“Meyit 300 qram benzinlə o həddə yana bilərdimi?” –
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Nərmin Quliyevanın meyitini müayinə edən ekspertlərdən biri – Seyfulla İsgəndərov – şahid qismində dindirilib.

Seyfulla İsgəndərov müdafiə tərəfinin vəsatəti ilə məhkəməyə çağırılıb.

İlkin Süleymanovun vəkilləri Zabil Qəhrəmanov və Murtuzəli Abbasov ekspertə bir neçə sual ünvanlayıblar. Suallardan biri Nərmin Quliyevanın baş nahiyəsində olan beş xəsarətin bir zərbə ilə yaranmasının mümkün olub-olmaması ilə bağlı olub.

Qeyd edilib ki, İlkin Süleymanov ilk ifadəsində Nərmin Quliyevanın başına bir zərbə vurduğunu deyib.

Ekspert isə bir zərbə endirməklə həmin beş xəsarətin yarana biləcəyinin mümkünsüz olduğunu bildirib. Müdafiə tərəfi bunun təqsirləndirilən şəxsin ilkin ifadəsinin yalan olduğunu bir daha sübut etdiyini vurğulayıb.

Meyitin boy ölçüsü ilə bağlı suala isə ekspert cavab olaraq bildirib ki, meyit onlara təhvil verilən vaxt Nərmin Quliyevanın meyiti olduğunu deyiblər.

Vəkillərin digər sualı isə meyitin arxası üstə yanma ehtimalı ilə bağlı olub. Həmçinin sonradan meyitin yanma vaxtını müəyyənləşdirmək üçün ekspertiza keçirilərkən yandırılan qoyunun da arxa hissəsinin yanmaması məqamı ekspertin diqqətinə çatdırılıb.

Ekspert suala: “İnsanla heyvanın yanması fərqlidir”, – deyə cavab verib.

İlkin Süleymanov isə ekspertə: “Meyit 300 qram benzinlə o həddə yana bilərdimi?” – deyə sual verib.

Ekspert Seyfulla İsgəndərov meyitin 300 qram benzinlə yanaraq kömürləşmiş hala çatmasının real olmadığını bildirib.

İlkin Süleymanovun ikinci sualı isə meyitin üzərində olan sintetik ağ köynəyin qolunun yanmaması ilə bağlı olub. Ekspert meyitin üzərindəki köynəyin yanmamış olmasının inandırıcı olmadığını deyib.

Qeyd olunub ki, iş üzrə digər mübahisəli məqam meyit yanan vaxt iy gəlməməsi ilə bağlıdır. Müdafiə tərəfi meyitin başqa yerdə yandırıldıqdan sonra İlkin Süleymanovun evinin yanına atıldığını iddia edib.

Proses martın 15-də digər ekspertlərin ifadələri ilə davam edəcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyeva qətlə yetirilib. Onun yandırılmış meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti