Marneuli rayonunun Təkəli kənd sakinləri etiraz aksiyası keçirir.
Gununsesi.info xəbər verir ki, aksiyada kənd sakinləri onların əkin ərazilərinin əllərindən alındığını söyləyir və bu işdə hökuməti günahlandırır.
Yerli sakinlərin sözlərinə görə, onlar əkin sahəsində naməlum şəxslər badam və qoz ağacı əkmək istəyir:
“Biz illərdir bu əkin sahələri ilə qazanc əldə edirik və banklara kreditlərimizi məhz buradan əldə etdiyimiz gəlirlə ödəyirik. Seçkilər dövründə bizə dedilər, hakimiyyətə səs verin hər şey yaxşı olacaq, indi isə Marneuli meriyası və quberniya bizə qonşu, Qaçağan kəndindən əkin sahələri almağı və ya oraya köçməyi təklif edir. Biz bu əkin sahələrini kimsəyə verməyəcəyik, canımızı və balalarımızı gərəkərsə bu ərazilərdə işləyən texnikanın altına atacağıq, amma ərazilərimizi verməyəcəyik” ,- etirazçılar bildiriblər.