərəst qüvvələrə məsləhət keçmək üçün olub. İİKK aerokosmik qüvvələri həm də pilotsuz uçuş aparatlarının işinə cavabdehdir.

Bu qətl raketlər və nüvə silahı istehsalı ilə əlaqəli olan müdafiə obyektlərinə cəlb edilən İran alimlərini obyektinə çevirən qətllər seriyasının davamı olub.

İyunun 12-də İİKK xüsusi aerokosmik bölməsinin döyüşçüsü Əli Kamimi (bəzi mənbələrdə Kamani) İranın şərqində Xomeyn şəhərində "xüsusi məsul tapşırığı" icra edən zaman həlak olub.

Rəsmi versya kimi yol-nəqliyyat hadisəsi olduğu deyilib. Lakin İran radiosunun məlumatlarında o, nədənsə, şəhid adlandırılıb.

Bununla əlaqədar olaraq bir sıra icmalçı ona diqqət çəkib ki, İİKK aerokosmik bölməsinin İranın raket proqramı ilə birbaşa əlaqəsi var. Və bu proqramla bağlı ilk qətl deyil.

İyunun 4-də İranın aerokosmik texnika üzrə mühəndisi Əyyub Antazari müəmmalı şəraitdə qəflətən dünyasını dəyişib.

Rəsmi məlumatda onun "qida zəhərlənməsi" səbəbindən öldüyü deyilib. Bu, 31 mayda baş verib, lakin İran KİV-ləri məlumatı gec yayımlayıb.

Antazari Yezd şəhərində gizli ETİ-də işləyib. O, istənilən mənzilli raketlər üzrə mütəxəssis sayılıb. Rəsmən onun ölümü zorən baş verməyib, ona görə də ayətüllah Əli Xameneinin şənbə çıxışında ümumi xarakterli təhdidlər olub.

Bundan öncə "840 bölməsi"nə rəhbərlik edən İİKK yüksək rütbəli komandiri Əli İsmayılzadə evinin damından düşərək həlak olub. Onun ailəsinə intihar etdiyi deyilib.

Lakin "İran İnternational" kanalının məlumatına görə, İsmayılzadə İsrailin xeyrinə casusluqda şübhələndikdən sonra edam edilib.

O cümlədən onun ötürdüyü informasiya sayəsində İsrail may ayında İİKK-nın daha bir yüksək rütbəli komandiri Həsən Səid Xudayari aradan götürülüb.

Xudayarinin qətli mayın 22-də yerli vaxtla saat 16:00-da Məchadi əl-İslam küçəsində evinin yaxınlığında baş verib. O, öz avtomobilində əyləşib. Motosikletdə olan iki naməlum şəxs səsboğucu tapançadan atəş açaraq hadisə yerindən uzaqlaşıb. Killerlər Xudayara 5 güllə vurub, üçü başına dəyib və o, yerindəcə ölüb.

Polkovnik Xudayari bütün dünyada israillilərə hücum etmək üçün mülki şəxslərin axtarılması və cəlb edilməsinə cavabdeh olub.

Xidayarinin əli olduğu terror aktları arasında 2012-ci ildə Nyu-Dehlidə İsrailin diplomatik missiyasının avtomobilinin partlayışı göstərilir. O zaman İsrailin hərbi attaşesi Tali İyeqoşua-Korenin həyat yoldaşı yaralanıb.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti