
DİA.AZ: - Fevralın 28-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov
respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti
vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bu barədə DİA.AZ-a DİN-dən məlumat verilib.
Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş
gənclərdən daha hazırlıqlı olan 366 nəfər seçim turunun növbəti mərhələsinə
buraxılıb ki, onlardan da 55 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov xidmətə qəbulun şəffaflıq və
aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edərək seçim turunun digər
mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək
gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
