Ardını oxu...
Meksikada daha bir jurnalist qətlə yetirilib.
Bakupost.az xarici mediaya istinadən bildirir ki, yerli “La Realidad” nəşrinin redaktoru Fredi Roman evinin qarşısında güllələnib.
Onun hansı səbəbdən öldürüldüyü bilinmir.
Jurnalistlərə qarşı cinayətləri izləyən yerli “Articulo 19” təşkilatı qətlin jurnalistin peşə fəaliyyəti ilə bağlı olduğunu ehtimal edir. Çünki Fredi Roman bu il Meksikada qətlə yetirilən 15-ci jurnalistdir; onlardan 9-un qətli peşə fəaliyyəti ilə əlaqəli olub.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Türkiyədə iş adamı olan 47 yaşlı İzel Bardavit yaşadığı binanın dayanacağında avtomobilində tapança ilə güllələnmiş halda tapılıb.

Qafqaz.media xəbər verir ki, hadisə İstanbulda Darüşşafaka Məhəlləsi Açelya küçəsindəki binanın avtoparkında meydana gəlib.

İddiaya görə, yəhudi əsilli iş adamı İzel Bərdavit (47) yaxın dostuna “Bir saatdan sonra evimə gəl, məni tap, uşaqlarım sənə əmanətdir, onlara çox yaxşı bax” deyərək elektron məktub göndərib. Mesajı oxuyan dostu polisə zəng edərək vəziyyəti xəbər verib.

Bildirilir ki, ərazinin bağlı dayanacağına gələn polis qrupları, İzel Bərdaviti avtomobilində tapançadan açılan atəşlə ölü tapıb. Hadisə zamanı silah Bərdavitdən tapılıb. Polisin ilk araşdırmasından sonra iş adamının intihar etdiyi ehtimal edilir.

Bərdavitin cəsədi yarılma üçün Ədliyyə Tibb Təşkilatına aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.
 
Ardını oxu...
Özünü 12-ci İmam Mehdi kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Anar Aslanov təqsirləndirilən şəxsə 585 300 manat verdiyini bildirib.

Onun sözlərinə görə, A.Babayevi 2004-cü ildən tanıyıb: "Mənə özünü İmam Mehdi kimi təqdim edirdi. Hər zaman mənə deyirdi ki, dinin əsas qaydalarından biri odur ki zəkat verim. 2021-ci ildə artıq hamımız anladıq ki, bu insan dələduzluq edir. Belə olan halda da hüquq-mühafizə orqanlarına müraciət etdik".

Təqsirləndirilən şəxs isə onun barəsində səsləndirilən ittihamları qəbul etməyib.

Məhkəmənin növbəti iclası avqustun 30-na təyin edilib.

Qeyd edək ki, İttiham aktına əsasən, A.Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məclislər təşkil edərək inanclı insanları özünün İmam Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.
Ətraflı

A.Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanılır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə isə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

O, zərərçəkmiş Anar Aslanova axirət dünyasında kömək edəcəyini vəd verib. A.Babayev ona bildirib ki, lazım gələcəyi vaxtda zühur edəcək. A.Aslanov verilən vədlərə inanaraq "Hyundai Santafe" markalı avtomobil də daxil olmaqla ona 585 min 300 min manat məbləğində ziyan dəyib.

Digər zərərçəkmiş Natiq Sadıqov isə axirət dünyasında savab qazanmaq üçün A.Babayevə ümumilikdə 543 min manat pul verib.

İş üzrə zərərçəkmiş Zaur Abdullayev isə biznes fəaliyyətində uğur qazanmaq və günahlarının bağışlanması üçün A.Babayevə 134 min manat pul təqdim edib.

Ümumilkdə zərərçəkmişlərə 2 milyon 500 min manat ziyan dəyib. A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub.

O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınır.
 
Ardını oxu...
Paytaxtın Xəzər rayonu, Binə atçılıq massivində yaşayan bəzi sakinlər övladlarını yeni istifadəyə verilən 292 saylı məktəbə elektron qaydada qeydiyyatdan keçirə bilmirlər. Valideynlər iddia edirlər ki, məktəb rəhbərliyi tərəfindən onlara yerlərin dolduğu deyilir.

Xəzərxəbər.az xəbər verir ki, valideynlər bu təhsil ocağının evlərinin yaxınlığında olduğuna görə uşaqlarının digər məktəblərdə təhsil almasını istəmirlər.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib ki, yeni inşa olunmuş 292 nömrəli tam orta məktəb 1890 yerlikdir. 2022--2023-cü təhsil ili üçün məktəbdə 77 sinif komplekti açılıb. Hazırda qeyd olunan siniflər üzrə 1880 şagird qəbul olunub. Vurğulanıb ki, vətəndaş müraciətləri nəzərə alınaraq həmin məktəbdə əlavə sinif komplektinin açılması imkanları araşdırılır.

 
 
 
Ardını oxu...
Sosail şəbəkələrdə DYP əməkdaşları ilə sürücünün mübahisəsini əks etdirən video yayılıb. Avtosfer.az xəbər verir ki, görüntülərdə sürücü qayda pozuntusunun videosunu tələb edir. YPX əməkdaşları isə bunun yalnız İdarədə mümkün ola biləcəyini qeyd edirlər.

Mübahisə zamanı yol polisi inspektoru sürücünün ona rüşvət təklif etdiyini və özününü bundan imtina etdiyini idda edir. Eyni zamanda sürücüyə protokol tərtib olunacağını deyir.

 
Ardını oxu...
Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli ötən ayın 12-də ABŞ-ın Miami şəhərində (Florida ştatı) SOLIS DEVELOPMENT LLC şirkətini təsis edib.
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun sözlərinə görə, Atlantik okeanı sahilində, “Golden Beach” kurortu zonasında yerləşən 2925 NE 190TH ST APT 106 AVENTURA, FL 33180 hüquqi ünvanında qeydiyyata alınan şirkət L22000309779 saylı lisenziya alıb.
Şamxal Həsənli “Xəzər TV”nin rəhbəri olub, onun adı “Jurnalistlər binası” ilə bağlı məhkəmə işində də çəkilir. Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin məhkəmə iclasında “Portos” MMC-də baş mühasib işləmiş Kəmaləddin Abdullayev binanın inşası üçün köçürülən 600 min manat pulu təsisçinin nümayəndəsi Şamxal Həsənliyə verdiyini demişdi.
Əli Həsənovun oğlunun məhkəməyə şahid kimi dəvət olunması ilə bağlı vəsatət qaldırılsa da, vəsatət təmin edilməmişdi.
Əli Həsənov dövlət qulluğundakı mövqeyindən istifadə edərək ailə üzvlərinin adına çoxsaylı şirkətlər açmışdı. O, vəzifəsindən azad edildikdən sonra oğlu ABŞ-a, qızı isə Birləşmiş Ərəb Əmirliklərinə mühacirət edib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Rusiyada meşə yanğınları davam edir.

Hazırda 26 regionda yanğınla mübarizə tədbirləri davam etdirilir, 105 min 810 hektar sahədə 92 yanğın mənbəyi hələ də qalmaqdadır.

Ryazan vilayətində də meşə yanğınlarını söndürmək mümkün olmayıb.

Moskva meri Sergey Sobyanin vəziyyətin mürəkkəb olduğunu deyib. Onun sözlərinə görə, Ryazanda yanğınla mübarizəyə 8 mindən çox insan cəlb olunub.
 
Ardını oxu...
Rusiyanın Qaraçay-Çərkəz Respublikasında toy mərasimi dörd nəfərin xəsarəti alması ilə yekunlaşıb.
Belə ki, qonaqlardan biri sevincindən ov tüfəngi ilə yerə atəş açıb və ətrafa yayılan qırmalar insanlara dəyib.
Qeyd olunur ki, xəsarət alanlardan üçü qadın, biri kişidir. Onların hamısı xəstəxanaya yerləşdirilib.
 
Ardını oxu...
Lənkəranda tanınmış stomatoloq intihar edib.

Teref.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Raypo adlanan ərazisində baş verib.
1986-cı il təvəllüdlü Müşfiq Zaman oğlu Bağırov yarımçıq tikilidə özünü asaraq intihar edib. Lənkəran rayon prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçiriblər. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Ölümün səbəbləri araşdırılır.

Faktla bağlı araşdırmalar davam edir.
 
Ardını oxu...
Hazırda həbsdə olan keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim
Müslümovun İsveçrədəki evi tapılıb.
“Yeni Sabah” xəbər verir ki, bu haqda məlimatı araşdırmaçı jurnalist Cavanşir Həsənli
yayıb.
O, bildirib ki, sözügedən ev sabir nazirin oğlu Asim Müslümlünün adına rəsmiləşdirilib.
Dəbdəbəli malikanə Cenevrənin Ch. Jacques-Attenville 13E, 1218 Le Grand-Saconnex
ünvanında yerləşir.
S. Müslümovun oğlu A. Müslümlü hazırda İsveçrənin Cenevrə şəhərində yaşayır.
Bildirək ki, korrupsiya ittihamı ilə həbs olunan sabiq nazirin dövlətin 27 milyon manatını
mənimsədiyi, həmin vəsaitin isə artıq 20 milyon manatını dövlət büdcəsinə qaytardığı
deyilir.
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti