İşləmək üçün getdikləri ölkədə narkotik alveri ilə məğul olduğu deyilən 3 türk edam cəzasına məhkum edilib. Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə sözügedən vətəndaşları ilə bağlı işə başlayıb.Məlumata görə, Hatayın Samandağ rayonundan işləmək üçün getdikləri Səudiyyə Ərəbistanında narkotik ticarəti ilə bağlı mühakimə olunan və edam cəzasına məhkum edilən 3 türkə görə Türkiyə müdaxilə edib. Prezident Ərdoğanın Səudiyyə rəsmiləri ilə danışdığı və vətəndaşların Türkiyəyə ekstradisiyasında mühüm irəliləyiş əldə edildiyi bildirilib.
Türkiyəli millət vəkili Hüseyn Yayman vətəndaşlarının tezliklə Türkiyəyə gətirilməsi ilə bağlı işlər görüldüyünü qeyd edib.