Milyoner John Jacob Astor IV "Titanik" gəmisi batarkən göyərtədə idi. Onun bank hesablarında bu "Titanik"dən 30 ədəd tikmək üçün kifayət edəcək qədər pulu var idi. Lakin o, ölüm təhlükəsi ilə üz-üzə qalarkən, mənəvi cəhətdən düzgün hesab etdiyi şeyi seçdi və xilasedici qayıqdakı yerini qorxmuş iki uşağa verdi. Həmin anlarda Amerikanın ən böyük mağazalar şəbəkəsi Macy's-in sahibi, eyni zamanda Titanikdə olan Isidor Straussa belə demişdi: "Başqa kişilərdən əvvəl xilasedici qayığa minməyimin heç bir əsası ola bilməz." Həyat yoldaşı da qayığa minməkdən imtina edərək yerini yeni işə götürdüyü qulluqçu Ellen Birdə verdi. O, həyatının son dəqiqələrini əri ilə yaşamağa qərar verdi. Bu varlılar əxlaqi prinsiplərini itirməməkdən ötrü var-dövlətsiz, hətta cansız qalmağı üstün tutdular. İnsanların ləyaqətli olması, əxlaqı dəyərləri bilməsi, mərhəmətdən məhrum olmaması nə qədər də önəmlidir! Teref.az