Ardını oxu...
Türkiyədə gözəllik salonlarında bəzi prosedurların edilməsinə qadağa qoyulub.
Bakupost.az Türkiyə mətbuatına istinadən bildirir ki, bununla bağlı olaraq Məssisənin Açılması və İş Lisenziyaları haqqında Əsasnaməyə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, lazer və ya IPL (Güclü İmpulslu İşıq) həyata keçirilən sızanaqların müalicəsi, dərinin cavanlaşması, varikozların aradan qaldırılması, piqmentli lezyonların yox edilməsi kimi tibbi prosedurlar artıq gözəllik salonlarında həyata keçirilməyəcək. Ancaq qalıcı makiyajı belə yerlərdə etdirmək olacaq.
Bu barədə qərar "Rəsmi Qəzet"də dərc olunduqdan sonra qüvvəyə minib.
Ardını oxu...
Rusiyanın Moskva vilayətinin Puşkino şəhərində miqrantlar arasında dava və silahlı atışma olub. Ətrafda yaşayan sakinlər insidenti telefonlarına çəkərək ictimailəşdiriblər.

Qeyd olunur ki, atışma nəticəsində güllə yarası alaraq yaralanan şəxsdən başqa, digərləri qaçaraq hadisə yerindən uzaqlaşıblar.

Polis və Rusiya Milli Qvardiyasının hərbçiləri hadisə yerinə gəliblər.

Hazırda qaçaraq hadisə yerindən uzaqlaşmış şəxslərin axtarışı aparılır.

 
Ardını oxu...
DİA.AZ: - "Azərbaycan Dəmir Yolları"nın rəhbərliyindən uzaqlaşdırılaraq Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Cavid Qurbanov ciddi tədarük içindədir. Bu barədə DİA.AZ-a mötəbər mənbələrdən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, ola bilsin bu tədarük növbədənkənar və yaxud da növbəti parlament seçkiləri ilə bağlıdır.

DİA.AZ xatırladır ki, son günlər yeli KİV-də Milli Məclisə növbədənkənar seçkilərin keçirilə biləcəyi haqda müxtəlif səpgili məlumatlar təqdim olunmaqda, müzakirələr açıqlmaqdadır. Məlumatlı mənbənin bildirdiklərindən belə anlaşılır ki, Cavid Qurbanov da həmin prosesə ehtiyatını görür və ola bilsin ya özünün, ya da hansısa yaxınlarının yeni Milli Məclis heyətində təmsilçiliyinə nail ola bilməsi üçün hərkətdədir.

Qeyd edək ki, Cavid Qurbanov bu gün "vurulmuş" məmur kimi görünsə də onun hakimiyyət daxilində kifayət qədər rıçaqları var.

Şərti olaraq “Kəlbəcər klanı” adlandırılan Cavid Qurbanovun vəzifəli qohumlarının siyahısını təqdim edirik:

Vyana Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Eldar qızı Qasımova – Cavid Qurbanovun həyat yoldaşı,

Ədliyyə müşaviri, Baş prokurorluqda Cinayət təqibindən kənar icraat idarəsinin rəis müavini Şəmşir Şəmşirli – Cavid Qurbanovun oğlu,

Abşeron rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli – Cavid Qurbanovun qardaşı,

Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi işləmiş, “Az-Qo” MMC və “Sayalı” MMC şirkətlərinin sahibi, işadamı İlqar Qurbanov – Cavid Qurbanovun qardaşı,

Milli Məclisin deputatı Aqil Məmmədov – Cavid Qurbanovun əmisi oğlu,


Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev – Cavid Qurbanovun qohumu, Aqil Məmmədovun əmisi nəvəsi,

Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin prokuroru Nicat Şəmşirov – Cavid Qurbanovun əmisi oğlu,

Xəzər rayonu Yol İstismar İdarəsinin rəisi Cabir Qurbanov – əmisi oğlu

Sumqayıt şəhər Məşğulluq İdarəsində şöbə müdiri Nahid Şəmşirov – Cavid Qurbanovun əmisi oğlu,

