Ardını oxu...
Səlim Müslümovun 15 min manatlıq nömrəsini alan şəxs baş redaktoru 150 minlik nömrə ilə zəng edərək təhdid etdi

Bu gün axşam saatlarında PİA.az saytının baş redakoru Azər Qaramanlı naməlum şəxs tərəfindən təhdid edilib.
Pravda.az bildirir ki, bu barədə Azər Qaramanlı məlumat verib.

A.Qaramanlının sözlərinə görə, ona saat 20:32-də 051-999-99-99 nömrəsi ilə zəng edilib: “Məndən “Səlim Müslümov şəxsi mobil nömrəsini satışa çıxardı: 15 min manat” adlı yazını saytdan çıxartmağı tələb etdi. Bildirdi ki, Səlim Müslümovun nömrəsini alıb. Dedi ki, belə xəbəri ondan icazəsiz necə dərc etmişik. Dedim ki, sayta xəbər qoyanda səndən icazə almayacağıq və xahiş etdim ki, bir daha məni narahat etməsin. Telefonu söndürdüm və həmin adamın dəfələrlə zəng etməsinə baxmayaraq bir daha açmadım. Sonra həmin şəxs 051-400-00-00 nömrəsindən zəng etdi, telefonu açmadım. Bir qədər sonra mənə 010-201-20-11 nömrəsindən zəng gəldi. Telefonu açdım və bildirdim ki, bir daha məni naarahat etməsin. Bunun cavabında isə qarşı tərəf məni söyüşlərlə təhdid etməyə başladı. Mən onun cavabını verdikdən sonra qeyd etdim ki, təhdidlə bağlı “102” xidmətinə zəng edəcəyəm. Sonra susdu və telefonu söndürdü”.

Jurnalist baş verənlərlə bağlı “102”yə məlumat verdiyini bildirib. Ona məsələnin araşdırılacağı deyilib.

Qeyd edək ki, mətbuatda sxəbər paylaşılıb. Sabiq nazir illərlə istifadə etdiyi 050-211-20-72 mobil telefon nömrəsini satışa çıxarıb və artıq alıcı tapıb.

Xatırladaq ki, 051-999-99-99 nömrəsi bir müddət əvvəl 150 min, 051-400-00-00 nömrəsi isə 45 min manata satışa çıxarılıb.
 
 
 
Ardını oxu...
Fransa millisi və “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba dizindəki menisk zədəsi səbəbindən əməliyyat olunacaq.

O, hələ iyul ayında komanda məşqində zədələnib.

Əvvəlcə futbolçu milli komandanın tərkibində 2022-ci il dünya çempionatına çıxmaq üçün əməliyyatdan imtina edib. Lakin yeni müayinələr konservativ müalicənin zəif nəticə verdiyini və əməliyyata ehtiyac olduğunu göstərib.

Poqbanın 6 həftə sonra meydana qayıda biləcəyi gözlənilir.

Fransa millisinin yarımmüdafiəçisi noyabrın 20-də Qətərdə başlayacaq dünya çempionatı üçün özünü bərpa etməyə vaxt tapacaq.

Mənbə: sports.ru
 
 

Ardını oxu...
“Valideynlər yuxarı sinif şagirdləri üçün geyim almağa gəlirlər, biz dəfələrlə elan eləmişik ki, yuxarı sinif şagirdləri üçün geyim tikmirik, çatdırmırıq. Yuxarı sinifdə nə qədər uşaq var, onların hamısının forması balacalaşıb, köhnəlib?! Mən Təhsil Nazirliyi deyiləm. Əgər qərar gec verilibsə, bizim nə günahımız var?! İndi bizim boğazımız əldə qalıb. Heç nazirlikdən soruşmurlar ki, niyə vaxtında hansı rənglərdən tikmək lazım olduğunu demirdin. Niyə demirdin ki, I və IV siniflər geyinəcək, digər siniflər başqa yerdən alsınlar”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib. O bildirib ki, mart ayında verilən qərarda məktəblərin forma seçib sifariş verəcəyi qeyd edilmişdi. Lakin məktəblərin heç birindən səs çıxmayıb:

“Mart ayında yeni formalar təsdiq olundu. Deyildi ki, yeni forma I və IV siniflərə şamil olunacaq. Digər siniflər isə gələn ildən yeni formadan istifadə edəcəklər. Sonra köhnə formaların qüvvədə qalacağı deyildi. Qərarda yazılmışdı ki, geyimlərdə 4 rəngdən istifadə edilə bilər və bu rəngi məktəblər sifariş edir. Bundan sonra məktəblər istirahətə getdi, bir adam bizə yaxınlaşmadı, demədi ki, hansı rəngi istəyirlər. Nə sifariş var, nə də biz bilmirik hansı rəngi sifariş edək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə getidk, onlar da bizə zəng edib, hansı rəngdə forma sifariş verəcəklərini söz verdilər. Gözlədik, demədilər. Biz də fikirləşdik ki, vaxt azdır, bu parçalar burada istehsal olunmur. Biz parçaların pulunu 100 faiz ödəməklə alırıq. Pulu ödəmədən almaq mümkün deyil. İyun ayında parçaları sifariş verdik, 45 gün ərzində parçalar gəlib çıxır. Bizdən soruşan olmadı ki, nə rəng edirsiniz. Birdən biz iki yox, yalnız bir rəng etsəydik, onda nə olacaqdı?!”

Qurum nümayəndəsi müəssisədə valideynlərin məktəbli forması almaq üçün yaratdığı sıxlığa toxunaraq bunları deyib:

“Ümumiyyətlə, nazirlik deyir ki, bu, tövsiyədir. Məktəbli forması nə I, nə də IV sinif üçün məcburidir. Çünki qərar gec verilib. Hamı bunu başa düşməlidir. Valideynlər bizi sorğuya tutublar ki, niyə vermirsiniz, niyə gecikir? Necə başa salaq ki, bizim burada heç bir məsuliyyətimiz yoxdur. Bizlə müqavilə bağlayan olmayıb, bizə kimsə sifariş etməyib. Bizim işimiz hərbi və polis formalarının tikilməsindən ibarətdir. İlk növbədə o işlə məşğul olmalıyıq. Bizə kim tapşırıq verib ki, məktəbli formasını tikin? Heç kim. Biz özümüz fikirləşdik ki, indiyədək məktəbli forması eləmişik, indi də müəyyən qədər edib, satışa çıxaraq. Daha bilmədik ki, o biri fabriklər heç bir şey etməyəcək. Bu iş başlı-başına buraxılıb”.

Etibar Əzimov işbazlarla da mübarizə apara bilmədiklərini qeyd edib:

“Gündə 1300-1500 uşaq geyindiririk. Biz tikirik, satışa çıxarırıq. Birinə 1-2 dənə köynək lazımdır, amma əllərində 6, 14 dənə köynək görmüşəm. Deyirəm ki, sən hara tələsirsən, dünyanın axırıdır, bu, çörək deyil axı. Uşaq ən yaxşı halda iki dənə köynək geyinə bilər. Deyirlər ki, qardaşım uşağına alıram və s. Yalan deyirlər, sonra aparıb baha satırlar. Onun da qarşısını ala bilmirik. Alıcıdır, pulunu verib alır, hüququdur, onun da hüququna girmək olmaz. Marketə gedirik, qənd soruşuruq, satıcı olmadığını deyir. Biz satıcını boğuruq? Əlbəttə, yox. Yoxdur da. Bizə gələnlər isə bizi ittiham edirlər. Niyə yoxdur, siz nəyə baxırsınız? Nazirlik bu işi bizə tapşırmayıb. Nə bir rəsmi görüş, nə bir şey. Heç kim bizi harasa çağırıb deməyib ki, siz əvvəl də bu işlə məşğul olmusunuz, xahiş edirik, bu il də məşğul olasınız. Heç vaxt bizə tapşırıq olmayıb. Biz ancaq bank krediti ilə alıb, gətirib, tikirik. Alıcılar da məmnundurlar, əvvəlki məktəbli formalarını uşaqlar 2-3 il geyinirdilər. Əllərindən iş gəlməyənlər başlayıblar ki, formalar keyfiyyətsizdir. Bu məhsullar təmiz pambıq və yun parçadan hazırlanıb. Belarusdan alınıb, hamısının sertifikatı, istehsalçısı qeyd olunub”.

Qeyd edək ki, bu il Nazirlər Kabineti yeni məktəbli formaları haqqında qərar qəbul edib. Qərarda geyimlər dörd rəngdə (tünd-göy, tünd-boz, xaki, açıq-qəhvəyi) nəzərdə tutulub. Bakı Tikiş Evində isə iki rəngdə (ağ köynək, göy şalvar və ətək, mavi köynək, boz şalvar, ətək) məktəbli formaları tikilir. Avqustun17-dən yeni məktəbli formaları satışa çıxarılıb. Birinci dəstə ağ köynək, göy şalvar və ətək, ikinci dəstə isə mavi köynək, boz şalvar və ətək daxildir. Formaların Bakı Tikiş Evi və “Bravo” supermarketlərindən başqa digər mağaza və dükanlarda satışı qadağandır.
 
Ardını oxu...
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

Hərəkətdə olan “KIA Srento” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə maşın yoldan çıxaraq ağaca çırpılıb.

Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ümidlər vardı ki, Əhməd İsmayılov cəmiyyətdə “xeyirxahlıq”, “mərhəmət” kimi məfhumlarla assosiasiya olunan Heydər Əliyev Fondunda çalışdığı dönəmdə “korrektə” olunub
Həqiqətin tərəfdarları azdır. Çoxları həqiqəti yalnız kənardan tərifləyir. Digərləri təhlükə olmadıqda onun ardınca gedirlər, amma sonra ondan açıq-aşkar üz döndərirlər. Təmtəraqlı söhbətlərdə yüksək vəzifəli şəxslərin maraqlarına toxunmamaqdan ötrü hiyləgərlər həqiqətdən imtina edirlər.
Bu gün Azərbaycan jurnalistikası əsl həqiqətdən kənar salınıb. Yalnız böyük yalanlara xidmət edən kiçik həqiqətləri bəzəkli-düzəkli formada, əhəmiyyətini şişirdib təqdim etməklə məşğul olan mətbuatın fəaliyyəti stimullaşdırılır.
Kütləvi informasiya vasitələri oxucunu cəmiyyətdə cərəyan edən tendensiyaları başa düşməkdən azdırmağa, onun diqqətini xırda məsələlərə fokuslamağa çalışırlar.
KİVDF getdi, MEDİA gəldi, Vüqar Səfərli getdi, Əhməd İsmayılov gəldi. Sual olunur: Nə dəyişdi? Yenə də dövlətdən maliyyələşən müsabiqələrə, layihələrə əvvəlki qəzet və saytlar, onların əməkdaşları buraxılır, vaxtilə Əli Həsənovun “qoltuğunun altını iyləyən” baş redaktorlar indi də dövlət yardımını “pay-püşk” etməkdədirlər. Əvvəl yalnız qəzetlərinə pul verilirdi, indi qəzetlərinin saytlarına da verilir.
Əslində Vüqar Səfərlini təkcə jurnalistlər üçün tikilmiş binanın keyfiyyətindən oğurladığına görə mühakimə etmək az idi. Onu və digər işbaz ortaqlarını dövlətin jurnalistlərə verdiyi mənzillərin ədalətsiz bölgüsünə görə də ittiham etmək lazım idi, redaksiyaların icra etdikləri layihələrin smetasındakı yeyintilərə görə də təqsirləndirmək gərək idi. İndi o mənzillərə yiyələnənlərin heç biri çıxıb demir ki, əgər bizim yaşadığımız binanın keyfiyyəti oğurlanıbsa, seysmik həssas zonada yerləşən bu binanın möhkəmləndirilməsinə ehtiyac var. Demirlər, çünki dilləri gödəkdir. Bəs görəsən, Əhməd İsmayılov bu problemi niyə dilə gətirmir? Onundamı dili gödəkdir?
Ümumiyyətlə, informasiya siyasətində məzmun və mahiyyətin deyil, yalnız formanın dəyişdiyinə dəlalət edən çox misallar göstərmək olar. Məsələn, Media Reyestrini “ağ siyahı” adlandırmaq olar. Əvvəllər təkcə “reket” qəzet və saytların deyil, korrupsioner məmurları sərt tənqid edən müstəqil KİV-in də Mətbuat Şurasının “qara siyahısına” salınmaq problemi vardı. İndi isə “ağ siyahıya” düşə bilməmək problemləri var.
Bildiyimiz kimi, bir müddət öncə KİVDF tərəfindən çap mediasına göstərilən ikili standart bir çox qəzetlərin bağlanması, bunun nəticəsi olaraq da çoxlu sayda KİV nümayəndəsinin işsiz qalması ilə nəticələndi. Eyni ayrı-seçkilik indi də davam etməkdədir.
Ə.İsmayılov deyir ki, bu gün media subyektlərinin əsas vəzifəsi kütləvi informasiyanı toplamaq, ötürmək və bundan gəlir əldə etməkdir, media qurumları informasiyanın satışından və reklamdan gəlir əldə edir. Elə isə sual olunur: Əgər onsuz da kasad olan reklam bazarı monopoliyadadırsa, ədalətli paylaşılmırsa, jurnalistin satıb gəlir əldə edə biləcəyi informasiyanın çevrəsi məhdudlaşdırılırsa, Agentlik yalnız “müəyyən” layihələrə dəstək göstərməklə onların iqtisadi müstəqillik qazanmasına necə kömək edə bilər? Əgər vətəndaş baş vermiş hadisəni, üzləşdiyi haqsızlığı heç bir rəsmi KİV-ə ötürmədən onu sosial mediada paylaşırsa, demək, həqiqətin təhrif ediləcəyindən ehtiyatlanır, etibar etmir.
Adam təkliflər bankı yaratmaq istəyir. Deyir təcrübəli media işçilərindən fikirlər gözləyirik. Görəsən, Əhməd bəy fikir, təşəbbüs irəli sürmək səlahiyyətində olan təcrübəli jurnalistlər deyəndə kimləri nəzərdə tutur – Vaxtilə Əli Həsənovla, Vüqar Səfərli ilə iş çevirərək korrupsiya təcrübəsi toplayanlarımı, katibələrinə, qohum-əqrəbalarına mənzil alanlarımı?
Adam MEDİA-nın aktivinə yazılan işlər sırasında dəstək verilən qəzetlərin ənənəvi A3 formatından A2 formatına keçməsini, rəngli çap olunmasını müasirləşmə kimi qələmə verir, bu kimi “nailiyyətlərlə” Dunya Miyatoviç kimi Azərbaycanın informasiya siyasətini, yeni “Media haqqında” qanunun mürtəceliyini tənqid edən xarici ekspertlərin qarşısına çıxmaq istəyir. Sanki bu kosmetik dəyişikliklərlə Azərbaycan mediasının bütün problemləri düzəlirmiş!..
Sentyabrın 2-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Əl-Cəzirə” Media Şəbəkəsinin baş jurnalisti Məhəmməd Qulam Məhəmməd Bob ilə görüşüb. Bildirilir ki, görüş zamanı Əhməd İsmayılov qonağa Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, media sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi baxımından görüşün əhəmiyyətini qeyd edib, medianın inkişafı istiqamətində aparılan fəaliyyətin müxtəlif tərəflərlə əlaqələndirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. Maraqlıdır, görəsən Ə.İsmayılov vaxtilə dünyada bir nömrəli terrorçu elan olunmuş, ABŞ kəşfiyyatının axtardığı Ben Ladendən müsahibə alaraq dərc etmiş “Əl Cəzirə”ni, onun baş müxbirini nə ilə təəccübləndirə bilər? Ölkədə vüsət alan intiharlardan, sosial ədalətsizliklərdən, məmur özbaşınalığından yazmağa belə cəsarəti çatmayan gözükölgəli “aparıcı” jurnalistlərləmi? Öz halal qazancı ilə mənzil almağa belə gücünün yetmədiyi ən yüksək tribunadan ölkə başçısı tərəfindən etiraf olunan yalavac jurnalistlərin rifahıylamı?
Biz Əhməd İsmayılovu Azərbaycan jurnalistikasının problemlərinin səbəbkarı olan monstr kimi təqdim etmək fikrindən uzağıq. Onsuz da Əhməd İsmayılov Medianın İnkişafı Agentliyinə rəhbər vəzifəyə təyin olunan kimi onun heç də Vüqar Səfərlidən yaxşı olmayacağı barədə fikirlər səslənmişdi. Daha əvvəl işlədiyi Dəniz Agentliyində heç də yaxşı reputasiya qazanmadığı da xatırladılmışdı (Hərçənd, ümidlər vardı ki, sonradan işlədiyi, cəmiyyətdə “xeyirxahlıq”, “mərhəmət” kimi məfhumlarla assosiasiya olunan Heydər Əliyev Fondunda çalışdığı dönəmdə özünü korrektə eləyib). Sözügedən sahəni inkişafdan saxlayan əsas səbəb ölkədə yürüdülən informasiya siyasətinin nöqsanlarıdır.

Şirin Cəfəri //gundemxeber.az//
 
Ardını oxu...
Oğuz rayonunda da meşə yanğınları başlayıb.

Bu barədə "Toplum TV"-nin hadisə yerində olan əməkdaşı məlumat verib.

O bildirib ki, hazırda rayonun Muxas kəndində meşə yanğınları davam edir.

Yanğın sentyabrın 2-də, saat 16:00 radələrində başlayıb.

Fövqəladə Hallar Nazirliyi (FHN), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hələ də hadisə baş verən əraziyə getməyiblər.

O qeyd edib ki, ərazidə Daxili İşlər Nazirliyinin Post-patrul Xidməti fəaliyyət göstərir.

Kənd sakinlərinin dediyinə görə, Fövqəladə Hallar Nazirliyinin 1 helikopteri 2-3 dəfə yanğını söndürməyə cəhd edib, amma qarşısını ala bilməyib.

Qurumun əməkdaşları isə ümumiyyətlə, ərazidə görünməyiblər.

Artıq 5 hektardan çox ərazinin yandığı deyilir və yanğının əhatə dairə genişlənir.

Kənd sakinlərindən bəziləri iddia edirlər ki, bir müddət əvvəl meşədəki ağacları kəsiblər, indi də izi itirmək üçün meşə qəsdən yandırılır.

FHN-nin yaydığı açıqlamada qeyd edilir ki, Muxas kəndində başlayan yanğın söndürülüb, lakin yanğın hələ də davam edir.

Yanğının səbəbilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Son 1 ayda Şabran, Quba, Zaqatala da daxil olmaqla bir neçə rayonda meşə yanğınları baş verib.
 
Ardını oxu...
“Malaysia Airlines” aviaşirkətinə məxsus London-Kuala-Lumpur reysini həyata keçirilən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi (ürək tutması) səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə yerli vaxtı ilə saat 06:25-də Bakı hava limanına eniş edib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.
 
Ardını oxu...
İllərdir heç bir fəaliyyəti olmayan “JEK”lərin əhalidən qanunsuz ödənişlər yığması insanların narazılığına səbəb olur. Bu ildən etibarən ödənişlərin artırılması, üstəlik bunun əvvəlki iki ilə də şamil edilməsi narazılığı pik həddə çatdırıb.

İqtisadçılar vətəndaşları “JEK”lərə ödəniş etməməyə çağırır. Vətəndaşlar isə ödəniş edib-etməməklə bağlı sual qarşısındadır.

Bəs “JEK”lərin vətəndaşlardan artımla pul yığması qanunidirmi?

Bu barədə Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, “JEK”lərin xidmət haqlarını artırması qanunsuzdur.

Deputatın sözlərinə görə, xidmət haqlarının artırılmasının heç bir əsası yoxdur: “Çünki xidmət haqqı o zaman artırılır ki, daha yüksək xidmət və nümunəvi işlər görülsün. Ancaq biz bunun şahidi olmuruq. Bu gün “JEK”lər fəaliyyətsiz bir quruma çevrilib. Buna səbəb qurumun maddi-texniki baza və işçi potensialının yetərli olmamasıdır. Eyni zamanda qurum verilən tapşırıqları yerinə yetirməyə qadir deyil. Doğrudur, Sovetlər dönəmində bu qurumun yaxşı fəaliyyəti olub. Ancaq son dövrlər bu fəaliyyət gözə görünmür”.

Üstəlik, “JEK”lər heç bir fəaliyyət göstərmədən pul yığırlar. Bələdiyyələr isə öz nəzarətində olan ərazilərdə tullantıların daşınması, təmizlik işləri həyata keçirirlər. Ona görə də, heç bir iş görməyən “JEK” lər bələdiyyələrə birləşdirilməlidir”.

T.Rzayev birləşmənin bələdiyyələrin işinə müsbət təsir göstərəcəyi qənaətindədir:

“JEK”lərin özündə də vaxtilə çox yaxşı işləmiş, işini bilən kadrlar olub. Onların bələdiyələrə keçməsi qurumun fəaliyətinin müsbət inkişafına töhfə ola bilər”.
 
Ardını oxu...
Türkiyədə azərbaycanlılar arasında atışma olub.

Bu barədə Teref.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə gecə saatlarında qeydə alınıb. Naməlum şəxslər Azərbaycan əsilli Ceyhun Əkbərova atəş açıblar. Ağır xəsarətlər alan C.Əkbərov hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Rusiya vətəndaşı L.G. və Azərbaycan vətəndaşı Z.A. hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların üzərindən 2 ədəd tapança aşkar edilib.

Araşdırma aparılır. ("Report")
 
Ardını oxu...
Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti