Cəlilabadda üç gün əvvəl zəhər içib sağ qalan şəxs özünü asıb.Report-un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.Belə ki, kənd sakini, 1999-cu il təvəllüdlü Turan Qasımov özünü asaraq həyatına son qoyub.Məlumata görə, mərhum 3 gün öncə də sıçovul əleyhinə olan zəhəri intihar məqsədilə içib.İntiharın səbəbi hələlik məlum deyil.Faktla bağlı araşdırma aparılır.