Rüstəm Usubovun Hacı Məmmədov işində ifadəsi YAYILDI
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin hazırda həbsdə olan sabiq şöbə rəisi Sahib Ələkbərov Bakı Apellyasiya Məhkəməsindəki çıxışı zamanı Baş Prokurorluğun keçmiş rəhbərliyinə bir sıra ittihamlar səsləndirib.

Sahib Ələkbərov deyib ki, onunla bərabər Zakir Qaralov və Rüstəm Usubov da cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Ələkbərov, Prokurorluqa ona qarşı ittihamların arxasında qisasçılıq hissinin olduğunu deyib. Əlavə edib ki, baş prokurorun birinci müavini Rüstəm Usubov vaxtilə Hacı Məmmədov cinayətlərində ondan ifadə ifadə aldığı üçün ondan qisas alır.

Gununsesi.info Sahib Ələkbərovun müstəntiq kimi Rüstəm Usubovdan aldığı ifadəni əldə edib.

Həmin ifadənin bir hissəsini təqdim edirik:

Azərbaycan Respublikası MTN İstintaq idarəsinin mühüm işlər üzrə baş müstəntiqi ədliyyə polkovnik-leytenantı S.Y.Oləkbərov, 404/87958 saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq, Azərbaycan Respublikası CPM-nin 227 va 230-cu maddələrinin tələblərini rəhbər tutaraq MTN-nin 615-ci xidməti otağında 1954-cü il oktyabr ayının 4-də Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının və- təndaşı, ali təhsilli, ailəli, sözlərindən məhkum olunmamış, AR Baş Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, Bakı şəhəri Usubov Rüstəm Sabir oğlunu şahid qismində Dindirmə başlandı: saat 11-10 dəqiqədə Qurtardı: saat 14-50 dəqiqədə.

Dindirmə başlanmazdan əvvəl şahid Rüstəm Usubova izah edildi ki, Azərbaycan Respublikası CPM-nin 19.3, 20, 51.6, 95, 104, 105, 126, 230-cu maddələrinin tələblərinə müvafiq olaraq şahid iş üzrə müəyyən edilməli olan ona məlum olan hallar barədə dindirilə bilər və doğru ifadə verməyə borcludur.

İfadəsində 1982-ci ildən prokurorluq orqanlarında işlədiyini deyən Usubov bildirib ki, tutduğu vəzifədə isə 2001-ci ilin may ayından hal hazıra qədər işləyir.

Rüstəm Usubovun Hacı Məmmədov işində ifadəsi YAYILDI

Rüstəm Usubov 13 mart 2002-ci ildə Respublika Baş Prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin rəisi Rövşən Əliyevin qətlə yetirilməsi ilə bağlı bildiklərini belə nəql edir:

Rəhbərlik tərəfindən həmin işin istinatıqının aparılması mənə həvalə edilmiş, Prokurorluq və əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılmışdır. Həmin işin DİN-in istintaqı zamanı ortaya bir sıra fərziyələr çıxmış və həmin fərziyələrlə əlaqədar istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.
11 avqust 2003-cü ildə Prokurorluğun rəhbərliyi məni mərkəzi aparata dəvət etmiş və bildirmişlər ki, bir qadın məxfi olaraq Rövşən Əliyevin qətli və digər hadisələrlə bağlı məlumat vermək istəyir. Dəvət olunmuş otaqda prokurorluğun digər əməkdaşları da vardı. Həmin otaqda sonradan bildiyim 1970-ci il təvəllüdlü, Bakı şəhərində «Knauf» firmasında menecer vəzifəsində işləyən, boşanmış, bir uşaq anası, Fatmayı kəndindəki bağ evlərində müvəqqəti yaşayan, Nəsibova Rəna Yusif qızıdır. Rǝna Nəsibova bildirdi ki, Bakı şəhərində törədilən bir çox cinayətlərin başında DİN-in əməkdaşı Hacı Məmmədov durur. Hacı Məmmədovun bir neçə cinayətkar dəstəsi vardır. Bir cinayətkar dəstənin üzvləri digər dəstənin üzvlərini tanımırlar. Hacı çeçen milliyyətindən olan 3 qardaşa – Ruslan, Sedek və Hüseynə çox saylı cinayətlərin törədilməsini tapşırmışdır. «Adam oğlurlu, avtomaşınların ‘qaçırılması. Çeçen milliyətindən olan həmin 3 qardaş hazırda bir neçə avtomaşın oğurlayıb. Oğurladıqları avtomaşınları və adamları Novxanı kəndində saxlayırlar. Cinayətləri törədəndən sonra avtomaşınları məhv edirlər. Çeçen milliyyətli həmin 3 qardaş Rənanın qonşuları olmaqla 4-cü mikrorayon, Binəqədi küçəsi ev 1 a, mənzil 4-də və ya 5-də yaşayırlar. Telefonları 69-26-68- dir. Bəzən onlar Hüseynin arvadı Raisanın 33-95-219 nömrəli mobil telefonundan istifadə edirlər. Hüseyn qardaşı Ruslana, Ruslan isə Rənaya danışıb ki, Məmmədov Hacının oğulluğu Ruslan deyib ki, Rövşən Əliyevi şəxsən özü öldürüb və bu cinayətin təşkilatçısı Məmmədov Hacıdır. Ruslanın deməsinə görə adam oğurluqları ilə bağlı olan cinayət işində Rövşən Əliyev Məmmədov Hacıya çıxmışdır. Yəni Hacının həmin cinayətlərdə iştirakını sübuta yetirmişdir. Hacının Rövşən Əliyevi görməyə gözü yox idi. Ona görə ki, Rövşən onun ayağının altını qazırdı. Hacının bütün yaxın adamları DİN-də işləyirlər, o, istədiyi adamı DİN- işə düzəldə bilir və işdən çıxartdırır. Məmmədov Hacı cinayətkarları ratsiya ilə təchiz edir, onlar cinayətləri törədərkən Hacının verdiyi ratsiyalardan istifada 3 edirlar. Güya hansısa bir nəfər oğurlanmış adamı öldürmüşlər. Məmmədov Hacı onlara demişdir ki, bu adamı mütləq aradan götürmək lazımdır. Hüseyn onun öldürülməsinin əleyhinə olmuş, lakin buna baxmayaraq həmin şəxsi öldürmüşlər. Hüseyn deyib ki, namaz qılmadığına görə Sedekin arvadını öldürmək lazımdır. Hüseynin evində səsboğucusu olan 2 ədǝd tapançası vardır. Hüseyn Cövhər Dudayevin vaxtında polkovnik rütbəsində olmaqla Çeçenistan Daxili İşlər Nazirinin müavini vəzifəsində işləmişdir. Güya Hüseynin Çeçenistan prezidenti vəzifəsinə namizədliyi irəli sürülmüşdür. Hüseynin yanına gələnlər oğurlanmış avtomaşınlarla gəlirlər. İçərisində çeçenlər olan avtomaşmın qəzası təşkil edilmişdir. Əvvəl bir avtomaşın olmuş, maşında kişi ilə qadın olmuşdur. Qəzadan sonra Məmmədov Hacının göstərişi ilə mobil telefondan Hüseynə zəng olunmuşdur ki, həmin çeçenlərlə Hüseynin arasımı vurmaqla aralarında düşmənçilik yaradılsın və bu yolla 3 qardaş aradan götürülsün. Hüseynin 52-53 yaşı olmaqla 2 arvadı və 5 uşağı var. Arvadları bütün gün ərzində bir yerdə olurlar və yalnız gecələr öz mənzillərinə gedirlər. Məmmədov Hacı qorxmadan həmin 3 qardaşla görüşür onlara cib xərcliyi verir. Ruslan öz qardaşları Hüseyn vo Sedekdən ehtiyat edir, Ruslanın 23 yaşı var. Qardaşı Sedek Xaçorayevin barəsində olan cinayət işi üzrə Ruslan dindirilmişdir. Eyni zamanda belə bir məlumat da var ki, Hacı Məmmədovun bankda işləyən Elçin adlı bacısı və ya qardaşı oğlu Hacıya məlumat vermişdir ki, bir nəfər milliyyətcə yəhudi olan şəxsin külli miqdarda pulu var və həmin şəxsi onlar oğurlamalıdırlar.

Lakin onlar hələlik qorxurlar. Ona görə ki, Hacı Məmmədov hələ onun oğurlanmasına göstəriş verməmişdir.

Həmin yəhudi keçmiş İnqilab küçəsində yaşayır. O, Malakan bağının yanında musiqi alətləri mağazasım yerleşdiyi binanın 3-cü mərtəbəsində qapısı sol tərəfdən olan mənzildə yaşayır. Mənzilin pəncərələri tündləşdirilmişdir.
Nəsibova Rəna adının məxfi saxlanılmasını xahiş edir, ona görə ki, adlarını çəkdiyi şəxslər onun yanında cinayətləri törətdikləri barədə söhbət etmişlər. Onun məlumatının yoxlanılması çox ehtiyatla aparılmalıdır ki, onun şəxsiyyəti təhlillə müəyyən edilməsin. O, şübhələnir ki, çeçenlər onu öldürmək istəyirlər ki, onların törətdikləri cinayətlər barədə məlumat yayılmasın. Rəna Nəsibovadan bu məlumatı aldıqdan sonra özümdə qeydiyyatlar aparmışam və bu haqda prokurorluğun rəhbərliyinə məlumat vermişəm. Rəhbərliyin tapşırığına əsasən mənimlə baş prokurorun birinci müavini cənab Ramiz Rzayev Milli Təhlükəsizlik Nazirinin müavini cənab Tofiq Babayevin yanında olmuşuq və bu məlumatlar tədbir görülməsi üçün ona verilmişdir. Bundan sonra MTN-in idarə rəisi Eldar Əzizov və onun tabeçiliyində işləyən Araz Piriyevlə bu məlumat ətrafında daimi əlaqədə olmuşam və müxtəlif işlər görmüşük. Nəsibova Rənanın təhlükəsizliyini təmin etməyi təbii ki, MTN əməkdaşları öz üzərlərinə götürmüşlər. Bundan sonra məndə olan məlumata görə Rəna Nəsibova ilə Eldar müəllimin mütəmadi əlaqələri, görüşləri olmuşdur və Eldar müəllim lazım olan məlumatı Rənadan alırdı. Bildiyimə görə onlar Fatmayi qəsəbəsində və şəhərin müxtəlif yerlərində görüşürdülər. Har bir görüş barədə Eldar müəllim öz rəhbərliyi, yəni Tofiq müəllimə, mən isə öz rəhbərim Ramiz Rzayevvo və cənab Baş Prokurora məruzə edirdim.

ARDI VAR….

Gununsesi.info

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti