“Naxçıvandakı digər qurumlar da ləğv olunacaq” - Vahid Əhmədov
Son günlər DTX-nin Naxçıvanda keçirdiyi əməliyyat, aparılan araşdırmalar zamanı külli miqdarda mənimsəmə, yeyinti faktlarının üstünün açılması, həmçinin buna paralel olaraq Muxtar Respublikada bir sıra qurumların ləğvi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, son bir ayda Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Bu prosesin hələ son olmadığı, yaxın günlərdə Naxçıvan Daxili İşlər Nazirliyinin (DİN) də ləğv edilərək DİN Naxçıvan Baş İdarəsinin yaradılacağı ehtimal edilir. Hətta bəzi ekspertlər irəli gedərək Naxçıvan Muxtar Respublikasının statusunun da ləğv olunmasını məsələsini gündəmə gətirilməsinin vacibliyini vurğulayırlar.

“Qafqazinfo” Naxçıvanda baş verənlər, aparılan islahatlar, dəyişikliklər barədə Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədovun fikilərini öyrənib.

DTX-nin Naxçıvanda keçirdiyi əməliyyatların nəticələri barədə danışan deputat qeyd edib ki, baş verənlər bəzi dövlət qurumlarında şəffaflığın olmamasını, korrupsiyanın tüğyan etməsini, rüşvət hallarının olmasını, o cümlədən gömrük sistemində olan problemləri və s. qabarıq şəkildə göstərir: “Kifayət qədər yoxlamalar olur, Hesablama Palatası, Maliyyə Nazirliyinin, DTX-nin müvafiq qurumları işləyir, yoxlamalar aparır, nöqsanları üzə çıxarılar. Həbslər olur, amma bu, rüşvət, korrupsiya hallarının qarşısını almır. Mən əvvəllər düşünürdüm ki, 44 günlük Vətən müharibəsindən sonra vəziyyət müəyyən qədər yaxşılaşar, amma bunun əksini gördüm, daha çox rüşvətə meylli insanlar peyda olmağa başladı. Bu, bizim üçün çox utancverici haldır. Mən deyərdim ki, Azərbaycanın müstəqilliyinə vurulan zərbədir. Baxmayaraq ki, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, dövlət başçısı bu məsələlərlə bağlı xəbərdarlıq edir, lakin bu kimi hallar hələ də davam edir. Ona görə də korrupsiya, rüşvətlə əlaqədar çox ciddi tədbirlərin görülməsinə ehtiyac var”.

Deputat Naxçıvandakı qurumların ləğv edilib mərkəzdəki orqanlara birləşdirilməsini, hansısa xidmət növü, idarə kimi orada olmasını müsbət addım kimi dəyərləndirib:

“Çünki faktiki olaraq Naxçıvan son vaxtlar özünü müstəqil bir qurum kimi aparırdı və oradan müəyyən informasiyaları, hətta DTX belə ala bilmirdi. Ona görə də orada belə hadisələr (korrupsiya, rüşvətxorluq- red.) baş verirdi. Yəqin ki, Naxçıvandakı digər qurumlar da ləğv olunacaq. Bu qurumlar Mərkəzi İcra Hakimiyyəti orqanında olacaq, orada müvafiq qurumların bir şöbəsi fəaliyyət göstərəcək. Belə də olmalıdır. Çünki yoxlamalarla əlaqədar kifayət qədər ciddi məsələlər üzə çıxıb”.

Naxçıvanın Muxtar Respublika statusunun ləğvi məsələsinə gəldikdə, Vahid Əhmədov buna ehtiyacın olmadığını bildirib: “Naxçıvanın statusu ilə bağlı konstitusiyaya dəyişiklik edilməlidir, referendum keçirilməlidir. Bu, çox ciddi məsələdir. Lakin mən hələlik bu məsələnin gündəmdə olduğunu düşünmürəm. Hesab edirəm ki, hələlik bu məsələyə ehtiyac da yoxdur. Orada təmizləmə işləri gedir. Əsas odur ki, ora təmizlənsin və normal fəaliyyət göstərsin”.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti