Ardını oxu...
Türkiyədə növbəti dəfə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Sivas-Malatya magistral yolunun Yaşıldərə kəndində yük maşını ilə mikroavtobus toqquşub. Nəticəsədə 8 nəfər ölüb, 9 nəfər yaralanıb.

Qəza yerinə polis, jandarma, xilasetmə və sağlamlıq qrupları sövq edilib.

Nəqliyyat vasitələrinin sürücülərinin kimliyi hələlik müəyyən edilməyib.
 
 
 
Ardını oxu...
Türkiyənin İstanbul şəhərinin Arnavutköy səmtində səhər saatlarında burulğan meydana gəlib.

Meteorologiya idarəsinin hava ilə bağlı xəbərdarlığından sonra Qara dənizin Karaburun sahilində burulğan müşahidə olunub.

Qorxu yaradan təbiət hadisəsi vətəndaşlar tərəfindən lentə alınıb. Videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.


Mənbə: Haber Global
 
Ardını oxu...
İran azərbaycanlı yük maşınlarına qarşı ayrı-seçkilik edir və onlara yanacaq satmaqdan imtina edir.

İran ərazisindən keçərkən Gürcüstan nömrəli avtomobillərdən yol vergisi və digər rüsumlar daxil olmaqla təxminən 550-600 dollar alınır.
Amma Azərbaycan və Türkiyə yük maşınları İrana daxil olarkən yanacaq vergisi ödəyirlər. İranlılar onlara yanacaq satmaqdan imtina etdiyi üçün çənləri dolu ölkəyə daxil olmağa məcbur olurlar. Yanacaq vergisindən əlavə hər birindən əlavə olaraq 350 dollar alırlar. İran tərəfi İraqa gedən sürücülərdən qayıdarkən 860 dollar tələb edir.
Məlumata görə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövlət nömrə nişanlı yük maşınlarının İran ərazisindən tranziti demək olar ki, qeyri-mümkündür.
Sürücülər deyir ki, İrana girib-çıxarkən onlardan yol vergisi və digər xərclər kimi təxminən 1500 dollar alınır. Gürcü nömrəli yük maşınlarının sürücüləri xeyli az pul ödəyirlər. \\AMİA.AZ
 
Ardını oxu...
Azərbaycanda “Kərimə dövləti” qurmaq niyyətlərini açıqlayan və bir sıra cinayətlərə imza atdıqlarını gizlətməyən legionerlərin İrandan təhvil alınması işi reallaşmaq üzrədir. Azərbaycanın baş prokuroru Kamran Əliyev bu məqsədlə İrana səfər edib. İranda həmkarı Məhəmməd Cəfər Montazeri ilə görüşən Kamran Əliyev Azərbaycan hüquq-mühafizə orqanlarının hazırladığı siyahını ona təqdim edib. Siyahıda Azərbaycanın dövlət quruluşuna qarşı təhdidkar iddialar irəli sürən legionerlərin olduğu xəbər verilir. Kamran Əliyev də sözügedən şəxslərin siyahısını həmkarına təqdim edib.

İran mediasına yer alan məlumatda Azərbaycanın tələb etdiyi şəxslərin dövlət təhlükəsizliyinə təhdid olduğuna eyham vurulması söhbətin kimlərdən getdiyini açıq şəkildə ortaya qoyur. Xatırladaq ki, "azərbaycanlı legionerlər’’in İrandakı fəaliyyəti iki dövlət arasında ziddiyyətlərin başlıca səbəblərindən biridir. Hətta Prezident İlham Əliyev bu yaxınlarda mediaya verdiyi müsahibələrindən birində bu faktı açıq dilə gətirərək, “legionerlər”in siyahısını keçmiş həmkarı Həsən Ruhaniyə təqdim etdiyini bildirmişdi. Görünür, Ruhani hakimiyyətinin dini siyasi iradə qarşısında zəifliyi və xaricə bəslədikləri ümidlərinin tam puç olmaması Azərbaycanın bu haqlı tələbinə barmaqarası baxmasına səbəb olmuşdu.

İranda sığınacaq tapan və Azərbaycan əleyhinə sosial şəbəkələr vasitəsilə təbliğat aparan şəxslər sırasında Tohid İbrahimbəyli, Əli Qumi, Əkrəm Hacızadə, Orxan Məmmədov və başqaları var. Tohid İbrahimbəyli 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində Qum və Məşhəd şəhərində dini təhsil alan 14 nəfərə Suriya ərazisində İŞİD-lə mübarizə üçün azərbaycanlı tələbələrdən ibarət “Hüseyniyyun” (Hüseynçilər) adlı silahlı dəstə yaratmaq niyyətində olduğunu bildirib. Bu məqsədlə 14 tələbəni əvvəlcə Qum şəhərində İsgəndər Hüseynovun iş yerində (“Nur” Tərcümə Müəssisəsi) toplayıb, 1 gün gözlədikdən və təlimatlandırdıqdan sonra Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında yerləşən hərbi hissəyə aparıb. Dəməşq şəhərində olarkən Tohid İbrahimbəyli onları təkcə İŞİD-ə mübarizəyə deyil, həm də Azərbaycanda silahlı münaqişəyə hazırlamaq niyyətində olduqlarını bildirib. 25 günlük təlimdən sonra onlar 4-5 nəfərlik qruplara ayrılıb, Tohid İbrahimbəyli bu qruplardan biri ilə Suriyanın Tedemor şəhərinə gedib. Həmin şəhərdə 20 gün qaldıqdan sonra onun rəhbərliyi altında olan qrup Məşhəd şəhərinə qayıdıb. Bir müddətdən sonra Tohid İbrahimbəylinin təklifi ilə hərbi təlim keçmək üçün həmin qrup yenidən Suriyaya gedib. Həmin tələbələrdən biri olan Elmir Zahidov 10 gündən sonra hərbi təlimdən imtina edərək Məşhəd şəhərinə geri qayıdıb. Elmir Zahidov həmin təlimdən imtina etdiyinə görə təhsil aldığı Xoi mədrəsəsinin rəhbərliyi tərəfindən sıxışdırılıb və Tohid İbrahimbəyli tərəfindən təhqir edilib. Elmir Zahidov 2018-ci ilin iyun ayında təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıdıb. Gəncədə Elmar Vəliyevə silahlı hücum edən Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilib. İstintaq zamanı Taleh Həsən oğlu Göyüşov və Tohid İbrahimbəylinin yaxın qohumları Həbib Əkbər oğlu İbrahimli, Pərviz Əlimusa oğlu Musayev, Elmir Savadxan oğlu Ziyadovun Yunis Səfərovla birgə İran İslam Respublikasının Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub. Həmin aksiyadan bir neçə gün sonra Tohid İbrahimbəylinin qohumları olan bu şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.

Legionerlər kimlərdir, Azərbaycanı niyə təhdid edirlər? İran onları niyə himayə edir? Teref.az-ın məlumatın agörə, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a dedi ki, Azərbaycan müstəqilliyini əldə edəndən sonra İrandan Mahmudəli Çöhrəqanlı və bir sıra şəxslər Azərbaycana gəliblər. Lakin onlar İranın təkidi ilə Azərbaycan ərazisindən çıxarıldılar: “O zaman İranın sözünün keçən zamanı, Azərbaycanın isə yenicə müstəqilliyə qədəm qoyduğu illər idi. Bu gün İran ərazisində Azərbaycan əleyhinə fəaliyyət göstərən, özlərinə legioner, ”hüseynçi" və başqa adlar qoyan dəstələr var. Bu dəstələrdə olanlar Azərbaycanın dövlət quruluşu əleyhinə, konstitusiyası əleyhinə fəaliyyət göstərən şəxslərdir. Bu adamlar İranın təsirləri altında o fikirlərə düşüblər və İran ərazisinə keçiblər. Onların buradakı fəaliyyəti cinayət tərkibli fəaliyyət idi və qarşısı alınırdı. Bu adamlar İranda oturub Azərbaycan dövlətinə qarşı televiziyalardan, sosial şəbəkələr üzərindən hücumlar edirlər. Həmin adamlar öz sözlərini demirlər, İranın siyasətini yeridirlər".

İlham İsmayıl deyib ki, həmin şəxslərin fəaliyyəti cinayət tərkiblidir: “O adamlar vətən xainləridir. Onları başqa cür adlandırmaq mümkün deyil. Onlar Azərbaycanda demokratiya istəmirlər, demokrat deyillər. Onlar siyasi fəaliyyətlərinə görə təqiblərə məruz qalan şəxslər deyillər, sırf cinayətkar fəaliyyətlə məşğuldurlar deyə İranda məskunlaşıblar. Oradakı fəaliyyətləri İranın kompleks fəaliyyətlərindən biridir, İranın maraqları çərçivəsində fəaliyyət göstərirlər. Bu adamlar potensial vətən xainlərdir”.

İlham İsmayıl deyib ki, bu ilin mayında dövlət başçısının İran prezidentinə, indi isə baş prokurorun öz həmkarına təqdim etdiyi siyahı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən hazırlanıb: “İran prezidentinə aylar əvvəl təqdim olan siyahıda adları olan şəxsləri təəssüf ki, İran tərəfi təhvil verməyə tələsmir. Azərbaycan bu məsələni gündəmdən çıxarmamalıdır, mütəmadi olaraq o siyahılarda olan şəxslərin təhvil verilməsi üçün addımlar atılmalıdır”.

İlham İsmayıl deyir ki, siyahıda olan şəxslərin xüsusi əməliyyatlarla ələ keçirilməsi planları da nəzərdən keçirilə bilər: “Amma bu cür əməliyyatlar İran-Azərbaycan münasibətlərinə xələl gətirə bilər. Sovet dövründə xaricdə oturub antisovet təbliğatı aparan şəxslər vardı. SSR Dövlət Təhlükəsizlik Komitəsində belə şəxslərlə məşğul olan xüsusi şöbə vardı. Həmin şöbə antisovet təbliğatı aparan şəxsləri dünyada tapıb zərərsizləşdirirdi. Öldürməkdən tutmuş ələ alma, oğurlayıb məhkəmə qarşına çıxarma və s. əməliyyatlar həyata keçirilirdi. Biz bu gün bu siyasəti yeritsək, iki ölkə arasında münasibətlər gərginləşəcək. Yaxın tarixdə belə faktlar olub. Britaniyada Rusiya əleyhinə çıxış edən Rusiya vətəndaşları, xüsusi xidmət orqanı vətəndaşı zərərsizləşdirilib. Bu cür əməliyyatlar Rusiya və Britaniya arasında qalmaqala səbəb oldu. Biz də belə əməliyyatlar keçirə bilərik, amma elə etmək lazımdır ki, belə əməliyyatlar iki ölkə arasında münasibətləri gərginləşdirməsin”.

Ilham İsmayıl deyir ki, İrana təqdim olunan 41 nəfərlik siyahıda adların artmamasına çalışmaq lazımdır: “Elə etmək lazımdır ki, Azərbaycan vətəndaşları İranın zərərli təbliğatının təsiri altına düşməsinlər. İranın siyasətinin kökündə Azərbaycana qarşı düşmənçilik durur. Qonşu dövlətlərə ekspansiya edirlər. Bu gün İraqda baş verən hadisələr birbaşa İranla əlaqəlidir. Müqtəda əs-Sədr birbaşa İranın adamıdır. Orada iranpərəst qüvvələr var. Onlar İraqda da, Azərbaycanda da birbaşa İranın maraqlarından çıxış edirlər. Elə etmək lazımdır ki, İranın bu istiqamətdə fəaliyyəti neytrallaşsın, heçə ensin”.
 
 
 
Ardını oxu...
ABŞ-ın qərb tərəfində yerləşən Kaliforniya ştatında dalğalar zəhərlənib ölmüş minlərlə balığı sahilə vurub.

Xüsusilə Kaliforniyanın San-Fransisko körfəzində dənizin həddindən artıq çirklənməsi və sudakı oksigen miqdarının azalması nəticəsində çimərliklərdə kütləvi balıq ölümləri müşahidə edilir.

Vətəndaşlara xəbərdarlıq edilərək “insanların və ev heyvanlarının sağlamlığına təsirləri ilə bağlı qeyri-müəyyənliyi nəzərə alaraq” zəhərli yosunların təsirinə məruz qalan ərazilərdə tutulan balıqlar, xüsusilə də qabıqlı dəniz məhsullarının istehlakına qarşı diqqətli olmaları istənilib.

Körfəzin 40 çirkab sutəmizləyici qurğusundan təmizlənmiş çirkab sularının və beş çirklənmiş neft emalı zavodunun tullantıları zəhərli yosunların böyüməsi üçün ideal şərait yaradır. Yosunlar öz növbəsində oksigeni qəbul edərək zəhər yayır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun tutduğu vəzifədən azad edilərək sərəncama götürüldüyü bildirilir.
TEREF xəbər verir ki, bu barədə TNS-ə özəl mənbələrdən məlumat daxil olub.
Məlumatı dəqiqləşdirmək üçün Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə müraciət etdik. Şifahi müraciətimiz zamanı əməkdaşımıza bildirilib ki, yazılı sorğu göndərilməlidir. Əksər müraciətləri operativ şəkildə, qısa müddət ərzində cavablandıran Dövlət Miqrasiya Xidməti nədənsə TNS-in bu sorğusunu cavabsız qoyub. Nəzərə alsaq ki, bizim sorğumuz cavablandırılması çətin və vaxt aparan məlumat deyil, o zaman saytımızın sorğusuna cavab verilməməsi suallar yaradır. Ümid edirik ki, növbəti iş günündə Dövlət Miqrasiya Xidməti bu məsələyə aydınlıq gətirəcəkdir.
Rza Talıbovun Naxçıvan Muxtar Respublikasında yüksək vəzifəyə təyin ediləcəyi ilə bağlı məlumatlar da var.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Rza Talıbov Bakı Dövlət Universitetindəki işindən də uzaqlaşdırılıb.
Xatırladaq ki, Rza Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun böyük oğludur.
 
Ardını oxu...
Tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov Kiyevə, Stepan Banderanın Ukraynadakı davamçılarına nifrət etməsinin səbəbini açıqlayıb.

Axar.az xəbər verir ki, Solovyov bunu “Rossiya 1” telekanalındakı çıxışında deyib.

“Bəziləri deyir ki, mənim bütün Ukrayna xalqından zəhləm gedir, amma bu, belə deyil. Mən rəsmi Kiyevə və Stepan Banderanın Ukraynadakı davamçılarına nifrət edirəm. Çünki Bandera və onun ordusu Böyük Vətən müharibəsi zamanı mənim ailə üzüvlərinin bir qismini qətlə yetiriblər. Onlar diri-diri torpağa basdırılıb. Bilirsiz hansı səbəbə görə? Yəhudi olduqları üçün... Mənim Şoltsu Hitler kimi səsləndirdiyim videonu bütün dünya müzakirə edir. Məndən soruşurlar “Niyə belə etmişəm?” Cavab verirəm: Çünki banderləri Ukraynada dəstəkləyən Şoltsu yalnız Hitler kimi səsləndirmək lazımdır”, - deyə o qeyd edib.
 
Ardını oxu...
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ŞPŞ-nin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Novruzov saxlanılıb.
Şöbə əməkdaşları tərəfindən həmin şəxsə məxsus “Porsche Cayenne” markalı avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən 1 ədəd avtomat, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb.
G.Novruzov izahatında silah və sursatı bir müddət əvvəl şəhər ərazisindən tapdığını və qanunsuz olaraq saxladığını bildirib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq - təkrar törədildikdə) və 177.2.3 (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə axtarışda olan şəhər sakini Nizami Qasımov da şəhər ərazisində saxlanılıb.
Saxlanılan zaman isə həmin şəxsdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Ev tikmək istəyirəm. Bunun üçün hara müraciət etməliyəm, kimdən icazə almalıyam?”

Bu cür problemlə qarışlaşan vətəndaşların sayı yetərincədir. Sakinlərin öz hüquqlarını və qanunu bilməməsi tikinti ilə bağlı icra hakimiyyətinin qeyri-qanuni tələblərinin normaya çevrilməsinə səbəb olur.

Bəs şəhərsalma və tikinti məcəlləsinə görə, bu proses necə həyata keçirilir? Bütün norma və qaydalara uyğun, sənədi olan torpaq sahəsində ev tikmək üçün icazə lazımdırmı?

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Türkiyənin Adana şəhərində patrul xidməti göstərən polis qrupları küçədə naməlum şəxsdən şübhələnib.

Şübhəli şəxsə “dayan” xəbərdarlığı edilib. O, xəbərdarlığa əməl etməyib və qaçmağa başlayıb. Polis onu təqib etməyə başlayıb.

Şübhəli küçədə üç mərtəbəli binanın damına çıxaraq qapını kilidləyib. Bu vaxt o, belindəki tapançanı çıxarıb və damda oturan 14 yaşlı uşağı girov götürüb.

Bölgəyə çoxlu sayda xüsusi əməliyyat polisləri göndərilib.

Polisin 2 saatlıq səylərindən sonra şübhəli silahını yerə ataraq təslim olub.

Əsir alınmış uşaq xilas edilib. Şübhəli şəxs ifadəsi alınması üçün polis bölməsinə aparılıb.


Mənbə: Haber Global
 
 
 

Dünyapress TV

Xəbər lenti