Ardını oxu...
Saatlı rayon Orta Muğan kəndinin sakinləri su qıtlığından şikayətçidirlər.

DİA.AZ-ın Belediyye.net-ə istinadən məlumatına görə, Orta Muğan sakinləri nəinki suvarma suyu, içməli su sarıdan da problem yaşayırlar.

Çıxış yolunu kollektorlarda olan duzlu suyun sahələrə vurulmasında görən sakinlər bu gedişlə sahələri suvarmaq üçün şor su da tapmayacaqlarından narahatdırlar.

Düşünürlər ki, suvarma kanallarının quruması, əkin sahələrinin susuz qalması sakinlərdən başqa heç kimi narahat etmir.

Deyirlər ki, kəndə gələn əsas suvarma kanalı tamamilə quruduğundan həm əkin sahələri, həm də həyətyanı sahələri susuzluq çəkir. Nəticədə məhsul götürmədən əkin sahələri məhv olur.

Müraciət etmədikləri qurum qalmadığını bildirən sakinlər sahələrə vurduqları şor suyun həm məhsulu, həm də torpağın münbitliyini sıradan çıxardığından narahatdırlar.

Kənd sakinləri qeyd edirlər ki, pambıq tarlaları ikinci dəfə suvarılmalı olduğu halda ilk su hələ sahəyə dəyməyib.

Saatlı rayonunda yaranmış su qıtlığı ilə bağlı Belediyye.netin sorğusuna cavab verən Saatlı Suvarma Sistemləri İdarəsindən deyilib ki, “Mövcud vəziyyətin yaranmasının əsas səbəbi rayona daxil olan ümumi suyun azlığı və mövsümi tələbatın artıq olmasıdır. Çaylarda qısamüddətli artım olarsa problem qismən həll oluna bilər. Başlıca səbəb Araz çayında suyun illik normadan aşağı olmasıdır”.

Rəsmi qurumdan bildirilib ki, problem onları da narahat edir.

 
Ardını oxu...
Türkiyənin İstanbul şəhərinin Avcılar səmtində metrobus qəzası baş verib.

Məlumata görə əvvəlcə metrobus toqquşub. Ardınca isə daha iki metrobus qəza edən nəqliyyat vasitələrinə çırpılıb.

Qəza səbəbilə hadisə yerinə çoxlu sayda qruplar sövq edilib. Qəza yerində xilasetmə işləri davam edir. İlkin məlumatlara görə, 85 yaralının olduğu qəzada təxliyyə əməliyyatları aparılır.

Sağ qalanlar arasında şüşələri sındırmağa cəhd edənlər və sınmış pəncərələrdən tullananlar da olub.

Qapalı vəziyyətdə qalan iki vətəndaş xəstəxanaya çatdırılıb. Bəzi vətəndaşların ağır yaralandığı qeyd edilir.


Mənbə: CNNTürk
 
 
 
Ardını oxu...
Neftçilər metrostansiyanın giriş hissəsində azyaşlının qarşısına qab qoyaraq dilənməsi ilə bağlı foto yayılıb.

Məlumata görə, uşağa yaxınlaşaraq hərəkətinin səbəbini soruşmaq istənilsə də, bu an yaxınlıqda olan anasının sərt reaksiya verib. Uşağın anası dilənən uşağın fotosunu çəkən şəxsə əl-qol atıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Yenisabah.az-a bildirib ki, qısa vaxt ərzində məsələni araşdırdıqdan sonra azyaşlının valideynləri müəyyən olunub və polis şöbəsinə dəvət ediliblər:

“Onların Yevlax rayon sakinləri olduğu müəyyən olunub, azyaşlını dilənçiliyə cəlb edən valideynlər barəsində qanunauyğun tədbir görülüb”.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Paytaxtın Yasamal rayonu Əli Bəy Hüseynzadə 53 ünvanında tikinti şirkəti tərəfindən vətəndaşa məxsus obyektin dağıdıldığı iddia edilir.

Obyekt sahibi Eldar Rzayev Baku TV-yə bildirib ki, şirkət ərazidə bina tikintisi zamanı onun razılığı olmadan əmlakını yararsız hala salıb.

E.Rzayev məsələ ilə bağlı məhkəməyə müraciət edib və onun xeyrinə qərar çıxardılıb.

Qərara əsasən, ya zərəçəkənin dağıdılmış əmlakı təmir edilməlidir, ya da dəyən maddi ziyan ödənilməlidir.

E.Rzayev qeyd edib ki, sözügedən şirkət məhkəmənin qərarına əməl etmir.

Ərazidə yaşayan sakinlər də həmin şirkətin qanunsuz əməllərindən şikayətçidirlər.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Sinoptiklər mütəxəssislərin təqdim etdiyi qarşıdan gələn qış üçün yeni proqnozdan danışıblar. Meteoroloqların fikrincə, bu dəfə soyuq mövsümdə tipik və ənənəvi havanı gözləməyə qətiyyən dəyməz.

PRIMPRESS-ə görə, gözlənilən xaos səbəbindən qışın özü sözün əsl mənasında çılğın olacaq.

Mütəxəssislərin fikrincə, qış adətən Rusiyanın mərkəzi hissəsinə və Volqaboyuna noyabrın ikinci yarısında düşür. Eyni zamanda, ilk qar örtüyü oktyabrın sonunda müəyyən bölgələrdə, məsələn, Tatarıstanda görünə bilər.

Bu zaman temperatur bəzi günlərdə hələ də müsbət dəyərlərə yüksələ bilər, sonra isə mənfiyə enə bilər. Yəni adətən belə günlərdə yağan qar hələ də əriyir. Artıq noyabrın sonunda, temperatur davamlı olaraq beş dərəcədən aşağı düşəndə, tam hüquqlu bir qış başlayır.


Eyni zamanda, yeni proqnozlar göstərir ki, qarşıdan gələn qış mütləq həm adi vətəndaşların, həm də sinoptiklərin adi fikirlərindən fərqlənəcək. Coğrafiya elmləri doktoru Yuri Perevedentsevin sözlərinə görə, bu qış temperaturun daimi dəyişməsi və yağıntıların fərqliliyi ilə xarakterizə olunacaq.

Ekspert qeyd edir ki, hazırda uzunmüddətli proqnozların ehtimalı çox da yüksək deyil. Amma belə anomal yaydan sonra sinoptiklər eyni anomal qışı gözləyirlər. Hava çox qeyri-sabit olacaq və xaosa bənzəyəcək. Yəni bəzi günlərdə isti dalğaları gələcək, ondan sonra hava insanları soyuq uçuruma qərq edəcək.

Temperatur dalğaları bu dəfə soyuq mövsümün əsas əlaməti olacaq. Demək olar ki, bütün qış boyu ölkənin əhəmiyyətli hissəsinə güclü qar yağacaq.
 
 
 
Ardını oxu...
Azərbaycanda küçələrin açıq qumarxanalara çevrildiyi məsələsi zaman-zaman gündəmə gəlir. “Azərlotereya” ASC-nin hər küçənin tinində açdığı piştaxtaların önünü görəndə, insanlarımızın “şans” urğunda apardığı mübarizəyə baxanda həqiqətən də ürək ağrıyır.

Lotereya oyunları dünyanın hər yerində var, amma bir qaydası, ənənəsi, yolu da var, heç bir ölkənin paytaxtının küçələrində Bakı qədər acı mənzərə ola bilməz. Əvvəllər insanlar hansısa hadisə zamanı bir yerə toplaşırdısa, indi küçədə gedən qumara toplaşır, uduzanların ah-naləsi, şansı gətirməyənlərin ümidsizliyi və keçirdikləri əsəbin özü elə hadisəyə çevrilib. Çox maraqlıdır ki, heç vaxt “Azərlotereya”nın küçədə quraşdırdığı qumar piştaxtalarının önündə böyük sevinc yaşanmır, çünki böyük uduşlar olmur. Görünən yalnız kədər, əsəb, ümidlərin puç olmasıdır.

Bu mənzərə fonunda “Azərlotereya” ASC-nin İdarə Heyətinin rəhbəri Zafer Reisoğlunun bu günlərdə mediaya verdiyi müsahibəsində səsləndirdiyi fikirlər həm paradoks təşkil edir, həm də olduqca gülünc görünür. Zafer Resifoğlu elə danışır ki, sanki ölkəyə böyük xoşbəxtlik bəxş ediblər. Hərçənd ki, qumar piştaxtalarının önündə yaşanan bədbəxtliklər günümüzün acı reallığıdır.

Zafer Reisoğlu isə bu reallığı müsahibəsində gizlətməyə çalışır. Deyir ki, “Azerlotereya” ASC Azərbaycanın qeyri-neft sektorunun inkişafına, əhalinin rifahının yaxşılaşdırılmasına töhfə verir.

