Ardını oxu...
“İndi hamı bu şəkli paylaşır... Və ürək sözlərini yazır. Basabas düşüb...”

Bunu “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Vasif Talıbovun oğlu Seymur Talıbovun fotosunu “Feysbuk” səhifəsinə yerləşdirərək yazıb.

Baş redaktor daha sonra Naxçıvana səfəri ilə bağlı xatirələrini bölüşüb: “Bu şəkildəki adamın içində olduğu bir xatirəmi yazım: 2017-ci il iyunun əvvəlində KİV rəhbərlərindən ibarət bir heyətdə Naxçıvana getmişdim. Naxçıvan Universitetində tələbələrlə görüşdən çıxanda birdən bu şəkildəki adam peyda oldu; maşınından düşüb universitetin giriş qapısına tərəf gəlirdi. Yanımdakından soruşdum: "Bu adam kimdir ki, hamı qabağına qaçır?" Dedi: "Seymur müəllimdi də. Vasif müəllimin oğlu. Burda prorektordur". Dedi və o da qaçdı pişvaza...
Ətraflı

Sonra hamısı toparlandı, bu şəkildəki adamın böyründə basabasla şəkil çəkdirdilər. Mən də durmuşam kənardan baxıram, Vasif Talıbovun oğlunun yanında durmaqdan ötrü yekə-yekə kişilərin bir-biri ilə çiyinləşməsindən, dümsükləşməsindən ləzzət alıram. Bu şəkildəki adam da hərdən təəccüblə, ya da bəlkə qəzəblə mənə tərəf baxır. Heyətdəkilərdən biri utandı, yanıma gəldi. Sevindim ki, tək deyiləm. İndi o şəkildəkilər, görəsən, o şəkilləri nə edəcəklər?!”

“Mən həmin səfərdə tələbələrlə, əsgərlərlə, orta məktəb şagirdləri ilə, fabrikdəki fəhlələrlə, Batabatda bioloq alim Mürsəl kişi ilə çəkdirdiyim şəkillərdən ləzzət alacam. Bəs Seymur Talıbovla şəkil çəkdirənlər nə hisslər keçirirlər?!...”, - baş redaktor fikrini yekunlaşdırıb.

Xatırladaq ki, B.Həzinin yada saldığı səfər KİVDF-nin o zamankı rəhbəri Vüqar Səfərli tərəfindən təşkil olunmuşdu. Bakıdan gedən 20 nəfərlik heyəti Vasif Talıbov qəbul etməkdən imtina etmişdi...
azpolitika
 
Ardını oxu...
Argentina ilə Polşanın oyununa baxanda yadıma Füzulidən olan məşhur söz ustası Poçtalyon Qadirin bir hadisəsi düşdü. Bu adam duz idi başdan-ayağa, yeri behişt olsun. Seyran Səxavətin də yaxın dostudu. Mənlə də münasibəti yaxşı idi. Hərdən xeyirdə, şərdə dərdləşərdik.

Cavan yaşlarında futbolçu olmuşdu. Bir ara Ağdamın “Qarabağ” komandasında da oynamışdı.

Deməli belə. Füzuli komandası başqa bir rayona yarışa gedir. Qadir danışırdı ki, birinci katib futbolçuları yığıb kabinetinə və deyib ki, əgər uduzub gəlsəz, sizin hamınızın var-yoxunu …

Futbolçular dilxor yola düşürlər həmin rayona. Oyun başlayır.

– Müəllim, onnarın bir 9 nömrəsi vardı, Banişevski onun yanında yalanıydı. Köpəyoğlu bizə göz açmağa imkan vermir. Elə bil od-yalodu. Yaxınlaşdım bunun yanına, dedim, ə, bayıssı göyçək, qoy biz də oynayax dana. O da çöndü mənə elə bir yumrux vurdu ki, ürəyim getdi, yıxıldım yerə. Sudya da bilmədi məni niyə vuruf. Ona qırmızı kart çıxartdı. 9 nömrəni meydandan qovdular. Mənim söyüşümü sudya eşitməsə də, azarkeşlər eşitmişdi, nə qədər bağırdılar, xeyri olmadı. Oyunu uddux, katibinki də əlində qaldı. Oyunnan sonra həmin rayonun milisləri məni də, bizim futbolçuları da zorla azarkeşlərin əlindən aldılar, sora da bizim avtobusu Füzuliyə qədər müşayət elədilər. Çünki azarkeşlər arxadan gəlirdi, milis olmasa mənim leşimi atacaydılar.

Argentinalılar da həmin 9 nömrə kimi qoymadılar polşalıların ayağına top dəyə. Polşalıların ayağına top dəysəydi, daha doğrusu, topu tapa bilsəydilər, Argentinanı Səudiyyə Ərəbistanı kimi darmadağın edərdilər.

Ermənilərin Qrant Matovesyan adlı bir maraqlı yazıçısı vardı. Bəri başdan da qeyd edim ki, 1988-ci ildə Qarabağ hadisələrinə qarışmadı, yəni ermənilərin tərəfini saxlamadı. Onun bir əsəri var, deyəsən Natiq Səfərov tərcümə etmişdi.

Erməni tələbə təəssüf ki, adı yadımdan çıxıb, Moskvaya boks yarışına gedib. Çıxıb döyüşə, sevdiyi qız da tamaşaçıların arasında onu izləyir. Bu dünyada kimi dindirsən heç kim heç vaxt döyüldüyünü etiraf eləmir. Hamı deyir ay belə vurdum, ay belə yıxdım. Bir də görürsən ki, biri birini yıxıb yerə mal kimi çırpır, birtəhər aralayırlar, döyülən durur ağzının, burnunun qanını silir və camaat eşitsin deyə döyənə deyir:

– Get, get, sənə altdan iki dənə elə yumruq qoymuşam ki, səhərədək yata bilməyəssən.

İndi erməni tələbə də döyüşü belə təsvir edir:

– Mənim yaxşı solaxayım var. Məşqçi də kənardan elə çığırır ki, “levıy, levıy”. Sevdiyim qız da qıraqdan baxır. Mən də özümü düzəldirəm ki, rəqibə bir “levıy” udar vurum. Ha axtarıram, kanatların arasında yoxdu. Sudya da nə isə sayır. Ə, nə sayırsan, qoy bir onu tapım. Nə qədər axtardım, tapa bilmədim. Sonra sudya onu hardansa tapdı, əlini qaldırdı. Mən tapsaydım, leşin atacaqdım.

İndi polşalılar da ha axtardılar, topu tapa bilmədilər. Hakim fit verib oyunun qurtardığını bildirdi və argentinalıları qalib elədi.

Allah Qadirə rəhmət eləsin. Yeri gəldikcə onun bəzi anektodlarını yazacam. Amma bir az kobud alınır, görüm redaktə edə biləcəmmi?! Anektodu da redaktə edəndə duzu gedir.

Aqil Abbas
 
 
 
Ardını oxu...
Gəncədə tələbələr arasında kütləvi dava baş verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranan mübahisə kütləvi davaya çevrilib.

Qeyd edilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Ardını oxu...
“Supermarketlərdə vaxtı keçmiş məhsullar var. Gözümlə görmüşəm ki, məhsulun üstündəki köhnə tarixi silir, yenisini yazıb “peçat” vururlar”.

Jamaz.info xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.
“Uşaq qidası ilə bağlı da problem var, qısa zamanda qarşısı alınmasa, bundan böyük problemlər yaranacaq”.
Deputat gömrüklə bağlı da təklif irəli sürüb:
“Qaydaya əsasən, 1 təqvim ayı ərzində 300 dollar limiti keçməmək şərti ilə xaricdən mal gətirə bilərsiniz. Orada imkan varmı ki, “yol pulu” deyilən məbləğ həmin 300 dollara daxil edilməsin?”.
 
Ardını oxu...
Qubanın rayon mərkəzindən 70 km aralıda yerləşən dağlıq Xaltan kənd məktəbində sinif otaqlarının qızdırılması hər il problemə çevrilir. Qaz yoxdur, məktəb özü odun tədarük edə bilməz. Yalnız təhsil şöbəsinin verdiyi biokömür-odunla qızınmaq olar. Mədəni səslənsə də bundan “Fatıya tuman olmur”. Məktəb gah qızdırlır, gah da bu mədəni odunla heç nə əmələ gəlmir.

DİA.AZ bildirir ki, Şəhid Teymur Şahbazov adına Xaltan tam orta məktəbin direktoru İlham Seyfəddinov da Bizim.Media-ya təsdiqləyib ki, biokömür-odunla Qubanın ən sərt təbiətli kəndində sinif otağı qızdırmaq mümkün deyil.

“Bu barədə şagirdlər təhsil şöbəsinə də şikayət ediblər, məsələyə yenidən baxılacağı bildirilib. Dərs zamanı Xaltan məktəbində şagirdlərin paltolu və gödəkcəli oturması valideynləri də narahat edir. Buna bir əncam çəkilməlidir. Adı yaxşı səslənə bilər, amma bu odun can isitmir”.

Qusarın dağlıq zonasında yerləşən şəhid Atabala Ağabalayev adına Kuzun kənd tam orta məktəbi isə dizel yanacağı ilə qızdırılır. Məktəbin direktoru Zakir Zərbəliyev hələlik hər hansı problem yaşanmadığını bildirib. Amma dizel yanacağı ilə qızdırılan məktəblərdə də sərt qış aylarında müəyyən problem yaşanır. Çünki dizel yanacağı böyük məktəblər üçün o qədər də effektli deyil.

Quba-Xaçmaz regional təhsil idarəsinin təsərrüfat-istismar qrupunun rəhbəri Tamerlan Nəcəfov Bizim.Media-ya idarəyə daxil olan 5 şimal rayonunda 413 məktəbin dizel yanacağı odun yanacağı (biokömür-odun kömür də bura daxildir), elektrik, kombi sistemi ilə və qazla qızdırıldığı məlumatını verib. Onun sözlərinə görə görə şimal bölgəsinin Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında 175 məktəb odun, 37-si dizel yanacağı və 42 -si elektriklə qızdırılır.

Tamerlan Nəcəfovun sözlərinə görə, odunla qızdırılan məktəblərin yerləşdiyi kəndlərin bəzilərində qaz xətti olsa da texniki şərt olmağından təhsil ocaqlarına təbii qaz xətti çəkilməyib.

Qrup rəhbəri onu da məlumat verdi ki, Quba-Qusar rayonlarının 7 məktəbində odun yanacağı ilə təminatda müəyyən problemlər səbəbindən bir qədər gecikmə qeydə alınıb. Hazırda həmin məktəblərdən ikisinə yanacaq çatdırılıb. Qalan 5 məktəbə də odun yanacağı həftə ərzində tam çatdırılacaq.

Tamerlan Nəcəfov onu da açıqlayıb ki, hansısa ucqar kənddə odun kömürü ilə siniflərin tam qızdırılması nəticə verməzsə, həmin məktəbə odun yanacağı verilə bilər. Bu mənada Xaltan məktəbi məsələ qaldırsa, problem həll ediləcək.

Amma xatırladaq ki. Xaltan məktəbliləri problemi çoxdan qaldırıblar və həllini gözləyirlər.
 
Ardını oxu...
Milyoner John Jacob Astor IV "Titanik" gəmisi batarkən göyərtədə idi. Onun bank hesablarında bu "Titanik"dən 30 ədəd tikmək üçün kifayət edəcək qədər pulu var idi. Lakin o, ölüm təhlükəsi ilə üz-üzə qalarkən, mənəvi cəhətdən düzgün hesab etdiyi şeyi seçdi və xilasedici qayıqdakı yerini qorxmuş iki uşağa verdi.
Həmin anlarda Amerikanın ən böyük mağazalar şəbəkəsi Macy's-in sahibi, eyni zamanda Titanikdə olan Isidor Straussa belə demişdi:
"Başqa kişilərdən əvvəl xilasedici qayığa minməyimin heç bir əsası ola bilməz."
Həyat yoldaşı da qayığa minməkdən imtina edərək yerini yeni işə götürdüyü qulluqçu Ellen Birdə verdi. O, həyatının son dəqiqələrini əri ilə yaşamağa qərar verdi.
Bu varlılar əxlaqi prinsiplərini itirməməkdən ötrü var-dövlətsiz, hətta cansız qalmağı üstün tutdular.
İnsanların ləyaqətli olması, əxlaqı dəyərləri bilməsi, mərhəmətdən məhrum olmaması nə qədər də önəmlidir!
Teref.az
 
Ardını oxu...
“Naxçıvanın bir ideoloqu var. Adı Mayıs Nuridir. Bu vaxta qədər vaxtaşırı çıxışlarında Naxçıvanın gələcək rəhbərinin "müəllim", yəni Seymur Talıbov olacağı fikirlərini səsləndirirdi.
Mayis Nuri ulu öndər Heydər Əliyevin "Azərbaycançılıq" ideyalarına qarşı "Naçıvançılıq" adlı qondarma ideyalar uydurub separatçılıq edirdi. Hətta Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qüdrət Həsənquliyevi xəyanətkar adlandırırdı. Hörmətli Qüdrət müəllim Mayis Nurini araşdırsa kimdən söhbət getdiyini biləcəkdir.
Bundan əlavə, hər zaman Ovqat.com sayıtının redaktoru Heydər Oğuzu təhqir edir, bununla da Vasif Talıbovun gözünə girməyə çalışırdı.
Cənab Prezident tərəfindən Naxçıvanda həyata keçirilən islahatlardan sonra Mayis Nuri deyəsən “haqqa gəlməyə” başlayıb. O, artıq Vasif Talıbovun və Seymur Talıbovun şəkillərini whatsappda paylaşmağı dayandırıb və onlara qarşı əks mövqe tutub. Bu gün Mayis Nuri yaltaqlığın daşını ataraq yerə Vasif Talıbovu tənqid etməyə başlayıb. Buradan Vasif müəllimə səslənirəm: sizə bu da azdır”.
Heyder Oguz
Teref.az
Ardını oxu...
 
 
 
Ardını oxu...
Millət vəkili Ramil Həsənin biləyində daşıdığı cüt bilərzik diqqət çıkib.

DİA.AZ bildirir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, deputatın bilərziyi məşhur Macarıstan markası olan "JOSH" brendinə məxsudur.

Həmin markanın qiyməti 6000 və 20000 manat arasında dəyişir.

Ramil Həsən biləyindəkilər isə "JOSH" KARKÖTŐ 24957" və "JOSH KARKÖTŐ 09285" modelləridir.

Deputatın biləyindəki aksesuarlrın birlikdə ümumi qiyməti 16 min manata yaxındır.

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ölkədə bütün problemlərin kəskinləşməsi Konstitusiyanın bərbad gündə olmasından qaynaqlanır. Məmləkətin Ana Yasasının məntiqi ardıcıllığı, hakimiyyət bölgüsü prinsipi sənədin özündə pozulub, ona görə də, ölkənin əsas qanunu dəyişməsə problemlərin həlli də mümkün olmayacaq.
Bu Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına da aiddir, qüvvədə olan NMR Konstitutsiyasına gəlin birlikdə nəzər salaq:
- Maddə 4. Dövlət hakimiyyətinin mənimsənilməsinə yol verilməməsi:
I. Naxçıvan Muxtar Respublikasında vətəndaşların heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.
II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.
Əla maddədir, amma işlək deyil, bu isə bir tək Vasif Talıbovun davranışları, onun idarəetmə alışqanlıqları ilə əlaqədar deyil, NMR-nin Ali Sənədinin ona verdiyi səlahiyyətlərlə əlaqədardır:
- Maddə 5. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi:
I. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.
II. Bu Konstitusiya ilə müəyyən olunan hallarda və qaydada Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində aşağıdakı səlahiyyətləri həyata keçirir...
Və səlahiyyətlər sadalanır, amma elə 5-ci maddənin 2-ci hissəsində Ali Məclisin sədrinə həm qanunvericilik, həm də icara hakimiyyəti səlahiyyətləri verilir – yəni, bir şəxs qanunlara görə hakimiyyətin hər iki qoluna rəhbərlik edir, bununla da qalmır məhkəmə hakimlərinin təyinatı da Ali Məclisin sədrinin səlahiyyətinə aiddir: 5-ci maddənin 9-cu hissəsində qeyd edilib ki, Ali Məclisin sədri, “Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası ümumi və ixtisaslaşdırılmış məhkəmələrin hakimlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair təkliflər verir”. Yəni, Ali Məclisin sədri indi qüvvədə olan qanunlara görə hakimiyyətin hər 3 qolunun hakimimütləqidir – belə olan şəraitdə təbii ki, Naxçıvanda “Xan” idarəçiliyi yaranmalı idi. Deməli məsələlərin həlli qanunların, Ana yasanın dəyişdirilməsi ilə mümkün ola bilər.
Yeri gəlmişkən, eyni yanaşma Azərbaycan Respublikası Konstitusiyasında da var – Prezident, faktiki olaraq, hakimiyyətin hər 3 qolunun başçısıdır, bu şəxsdən asılı məsələ deyil, xasiyyət məsələsi də deyil, bu bizim Konstitusiyanın bərbad yazılmasına görədir, yəni, sabah eyni səlahiyyətlərlə istənilən şəxsin Prezident seçilməsi onun avtoritarlaşmasına şərait yaradacaq.
Avtoritarlaşmaya məhz qanunlar, Konstitutsiya şərait yaradır, ona görə də, ölkənin əsas qanunu mütləq yenidən işlənilməli, məntiqi ardıcıllığı, hakimiyyət qollarının müstəqilliyi, inzibati-ərazi vahidlərinin yeni şəraitə və yerli özünüidarəetmənin gücləndirilməsi prinsipinə görə təsis edilməsinə və Naxçıvan Muxtar Respublikasının statusunun ləğvinə acil ehtiyac var. Ona görə də, gecikmədən Azərbaycanda yeni Konstutusiya referendumu elan edilməli, Ana Yasamız cağdaş dünyaya uyğun şəkildə yenidən yazılıb ümumxalq səsverməsi ilə qəbul edilməlidir, başqa yol sadəcə yoxdur...
Natiq Cəfərli
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti