Təbii fəlakət qurbanlarının sayı 44 min 374-ə çatıb
Türkiyədə dəhşətli zəlzələ qurbanlarının sayı açıqlanıb. AYNA “Anadolu” agentliyinə istinadən bildirir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 44 min 374-ə çatıb.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.