Cavaba baxın, qeyri-neft sektoru, əhalinin rifah halının yaxşılaşdırılması.

Hansı töhfədən danışırlar?

İnsanları ciblərindəki son manata qədər qumara qoymağa təşviq etmək töhfədirmi?!

“Azerlotereya” deyə bilər ki, heç kimi buna məcbur etmir. Elə də deyir.
Elədir, amma hər küçənin tinində qumarxana açırlarsa, bu, vətəndaşı asan yolla pul qazanmağa sövq edən, sonuncu manatına qədər oynamağa təşviq edən addımdır.

Reallıq budur ki, “Azerlotereya” bu gün vətəndaşları sürətlə qumara təşviq edir. İdarə Heyətinin sədri isə bunu “əhalinin rifah halının yüksəldilməsinə töhfə” adlandırır. Gülməli, həm də ağlamalı cavabdır, çünki Zafer Reisoğlu bizi, xalqı sözün həqiqi mənasında barmağına dolayıb.
Hələ bu azmış kimi, qeyri-neft sektorunun inkişafına verdikləri töhfədən də bəhs edir. Görünür, cəmiyyəti axmaq hesab edir.

“Azerloteraya” istehsalat müəssisəsidirmi, nəsə istehsal edirmi, yoxsa, fabriklər, zavodlar açıbmı ki, qeyri-neft sektorunun inkişafından danışırlar.
Qumarxana açmaq, vətəndaşı buna təşviq etmək nə vaxtdan qeyri-neft sektorunun inkişafı olub?!

Zafer Reisoğlu isə yeni iş yerləri yaratmalarından danışır, əlavə edir ki, işçilərə tibbi sığorta və nahar pulu da verirlər. Sanki “Azerlotereya” olmasaydı, ölkədə işsizlik baş alıb gedərdi. Vətəndaşın cibinə girməklə, nəinki pulunu, ümidlərini də oğurlamaqla “iş yerləri” açılmır, cənab Reisoğlu.

Realıqlar ortada olduğu halda siz lotereyalarda qoyulan böyük uduşlardan danışır, qazancın 50 faizindən çoxunun uduşlara xərcləndiyini iddia edir, cek-potlardan dəm vurursunuz. Halbuki, udanlarla uduzanların müqayisəsini apardıqda birinciləri tapmaq mümkün deyil.

Necə ola bilər ki, hər gün onlarla lotereya oyunları keçirilir, amma böyük uduşlardan heç birini heç kim qazanmır?
Necə ola bilər ki, son bir ildə cek pot udulmayıb?
Yaxud necə olur ki, maksimim uduşlar 1000 AZN-i keçmir?
“Azerloteraya”nın rəsmi saytında son oyunların nəticələri də təsdiq edir ki, bu qədər lotereya biletinin satışına, keçirilən oyunlara rəğmən, ən yüksək uduş 990,97 AZN olub.

Cavablar bəllidir, “şans” deyib başımızın altına yastıq qoyan “Azerlotereya” ASC insanları qumara “oturduğu” kimi, uduşlarla bağlı da maxinasiyalara yol verir.

Zafer Reisoğlu isə hər şeyin “dünya standartlarına uyğun olduğunu”, hər şeyin “şansla bağlı olduğunu” deməklə əməllərini ört-basdır edir. Zənnimcə, Azərbaycanın müvafiq dövlət qurumları “Azerlotereya” ASC-nin fəaliyyətini ciddi araşdırmalı və lazımı ölçü götürülməlidir. Əks təqdirdə bu qurum Azərbaycan əhalisini daha da müflisləşdirərək, dövlətə qarşı yönləndirəcək. //demokrat.az//
 
Ardını oxu...

Xəbər verdiyimiz kimi, Ukraynada həbsdə saxlanan Vətən Müharibəsi qazisi Misir Qasımlı və onunla birgə ittiham olunan Sübhan Quliyev sentyabrın 5-dən başladıqları aclıq aksiyasını davam etdirirlər.
DİA.AZ xəbər verir ki, bu barədə Bakupost.az -a Misir Qasımlının bacısı Nəzakət Qasımova bildirib.
Onun sözlərinə görə, aclıq aksiyasına başladıqdan sonra Misir Qasımlının vəziyyəti pisləşib.

Qarabağ qazisinin vəkili Anatoli Volkov bildirib ki, dünən istintaq təcridxanasında Misir Qasımlıya iynə vursalar da, orada onun müalicəsi üçün lazım şərait və dərmanlar yoxdur.
Misir Qasımlının bacısı Nəzakət Qasımova və vəkil Anatoli Volkov səhhəti pisləşən qazimizə tibbi yardım edilməsi və məhkəmə prosesində onun müdafiəsinin təşkili ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət ediblər. Onlar səfirliyin qarşısında xeyli gözləsələr də, nə səfir, nə də səfirliyin işçilərindən heç kim onları qəbul etməyib.
Nəzakət Qasımovun dediyinə görə, Vətən Müharibəsi qazisi Misir Qasımlı bir ildən artıqdır həbsdə olsa da, Azərbaycan hökuməti, eləcə də Azərbaycanın Ukraynadakı səfirliyi bir dəfə də olsun, nə onun ailəsi ilə əlaqə saxlamayıb, nə də özü ilə maraqlanmayıb.

Xatırladaq ki, Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı və onunla birgə ittiham olunan Sübhan Quliyev Kiyevdə ərəbmənşəli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri irəli sürülsə də, sübut olunmur.
Ona görə də 1 il 2 aydır ki, müvəqqəti təcridxanada saxlanılırlar.
Qeyd edək ki, Misirin hüquqlarını Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspor Təşkilatının hüquqşünasları tərəfindən qorunur. Bundan başqa Diaspor sədri Hikmət Cavadov, eləcə də idarə heyətinin üzvləri məhkəmədə rəsmi şəkildə onun azadlığa buraxılması üçün zamin durublar.
Əlavə edək ki, sabah növbəti məhkəmə prosesi keçiriləcək, Obuxov şəhər Məhkəməsində işə baxılacaq.
M.Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

 

Ardını oxu...
İŞİD terror qruplaşmasının liderlərindən biri Türkiyədə yaxalanıb. “Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı Əbu Zeyd ləqəbli terrorçunun ölkə ərazisində yaxalandığını açıqlayıb.

Tutulan terrorçu təşkilatın Bağdadi və Kardaşdan sonra ən nüfuzlu lideri olaraq tanınırdı.
 
Ardını oxu...
İsveçdə məhkəmə iki müəllimi öldürməkdə təqsirli bilinən 18 yaşlı Fabian Söderholmu ömürlük həbs cəzasına məhkum edib.

İstintaqın məlumatına görə, əvvəllər məhkumluğu olmayan gənc anlaşılmaz səbəblərdən bıçaq və balta ilə oxuduğu rəssamlıq məktəbinə daxil olub. Orada olan 50-yə yaxın tələbə siniflərdə gizlənib.

Hadisə yerinə polis çağırılıb. Tezliklə iki müəllimin - Viktoria Edstrom və Sara Bukun cəsədi tapılıb.

Hakim Yohan Kvart hökmü izah edərək hücumu “xüsusilə amansız” adlandırıb.

Mənbə: gazeta.ru
 
 

Ardını oxu...
Bir neçə gün öncə “Xinnamnor” tayfununun cəngində qalan Primoryedə (Rusiya, Primorsk diyarı) təbii fəlakətin fəsadları aradan qaldırılır.

Məlumata görə, yüzlərlə sakin praktiki olaraq evlərini itirib. İnsanlar su basmış evlərin damında yardım gözləyirlər.

Onlarla yaşayış məntəqəsində 200-ə yaxın evi su basıb, 30-a yaxın körpü zədələnib. Yaşayış məntəqələrinin əksəriyyəti elektrik enerjisiz qalıb.

Bundan başqa kənd təsərrüfatı istehsalçıları böyük zərərlə üzləşiblər - tarlalar, istixanalar, meyvə bağları və sair su altında qalıb. Fermerlər inəklərini xilas etməyə çalışsalar da güclü axın heyvanları sürükləyib.

Qeyd edək ki, “Xinnamnor” supertayfunu artıq Primoryeyə təsirini dayandırıb. Lakin o, arxasında dağıdıcı nəticələr qoyub. Onlarla körpü, yüzlərlə kilometr yol dağıdılıb. Güclü yağışdan sonra hətta kiçik çaylar da gur çaylara çevrilib.

10 mindən çox insan işıqsız qalıb. Tam bərpa işlərinə başlamaq üçün mütəxəssislər suyun səviyyəsinin azalmasını gözləyirlər.
Ətraflı

Altı bələdiyyədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti