Azərbaycanda “Bolt” taksi tətbiqindən istifadə edənlər nasazlıqlardan şikayətlənirlər. Bakupost.az bildirir ki, istifadəçilər təyinat yeri seçərkən proqram “məlumatlar bazasında xəta baş verdiyini” bildirir və “yenidən cəhd etməyi” təklif edir. Problemin kütləvi xarakter alması səbəbilə istifadəçilər "Bolt"un ölkəmizdə fəaliyyətinin dayandırılmış ola biləcəyini ehtimal edirlər. “Bolt” nümayəndələrindən məsələ ilə bağlı rəsmi şərh verilməyib.