Ardını oxu...
Sinoptiklər mütəxəssislərin təqdim etdiyi qarşıdan gələn qış üçün yeni proqnozdan danışıblar. Meteoroloqların fikrincə, bu dəfə soyuq mövsümdə tipik və ənənəvi havanı gözləməyə qətiyyən dəyməz.

PRIMPRESS-ə görə, gözlənilən xaos səbəbindən qışın özü sözün əsl mənasında çılğın olacaq.

Mütəxəssislərin fikrincə, qış adətən Rusiyanın mərkəzi hissəsinə və Volqaboyuna noyabrın ikinci yarısında düşür. Eyni zamanda, ilk qar örtüyü oktyabrın sonunda müəyyən bölgələrdə, məsələn, Tatarıstanda görünə bilər.

Bu zaman temperatur bəzi günlərdə hələ də müsbət dəyərlərə yüksələ bilər, sonra isə mənfiyə enə bilər. Yəni adətən belə günlərdə yağan qar hələ də əriyir. Artıq noyabrın sonunda, temperatur davamlı olaraq beş dərəcədən aşağı düşəndə, tam hüquqlu bir qış başlayır.


Eyni zamanda, yeni proqnozlar göstərir ki, qarşıdan gələn qış mütləq həm adi vətəndaşların, həm də sinoptiklərin adi fikirlərindən fərqlənəcək. Coğrafiya elmləri doktoru Yuri Perevedentsevin sözlərinə görə, bu qış temperaturun daimi dəyişməsi və yağıntıların fərqliliyi ilə xarakterizə olunacaq.

Ekspert qeyd edir ki, hazırda uzunmüddətli proqnozların ehtimalı çox da yüksək deyil. Amma belə anomal yaydan sonra sinoptiklər eyni anomal qışı gözləyirlər. Hava çox qeyri-sabit olacaq və xaosa bənzəyəcək. Yəni bəzi günlərdə isti dalğaları gələcək, ondan sonra hava insanları soyuq uçuruma qərq edəcək.

Temperatur dalğaları bu dəfə soyuq mövsümün əsas əlaməti olacaq. Demək olar ki, bütün qış boyu ölkənin əhəmiyyətli hissəsinə güclü qar yağacaq.
 
 
 
Ardını oxu...
Azərbaycanda küçələrin açıq qumarxanalara çevrildiyi məsələsi zaman-zaman gündəmə gəlir. “Azərlotereya” ASC-nin hər küçənin tinində açdığı piştaxtaların önünü görəndə, insanlarımızın “şans” urğunda apardığı mübarizəyə baxanda həqiqətən də ürək ağrıyır.

Lotereya oyunları dünyanın hər yerində var, amma bir qaydası, ənənəsi, yolu da var, heç bir ölkənin paytaxtının küçələrində Bakı qədər acı mənzərə ola bilməz. Əvvəllər insanlar hansısa hadisə zamanı bir yerə toplaşırdısa, indi küçədə gedən qumara toplaşır, uduzanların ah-naləsi, şansı gətirməyənlərin ümidsizliyi və keçirdikləri əsəbin özü elə hadisəyə çevrilib. Çox maraqlıdır ki, heç vaxt “Azərlotereya”nın küçədə quraşdırdığı qumar piştaxtalarının önündə böyük sevinc yaşanmır, çünki böyük uduşlar olmur. Görünən yalnız kədər, əsəb, ümidlərin puç olmasıdır.

Bu mənzərə fonunda “Azərlotereya” ASC-nin İdarə Heyətinin rəhbəri Zafer Reisoğlunun bu günlərdə mediaya verdiyi müsahibəsində səsləndirdiyi fikirlər həm paradoks təşkil edir, həm də olduqca gülünc görünür. Zafer Resifoğlu elə danışır ki, sanki ölkəyə böyük xoşbəxtlik bəxş ediblər. Hərçənd ki, qumar piştaxtalarının önündə yaşanan bədbəxtliklər günümüzün acı reallığıdır.

Zafer Reisoğlu isə bu reallığı müsahibəsində gizlətməyə çalışır. Deyir ki, “Azerlotereya” ASC Azərbaycanın qeyri-neft sektorunun inkişafına, əhalinin rifahının yaxşılaşdırılmasına töhfə verir.

Cavaba baxın, qeyri-neft sektoru, əhalinin rifah halının yaxşılaşdırılması.

Hansı töhfədən danışırlar?

İnsanları ciblərindəki son manata qədər qumara qoymağa təşviq etmək töhfədirmi?!

“Azerlotereya” deyə bilər ki, heç kimi buna məcbur etmir. Elə də deyir.
Elədir, amma hər küçənin tinində qumarxana açırlarsa, bu, vətəndaşı asan yolla pul qazanmağa sövq edən, sonuncu manatına qədər oynamağa təşviq edən addımdır.

Reallıq budur ki, “Azerlotereya” bu gün vətəndaşları sürətlə qumara təşviq edir. İdarə Heyətinin sədri isə bunu “əhalinin rifah halının yüksəldilməsinə töhfə” adlandırır. Gülməli, həm də ağlamalı cavabdır, çünki Zafer Reisoğlu bizi, xalqı sözün həqiqi mənasında barmağına dolayıb.
Hələ bu azmış kimi, qeyri-neft sektorunun inkişafına verdikləri töhfədən də bəhs edir. Görünür, cəmiyyəti axmaq hesab edir.

“Azerloteraya” istehsalat müəssisəsidirmi, nəsə istehsal edirmi, yoxsa, fabriklər, zavodlar açıbmı ki, qeyri-neft sektorunun inkişafından danışırlar.
Qumarxana açmaq, vətəndaşı buna təşviq etmək nə vaxtdan qeyri-neft sektorunun inkişafı olub?!

Zafer Reisoğlu isə yeni iş yerləri yaratmalarından danışır, əlavə edir ki, işçilərə tibbi sığorta və nahar pulu da verirlər. Sanki “Azerlotereya” olmasaydı, ölkədə işsizlik baş alıb gedərdi. Vətəndaşın cibinə girməklə, nəinki pulunu, ümidlərini də oğurlamaqla “iş yerləri” açılmır, cənab Reisoğlu.

Realıqlar ortada olduğu halda siz lotereyalarda qoyulan böyük uduşlardan danışır, qazancın 50 faizindən çoxunun uduşlara xərcləndiyini iddia edir, cek-potlardan dəm vurursunuz. Halbuki, udanlarla uduzanların müqayisəsini apardıqda birinciləri tapmaq mümkün deyil.

Necə ola bilər ki, hər gün onlarla lotereya oyunları keçirilir, amma böyük uduşlardan heç birini heç kim qazanmır?
Necə ola bilər ki, son bir ildə cek pot udulmayıb?
Yaxud necə olur ki, maksimim uduşlar 1000 AZN-i keçmir?
“Azerloteraya”nın rəsmi saytında son oyunların nəticələri də təsdiq edir ki, bu qədər lotereya biletinin satışına, keçirilən oyunlara rəğmən, ən yüksək uduş 990,97 AZN olub.

Cavablar bəllidir, “şans” deyib başımızın altına yastıq qoyan “Azerlotereya” ASC insanları qumara “oturduğu” kimi, uduşlarla bağlı da maxinasiyalara yol verir.

Zafer Reisoğlu isə hər şeyin “dünya standartlarına uyğun olduğunu”, hər şeyin “şansla bağlı olduğunu” deməklə əməllərini ört-basdır edir. Zənnimcə, Azərbaycanın müvafiq dövlət qurumları “Azerlotereya” ASC-nin fəaliyyətini ciddi araşdırmalı və lazımı ölçü götürülməlidir. Əks təqdirdə bu qurum Azərbaycan əhalisini daha da müflisləşdirərək, dövlətə qarşı yönləndirəcək. //demokrat.az//
 
Ardını oxu...

Xəbər verdiyimiz kimi, Ukraynada həbsdə saxlanan Vətən Müharibəsi qazisi Misir Qasımlı və onunla birgə ittiham olunan Sübhan Quliyev sentyabrın 5-dən başladıqları aclıq aksiyasını davam etdirirlər.
DİA.AZ xəbər verir ki, bu barədə Bakupost.az -a Misir Qasımlının bacısı Nəzakət Qasımova bildirib.
Onun sözlərinə görə, aclıq aksiyasına başladıqdan sonra Misir Qasımlının vəziyyəti pisləşib.

Qarabağ qazisinin vəkili Anatoli Volkov bildirib ki, dünən istintaq təcridxanasında Misir Qasımlıya iynə vursalar da, orada onun müalicəsi üçün lazım şərait və dərmanlar yoxdur.
Misir Qasımlının bacısı Nəzakət Qasımova və vəkil Anatoli Volkov səhhəti pisləşən qazimizə tibbi yardım edilməsi və məhkəmə prosesində onun müdafiəsinin təşkili ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət ediblər. Onlar səfirliyin qarşısında xeyli gözləsələr də, nə səfir, nə də səfirliyin işçilərindən heç kim onları qəbul etməyib.
Nəzakət Qasımovun dediyinə görə, Vətən Müharibəsi qazisi Misir Qasımlı bir ildən artıqdır həbsdə olsa da, Azərbaycan hökuməti, eləcə də Azərbaycanın Ukraynadakı səfirliyi bir dəfə də olsun, nə onun ailəsi ilə əlaqə saxlamayıb, nə də özü ilə maraqlanmayıb.

Xatırladaq ki, Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı və onunla birgə ittiham olunan Sübhan Quliyev Kiyevdə ərəbmənşəli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri irəli sürülsə də, sübut olunmur.
Ona görə də 1 il 2 aydır ki, müvəqqəti təcridxanada saxlanılırlar.
Qeyd edək ki, Misirin hüquqlarını Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspor Təşkilatının hüquqşünasları tərəfindən qorunur. Bundan başqa Diaspor sədri Hikmət Cavadov, eləcə də idarə heyətinin üzvləri məhkəmədə rəsmi şəkildə onun azadlığa buraxılması üçün zamin durublar.
Əlavə edək ki, sabah növbəti məhkəmə prosesi keçiriləcək, Obuxov şəhər Məhkəməsində işə baxılacaq.
M.Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

 

Ardını oxu...
İŞİD terror qruplaşmasının liderlərindən biri Türkiyədə yaxalanıb. “Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı Əbu Zeyd ləqəbli terrorçunun ölkə ərazisində yaxalandığını açıqlayıb.

Tutulan terrorçu təşkilatın Bağdadi və Kardaşdan sonra ən nüfuzlu lideri olaraq tanınırdı.
 
Ardını oxu...
İsveçdə məhkəmə iki müəllimi öldürməkdə təqsirli bilinən 18 yaşlı Fabian Söderholmu ömürlük həbs cəzasına məhkum edib.

İstintaqın məlumatına görə, əvvəllər məhkumluğu olmayan gənc anlaşılmaz səbəblərdən bıçaq və balta ilə oxuduğu rəssamlıq məktəbinə daxil olub. Orada olan 50-yə yaxın tələbə siniflərdə gizlənib.

Hadisə yerinə polis çağırılıb. Tezliklə iki müəllimin - Viktoria Edstrom və Sara Bukun cəsədi tapılıb.

Hakim Yohan Kvart hökmü izah edərək hücumu “xüsusilə amansız” adlandırıb.

Mənbə: gazeta.ru
 
 

Ardını oxu...
Bir neçə gün öncə “Xinnamnor” tayfununun cəngində qalan Primoryedə (Rusiya, Primorsk diyarı) təbii fəlakətin fəsadları aradan qaldırılır.

Məlumata görə, yüzlərlə sakin praktiki olaraq evlərini itirib. İnsanlar su basmış evlərin damında yardım gözləyirlər.

Onlarla yaşayış məntəqəsində 200-ə yaxın evi su basıb, 30-a yaxın körpü zədələnib. Yaşayış məntəqələrinin əksəriyyəti elektrik enerjisiz qalıb.

Bundan başqa kənd təsərrüfatı istehsalçıları böyük zərərlə üzləşiblər - tarlalar, istixanalar, meyvə bağları və sair su altında qalıb. Fermerlər inəklərini xilas etməyə çalışsalar da güclü axın heyvanları sürükləyib.

Qeyd edək ki, “Xinnamnor” supertayfunu artıq Primoryeyə təsirini dayandırıb. Lakin o, arxasında dağıdıcı nəticələr qoyub. Onlarla körpü, yüzlərlə kilometr yol dağıdılıb. Güclü yağışdan sonra hətta kiçik çaylar da gur çaylara çevrilib.

10 mindən çox insan işıqsız qalıb. Tam bərpa işlərinə başlamaq üçün mütəxəssislər suyun səviyyəsinin azalmasını gözləyirlər.
Ətraflı

Altı bələdiyyədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
 

 
Prezident İlham Əliyev Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksində yaradılan şəraitlə tanış olub.

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə məktəbdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, 1928-ci ildə inşa edilən təhsil ocağında müxtəlif illərdə təmir-bərpa işləri görülsə də, sıxlıq səbəbindən məktəbin əsaslı şəkildə yenidən qurulmasına ehtiyac yaranmışdı. Məktəbin 790 şagird yerlik binasında 54 sinif otağı var idi. Azərbaycan Prezidentinin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 may, 2021-ci il 8 may, 2022-ci il 27 aprel tarixli sərəncamlarının icrası ilə əlaqədar məktəbin binası əsaslı təmir edilib və köhnə korpus sökülərək yerində yenisi tikilib.

Eyni vaxtda 2304 şagirdin təhsil ala biləcəyi məktəb bütün inventarla təchiz edilib. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək müasir məktəb binası 82 sinif otağından ibarətdir.

Qeyd olundu ki, dördmərtəbəli korpusda sinif, əmək, hərbi, rəsm, həkim, musiqi və müəllimlər otaqları, laboratoriyalar, kitabxana, yeməkxana, idman, aerobika və akt zalları var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...











 

XalqXeber.Az
Ardını oxu...
Bu gün “Marriott Hotel”də Bakı şəhər Təhsil İdarəsinin sentyabr konfransı keçirilib. Elm və təhsil nazirinin iştirak etdiyi konfransa Milli Məclisin 10-a yaxın deputatı da dəvət olunub.
Tədbirdə iştirak şəxslərdən biri “Yeni Sabah”a məlumat verib ki, konfransda qalmaqal baş verib. Tədbirə dəvətlilər sırasında Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev də olub. Lakin tədbir boyu ona çıxış üçün söz verilməyib.
Bunu isə deputatlar özlərinə qarşı hörmətsizlik kimi qəbul ediblər: “Hətta deputatlardan biri buna açıq şəkildə etiraz edərək nazirə iradını bildirdi və bunun Milli Məclisə və qanunverici orqana qarşı hörmətsizlik kimi qəbul etdiyini dilə gətirdi. Hətta bu etirazdan sonra da deputatlara söz verilmədi. Sanki deputatları həmin tədbirə sadəcə əl çalmaq üçün dəvət etmişdilər”.
Qeyd edək ki, Milli Məclisin Elm və Təhsil komitəsinin rəhbərləri əvvəllər – Ceyhun Bayramov və Mikayıl Cabbarovun vaxtında da bu tədbirlərə dəvət olunub və çıxış üçün imkan yaradılıb.
 
Ardını oxu...
"Naxçıvanda 2500-dən artıq gənc, “sahə müvəkkilinin köməkçisi” adı ilə Daxili İşlər Nazirliyi ilə əməkdaşlığa cəlb olunub. Onlara kənd və qəsəbələrdə “təhlükəsizlik kamerası” rolunu oynamaq tapşırılıb".
DİA.AZ xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a hazırda ehtiyatda olan bir qrup polis zabiti məlumat verib.
Onlardan Zakir Məmmədov deyib ki, bu işə, əsasən, kənd və qəsəbələrdə yaşayan işsiz və təhsilsiz olan cüssəli gənclər cəlb olunur:
“Rayon mərkəzləri və şəhərlər təhlükəsizlik kameraları ilə nəzarətdədir. Buna görə də burada onlara bir o qədər ehtiyac yoxdur. Kəndlərdə, xüsusilə ucqar yerlərdə bu gənclərə çox böyük ehtiyac var. Onlar "təhlükəsizlik kamerası" rolunu oynayırlar və buna görə, ayda 250-300 manat maaş alırlar. Muxtar respublika üzrə ümumi sayları 2500-dən çoxdur. Təkcə Ordubad rayonunun payına 250 belə “əməkdaş” düşür”.
Z.Məmmədov bildirib ki, onlara nə edəcəkləri ilə bağlı təlimatlar verilir:
“Yaşadıqları, eləcə də qonşu kəndləri nəzarətdə saxlayır, baş verən hadisələr, gəlib-gedən kənar şəxsləri araşdırır və “yuxarı”ya məlumat verirlər. Bir hadisə baş verdikdə isə, sahə müvəkkilinə kömək edirlər. Sovetlər dövründə də “drujinniklər”, polislə gizli əməkdaşlıq edənlər var idi. İndi isə bu, rəsmi formadadır. Kənd yerlərində hər bir ev, həyət izlənilir. Bu, insanların azadlığının məhdudlaşdırılmasıdır. Hər zaman nəzarətdə olmaq hissi onlara psixoloji basqı təsiri yaradır”.
Polislə əməkdaşlıq edən, adının çəkilməsini istəməyən gənclərdən biri deyib ki, işsizlik ucbatından bu işə razı olub:
“Uzun müddət işsiz qaldım. Təsərrüfatla ailəmi dolandıra bilmirdim. Sonradan eşitdim ki, belə bir iş var. Mən də müraciət etdim. Sağ olsunlar, çağırıb yoxladılar, danışdırdılar və qəbul etdilər. Bir müddətdir ki, bu işdəyəm. Zamanım olanda təsərrüfatla da məşğul oluram. Əsas odur ki, daimi işim, gəlir yerim var. Nə əmr edirlərsə, canla-başla yerinə yetirirəm”.

Ardını oxu...
 
 

Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləmiş general Rəsulov Məsum Eynalı oğlunun həbsindən sonra növbənin onun qudası, Mobil Gömrük və Mallara Elektron Nəzarət İdarəsinin rəisi Məmmədli Ramiz Vaqif oğluna çata bilər. Bu haqda TİA.Az-ın əldə etdiyi məlumata görə, iyulun 15-də Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılmış Məsum Rəsulovun həbsi qudası polkovnik Ramiz Məmmədlini səksəkə içində saxlamaqdadır.

 

İdarə rəisi qudasının həbsi ilə əsas dayağını itirmiş olub. Üstəlik, M. Rəsulov Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevlə sinif yoldaşı olub. Mehdiyevin işdən çıxarılması, daha sonra Rəsulovun həbsi Məmmədli üçün qara günlərin başlamasına səbəb olub. Məlumata görə, hələlik komitədə idarə rəisi vəzifəsini tutan Ramiz Məmmədli buna qədər Nehrəmdə tarix müəllimi işləyib. Amma sonradan onun üçün gömrük orqanlarının kluarlarında yollar açılıb, karyera pillələrində irəliləyib. İndisə Mobil Gömrük və Mallara Elektron Nəzarət İdarəsinin rəisi postunda tikan üstündə oturmuş kimi əyləşməkdədir. Bunun ardınca Komitənin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov tutduğu vəzifədən azad olunması, hüquq-mühafizə orqanları tərəfindən dindirilməsi, haqqında cinayət işi açılması xəbərləri prosesin davamının gələcəyi ehtimallarını gücləndirib. Bu da Ramiz Məmmədlini daha da həyəcanlandırıb.

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti