Ardını oxu...
Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” qaz kəməri ilə qaz nəqlini üç gün müddətinə dayandıracağını açıqlayıb.

Bu barədə şirkətin teleqram kanalında məlumat verilib.

“Qazprom”dan bildiriblər ki, yeganə işləyən qaz kompressor qurğusu olan “Trent 60” texniki xidmət göstərilməsi və planlı profilaktik təmir işləri üçün avqustun 31-də üç gün müddətinə dayandırılacaq.

Qeyd olunub ki, qurğuya texniki xidmət göstərmək zəruridir, kompleks işlər “Siemens” şirkətinin mütəxəssisləri ilə birgə aparılacaq, “Siemens”in texniki sənədlərinə uyğun olaraq, hər min saatdan bir bu işlər aparılmalıdır.

Təmir işləri başa çatdıqdan sonra qazın nəqli bərpa edilərək sutkada 33 milyon kubmetrə çatdırılacaq.

Bu arada Avropada qazın spot qiyməti “Şimal axını” magistralında təmirlə bağlı xəbərlər fonunda 1 000 kub metr üçün 2,7 min ABŞ dolları səviyyəsindən yuxarı qalxıb.

Bu barədə “İnterfaks” xəbər yayıb.

“ICE Futures” birjasında ən yaxın (sentyabr) TTF fyuçerslərinin qiyməti min kubmetr üçün 2 712 ABŞ dollarına çatıb.
 
 
 
Ardını oxu...
Kaliforniyada sayca 23-cü avtomobil yerli sakin Rey Minterin evinə çırpılıb.

Məlumata görə, avtomobillərin amerikalının daşınmaz əmlakı ilə müntəzəm toqquşmasına magistraldan çıxışın uğursuz konfiqurasiyası səbəb olub.

Xəsarət alan ev sahibinin sözlərinə görə, 1972-ci ildən bəri onun San Xosedəki evinə 23 avtomobil çırpılıb. Belə ki, sürücülər mütəmadi olaraq sürət həddini aşırlar.

Toqquşmalardan biri nəticəsində ərazidə yerləşən qaraj dağılıb, Minterin bacısı qızı da qəzalardan birində xəsarət alıb. Amerikalının əmlakını sığortalayan şirkət onun evinin ətrafına 30 min dollar dəyərində möhkəm hasar çəkdirsə də, buna baxmayaraq, müntəzəm dağıntılardan qaçmaq mümkün olmayıb.

Mənbə: gazeta.ru
 
 
 
Ardını oxu...
Çinin şimal-qərbində baş verən daşqınlar nəticəsində azı dörd nəfər ölüb, 27 nəfər itkin düşüb.

Bu barədə regional fövqəladə hallar idarəsi məlumat yayıb.

Təbii fəlakət Datonq dairəsində baş verib.

Hökumət təbii fəlakətə qarşı tədbirlərin yüksək səviyyəsini elan edib.

Xatırladaq ki, bir neçə gün öncə Çendu şəhərində (Siçuan əyaləti) Landşaft Parkı ərazisindəki dağ çayında daşqın olub, suyun səviyyəsi kəskin qalxıb, axın istirahət zonasında quraşdırılmış düşərgələri və bir neçə çadır şəhərciyini aparıb. Nəticədə azı yeddi nəfər həlak olub, səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Fotonu “Bravo”nun Azadlıq prospektindəki mağazasında çəkmişəm. Deyəsən, mağaza Badamlıya yeni ad verib. Əslində, Badamlının Bakıda satışını təşkil edən şəxslərə bu da azdır. Çünki öz işləri ilə məşğul olmurlar.
Teref.az yazır ki, bunu jurnalist Məhəmmədəli Qəribli qeyd edib . Daha sonra Məhəmmədəli bəy yazır:
Bir neçə ay əvvəl mən onların sosial mediada keçirdiyi “Zəfər Bayramı” müsabiqəsinin qalibi oldum, göz görə-görə mükafatımı vermədilər. Əminəm ki, onların bu özbaşınalığından “Badamlı”ya rəhbərlik edən lazımi adamların məlumatı olmayıb.
“Badamlı”nın piar menecer Elvin müəllimə deyin, gedib təmsil etdiyi şirkətə aid məsulun adının düzgün yazılmasını tələb etsin!
Ardını oxu...
 
 
 

Ardını oxu...
 
 

Samuxda qazi intihara cəhd edib.

 

"Unikal"ın məlumatına görə, hadisə Samux rayon İcra Hakimiyyətinin qarşısında qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Təbriz Abdullayev icranın qarşısında benzin törkərək özünü yandırıb.

Yanıq xəsarətləri alan T.Abdulayev Gəncə şəhərində yerləşən  xəstəxanaların birinə  yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, T.Abdullayevin 44 günlük vətən müharibəsinin qazisi olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

XalqXeber.Az

Babəkdə yerləşən “Maşın bazarı” isə yaxın günlərdə satışa çıxarılacaq…

“Bizim Market” mağazalar şəbəkəsinin və köhnə “Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bütün biznesini satır.

AzToday.az bakupost.az-a istinadən bildirir ki, artıq “Bizim Market MMC” satılıb. Şirkəti Promart MMC alıb.

Babəkdə yerləşən “Maşın bazarı” isə yaxın günlərdə satışa çıxarılacaq.

R.Salmanov 1000-dən çox daşınmaz əmlakın sahibidir. İş adamının bütün əmlakını əldən çıxarmaq istədiyi bildirilir. Onun ölkəni tərk etməyə hazırlaşdığı ehtimal edilir.

Xatırladaq ki, R.Salmanov daha öncə dəfələrlə qalmaqallı məsələlərlə gündəmə gəlib. Onun ölkədən 100 milyon dollar çıxardığı bildirilirdi.

Qalmaqallı iş adamı baldızı Həcər Quliyeva və baldızının oğlu Sahib Quliyevdən şikayətçi olaraq onları həbs etdirmişdi. Onlar “Bizim market”lərin dövriyyəsindən 4 milyon manatdan çox vəsaiti oğurlamaqda ittiham edilirdi.

2019-cu ildə R.Salmanovun ölüm xəbəri yayılmış, daha sonra bunun doğru olmadığı anlaşılmışdı.

Ardını oxu...
Aralıq dənizi normadan 3-5°C artıq isinib. Buna görə də Təl-Əvivdən Fransa Rivierasına və ya Barselonaya qədər olan ərazidə heyvanlar, bitkilər və digər orqanizmlər məhv olur.

2015-2019-cu illərdəki istilik dalğaları artıq 50 dəniz canlısı növünə mənfi təsir göstərib, bir çox hallarda onların kütləvi ölümünə səbəb olub.

Okeanoqrafların fikrincə, ekosistemlərin bərpası üçün Aralıq dənizinin sularının təxminən üçdə biri insanlardan qorunmalıdır.

Mənbə: knife.media
 
Ardını oxu...
Ötən həftə Maştağa qəsəbəsində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində avtomobilimi texniki baxışdan keçirdim. Heç nə dəyişməyib, əvvəlki “qaydalar” hökm sürür, hətta qiymətlər bir az bahalaşıb. Mərkəzə daxil olub sənədlərimi təqdim etdim, inspektor baxdı, qarşısındakı hesablayıcıya 100 manat yazıb mənə göstərdi, 90 manat verib, çıxdım. Maşını heç müayinə də eləmədilər, dedilər “SMS gələcək, get!” Bir neçə saatdan sonra mesaj gəldi ki, avtomobilim texniki baxışdan keçib”.

Bu sözləri Pressklub.az-a adının çəkilməsini istəməyən sürücü bildirib. O, qeyd edir ki, əksər sürücülər onun kimi, özünü “əziyyətə” salmaq istəməyib, Baş Dövlət Yol Polisinin olduqca bahalı müayinə avadanlıqları ilə təchiz olunmuş Mərkəzinə baş çəkməyib. Bəziləri qiymətdə razılaşmadıqda onlar müayinəyə dəvət olunur və qüsurlar göstərilir, amma onların sayı elə də çox deyil.

Qeyd edək ki, bu sahədə olan problemlər, qüsurlar, korrupsiya iddiaları barədə mətbuatda dəfələrlə yazılıb. Elə Pressklub.az-da bir neçə araşdırma dərc olunub. Təəssüf ki, hələ də dəyişən bir şey yoxdur.

Dünyanın bir çox ölkələrində texniki baxış, ümumiyyətlə, yoxdur, bəzilərində isə qaydalar fərqlidir. Məsələn, qardaş Türkiyədə istehsal müddəti üç ildən çox olan avtomobillər 2 ildə bir dəfə texniki müayinədən keçirilir. Bunun üçün əvvəlcədən onlayn qaydada növbə götürülməlidir. Gürcüstanda yeni avtomobillər buraxılış tarixindən 4 il sonra baxışdan keçirilir. İstehsal müddəti 4 ildən 8 ilə qədər olan avtomobillər isə 2 ildən bir texniki müayinədən keçməlidir.

Azərbaycanda isə “Yol hərəkəti haqqında” Qanuna görə, avtomobillər istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxış keçirilir.

2019-cu ilin sonundan texniki baxış rüsumları 20 manatdan 30 manata qaldırılıb.

Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. 20 gün ərzində problem aradan qaldırılmasa, cərimə yenidən təkrar olunur.

Bu sahədə bir çox suallar açıq qalır, onlardan biri də ölkənin avtoparkının kifayət qədər köhnə olmasına rəğmən, demək olar, əksər avtomobillərin texniki baxışdan “uğurla” keçməsidir. Bundan başqa, qəza törədən zaman avtomobilin texniki vəziyyəti, ona “müsbət” rəy vermiş qurum da məsuliyyətdən kənarda qalır.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) təmsilçisi bir müddət əvvəl mətbuata demişdi ki, ölkədə minik avtomobili parkının vəziyyəti artıq çox ciddi narahatçılıq doğurur: “Təxminən 900 min minik avtomobilinin yaşı (ölkə avtoparkının 77%) 10 ildən yuxarıdır. Ümumilikdə ölkə parkında 100 mindən artıq yaşı 40 il və daha yuxarı, 125 mindən artıq yaşı 30-dan yuxarı, 300 mindən artıq yaşı 20-dən yuxarı müxtəlif tip avtomobil var ki, bu da ölkə avtoparkında toplam olaraq 500 mindən çox istismarı təhlükəli və ekologiyaya zərərli avtomobil olduğunu göstərir”.

Maraqlıdır, sayı gündən-günə artan sınıq-salxaq maşın bahalı müayinə mərkəzlərindən necə müsbət rəy ala bilir?



Problemin hüququ tərəflərini Pressklub.az-a şərh edən hüquqşünas Hafiz Həsənov bildirib ki, nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsinə dair tələblər və qaydalar “Yol hərəkəti haqqında” qanunun 30-cu maddəsi və “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında” Əsasnamə ilə müəyyən edilib. Onun sözlərinə görə, bu normativ hüquqi aktlara görə, texniki baxışın məqsədi nəqliyyat vasitələrinin texniki vəziyyətinin qüvvədə olan hərəkətin təhlükəsizliyi qaydalarının, normativlərinin, standartlarının tələblərinə müvafiq olmasına nəzarət etmək, nəqliyyat vasitələrinin mənsubiyyətini və digər qeydiyyat məlumatlarını dəqiqləşdirmək, nəqliyyat vasitələri ilə bağlı cinayət tərkibli hadisələrin və inzibati hüquqpozmaların qarşısını almaqdır:

“Lakin müşahidələr göstərir ki, mövcud praktika qanunun nəzərdə tutduğu bu məqsədləri daha çox korrupsiya prosesinə çevirib. İndi avtomobili olan hər kəs bu neqativ halla qarşılaşır və bu, hamıya bəlli, sübuta ehtiyacı olmayan faktdır. Özü də bu proses elə açıq şəkildə aparılır ki, sanki belə də olmalıdır və bu prosesi keçənlər də təəccüblənmirlər. Ötən dövrdə texniki baxışdan keçə bilməyən nəqliyyat vasitəsinin siyahısı da ictimaiyyətə açıqlanmadığından, bilmirsən ki, ümumiyyətlə, texniki baxışdan keçməyən nəqliyyat vasitəsi olubmu? Güman edirəm ki, çox böyük ehtimalla, belə bir siyahı da yoxdur”.

Hafiz Həsənov burada çox vacib bir məqama diqqət çəkir:

“Burada texniki baxışdan keçən avtomobilin sonradan texniki nasazlıq ucbatından qəza törətdiyi halda da bütün hüquqi məsuliyyət nəqliyyat vasitəsinin sahibinin üzərindədir və qanunvericilik belə qəza halına görə həmin nəqliyyat vasitəsini texniki baxışdan keçirənin hüquqi məsuliyyətini nəzərdə tutmur. Praktikada bu cür hala görə intizam cəzası və ya vəzifə səhlənkarlığı tətbiq edilən hallar yox dərəcəsindədir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi tələbini çoxdan ləğv etmək lazımdır. Bir sıra ölkələrdə tətbiq edilməyən və ya ləğv edilən nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi tələbini bizim ölkəmizdə də ləğv etmək lazımdır. İndi ölkədə korrupsiya ilə bağlı milli fəaliyyət proqramları qəbul edilir, korrupsiya ilə mübarizə üzrə dövlət qurumları yaradılır. Bütün bunların fövqündə nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi tələbini ləğv etmək korrupsiya ilə mübarizədə ən yaxşı və səmərəli tədbirlərdən biri olardı”.
 
Ardını oxu...
Artıq hər kəs bu yeni dalğaya təslim olur və olmalıdır

2000-ci illərlə birlikdə “günlərin bir günü şirkətlər, firmalar öz işçilərini uzaqdan işlədəcəklər” fikri populyarlıq qazanmağa başlamışdı. Ancaq başda qlobal şirkətlər, böyük holdinqlər olmaqla, milyonlarla firma bu fikrə, bu ideyaya ağız büzürdü. Çünki belə bir iş yanaşmasının (remote working, teleworking - uzaqdan işləmə, məsafədən çalışma) səmərəsiz olacağı və şirkətlərin ciddi iş və gəlir itkisi yaşayacağı düşünülürdü.

Amma milyonlarla şirkətin düşündüyünün əksi baş verdi - son 2 ildə uzaqdan işləməyin çox effektiv olduğu sübut olundu. Maraqlı tərəfi odur ki, pandemiya bitdiyi halda, uzaqdan iş prinsipi nəinki aradan qalxmır, əksinə daha da geniş yayılır və yerini möhkəmlədir.

Ekspertlər pandemiyanın iş həyatına qalıcı bir miras qoyduğunu dilə gətirirlər. Bu, heç vaxt dəyişməyəcək bir tendensiyadır. Bunun bir neçə aydın səbəbləri var:

Birincisi, bu, milyonlarla şirkət və firmanı minlərlə insanın işlədiyi nəhəng ofislərə bağlanmaqdan, nəhəng ofisləri saxlamaqdan, binalar və ofislər üçün böyük məbləğdə vəsait ödəməkdən xilas etdi. Keçən yazdan bəri aparıcı iqtisadiyyatlarda aparılan onlarla araşdırma göstərir ki, bir çox şirkət və ya firmaların ofislərində həftəlik işçilərin orta sayı 25-30 faiz arasındadır. Buna görə də, yeni ofis planı işçilərin kompüterini sistemə qoşa biləcəyi masaları olan açıq iş sahəsi kimi nəzərdə tutulub. Beləliklə, işə gəlməyə ehtiyacı olmayan onlarla insana, iri şirkətlərdə yüzlərlə, hətta minlərlə kvadratmetr boş yerə ehtiyac qalmır.

İkinci böyük təsir - dünyanın hər yerində rahat şəkildə işçilər saxlamaq və işlətmək imkanının yaranmasıdır. Dünyanın aparıcı şirkətləri, inkişaf etməkdə olan şirkətlər çox vaxt güclü “beyinləri” təkcə öz ölkələrində deyil, həm də dünyanın hər yerində, xüsusən də inkişaf etməkdə olan aparıcı ölkələrdə axtarırlar. Keçmişdə pasport, viza, iş icazəsi kimi bürokratik və baha başa gələn prosedurlar ucbatından xaricdəki uğurlu kadrların cəlb olunması hər iki tərəf üçün çətin idi. Ancaq bu gün aşkar edilmiş kadrların öz ölkəsindən işləməyə davam etməsi rahat və mümkündür. Belə ki, şirkətlər və firmalar nəinki xeyli xərcdən xilas olur, həm də həmin şəxsi məvacibinə uyğun daha yüksək maaş vermək əvəzinə, öz ölkələrində aşkarlanan kadrların alıcılıq qabiliyyətinə görə kifayət qədər məqbul olan maaşla çalışdırır.

Ticarət sektorunda, pərakəndə satış, logistika, maliyyə, informasiya texnologiyaları və proqram təminatı şirkətlərində və gündəlik şirkət fəaliyyətinin uzaqdan idarə oluna biləcəyi onlarla sektorda uzaqdan işə keçid qlobal miqyasda 40-60 faiz arasındadır. Hətta istehsal sənayesi üçün də müəyyən miqyasda “ağ yaxalıqlı” işçilər üçün müraciətlər artır.

Əslində, virtual reallıq eynəkləri ilə maşında nasazlığı uzaqdan aşkar edəcək və sözügedən maşının uzaqdan təmirini təmin edəcək proqram və texnologiyalar inkişaf etdikcə istehsal sənayesinin müxtəlif sahələrində uzaqdan işləmə meylinin artacağını söyləmək olar. Elektron ticarət qlobal tutumu və trilyonlarla dollara çatan həcmi ilə son 10 ilin ən populyar və ən sürətlə inkişaf edən sektorudur. Bu sektorda distant işləməyə meyl demək olar ki, 90 faizə çatıb. Robot texnologiyası daha da inkişaf etdikcə, robotların da uzaqdan idarə olunduğu istehsal sənayesinin reallaşmasına, bəlkə də, 10 il qalıb.

Uzaqdan iş şəraitinin geniş tətbiqi işçilərin hüquqlarını qorumaq üçün yerli hökumətlərdən yeni tendensiyanın spesifik şərtlərini əhatə edən, daha ətraflı hüquqi tənzimləmələr hazırlamağı tələb edir. Uzaqdan işləməyə meylin bu qədər geniş vüsət aldığı bir dünyada bütün işçilərin kadr stajının olub-olmaması, müqavilənin olub-olmaması, işçi hüquqları ilə bağlı adekvat məlumatın olub-olmaması daha intensiv şəkildə izlənilməli olan bir sahədir.

Bu səbəbdən, dövlət orqanının iş yeri ziyarətləri ilə yanaşı, bu yeni dövr üçün iş həyatı yoxlamalarını da uzaqdan həyata keçirməli, uzaqdan çalışan işçilərlə virtual görüşlər təşkil etməli, iş prosesini onlayn şəkildə, görüntülü izləməlidir. Çünki, bu yeni tendensiya “virtual köləlik” nizamı formalaşdıra biləcək dərəcədə risk daşıyan bir sahədir.

Müəllif: Kərəm Alkın

Mənbə: "sabah.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli
 
Ardını oxu...
Ekspert: “Bu il ali məktəblərə ixtisas seçimində ən gərgin vəziyyət I və IV qruplar üzrə ixtisas seçimində müşahidə olunacaq”

Abituriyentlər üçün ən həyəcanlı mərhələ - ali məktəblərə ixtisas seçimi başladı. Mütəxəssislər deyir ki, burada son dərəcə diqqətli olmaq lazımdır ki, çəkilən əziyyətlər hədər getməsin. İxtisas seçimi zamanı əsasən nələrə diqqət etməli? Hansı qrupun və hansı ixtisasları seçənlərin şansı çoxdur?

Ekspertlər bu il ən yüksək müsabiqə şərtinin olacağını bildirirlər. Bu səbəbdən də valideynlər neçə gündür ki, təlaş keçirirlər. Vəziyyət o qədər gərgindir ki, valideynlərin əksəriyyəti ixtisası düzgün seçmək üçün repetitorlara üz tutublar. Hətta bunun üçün repetitorlara 100 manat pul ödədiklərini deyirlər.

Qeyd edək ki, ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün başa çatır. İxtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Təhsil eksperti Kamran Əsədov ixtisas seçimi zamanı diqqət olunası bir sıra məqamlara aydınlıq gətirib: “İxtisas seçimi zamanı düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını - ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerinə diqqət yetirmək vacibdir". Ekspertin sözlərinə görə, ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərən amillərdəndir: "Vacib bir məsələni bildirmək istəyirəm ki, imtahan verən şəxslər ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları ilə də maraqlanmalıdırlar. Bu vacibdir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə abituriyent üçün oriyentir rolunu oynaya bilər. Qeyd edim ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyllər, tendensiyalar da özünü göstərir”.

Ekspert deyib ki, ötən illərlə müqayisədə bu il ixtisas seçimləri arasında ciddi dəyişikliklər var və bu il ən yüksək müsabiqə şərtinin olması gözlənilir: “İxtisas qrupları üzrə təhlil aparanda görürük ki, bu il ali məktəblərə ixtisas seçimində ən gərgin vəziyyət I və IV qrup üzrə qrupların ixtisas seçimində müşahidə olunacaq. Belə ki, bu il bu qruplar üzrə 500-600-dən yuxarı bal toplayan abituriyentlərin sayı keçənilkindən fərqli olaraq kəskin şəkildə artıb. I qrup üzrə xüsusən 500-dən yuxarı bal toplayan abituriyentlər diqqətli olmasalar, onlar ödənişsiz ali məktəblərə qəbuldan məhrum ola bilərlər. IV ixtisas qrupu üzrə tibb ixtisasını seçən abituriyentlər əgər 500-dən aşağı bal toplayıblarsa, onlar tibb ixtisasını seçməsələr daha yaxşı olar. İkinci qrup üzrə abituriyentlər yaxşı olar ki, öz balları ətrafında ixtisas seçimi etsinlər. Birinci qrupun abituriyentlərinə, xüsusən 400-450 bal toplayanlara tövsiyə edirəm ki, öz ballarından yuxarı balı olan ixtisasları yazmasınlar. III qrup abituriyentlər, xüsusən 400-450 bal toplayanlar rahatlıqla topladıqları baldan 50 bal yuxarı ixtisas yaza bilərlər. Bu il hətta Bakı Dövlət Universitetinin, digər universitetlərin hüquq ixtisaslarının 2021-ci illə müqayisədə 30 bala qədər düşməsi müşahidə edilir. IV qrupda gərgin vəziyyət tibb ixtisasındadır. Bu il tibb ixtisasına plan yerləri kəskin azalıb, 530-dan 480-ə düşüb”.

Qeyd edək ki, ixtisas seçmək hüququ olan abituriyentlər müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər. İxtisas seçimi mərhələsində abinturinyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. İmtahan verdikləri ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyentlər həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edirlər. Abituriyent ixtisas seçimi edərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Seçiləcək ixtisas kodlarını, onların sayını və ardıcılnlığını abituriyent özü müəyyənləşdirir. Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər".
musavat.com
 
 



Dünyapress TV

Xəbər lenti