Kəlbəcərin Ağdaban kənd icra nümayəndəsi Murad Qurbanov – Cavid Qurbanovun əmisi oğlu,

Nəqliyyatda Baş Polis İdarəsində yüksək vəzifədə çalışan Əkbər Şəmşirli – Cavid Qurbanovun qardaşı oğlu,

Yevlax Rayonu, Kolanı kəndində Quşçuluq firmasının rəhbəri Fərhad Şabər oğlu Qurbanov – Cavid Qurbanovun əmisi oğlu,

“Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətinin rəisi Adil Şükürov – Cavid Qurbanovun yaxın qohumu,

“KDY logistics” adlı dəmir yolu ilə yük daşımaları şirkətinin rəhbəri Qalib Məmmədov – Cavid Qurbanovun qohumu.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasını qiyabi oxuyan, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov – Cavid Qurbanovun yaxın adamı, qohumuq əlaqələri olduğu da deyilir,

Dağıstanın Yujdağ İnstitutunun Hüquq fakültəsi diplomu ilə Bakı Apellyasiya Məhkəməsinin hakimi olmuş Xəyalə Cəmilova, kəlbəcərli şair Adil Cəmilin qızı – Cavid Qurbanovun yaxın adamı,

Parlamentin deputatı Jalə Əliyeva – Cavid Qurbanovun kurasiyasında olan deputatlardan biri,

Vəsilə Abdulova – Cavid Qurbanovun himayəsində olan “TOPAZ”- qumar biznesinə rəhbərlik edən şəxs,

Kəlbəcər rayon 2 saylı orta məktəbin direktoru Azad Əsgərov – Cavid Qurbanovun qohumu...

DİA.AZ bildirir ki, yəni belə bir güclə Cavid Qurbanovun istənilən bir prosesə müdaxiləsi və müqaviməti kifayət qədər inandırıcı görünür...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Sumqayıtda piyada səkiləri üzərində olan bütün obyektlər sökülür. Söküntü işləri şəhərin Məzahir Abdullayev küçəsində həyata keçirilir.

Piyada səkiləri üzərində olan bütün obyektlərin ötən gündən etibarən söküntüsünə qərar verilib.

Sökülən obyektlərin sahibləri bildirir ki, onlara yazılı sürətdə heç bir qərar göstərilməyib.

Sumqayıt Şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinin əməkdaşı Əli Vəlizadə bildirib ki, sahibkarlara dəfələrlə yazılı və şifahi formada müraciət edilib.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Müstəqillik Günündə geyindiyi köynək gündəm olub.

“Vışıvanka” adlanan ənənəvi Ukrayna köynəyində tank və zirehli texnika işləmələri sosial mediada diqqət çəkib.

Köynənin yuxarı hissəsindəki tikmədə kişi və qadın fiquru əks olunub. Ortada Ukrayna istehsalı olan BTR-3E1 tipli zirehli maşın, ən aşağıda isə tank təsvir olunub.

Mənbə: Haber Global
 
Ardını oxu...
Goranboy rayonu ərazisində yerləşən Səfikürd gölünün suyu quruyub.

Gölün qurumasını əks etdirən görüntülər Baku TV-də yayımlanıb.

Sözügedən videonu təqdim edirik:

 
Ardını oxu...
Meksikada daha bir jurnalist qətlə yetirilib.
Bakupost.az xarici mediaya istinadən bildirir ki, yerli “La Realidad” nəşrinin redaktoru Fredi Roman evinin qarşısında güllələnib.
Onun hansı səbəbdən öldürüldüyü bilinmir.
Jurnalistlərə qarşı cinayətləri izləyən yerli “Articulo 19” təşkilatı qətlin jurnalistin peşə fəaliyyəti ilə bağlı olduğunu ehtimal edir. Çünki Fredi Roman bu il Meksikada qətlə yetirilən 15-ci jurnalistdir; onlardan 9-un qətli peşə fəaliyyəti ilə əlaqəli olub.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Türkiyədə iş adamı olan 47 yaşlı İzel Bardavit yaşadığı binanın dayanacağında avtomobilində tapança ilə güllələnmiş halda tapılıb.

Qafqaz.media xəbər verir ki, hadisə İstanbulda Darüşşafaka Məhəlləsi Açelya küçəsindəki binanın avtoparkında meydana gəlib.

İddiaya görə, yəhudi əsilli iş adamı İzel Bərdavit (47) yaxın dostuna “Bir saatdan sonra evimə gəl, məni tap, uşaqlarım sənə əmanətdir, onlara çox yaxşı bax” deyərək elektron məktub göndərib. Mesajı oxuyan dostu polisə zəng edərək vəziyyəti xəbər verib.

Bildirilir ki, ərazinin bağlı dayanacağına gələn polis qrupları, İzel Bərdaviti avtomobilində tapançadan açılan atəşlə ölü tapıb. Hadisə zamanı silah Bərdavitdən tapılıb. Polisin ilk araşdırmasından sonra iş adamının intihar etdiyi ehtimal edilir.

Bərdavitin cəsədi yarılma üçün Ədliyyə Tibb Təşkilatına aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.
 
Ardını oxu...
Özünü 12-ci İmam Mehdi kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Anar Aslanov təqsirləndirilən şəxsə 585 300 manat verdiyini bildirib.

Onun sözlərinə görə, A.Babayevi 2004-cü ildən tanıyıb: "Mənə özünü İmam Mehdi kimi təqdim edirdi. Hər zaman mənə deyirdi ki, dinin əsas qaydalarından biri odur ki zəkat verim. 2021-ci ildə artıq hamımız anladıq ki, bu insan dələduzluq edir. Belə olan halda da hüquq-mühafizə orqanlarına müraciət etdik".

Təqsirləndirilən şəxs isə onun barəsində səsləndirilən ittihamları qəbul etməyib.

Məhkəmənin növbəti iclası avqustun 30-na təyin edilib.

Qeyd edək ki, İttiham aktına əsasən, A.Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məclislər təşkil edərək inanclı insanları özünün İmam Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.
Ətraflı

A.Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanılır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə isə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

O, zərərçəkmiş Anar Aslanova axirət dünyasında kömək edəcəyini vəd verib. A.Babayev ona bildirib ki, lazım gələcəyi vaxtda zühur edəcək. A.Aslanov verilən vədlərə inanaraq "Hyundai Santafe" markalı avtomobil də daxil olmaqla ona 585 min 300 min manat məbləğində ziyan dəyib.

Digər zərərçəkmiş Natiq Sadıqov isə axirət dünyasında savab qazanmaq üçün A.Babayevə ümumilikdə 543 min manat pul verib.

İş üzrə zərərçəkmiş Zaur Abdullayev isə biznes fəaliyyətində uğur qazanmaq və günahlarının bağışlanması üçün A.Babayevə 134 min manat pul təqdim edib.

Ümumilkdə zərərçəkmişlərə 2 milyon 500 min manat ziyan dəyib. A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub.

O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınır.
 
Ardını oxu...
Paytaxtın Xəzər rayonu, Binə atçılıq massivində yaşayan bəzi sakinlər övladlarını yeni istifadəyə verilən 292 saylı məktəbə elektron qaydada qeydiyyatdan keçirə bilmirlər. Valideynlər iddia edirlər ki, məktəb rəhbərliyi tərəfindən onlara yerlərin dolduğu deyilir.

Xəzərxəbər.az xəbər verir ki, valideynlər bu təhsil ocağının evlərinin yaxınlığında olduğuna görə uşaqlarının digər məktəblərdə təhsil almasını istəmirlər.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib ki, yeni inşa olunmuş 292 nömrəli tam orta məktəb 1890 yerlikdir. 2022--2023-cü təhsil ili üçün məktəbdə 77 sinif komplekti açılıb. Hazırda qeyd olunan siniflər üzrə 1880 şagird qəbul olunub. Vurğulanıb ki, vətəndaş müraciətləri nəzərə alınaraq həmin məktəbdə əlavə sinif komplektinin açılması imkanları araşdırılır.

 
 
 

Dünyapress TV

Xəbər lenti