“BU, DÜNYA TARİXİNDƏ CƏMİ 8-10 DƏFƏ BAŞ VERİB...” –
Professor Okan Tüksüz: "İndiyə qədər bu səviyyədə bir zərər qeydə alınmayıb"

Yaponiyalı professor Toda Şinjin: "Bu böyüklükdə zəlzələlər min ildə bir dəfə müşahidə olunur"

Kahramanmaraşda baş verən və 10 vilayətdə hiss edilən zəlzələ nəticəsində böyük insan tələfatı və dağıntılar baş verib. Hazırda zəlzələ nəticəsində baş verən dağıntıların miqyasının bu dərəcədə böyük olmasıyla bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri dağıntıların bu qədər böyük olmasını tikintilərdəki səhlənkarlıqla bağlasa da, əksər mütəxəsislər bunu fəlakətin miqyasının böyük olmasıyla əlaqələndirir.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, zəlzələ mütəxəssisi, professor Okan Tüksüz təbii fəlakət nətcəsində baş verən dağıntıların miqyasının bu dərəcədə böyük olmasıyla bağlı bir sıra açıqlamalar verib.

Mütəxəssis baş verən təbii fəlakətin dünyada nadir zəlzələlərdən biri olduğunu bildirib: “Belə bir təbii fəlakət indiyə qədər dünyada cəmi 8-10 dəfə baş verib. Bu zəlzələlərin də əksəriyyəti yaşayış olmayan ərazilərdə olub. Ona görə də indiyə qədər bu səviyyədə bir zərər qeydə alınmayıb. Bu zəlzələnin ən mühüm cəhətlərindən biri odur ki, 10 vilayətdə və yaşayış məntəqələrinin sıx olduğu bölgədə baş verib”.

O. Tüksüz qeyd edib ki, bölgədə iki dəfə, ardıcıl zəlzələnin olması təbii fəlakətin miqyasına böyük ölçüdə təsir edib: “Geologiya tarixində bu böyüklükdə zəlzələlər nadir hallarda baş verir. Bu, son dərəcə gözlənilməz bir zəlzələ idi. Birinci zəlzələnin vurduğu ziyan, ikinci dəfə daha da artıb. Daha dəqiq desək, birinci zəlzələdə binaya ziyan dəydi, ikinci zəlzələdə isə dağıntı baş verdi. Həmçinin zəlzələnin yer səthində yaratdığı sarsıntı da güclü idi. Bu 3 amili yan-yana qoysaq, doğrudan da bu zəlzələni 20-21-ci əsrlərin ən mühüm zəlzələləri sırasına daxil edə bilərik”.

“Bu fəlakət iki zəlzələnin gücünə mütənasib idi. İkincisi, yer səthiylə əlaqəlidir. Dağılmış şəhərlərə baxdığımızda onların çox əhəmiyyətli bir hissəsinin çox zəif bir yerdə inşa edildiyini görərik. Zəif torpaq zəlzələ dalğalarını gücləndirir və onları binalara ötürür.

Həm də uzun müddətdir bu bölgədə zəlzələ baş vermirdi. Bu fayda sonuncu zəlzələ 1513-cü ildə baş verib. Yəni, 510 ildir ki, burada enerji toplanılırdı. Nəticədə də sonda belə bir miqyasda təbii fəlakət baş verdi”,-deyə o, bildirib.

Yaponiyalı professor Toda Şinjin bildirib ki, Türkiyədə baş verən zəlzələ dünyanın quruda baş verən ən böyük zəlzələlərindən biridir.

Onun sözlərinə görə, bu böyüklükdə zəlzələlər min ildə bir dəfə müşahidə olunur: "Türkiyədə baş verən zəlzələ dünya tarixində böyük iz buraxdı. Dünyada belə bir zəlzələ, dəyişiklik və qırılma yalnız min ildə bir dəfə olur. Türkiyədəki zəlzələnin buraxdığı enerji Yaponiyada baş verən Kobe zəlzələsindən 15 dəfə çoxdur".

Daha əvvəl Türkiyədə araşdırmalar aparan Şinjin bu zəlzələnin Çində Siçuan, Alyaska, Yeni Zelandiya və Tibetdəki zəlzələlərdən daha böyük və daha şiddətli olduğunu deyib. Şinjin fevralın 6-da Kahramanmaraşda ard-arda baş verən iki zəlzələnin birbaşa yaşayış məntəqələrində baş verməsinə xüsusi diqqət çəkib.

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti